Bankı sözü azərbaycan dilində

Bankı

Yazılış

  • Bankı • 81.8247%
  • bankı • 18.1544%
  • BANKI • 0.0209%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Kommersiya bankı
Kommersiya bankları – bank qanunvericiliyinin imkan verdiyi bütün əməliyyatları yerinə yetirirlər. Bank sisteminin fəaliyyət mexanizmində əsas rol kommersiya banklarına məxsusdur. Belə ki, məhz kommersiya bankları ölkədə kredit resurslarının əsas hissəsinin toplanmasına xidmət göstərir və müştərilərə maliyyə-kredit xidmətlərinin bütöv kompleksini təqdim edir. Bu gün kommersiya bankları müştərilərə 200 növə qədər müxtəlif bank xidmətləri göstərmək qabiliyyətinə malikdir. Kommersiya bankının yerinə yetirdiyi ən əsas vəzifə pul yaratmaqdır. Borc alana kredit vermək vasitəsilə banklar əlavə ödəmə qabiliyyəti olan tələbat yaradır. Kommersiya vəzifəsi kreditdə vasitəçilikdir, onlar bunu müəssisə fondlarının dövriyyəsi prosesində müvəqqəti azad olmuş pul vəsaitinin və özəl şəxslərin pul gəlirlərinin yenidən bölüşdürülməsi vasitəsilə həyata keçirir. Kommersiya bankı – pul vəsaiti toplamaq məqsədi ilə pul bazarında müxtəlif əməliyyatlar həyata keçirən və müştərilərin tapşırıqlarını yerinə yetirən kredit təşkilatıdır. Ümumiyyətlə kommersiya sözünün hərfi mənası latın mənşəli söz olub (commercium), ticarət deməkdir. Uzun müddət ərzində bank sistemi yalnız Kommersiya bankları kimi fəaliyyət göstərmişdir, lakin sonralar bir sıra səbəblərlə, ilk növbədə isə, pul emissiyasının tənzimlənməsi ilə əlaqədar mərkəzi bankların yaranması vacib məsələ kimi ortaya çıxmışdır.
Qida bankı
Qida bankı (ing. Food bank) — aclıqdan çətinlik qarşısını almaq üçün kifayət qədər ərzaq alınması olan insanlara qida paylayan xeyriyyəçi təşkilat. Amerika Birləşmiş Ştatları və Avstraliyada, qida bankları anbar kimi fəaliyyət göstərirlər. Dünyada ilk qida bankı, 1967-ci ildə Amerika Birləşmiş Ştatlarında yaranmışdır. == Standard Model == Standard model olan qida banklarında məhsullar qida talonları ilə verilir. == Şimali Amerika == 2014-cu ilin statistikasına görə, ABŞ-də hər 7 nəfərdən biri qida banklarından yardım almaq məcburiyyətindədir. 200 qida bankına sahib olan və ildə 17 milyonu uşaq olmaqla ümumilikdə 37 milyon insanı qidalandıran "Feeding America" adlı yardım təşkilatı problemin ABŞ diametrində olduğunu deyir. Ucuz və asan hazırlanan qida axtarışı, insanları pizza kimi qeyri-sağlam seçimlərə məcbur edərək, gələcəkdə piylənmə və digər sağlamlıq problemlərinə də yol açır. Bəzi bölgələrdə məktəblər "kürək çantası" deyilən bir layihə ilə ən yoxsul ailələrə həftə sonunda istehlak üçün cümə günündən qida paylanır. == Avropa == Avropada ilk qida bankı, 1984-ci ildə Fransada yaranmışdır.
Gürcüstan Milli Bankı
Gürcüstanın Milli Bankı (gürc. საქართველოს ეროვნული ბანკი) — Gürcüstanın mərkəzi bankı. Gürcüstanın Milli Bankı 1991-ci ildə SSRİ Dövlət Bankının Gürcüstan Respublika Bankı təməlində yaradılmışdır. == Tarixi == Gürcüstanın Milli Bankı 1919-cu ildə təsis edilib və 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra müstəqil bir qurum kimi fəaliyyətə başlamışdır. Daha sonra Gürcüstanın Ali Şurasının qərarı ilə Gürcüstan Milli Bankı sovet maliyyə və kredit strukturuna əsasən yaradılmışdır. Rəsmi olaraq müstəqil Gürcüstan Mərkəzi Bankı 1991-ci ilin avqustunda qəbul edilmiş "Gürcüstan Respublikası Milli Bankı haqqında" qanuna əsasən yaradılmışdır. Bununla yanaşı, Mərkəzi Bankın pul siyasəti sahəsində fəaliyyətinin əsas aspektlərini müəyyən edən "Gürcüstan Respublikasında Pul Tənzimləmə haqqında" Qanun qəbul edilmişdir. Milli Bankın mövcud vəziyyəti Gürcüstan Konstitusiyası ilə müəyyən edilir. Konstitusiyanın 95-ci maddəsinə əsasən, Milli Bank öz fəaliyyətində müstəqildir. Milli Bankın hüquq və vəzifələri, fəaliyyətinin qaydası və müstəqilliyin təminatı, 23 iyun 1995-ci ildə Gürcüstan Parlamenti tərəfindən qəbul edilmiş "Milli Bank haqqında" Qanunla müəyyən edilir.
