* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Yaxşı, layiqli, lazımi şəkildə, qaydalı, sanballı, əməlli. [Əsgər bəy:] Heydər bəy, bu niyyətdən düş, mənə bir on beş gün möhlət ver, mən sənə toy xərci hazır edim, ağıllı-başlı toy elə! M.F.Axundzadə. [Hacı Həsən:] Sənin dərdin az qalıb məni çürütsün. Xalqın da uşaqları dərs oxuyublar. Odur, hamısı ağıllı-başlı adam olublar, … amma sən gecə-gündüz kefli. C.Məmmədquluzadə. Gəncdir, qoy getsin girsin darülfünuna, bəlkə orada işlər, məlumatını artırar, ağıllı-başlı bir adam olub çıxar. Qantəmir. // Zərf mənasında. [Cahan:] Sən bir ağıllı-başlı mənə nağıl et görüm, necə qız alarsan. Ü.Hacıbəyov. Rüstəm kişi Qaraşa ağıllı-başlı toy qurmaq fikrində idi. M.İbrahimov. 2. Çoxlu, xeyli, qiymətli. [Tarverdi:] Amma böyük sandıqdır, yəqin ki, bunun içində ağıllı-başlı mal var. M.F.Axundzadə.
Azərbaycan dilinin izahlı lüğəti / ağıllı-başlı1 Bu sözün əsli zərf olub (ağılla, başla iş görmək), sonra təhrif edilib və ağılla-başla kəlməsi ağıllı-başlı şəklinə düşüb. -lı4 şəkilçisi zərf yox, sifət düzəldir, amma ağıllı-başlı kəlməsi daha çox zərf yerində işlədilir.
Azərbaycan dilinin etimologiya lüğəti / ağıllı-başlı1 1. вполне приличный, степенный, порядочный; 2. вполне подходящий, вполне доброкачественный, путный; 3. как следует, как подобает; 4. прилично, степенно;
Azərbaycanca-rusca lüğət / ağıllı-başlı2 I прил. вполне приличный, вполне порядочный, путный II нареч. вполне прилично, порядочно
Azərbaycanca-rusca lüğət / ağıllı-başlı1 I. s. rather good; considerable, decent; ağıllı-başlı adam a rather good man* / person II. z. properly, completely; correctly; suitably; sensibly; ingiliscə ağıllı-başlı danışmaq to speak* English properly
Azərbaycanca-ingiliscə lüğət / ağıllı-başlı1 прил. 1. хъсан, ферли, лайихлу, вижевай; 2. гзаф, къимет авай, хейлин.
Azərbaycanca-ləzgicə lüğəti / ağıllı-başlı