Juvenalya Xabiarimana
Juvenalya Xabiarimana (ruanda və fr. Juvénal Habyarimana; 8 mart 1937[…], Qiseni əyaləti[d] – 6 aprel 1994[…], Kiqali, Ruanda) ― 1973-cü ildən 1994-cü ilə qədər Ruandanın ikinci prezidenti vəzifəsində çalışmış Ruandalı siyasətçi və hərbi zabit. O, ruanda dilindən "məğlubedilməz" mənasını daşıyan "Kinani" ləqəbi ilə tanınırdı.
Etnik hutu olan Habyarimana, Ruandanın ilk prezidenti Qrequar Kayibanda dövründə müdafiə naziri də daxil olmaqla bir neçə təhlükəsizlik vəzifəsində çalışmışdır. 1973-cü ildə çevriliş nəticəsində Kayibandanı devirdikdən sonra ölkənin yeni prezidenti oldu və axır əvvəl sələfinin hutuyönlü siyasətini davam etdirdi. O, diktator idi və təkrar-təkrar seçkilərdə əngəlsiz qalibiyyətlərinə görə onun saxtakarlığa əl atdığına şübhələr var: 24 dekabr 1978-ci ildə 98,99% səs, 19 dekabr 1983-cü ildə 99,97% səs və 19 dekabr 1988-ci ildə 99,98% səs. Onun hakimiyyəti dövründə Ruandada totalitar, birpartiyalı hökumət mövcud idi, onun başçılıq etdiyi "İnkişaf Uğrunda Milli İnqilab Hərəkatı" partiyası icraçıları əhalidən kütləvi siyasi “animasiya” yarışmalarında prezidentə təriflər oxumağı və rəqs etməyi tələb edirdilər. Habyarimana-nın dövründə ölkə bütövlükdə bir qədər az yoxsullaşsa da, ruandalıların böyük əksəriyyəti həddindən artıq yoxsulluq şəraitində yaşayırdılar.
1990-cı ildə tutsilərin rəhbərlik etdiyi Ruanda Vətənpərvər Cəbhəsi (RVC) onun hökumətinə qarşı vətəndaş müharibəsini başlatdı. Üç illik müharibədən sonra o, sülh müqaviləsi kimi RVC ilə 1993-cü ildə Aruşa sazişlərini imzaladı.