Gürcüstan Xalq Bankı
Azadlıq Bankı (gürc. ლიბერთი ბანკი, libert'i banki), əvvəllər Gürcüstan Xalq Bankı (gürc. საქართველოს სახალხო ბანკი , sak'art'velos sakhalkho banki), Gürcüstanda özəl bir bankdır, 2017-ci ilin iyun ayına olan vəziyyətə görə 5,6% bazar payı ilə ölkənin aktivləri arasında üçüncü yerdədir. Gürcüstanda ən böyük filial şəbəkəsinə malikdir. == Tarix == Liberty Bank, 1994-cü ildə özəlləşdirilən və 2002-ci ildə "Gürcüstan Xalq Bankı" olaraq adlandırılan dövlətə məxsus "AgroMretsvBank"-ın varisidir. Gürcüstan Xalq Bankı, Gürcüstanda ən böyük müştəri xidməti şəbəkəsinə sahib idi. Georq Qoquadzenin rəhbərliyi altında bank ölkə daxilində 210 filial açdı. Qoquadzenin strategiyası ölkə daxilində geniş əhatə dairəsi yaratmaq olduğundan, bank pensiya və digər sosial müavinətlərin verilməsi hüquqları üzrə dövlət tenderini qazana bildi. Qoquadzenin Xalq Bankında icra əməliyyatının son ili olan 2008-ci ilin sonunda bankın bütün Gürcüstan əhalisinin təxminən 30%-ni təmsil edən 1,5 milyon müştərisi vardı. 2009-cu ilin sentyabr ayında Gürcüstanın keçmiş Baş naziri Lado Qurqenidze və Rumıniya maqnatı Dinu Patriciunun yeni qurulan Liberty Investments Holding BV şirkəti tərəfindən səhmlərinin 91,2%-i satın alındı və bankın adı Liberty Bank olaraq dəyişdirildi.
Macarıstan Milli Bankı
Macarıstan Milli Bankı (mac. Magyar Nemzeti Bank (MNB) ― Macarıstanın mərkəzi bankı və Avropa Mərkəzi Banklar Sisteminin (ESCB) bir hissəsi. Macarıstan Milli Bankı 1924-cü ildə quruldu və Kral Macarıstan Dövlət Bankının yerinə keçdi. Macarıstan Milli Bankı beynəlxalq münasibətlərinə və beynəlxalq iqtisadi qurumların və maliyyə təşkilatlarının (AB, BVF, IƏİT, BHB) peşəkar forumlarında iştirakına xüsusi əhəmiyyət verir. Onun əsas məqsədi qiymət sabitliyidir, amma eyni zamanda o, milli valyuta olan forinti buraxmaq, dövriyyədəki pula nəzarət etmək, mərkəzi bankın təməl məzənnəsini təyin etmək, rəsmi valyuta məzənnələrini dərc etmək və valyuta məzənnəsinə təsir göstərmək üçün xarici valyuta ehtiyatlarını və qızılı idarə etmək məsuliyyətlərini daşıyır. == Fəaliyyəti == Macarıstan Milli Bankının sədri Baş nazirin təklifi ilə Macarıstan Prezidenti tərəfindən altı illik müddətə təyin edilir. Macarıstan Milli Bankının ən vacib qərar qəbul edən orqanı Valyuta Şurasıdır. Binası Budapeşt şəhəri Belvaroş rayonunun Azadlıq meydanında, ABŞ səfirliyinin binası yanında yerləşir. MNB ortamüddətli məqsədli inflyasiya göstəricisini təxminən 3% civarında saxlayır. Bu Avropada qiymət sabitliyi üçün ümumi qəbul edilmiş inflyasiya səviyyəsindən bir qədər yüksəkdir və Macarıstanın Avropanın digər ölkələrinə çatmağa kömək etmək üçün istifadə olunur.
Mərkəzi Qan Bankı
== Haqqında == B.Ə Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu 1944-cü ildən fəaliyyətdədir. Hal-hazırda Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Respublikada qan xidməti üzrə baş müəssisə rolunu oynayan mürəkkəb tibbi istehsalat kompleksindən ibarətdir. İnstitut respublika əhalisinə yüksək səviyyəli ixtisaslaşdırılmış hematoloji yardımın göstərilməsi,qan və onun komponentlərinin hazırlanması və onların tibb müəssisələri arasında tələbata uyğun bölüşdürülməsi, transfuzion mühitlərin düzgün istifadə olunmasına nəzarət edir, eyni zamanda hematologiya və transfuzilogiya elminin inkişaf etdirilməsi və kadr hazırlanması işinə rəhbərlik edir. Hazırda ETHTİ-nin strukturu “Elm”, “Klinika” hissələrindən və “Mərkəzi Qan Bankı”ndan ibarətdir. İnstitutun “Elm” hissəsində hematologiya və transfuziologiya sahəsinin aktual problemlərinə həsr olunmuş elmi tədqiqatlar aparılır. Elmi araşdırmaların nəticələri Azərbaycanda və xarici ölkələrdə nəşr edilən nüfuzlu jurnallarda nəşr edilir və institutun əməkdaşları müxtəlif ölkələrdə keçirilən möhəşəm elmi forumlarda iştirak edirlər. İnstitutda monoqrafiyalar,metodik vəsaitlər,klinik protokollar hazırlanır və dərc edilir. İnstitutun Mərkəzi Qan Bankı donor qanının tədarükü,işlənilməsi,yoxlanılması və paylanması məşqul olur. Mərkəzi Qan Bankının respublikada 8 bölgə bölməsi var (Şəki , Quba , Lənkəran , Şirvan, Mingəçevir, Sumqayıt, Bərdə, Gəncə). Hematoloji xəstələrə tibbi yardım aşağıdakı Dövlət proqramı çərçivəsində həyata keçirilir: == Dövlət proqramları == “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci iilər üçün Dövlət Proqramı” “2016 -2020–ci illər üçün qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı” “2017-2021 –ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramının”.
