* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2006 | •••• | 0.23 |
2010 | ••••••••••••••••• | 1.18 |
2011 | •••••••••••••••••••• | 1.46 |
2012 | ••••••••• | 0.60 |
2013 | ••••••• | 0.44 |
2015 | ••• | 0.17 |
2016 | ••• | 0.17 |
2018 | ••• | 0.15 |
2019 | •••• | 0.28 |
1 is. [ər.] 1. Bir şeyin əsasını, bünövrəsini qoyan, təsis edən, bina edən, tikən, quran, yaradan. Üzeyir Hacıbəyov Azərbaycan opera sənətinin banisi olmuşdur. 2. Təşəbbüsçü, səbəbkar. Bu ədavətdə bani hansı idi və müqəssir hansı idi? C.Məmmədquluzadə. Sabir ilə belə məktubu çox aldıq səndən; Hər nə yazdıqsa ona, bani sən oldun, qardaş! A.Səhhət.
Azərbaycan dilinin izahlı lüğəti / bani1 Ərəb mənşəlidir, bina, bənna sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / bani2 сущ. основатель, основательница, основоположник, учредитель, учредительница
Azərbaycanca-rusca lüğət / bani1 [ər.] сущ. бани (1. бине эцигай кас, са затӀ туькӀуьрайди, арадал гъайиди, эцигайди, сифте кьил кутурди; 2. рикӀел гъайи, кьил кутур кас; себебкар).
Azərbaycanca-ləzgicə lüğəti / baniə. əsasını qoyan; quran.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti