* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. İp, zəncir və s. ilə bağlanmış, rəbt edilmiş, bənd edilmiş. – Bağlı aslana dovşanlar da hücum edər. (Ata. sözü). // Məc. mənada. [Həsənin] Dilaraya olan sevgisi həmişə bir əbədilik, daimilik hissi ilə bağlı idi. M.İbrahimov. // Sarınmış, sarğılı. Bağlı göz. Bağlı baş. Bağlı qıç. 2. Qıfıllı, kilidli, qapalı, qapağı və ya qapısı örtülmüş. Bağlı qapı. Bağlı sandıq. Bağlı şkaf. – Bağlı qapıya xata dəyməz. (Ata. sözü). 3. Bağı, qaytanı olan; qaytanlı. Bağlı tuman. Bağlı çəkmə. 4. İşlənməz, keçilməz; hərəkətə yol verməyən, qabağına sədd çəkilmiş. Bağlı yol. Bağlı qapı. 5. Bitmiş, qurtarmış. Sədr iclası bağlı elan etdi. 6. bax qapalı 5-ci mənada. Bağlı iclas. Bağlı məktəb. 7. məc. Asılı, əlaqədar, əlaqəli. Məsələnin həlli böyük çətinliklə bağlıdır. Bu iş sənə bağlıdır. – [Səfərəli:] Xörəklərin yaxşı olması bağlıdır xərcə, xərc də bağlıdır nəqd pula. N.Vəzirov. Bahadırın atası qədim bəylərdən olub, dolanacağı ancaq mülklərinə bağlı idi. N.Nərimanov. [Mustafa xan:] Şəhərin zindəganlığı bağlıdır kəndlərə. Ə.Haqverdiyev. 8. Bənd olmuş, vurulmuş; məftun. [Zalxa:] Bəlkə qız səni sevmir? Ürəyi özgəsinə bağlıdır? M.F.Axundzadə. 9. is. Kağız, parça və s. içərisinə qoyulub bağlanmış şeylər; düyünçə, boğça. Qadın əlində böyük bir bağlı aparırdı. M.S.Ordubadi. Əl çamadanı boyda yüngülvari bağlını əlimə aldım. Mir Cəlal.
Azərbaycan dilinin izahlı lüğəti / bağlı1 BAĞLI – AÇIQ Bağlı qapıya xata dəyməz (Ata. sözü); Səhər açıq pəncərədən rəfiqəsini səslədi.
Azərbaycan dilinin antonimlər lüğəti / bağlı1 BAĞLI I sif. İp, zəncir və s. ilə bənd edilmiş; örtülü, qapalı. Könül dedikləri, bağlı otaqdır (R.Rza). BAĞLI II sif. Bağı çox olan yer. Yerlərə baxıram – bağçalı-bağlı; Göylərə baxıram – qapısı bağlı (S.Vurğun). BAĞLI III sif. Məftun, vurulmuş. Bəlkə qız səni sevmir. Ürəyi özgəsinə bağlıdır (M.F.Axundzadə). BAĞLI IV sif. Əlaqədar. Bülbüllə bağlı bir epizodu da xatırlayıram.
Azərbaycan dilinin omonimlər lüğəti / bağlı1 1. завязанный, привязанный, связанный; 2. запертый, замкнутый, закрытый; 3. застегнутый; 4. зависящий; зависимый; 5. взаперти; 6. связка, узелок; 7. пачка;
Azərbaycanca-rusca lüğət / bağlı2 1 прил. 1. связанный. Şeylər bağlıdır вещи связаны; физ. bağlı karbon связанный углерод, bağlı yük связанный заряд 2. запертый. Qapı bağlı idi дверь была заперта; bağlı şkaf запертый шкаф 3. привязанный. İt bağlıdır собака привязана 4. закрытый. Bağlı yol закрытая дорога, bağlı yataq геол. закрытая залежь, bağlı müqavilə юрид. закрытый договор, bağlı uc физ. закрытый (глухой) конец II сущ. связка, узелок, свёрток 2 прил. с садом. Bağlı məhəllə двор с садом
Azərbaycanca-rusca lüğət / bağlı1 s. closed, shut; private; secret; ~ iclas closed meeting (for members only); secret session; hüq. meeting in camera; ~ iclas keçirmək to meet* in closed / private session; ~ tamaşa closed / private performance; ~ qapı arxasında behind closed doors
Azərbaycanca-ingiliscə lüğət / bağlı1 sif. fermé, -e ; bouché, -e ; sous clef ; connexe (əlaqəli) ; cohérent, -e ; attaché, -e
Azərbaycanca-fransızca lüğət / bağlı1 прил. 1. кутӀунай, кутӀуннавай (мес. кьил, кӀвач, вилер); 2. кӀевнавай, акьалнавай, агалнавай, тӀапӀар алай (мес. рак, сандух); 3. багъ авай (мес. чекмеяр); жир авай, еб авай (мес. юбка); 4. кӀевнавай, кӀвалахар тийизвай, кӀеви (мес. рехъ, рак); 5. куьтягь хьайи, акьалтӀ хьайи (мес. ижлас); 6. масадбур тан тийир (мес. школа); // чинебан (мес. ижлас); 7. пер. алакъалу; аслу; 8. ашукь тир, (рикӀ) алай; кьару; 9. сущ. бухча (кагъаз, парча, ягълух ва я мс. куьник кутуна тӀвал ганвай ва я кутӀуннавай затӀ).
Azərbaycanca-ləzgicə lüğəti / bağlı