Nikaraqua Mərkəzi Bankı
Nikaraqua Mərkəzi Bankı (isp. Banco Central de Nicaragua) — Nikaraquanın mərkəzi bankı. == Tarixi == Bank 1960-ci il tarixində qurulmuş və 1 yanvar 1961-ci il tarixində fəaliyyətə başlamışdır.
Portuqaliya Mərkəzi Bankı
Banco de Portugal Portuqaliyanın mərkəzi bankıdır. Bank 1846-cı ildə Portuqaliya kraliçası II Maria dövründə Portuqaliyada yaradılmış ilk bank olan Banco de Lisboa və Companhia Confiança Nacionalın birləşməsi ilə kral nizamnaməsi ilə formalaşmışdır. O, dünyanın ən qədim müntəzəm işləyən banklarından biridir və 100% dövlət nəzarətindədir. Avrosistem və Avropa Mərkəzi Bankının üzvüdür. Bankın sədri Karlos Kostadır.
Qazaxıstan Milli Bankı
Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər. == Tarix == Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir. 1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir. 1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir. 20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.
Qazaxıstan Mərkəzi Bankı
Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər. == Tarix == Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir. 1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir. 1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir. 20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.
Rusiya Mərkəzi Bankı
Rusiya Mərkəzi Bankı (rus. Центральный банк Российской Федерации) və ya qısaca Rusiya Bankı (rus. Банк России) — Rusiya Federasiyasının mərkəzi bankı. Əsas mərkəzi Moskva şəhərində yerləşir. Rəhbəri Elvira Nabiullinadır. Rusiya rublunun banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Rusiyadakı bütün banklardan üstündür. Rusiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Rusiya Federasiyasını beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir. == Tarixi == Rusiya Mərkəzi Bankının əsası 1860-cı ildə qoyulmuşdur.
Serbiya Milli Bankı
Serbiya Milli Bankı (serb. Народна банка Србије / Narodna banka Srbije) və ya qısaca NBS (serb. НБС) — Serbiya Respublikasının mərkəzi bankı. Əsas mərkəzi Belqrad şəhərində yerləşir. Rəhbəri Yorqovanka Tabakoviçdir. Serb dinarının banknot və metal pullarının yeganə istehsalçısıdır. Hökumətin pul və kredit siyasətindən məsuldur. Serbiyadakı bütün banklardan üstündür. Serbiya hökuməti tərəfindən səlahiyyətləndirilən bu Bank, Serbiyanı beynəlxalq maliyyə təşkilatlarında təmsil edir və pul siyasəti ilə bağlı beynəlxalq pul bazarı əməliyyatlarında iştirak edir. == Tarixi == Serbiya Milli Bankının əsası 2 iyul 1884-cü ildə qoyulmuşdur.
Slovakiya Milli Bankı
Slovakiya Milli Bankı (slovak. Národná banka Slovenska) və ya qısaca NBS — Slovakiya Respublikasının mərkəzi bankı; hansı ki, bu ölkə Avropa İttifaqının və Avropa Mərkəzi Banklar Sisteminin üzvüdür. Bankın əsas mərkəzi Bratislava şəhərində yerləşir. Rəhbəri Yozef Makuxdur. Slovak korunasının banknot və metal pullarının yeganə istehsalçısı olmuşdur. Hökumətin pul və kredit siyasətindən məsuldur. == Tarixi == Slovakiya Milli Bankının əsası 1 yanvar 1993-cü ildə qoyulmuşdur. Həmin vaxt Çexoslovakiya Dövlət Bankı 2 yerə ayrılmışdır ki, onlardan biri Çex Milli Bankı, digəri isə Slovakiya Milli Bankı idi. 1 yanvar 2009-cu ildən Avrosistemə üzvdür. == Fəaliyyəti == 9 regional filialı var və Slovakiyadakı bütün banklardan üstündür.
Türkiyə İş Bankı
Türkiyə İş Bankı A. Ş. (abr. İş bankı) — Türkiyədə ticarət və digər işləri həyata keçirən ən böyük özəl bank. 1924-cü ildə Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövrü ərzində ilk beynəlxalq bankdır. 30 iyun 2014-cü ildə 219,6 milyard lira təşkil edir. "The banker" jurnalında bu bank 118-ci yeri tutur. 2014-cü ilin sentyabr ayından etibarən 25 xaricdə 1350 şöbəsi, 6000 bankkamatı və 24 min şəxsi işçisi vardır. İş bankının Rusiya İşbankı və Almaniyada İşbank AG adı ilə iki bankı vardır. == Tarixi == 1924-cü ilin iyul ayında Mustafa Kamal Atatürk tərəfindən qurulub. Cumhuriyyət dövründə ilk bank İş bankasıdır.
Depozit bankı
Dünya Bankı
Dünya Bankı (ing. World Bank) — dünyada qlobal iqtisadi inkişaf məqsədlərinə xidmət edən və maliyyə resurslarının bölgüsünü təmin edən ən böyük donor təşkilatlardan biri. 1 iyul 1944-cü ildə Bretton-Vuds konfransında təsis olunmuşdur. Dünya Bankı heç də klassik mənada bank deyil, ixtisaslaşmış agentlikdir. Birləşmiş Millətlər Təşkilatının (BMT) ixtisaslaşmış qurumlarından biridir. BMT tərəfindən yaradılan bu agentliyin hazırda 184 üzvü var. Üzv ölkələr bu qurumun fəaliyyətinə nəzarət edir. Dünya Bankı inkişaf etməkdə olan ölkələrə çox aşağı faiz dərəcəsi ilə və ya faizsiz uzunmüddətli kreditlər və qrantlar verir. Dünya Bankı Azərbaycan hökuməti ilə də struktur islahatlarının aparılması istiqamətində əməkdaşlıq edir. == Strukturları == == Əsas məqsədi == Bankın əsas məqsədi kasıb ölkələrə struktur islahatlarının həyata keçirilməsində və yoxsulluğun azaldılmasında yardım göstərməkdir.
