Babi sözü azərbaycan dilində

Babi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Babi • 63.4409%
  • babi • 33.3333%
  • BABİ • 3.2258%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.25 dəfə / 1 mln.
2004 •••••••••••• 1.35
2006 •••••••••••••••••••• 2.25
2007 •• 0.21
2010 ••• 0.27
2012 0.09
2013 •• 0.15
2014 •• 0.17
2017 ••• 0.33
2019 ••••••• 0.70

babi sözünün leksik mənası və izahı

  • 1 is. [xüs. is.-dən] 1. XIX əsrin ortasında İranda “Bab” təxəllüslü Mirzə Əli Məhəmməd tərəfindən təsis edilmiş dini təriqətə mənsub olan adam. Dedilər ki, Təbrizdə çox babi var, amma heç kəs qorxusundan ləb tərpədə bilmir. M.F.Axundzadə. Burada ancaq babılar belə birçək qoyurlar. P.Makulu. 2. məc. Dinsiz, imansız, kafir mənasında (keçmişdə mürtəce mövhumatçıların tərəqqipərvər ziyalılara təhqir üçün verdikləri ad). Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir. C.Məmmədquluzadə. Bu isə, bəs o ləinin də işi qullabıdır; Dini, imanı danıb, yoldan azıbdır, babıdır. M.Ə.Sabir. [Mirzə Turab:] Əlləşdim, vuruşdum, çox zəhmət çəkdim, amma siz yenə cəhalətdən əl götürmədiniz, … [mollalar] mənə babı dedilər. B.Talıblı.

    Azərbaycan dilinin izahlı lüğəti

babi sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. BABİ (babi məzhəbinə mənsub olan) [Molla Qafar:] Amma bu rusihayi-Azərbaycanidə xəlayiq babi məzhəb olub yezdanə boyun əymirlər (S.Rəhimov); BAB Seyidsədulla: Siz bab ve bəhailik aləmi barəsində uzun və uzadı mütaliə etməlisiniz (M.S.Ordubadi). 2. babi bax dinsiz, kafir 2

    Azərbaycan dilinin sinonimlər lüğəti

babi sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 BABİ – DİNDAR Məsələn, mənə deyirlər ki, filankəs babidir, yəni mürtəddir (C.Məmmədquluzadə); Atan Hacı Cəfər ilə duz-çörək kəsmişəm, özü də çox dindar kişidir (S.S.Axundov).

    Azərbaycan dilinin antonimlər lüğəti

babi sözünün rus dilinə tərcüməsi

  • 1 1. бабид, последователь Баба (1820-1850), расстрелянного при Насрэддин шахе за стремление осуществить общественно-политические реформы; 2. бабидский;

    Azərbaycanca-rusca lüğət
  • 2 I сущ. истор. 1. бабид (последователь Баба) 2. еретик, еретичка II прил. 1. бабидский 2. перен. безбожный, неверующий (так называли прогрессивных представителей интеллигенции религиозные деятели)

    Azərbaycanca-rusca lüğət

babi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 BABI [xüs. is.-dən] сущ. баби (1. ХIХ лагьай асирдин юкьвара Иранда “Баб” лакӀаб алай Мирзе Али Мегьамеда туькӀуьрай диндин тарикъатдиз талукь тир кас; 2. динсуз, имансуз, кафир).

    Azərbaycanca-ləzgicə lüğəti

babi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) babilik məzhəbinə mənsub adam; 3) m. dinsiz (tənə ilə işlədilir).

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"babi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#babi nədir? #babi sözünün mənası #babi nə deməkdir? #babi sözünün izahı #babi sözünün yazılışı #babi necə yazılır? #babi sözünün düzgün yazılışı #babi leksik mənası #babi sözünün sinonimi #babi sözünün yaxın mənalı sözlər #babi sözünün əks mənası #babi sözünün etimologiyası #babi sözünün orfoqrafiyası #babi rusca #babi inglisça #babi fransızca #babi sözünün istifadəsi #sözlük