* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Köhnə məişətdə: arvadların ölü üstündə, yasda avazla söylədikləri yanıqlı sözlər. İçəridən ağı səsi gəlirdi. Çəmənzəminli. □ Ağı demək (oxumaq, çəkmək, tutmaq) – 1) ölünün üstündə ağız açıb ağlamaq. Qoca arvadlar ağlaşma qurub, ağı oxumaq istədilər. M.Hüseyn. Zavallı ana! Hələ cəmdəkləri soyumayan balaları üstünə döşənib ağı çəkir. Ə.Əbülhəsən; 2) məc. fəğan etmək, fəryad etmək. Elə bil ağaclar dillənib ağlaşdı, bülbül də öz fəğanı ilə onlara ağı tutdu. S.Rəhimov.
Azərbaycan dilinin izahlı lüğəti / ağı2 is. 1. Zəhər. Aşiqə vəfalı bir həmdəm gərək; Həmdəmsiz bal yesə, ona ağıdır. M.P.Vaqif. Məni bir məst qıl, saqi, aman ey gözlərin yağı; Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? Nəbati. Məcnun kimi gəzdim səhranı, dağı; Fələk şərbətimi eylədi ağı. Aşıq Kərəm. □ Ağıya düşmək – zəhərli bir şey yeyib zəhərlənmək. Ağıya salmaq – heyvanı zəhərli ot olan yerdə otarmaq; insana və ya heyvana zəhərli şey yedirmək, ya içdirmək. 2. məc. Çox acı şey haqqında; zəqqum. Ağzım o qədər acıdır ki, elə bil ağı yemişəm. ◊ İlana ağı verən – bax ilan.
Azərbaycan dilinin izahlı lüğəti / ağı3 Bax: ağu. (“Koroğlu” dastanının lüğəti) Qırram qayaları, yıxaram dağı, Xanlar zəhər içər, sultanlar ağı. Çənlibeldi qoç Koroğlu oylağı, Şah da gəlsə, Çənlibelə qoymaram. (“Koroğlunun Bayazid səfəri”)
Azərbaycan dastanlarının leksikası / ağı4 1. Zəhər. 2. Məcazi mənada: çox acı şey haqqında; zəqqum. Dan yerləri atıbdı, Xoruzları yatıbdı. Bəlkə də bu xörəyə Nənən ağı qatıbdı? (“Arzı-Qənbər”) Eşqin piyaləsin verdilər içdim, Ağzımda tam verdi ağı təhrində. (“Səyyad və Sədət”)
Azərbaycan dastanlarının leksikası / ağı2 1. AĞI (ölü üstündə söylənən yanıqlı sözlər) Ağıçı da hərdəm yanıqlı bir ağı dedikdə evi hönkürtü götürmüşdü (Çəmənzəminli); NÖVHƏ Məhərrəmin birindən başlayaraq, onun qədər davam edən imam təziyyəsi, mərsiyə, növhə, dəstə təpmə, məhəllələr arasında adət şəkli almış dalaşmalardan sonra bütün bu həngamə aşura büsatı ilə bitirdi (Çəmənzəminli). 2. ağı bax zəhər
Azərbaycan dilinin sinonimlər lüğəti / ağı1 AĞI – ŞİRİN Şərabın yox, gətir ağı, qulağın niyə kar olmuş? (Nəbati); Nə şirindir, nə coşqundur azadlıq duyğuları (H.Hüseynzadə).
Azərbaycan dilinin antonimlər lüğəti / ağı1 AĞI I is. Zəhər. Qırram qayaları, yıxaram dağı; Xanlar zəhər içər, sultanlar ağı (Dastanlar). AĞI II is. köhn. Ağlaşma zamanı avazla oxunan nisgilli sözlər. İçində yan, ağı deyib, ağlama; Ağlamağın yeri deyil, ağlama (M.Araz).
Azərbaycan dilinin omonimlər lüğəti / ağı2 1 сущ. яд, отрава, зелье. Ağı vermək kimə дать яду кому-л.; ağıya düşmək отравляться, отравиться 2 сущ. плач, причитание (траурное). Ağı demək (oxumaq, çəkmək) оплакивать с причитаниями
Azərbaycanca-rusca lüğət / ağı1 i. 1. poison; ağı vermək to give* poison (to); bir kəsə ağı vermək to give* poison to smb. 2. (ədəbi janr) elegy
Azərbaycanca-ingiliscə lüğət / ağı1 I is. 1) lamentation f ; chant de deuil ; chant funèbre (yasda deyilən yanıqlı sözlər) ; 2) poison m ; toxique m (zəhərli maddə) ; 3) venin m (ilan zəhəri) ; ~ demək pleurer vt (déplorer vt) en disant des lamentations II is. ədəb. mus. élégie f
Azərbaycanca-fransızca lüğət / ağı1 сущ. 1. агъу, зегьер, пӀил; 2. пер. гзаф туькьуьл затӀ, закьум; ** ilana ağı verən кил. ilan.
Azərbaycanca-ləzgicə lüğəti / ağı2 сущ. куьгьн. лугьунар (папари кьейиди авай чкада ккуз-ккуз, шез-шез лугьудай гафар); ağı demək (oxumaq, çəkmək, tutmaq) а) лугьунар авун, ван ацалтна шехьун (кьейидахъ); б) пер. йикь-шуван авун, феряд авун.
Azərbaycanca-ləzgicə lüğəti / ağı