Yaponiya bankı
Yaponiya bankı (yapon dilində: 日本銀行 Нихон гинко) — Yaponiyanın mərkəzi bankı. == Tarixi == Yaponiya Bankı 1882-ci ildə 30 illik müddətə, öz banknotlarını buraxan böyük sayda şəxsi bankların əmələ gətirdiyi inflyasiyanın qarşısının alınması üçün yaradılmışdır. Sonra bankın fəaliyyət müddəti daha 30 ilə uzadılmış, 1942-ci ildə isə qanun qəbul edilmişdir. Bu qanuna görə, Yaponiya Bankı hökumət tərəfindən nəzarət olunur, maliyyə naziri isə bankın qanuni aktlarını müstəqil şəkildə dəyişmək hüququnu əldə edirdi. 1949-cu ildə Siyasi şura yaradıldı. Siyasi şura dövlətin monetar tənzimlənmə sahəsindəki maraqlarını müəyyənləşdirməyə başladı. 1979-cu ildə Bank haqqında qanun modernləşdirilmiş, Mərkəzi bank isə uzunmüddətlilik statusu qazanmışdır. 1988-ci il 1 apreldə Yaponiya Bankı haqqında yeni qanun qüvvəyə mindi. Bu qanuna görə, bank Maliyyə nazirliyindən asılı deyildir. == Ümumi məlumat == Yaponiya Bankı öz statusuna görə, inzibati orqan yox, səhmdar şirkətdir.
Zaqreb bankı
Zagrebačka banka (Zaqrebaçka banka, Zaqreb bankı) — Xorvatiyanın ən böyük bankı. UniCredit Maliyyə Korporasiyasının törəmə bankı. 1989-cu ildə tam özəlləşdirilən ilk Xorvatiya bankı və listinqlə birjaya (Zaqreb fond birjası, 1995-ci il) çıxan ilk Xorvatiya bankı. CROBEX adlı Xorvatiyanın əsas fond indeksinə daxil olan 25 şirkətdən biri. Bank 1914-cü ildə Zaqreb hakimiyyəti tərəfindən Gradska štedionica (şəhər əmanət bankı) adı ilə təsis edilmişdir. Bankın əsas vəzifəsi ilk öncə şəhər ictimai müəssisə və təşkilatlarını maliyyələşdirmək idi. Yarandığı gündən iki il sonra bank şəhərdə tramvay şəbəkəsi tikən Zaqreb Tramvay Şirkətini (ZET) maliyyələşdirməyə, eləcə də digər infrastruktur layihələrini kreditlərlə dəstəkləməyə başladı. İkinci Dünya Müharibəsindən sonra bankın adı Gradska štedionica Zagreb (Zaqreb Şəhəri Əmanət Bankı) oldu. 1977-ci ildə bir sıra yenidən qurulmadan sonra bank müəssisələrə kredit verməyə yönəlmiş Zaqrebačka banka və fiziki şəxslərə maliyyə xidmətləri göstərən Gradska štedionica bölündü. 1980-ci ildə onlar yenidən birləşdilər, lakin artıq Zagrebačka banka adı altında.
İnvestisiya bankı
İnvestisiya bankı (ing. Investment bank) — iri şirkətlərin və hökumətlərin qlobal maliyyə bazarlarında kapital toplamasını təşkil edən, eyni zamanda səhmlər və istiqrazlar, ticarəti sahəsində lider vasitəçi olmaqla, müəssisələrin alqı-satqısı, vasitəçilik xidmətləri göstərən bir maliyyə qurumu, valyutalar və əmtəələr, həmçinin fəaliyyət göstərdiyi bütün bazarlar barədə analitik hesabatlar verir. ABŞ bankları 1930-cu illərdə Böyük Depressiya səbəbiylə ticarət və investisiya banklarına ayrıldı. Lakin 1999-cu ildə Qlass — Stiqoll qanunu ləğv edildi və kommersiya banklarına yenidən investisiya bankçılığı ilə məşğul olmağa icazə verildi. Vəziyyət 2007-2009 böhranı ilə əlaqədar olaraq dəyişməyə başladı: İngiltərə və ABŞ daxil olmaqla bir çox ölkə investisiya bankçılığını kommersiya bankçılığından ayırmaq məsələlərini müzakirə edir. == Fəaliyyət növləri == Tipik investisiya bankı aşağıdakı funksiyaları yerinə yetirir: Anderraytinq və qiymətli kağızlar ticarəti; Xüsusi və institusional investorlara broker xidmətləri təklif etmək; Birləşmə və satın almalar xidmətləri; Maliyyə analitikası və tədqiqatı; Müəyyən qiymətli kağız növləri üçün marketmeykerlər. == Birləşmələr və satın almalar == İnkişaf etmiş maliyyə bazarı olan bir ölkədə fəaliyyət göstərən bir investisiya bankı üçün birləşmə və birləşmələr çox vaxt əsas gəlir sahəsinə çevrilir. Bir çox Rusiya müəssisəsi və maliyyə qrupu, birləşmə və birləşmələri həyata keçirmək üçün bir investisiya bankının xidmətlərinə ehtiyac olduqda hələ inkişaf səviyyəsinə çatmamışdır. Rus şəraitində birləşmə və satınalma çox vaxt böyük hissə blokları ilə əməliyyatlar kimi başa düşülür. Bununla birlikdə, ayrı-ayrı müəssisələrin alqı-satqısı, birləşmə və birləşmə ilə eyni deyil.
İpoteka bankı
İpoteka bankı — ipoteka kreditinin verilməsi, ipoteka ilə təmin edilmiş qiymətli kağızların yenidən satışı və bu fəaliyyətlə bağlı xidmətlərin göstərilməsi ilə məşğul olan ixtisaslaşmış bank. İpoteka bankı ilk dəfə XIII əsrdə Qərbi Avropada yaranmışdır. Bu bank növü xüsusilə Almaniyada inkişaf etdirilmişdir, burada ilk ipoteka bankı 1770-ci ildə Sileziyada yaradılmışdır. Əsasən iri kommersiya təsərrüfatlarına maliyyə dəstəyi verən dövlət ipoteka bankı idi. Almaniyada banklar sənaye şirkətlərinə, daşınmaz əmlaka, eləcə də kənd istehsalçılarının ehtiyaclarına ipoteka kreditləri verirdi. Dünya müharibələri və sonrakı inflyasiya ipoteka banklarının inkişafına mənfi təsir göstərdi. Bu şərtlər daxilində ipoteka banklarının sayı azalıb. Əlverişli iqtisadi şərait dövründə onların sayı, əksinə, artdı. Fransada ipoteka bankları spesifik xarakter daşıyır. Bu bank növü yalnız 1960-1970-ci illərdə Fransada inkişaf etdirilmişdir.
İngiltərə Bankı
İngiltərə Bankı (İngiliscə: Bank of England) — Britaniya Krallığının Mərkəzi bankı. Mərkəzi aparatı London şəhərində yerləşir. Britaniya Krallığının Mərkəzi Bankı olan İngiltərə Bankı dünyada ən qədim mərkəzi bank hesab edilir. Dövlət tərəfindən özəlləşdirilən İngiltərə Bankı ən müasir və iri mərkəzi bankların əsaslandığı modeldir. == Tarixi == İngiltərə Bankı 1694-cü ildə şotlandiyalı bankir Uilyam Paterson tərəfindən yaradılmışdır. 1781-ci ildə Bank haqqında Qanuna düzəlişlər olundu və İngiltərə Bankı bankların bankı kimi fəaliyyət göstərirdi. İngiltərə Bankı 1920-ci ildən kommersiya fəaliyyətini azaltmağa başladı və 1944-cü ildə artıq yalnız mərkəzi bank funksiyalarını yetirməyə başladı. 1946-cı ildə bank dövlət tərəfindən milliləşdirildi. 1997-ci ildə banka monetar siyasətdə tam müstəqillik verildi. İngiltərə Bankı mərkəzi bankın bütün funksiyalarını icra edir.
Yeni İnkişaf Bankı
Yeni İnkişaf Bank (YİB) (ing. BRICS Development Bank) — BRICS üzvü ölkələr (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) tərəfindən qurulan beynəlxalq maliyyə təşkilatı, inkişaf bankı. Bankın məqsədi BRICS ölkələrində və inkişaf etməkdə olan ölkələrdə infrastruktur və davamlı inkişaf layihələrini maliyyələşdirməkdir. Bankın mərkəzi binası Şanxayda yerləşir. YİB-nın nizamnamə kapitalı 100 milyard ABŞ dollarıdır. Bankın ayrılmış kapitalı - 50 milyard ABŞ dolları (ödənilmiş kapital - 10 milyard ABŞ dolları və tələbə görə 40 milyard ABŞ kapitalı daxildir) == Tarixi == Bankın yaradılması ilə bağlı siyasi qərar BRICS liderləri tərəfindən 27 mart 2013-cü il tarixində Durban şəhərində baş tutan 5. BRICS Sammitində verilmişdir . Təşkilatın yaradılmasının səbəblərindən biri də BRICS üzvlərinin dəfələrlə Dünya Bankını və BVF-ni bu təşkilatlarda ən vacib qərarlar qəbul edərkən BRICS ölkələrinin kifayət qədər səs ala bilməməsinə görə tənqid etmələri idi. Yeni İnkişaf Bankı haqqında müqavilə 15 iyul 2014-cü ildə Braziliyanın Fortaleza şəhərində keçirilmiş VI BRICS Sammitinin ilk günündə imzalanmışdır. Bu sənəd yeni üzvlərin qoşulması üçün açıqdır.
İslam İnkişaf Bankı
İslam İnkişaf Bankı (ing. Islamic development bank) və ya qısaca İİB (ing. IDB) — maliyyələşdirməni İslam prinsinplərinin əsasında aparılan beynəlxalq maliyyə qurumu. Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biridir. Üzvləri müsəlman ölkələridir. == Yaradılması == XX əsrin sonlarına doğru faizsiz maliyyə sisteminin fəaliyyəti genişləndikcə bu sahədə işləyən instutların formalaşması və yaranması prosesi də sürətlənirdi. Belə olduğu halda bir sıra Şərq ölkələri və onların təmsil olunduqları beynəlxalq təşkilatlarda faizsiz prinsiplər əsasında regional səviyyədə vahid maliyyə institutunun yaradılması ideyaları səslənirdi. Bu özünü ən çox İslam Konfransı Təşkilatına üzv olan ölkələrin yığıncaqlarında büruzə verirdi. Nəhayət 1973-cü ilin dekabrında (hicri 1393) Ciddədə keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) daxil olan ölkələrin Maliyyə Nazirlərinin Konfransında imzalanan Niyyət Bəyannaməsinin nəticəsində İslam İnkişaf Bankı təsis edilmişdir. Bu bank faizsiz maliyyə sistemi sahəsində fəaliyyətə başlayan ilk beynəlxalq 19 maliyyə təşkilatıdır.
İslandiya Mərkəzi Bankı
İslandiya Mərkəzi Bankı (isl. Seðlabanki Íslands) — İslandiyanın mərkəzi bankı. == Ümumi məlumat == İslandiyada pul kütləsinin tənzimləyicisi ölkənin pul siyasətini koordinasiya edən İslandiya Mərkəzi Bankıdır. İslandiya Mərkəzi Bankının əsas vəzifələri qiymətlərin sabitləşdirilməsi, inflyasiyanın və ölkənin milli valyutasının məzənnəsinin idarə olunmasıdır. İslandiyanın mərkəzi bankı hər il ölkənin pul kütləsi ilə bağlı məlumatları dərc etməli, həmçinin makroiqtisadi göstəricilərin dinamikasının tədqiqi əsasında üç il öncədən milli valyutanı qiymətləndirməli və inflyasiyanı proqnozlaşdırmalıdır. == Tarixi == 18 sentyabr 1885-ci il qanunu Danimarka kronu ilə dəyişdirilən İslandiya kronlarında əskinas buraxmaq hüququnu alan İslandiya Dövlət Milli Bankını (Landsbanki Íslands) yaratdı. 1904-cü ildə ikinci İslandiya bankı — qızılla qorunan əskinasları buraxmaq hüququnu alan özəl İslandiya Bankı (Íslandsbanki) yaradıldı. 1927-ci ildə İslandiya Milli Bankı əskinas buraxmaq üçün müstəsna hüquq əldə etdi. Parlamentin 1961-ci il aprel tarixli aktına uyğun olaraq, İslandiya Dövlət Mərkəzi Bankı yaradıldı ki, onun emissiya etmək müstəsna hüququ vardır. == İstinadlar == == Ədəbiyyat == Бутаков Д.Д., Золотаренко Е.Д., Рыбалко Г.П. Валюты стран мира: Справочник (5-е изд., перераб.
İsveçrə Milli Bankı
İsveçrə Milli Bankı (alm. Schweizerische Nationalbank‎) — İsveçrə Konfederasiyasının mərkəzi bankı.
Mərkəzi Bankın müstəqilliyi
Mərkəzi Bankın müstəqilliyi (ing. central bank independence) — iqtisadi ədəbiyyatda mərkəzi bankın pul siyasətinin həyata keçirilməsində birbaşa siyasi və ya hökumət təsirindən azad olma dərəcəsini təsvir edən institusional xarakteristikası. İqtisadi ədəbiyyatda mərkəzi bankın müstəqilliyinin vahid tərifi yoxdur. Mərkəzi bankın pul siyasəti alətlərini müstəqil şəkildə tətbiq etmək qabiliyyəti kimi müəyyən edilir. Hökumətin mərkəzi bankın pul siyasətinə təsirini məhdudlaşdıran qaydaların xarakterik xüsusiyyəti kimi. Hökumətin məhdud təsir göstərə biləcəyi seçilməmiş məmurlara pul siyasəti üçün səlahiyyət və məsuliyyətin verilməsi kimi. == Mərkəzi bankın müstəqilliyinin formalarının təsnifatı == İqtisadçı Vittorio Qrilli (2012–13-cü illərdə İtaliyanın İqtisadiyyat Naziri) həmmüəlliflərlə birlikdə 1991-ci ildə mərkəzi bankın siyasi müstəqilliyi (ing. political independence) və onun iqtisadi müstəqilliyi (ing. economic independence) konsepsiyalarını təklif etmişdir. Onlar öz orijinal işlərində siyasi müstəqilliyi mərkəzi bankın inflyasiya və ya iqtisadi fəallıq səviyyəsi kimi pul siyasətinin son məqsədini seçmək qabiliyyəti kimi müəyyən edirlər.
Osmanlı Bankına hücum
Osmanlı Bakına hücum (ing. Ottoman Bank Takeover, erm. Բանկ Օտոմանի գրավում) 1896-cı ildə Daşnaksütun tərəfindən təşkil edilmiş, silahlı hücum. Hücum 26 avqust 1896-cı ildə saat 13:00 da baş vermişdir. Hücumun məqsədi, Avropa ölkələrinin və Rusiyanın diqqətini Osmanlı imperiyasında baş verən daxili qarşıdurmalara yönəltmək olmuşdur. Silahlı hücumu məşhur erməni terrorçusu Armen Qaro təşkil etmişdir. Armen Qaro bununla, maliyyə baxımdan yaxşı vəziyyətdə olan Osmanlı imperiyasını daxildən sarıtmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir. Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri, bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında, hadisələrin təşkil edilməsində, böyük rolu olan Papken Siunidə vardı.
Osmanlı Bankına hücum (1896)
Osmanlı Bakına hücum (ing. Ottoman Bank Takeover, erm. Բանկ Օտոմանի գրավում) 1896-cı ildə Daşnaksütun tərəfindən təşkil edilmiş, silahlı hücum. Hücum 26 avqust 1896-cı ildə saat 13:00 da baş vermişdir. Hücumun məqsədi, Avropa ölkələrinin və Rusiyanın diqqətini Osmanlı imperiyasında baş verən daxili qarşıdurmalara yönəltmək olmuşdur. Silahlı hücumu məşhur erməni terrorçusu Armen Qaro təşkil etmişdir. Armen Qaro bununla, maliyyə baxımdan yaxşı vəziyyətdə olan Osmanlı imperiyasını daxildən sarıtmaq istəyirdi. Silahlı hücumda Armen Qarodan başqa daha 25 terrorçu iştirak etmişdir. Əl bombaları, dinamit və tapançalarla silahlanan terrorçulardan 9 nəfəri, bankın mühafizə xidmətinin işçiləri tərəfindən öldürülmüşdür. Öldürülənlər arasında, hadisələrin təşkil edilməsində, böyük rolu olan Papken Siunidə vardı.
Peterburq Şimal bankının binası
Peterburq Şimal bankının binası — 1903-1905-ci illərdə H.Z.Tağıyev küçəsində tikilmiş Peterburq Şimal bankının Bakı bölməsinin və sonradan Rusiya - Asiya bankının binası. XIX əsrdə Bakıda baş vermiş neft bumundan sonra şəhərdə bir çox bankların filialları və yeni banklar açılır. İlk açılan banklardan biri də Peterburq Şimal bankının filialı olub. 1903-1905-ci illərdə Peterburq Şimal bankının filialı üçün Qorçakovskaya 3 ünvanında tikilən binanın memarı məlum deyil. Binada hazırda Azərbaycan Beynəlxalq Bankının Mərkəz filialı yerləşir.
Qara Dəniz Ticarət və İnkişaf Bankı
Qara Dəniz Ticarət və İnkişaf Bankı (ing. Black Sea Trade and Development Bank (BSTDB)) — Qara dəniz bölgəsi ölkələrinin regional inkişafını və əməkdaşlığını dəstəkləmək üçün yaradılmış beynəlxalq maliyyə təşkilatı. == Məqsəd və vəzifələri == Bankın məqsədləri bölgədə ticarət əlaqələrini inkişaf etdirmək, beynəlxalq layihələrin həyata keçirilməsini asanlaşdırmaq, xarici investisiyaları təşviq etmək və ticarət və iqtisadi əlaqələrin həm dövlət səviyyəsində, həm də özəl biznesdə inkişafına zəmanət verməkdir. Qara Dəniz Ticarət və İnkişaf Bankı beynəlxalq Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına aiddir. QDTİB-in fəaliyyətini müəyyənləşdirən əsas sənəd, BMT tərəfindən qeydiyyata alınan Qara Dəniz Ticarət və İnkişaf Bankının yaradılması haqqında Sazişdir. Bankın nizamnamə kapitalı 3 milyard XBH-dur.
Qazaxıstan Respublikası Milli Bankı
Qazaxıstan Respublikasının Milli Bankı (qaz. Qazaqstan Respwblïkasınıñ Ulttıq Banki, translit. Kazakstan Respublikasının Ulttık Banki) — Qazaxıstan Respublikasının mərkəzi bankı və ali səviyyəli bank sistemi. Xüsusi qanuni statusa malik Qazaxıstan İnkişaf Bankı istisna olmaqla, Qazaxıstanda yerləşən digər bütün banklar aşağı səviyyəli bank sisteminə daxildirlər. == Tarix == Qazaxıstan Milli Bankı 1925-ci il 29 iyun tarixində təsis edilmişdir. Qazaxıstan Milli Bankı SSRİ Dövlət Bankının Qazaxıstan Respublika Bankının (1990-cı ildən Qazax SSR Dövlət Bankı, 1991-ci ildən Qazax SSR Milli Dövlət Bankı) təməlində təsis edilmişdir. 1990-cı ilin oktyabr ayında Qazaxıstan SSR Ali Soveti respublikanın dövlət suverenliyinin bəyan edilməsi barədə qanun qəbul etmişdir və bu qanun həmin ay qüvvəyə minmişdir. 1990-cı il 7 dekabr tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Soveti "Qazaxıstan SSR-də banklar və bank fəaliyyəti haqqında" qanun qəbul etmişdir. 20 iyun 1991-ci il tarixində Qazaxıstan Sovet Sosialist Respublikası Ali Sovetinin "Qazaxıstan SSR Milli Bankının Nizamnaməsi haqqında" qətnamə qəbul etmişdir. Bu qətnamənin qüvvəyə minməsi nəticəsində Qazaxıstan Sovet Sosialist Respublikası Milli Dövlət Bankı respublikasının mülkü və mərkəzi bankına çevrilmişdir.
Rusiya Dövlət Bankının Bakı şöbəsi
Rusiya Dövlət Bankının Bakı şöbəsi — Rusiya Dövlət Bankının yerli qurumlarından biri. == Tarixi == 1875-ci il iyulun 6-dan fəaliyyətə başlamışdı. Bankın sərəncamında xəzinədarlıq və kredit idarələri vardı. Rusiyada Fevral inqilabından (1917) sonrakı hərc-mərclik dövründə bank əməliyyatları dayandırılmışdı. Azərbaycanın müstəqilliyi elan edildikdən sonra Cümhuriyyət Hökumətinin əsas vəzifələrindon biri bankın fəaliyyətinin bərpası oldu. Bu sahədə hökumətin ilk tədbiri bankın uçot əməliyyatlarının yenidən başlanması haqqında 1918-ci il 23 iyun tarixli qərarı idi. 1918-ci il dekabrın 24-də neft sənayesi müəssisələrinə borc vermək üçün maliyyə nazirliyinə 2 milyon rubl məbləğində kredit açılması barədə qərar qəbul edildi. Həmin borc veksellərlə (borc sənədi) təmin olunmalı, Dövlət bankının uçot (hesabaalma) komitəsi borc verilən sahibkarların borc-ödəmə qabiliyyətini aydınlaşdırmalı idi. == Fəaliyyəti == 1919-cu il martın 17-də fəhlələrə əmək haqqı verməkdən ötrü neft sənayeçilərinə maliyyə yardımı ayrılmışdı. Maliyyə yardımının verilməsi əməliyyatını Bankın Bakı şöbəsi aparırdı.
Tiflis Kommersiya bankının binası
Tiflis Kommersiya bankının binası — Bakının Səbail rayonu Tərlan Əliyarbəyov küçəsində yerləşən bina. Binada Tiflis Kommersiya Bankının Bakı filialı yerləşirdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli sərəncamı ilə bina dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələri siyahısına əlavə edilmişdir. == Tarixi == Tiflis Kommersiya bankının Bakı filialı 1886-cı ildə açıldı və yalnız 1905-ci ildə Tərlan Əliyarbəyov (o zamankı Milyutinskaya küçəsi) və Əbdülkərim Əlizadə (o zamankı Baryatinskaya küçəsi) küçələrinin kəsişməsində yerləşən öz binasına köçdü.
Türkiyə Respublikası Mərkəzi Bankı
Türkiyə Respublikası Mərkəzi Bankı (türk. Türkiye Cumhuriyet Merkez Bankası) — Türkiyə Respublikasının mərkəzi bankıdır. Onun vəzifələri arasında pul və məzənnə siyasətinin yürüdülməsi, Türkiyənin beynəlxalq rezervlərinin idarə edilməsi, eləcə də banknotların çapı və buraxılması, ölkədə ödəmə sistemlərinin yaradılması, saxlanılması və tənzimlənməsi yer alır. Türkiyə Respublikası Mərkəzi Bankı Türkiyədə qiymət və maliyyə sabitliyinə nail olmaq və qorumaq üçün qanunla tapşırılıb və bu məqsədlərə çatmaq üçün sərəncamında olan hər hansı bir siyasət alətini öz mülahizəsinə əsasən istifadə etmək səlahiyyətinə malikdir. Türkiyə Respublikası Mərkəzi Bankı 2006-cı ildən bəri tam inflyasiya hədəfləmə rejimini izləyir. == Tarix == Türkiyə ərazisində ilk sikkə 1326-cı ildə Osmanlı bəyliyi dövründə dövriyyəyə buraxılır. O dövrdə yalnız qiymətli metal kimi zərb olunmağa başlayan valyutanın digər ölkələrdə olduğu qədər geniş bir istifadə sahəsi yox idi. Yalnız ödəniş məqsədləri üçün istifadə olunan pullar dövlət tərəfindən çap olunurdu. 19-cu əsrdə, pulun funksional dəyişikliyinə və Osmanlı İmperiyasının artan borclarına paralel olaraq maliyyə agentlərinə ehtiyac getdikcə artır. 1840-cı ildə ilk türk əskinasları olan xəzinədarlıq banknotlarının buraxılışı başlayır.
Voljsk-Kama bankının binası
Voljsk-Kama bankının binası — Rostov-na-Donu şəhərinin ərazisində, Bolşoy Sadovnaya küçəsi, ev 55 ünvanında yerləşən bina. Bina Aleksadr Nikolayeviç Beketovun layihəsi əsaaında 1906–15-ci illər ərzində inşa edilmişdir. Binada sovet dönəmində pionerlər evi yerləşirdi. Bina modern stilində inşa edilmişdir. Voljsk-Kama bankının binası regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == Voljsk-Kama bankı XIX əsrin sonları Rusiya ərazisinə ən güclü banklarından idi. Bank 1892-ci ildə Rostovda özünə filial açır. İlk əvvəllər bank özünə bina kirayələyir. 1897-ci ilə qədər bankın filialı Yaşenkonun gəlirli binasında yerləşirdi. Sonradan Qenç-Olquev binasına köçürülür.
Yaponiya Bankının Valyuta Muzeyi
Yaponiya Bankının Valyuta Muzeyi (貨幣博物館, Kahey Hakubutsukan) – Yaponiyanın Tokio şəhərində, Yaponiya bankının qabağında yerləşən muzey. Muzey Yaponiya tarixində istifadə olunmuş sikkə və əsginaslara həsr olunmuşdur. == Tarixi == Yaponiya Bankının Valyuta Muzeyi 1985-ci ildə Yaponiya bankının 100 illiyi münasibətilə açılmışdır. Muzeyin məqsədi Yaponiya pullarını toplamaq, mühafizə etmək və nümayiş etdirməkdir. == Xüsusiyyətlər == Muzey sərgisinin əsasının Senpeykan kolleksiyası təşkil edir. Bu kolleksiya XIX–XX əsrlərdə yaşamış numizmatik Tanaka Keybuna məxsusdur. O, Yaponiya və Çində istifadə olunmuş tarixi valyutaları toplamışdır. Kolleksiya Senpeykan muzeyində saxlanılmış olsa da, 1944-cü ildə Yaponiya bankına bağışlanılmışdır. Muzeydə Yaponiyanın ilk sikkələri olan fuhonsen sikkələrinin replikaları, Min sülaləsi dövrünə aid Çin sikkələri, vadokayçin sikkələri, qızıl külçələr, oban adlı qızıl sikkələr, Yaponiya bankı tərəfindən tədavülə buraxılmış ilk əsginas sərgilənir. Miyazaki prefekturasında kəşf edilmiş və kim tərəfindən basdırıldığı naməlum olan 7700 Çin sikkəsi muzeyin 60 santimetr hündürlüyündəki gil qabında saxlanılır.

"bankı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#bankı nədir? #bankı sözünün mənası #bankı nə deməkdir? #bankı sözünün izahı #bankı sözünün yazılışı #bankı necə yazılır? #bankı sözünün düzgün yazılışı #bankı leksik mənası #bankı sözünün sinonimi #bankı sözünün yaxın mənalı sözlər #bankı sözünün əks mənası #bankı sözünün etimologiyası #bankı sözünün orfoqrafiyası #bankı rusca #bankı inglisça #bankı fransızca #bankı sözünün istifadəsi #sözlük