xali sözü azərbaycan dilində

xali

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • xali • 86.0465%
  • Xali • 12.4031%
  • XALİ • 1.5504%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Fətəli bəy Xali-Gəncəvi
Fətəli bəy Xali-Gəncəvi-şair, Cavad xanın qardaşı Fətəli bəy Xali-Gəncəvi Gəncə şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Xali təxəllüsü ilə şeir yazırdı. Azərbaycan MEA Əlyazmalar institutunda B-1829 şifri altında "Divan"ı saxlanır. Fəthəli bəy Hali Gəncəvinin şeirləri Gəncədəki "Elm" nəşriyyatında çap edilib. Şairin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundakı əlyazmadan götürülmüş şeirlər toplusuna onun lirik aşiqanə, nəsihətamiz şeirləri, mənzum məktubları daxil edilib. Fəthəli bəyin əsərlərini Əlyazmalar İnstitutunun icraçı direktoru filologiya elmləri doktoru Paşa Kərimov və böyük elmi işçi Hacı Rauf Şeyxzamanlı transliterasiya və tərtib edib, kitaba “Ön söz” yazıblar. Fəthəli bəyin fars dilində yazdığı şeirlərinin bədii tərcüməsi Paşa Kərimova məxsusdur. Kitabın elmi redaktoru professor, Əməkdar elm xadimi Xəlil Yusifli, redaktoru H.Mustafa Mailoğludur. Qeyd edək ki, Fəthəli bəy Cavad xanın ölümündən sonra çar Rusiyası qoşunlarına qarşı mübarizə aparıb.
Rub-əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Rub əl-Xali
Rub-əl-Xali — (ərəb. الربع الخالي‎‏ — "boş rüb")) — Yaxın Şərqdə geniş qumlu səhra. Ərəbistan yarımadasının cənubun üçdə bir hissəsini təşkil edir. Dünyanın ən böyük (sahəsi 650 000 km² təşkil edir), isti (iyul-avqust aylarında maksimum orta temperatur 47–50 °C təşkil edir) və quru (yağıntıların illik miqdarı ≈35 mm, buxarlanma qabiliyyəti >2000 millimetr təşkil edir) səhralarından biridir. Arid səhralar kateqoriyasına aiddir. Oman, BƏƏ və Yəmən dövlətlərinin ərazisində yerləşir. Koordinatları: 44°30' — 56°30' ş.u və, 16°30' — 23°00'. şim.e. Rub-əl-Xali Ərəbistan şelfi vasitəsilə cənub-qərbdən şimal-şərqə tərəf uzanmış böyük hövzədir. Qum təpələrinin hündürlüyü 250 m-ə çatır.
Bab-i Xalidabad (Üşnəviyyə)
Bab-i Xalidabad (fars. باب خالداباد‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 338 nəfər yaşayır (50 ailə).
Babək Abuşov (Xalistürk)
Babək Məmməd oğlu Abuşov (Babək Xalistürk) — biologiya elmləri doktoru, professor. 20 sentyabr 1950-ci ildə Kürdəmir şəhərində anadan olub. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Azərbaycan Milli Elmlər Akademiyasının A.İ.Qarayev adına Fizilogiya İnstitutunun aparıcı elmi işçisi olmuşdur. 16 oktyabr 2021-ci ildə Kazan şəhərində vəfat etmişdir. 1968-ildə orta məktəbi, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib. 1977-1992-ci illərdə SSRİ Tibb Elmləri Akademiyasının Beyin institutunda (Moskva şəhəri) işləyib. "Fiziologiya" və "Sitologiya, hüceyrə biologiyası və histologiya" ixtisasları üzrə yüksək kvalifikasiyalı mütəxəssisdir. Hazırda AMEA A.İ.Qarayev adına Fizilogiya İnstitutunda çalışır. 1977-ci ildən başlayaraq müxtəlif ekstremal faktorun təsiri şəraitində beyində əmələ gələn morfofunksional dəyişiklikləri və onların qarşısının alınma yollarını araşdırır.
Cibranlı Xalid bəy
Miralay Cibranlı Xalid bəy (kürd: Xalit Begê Cibirî və yaxud Xalîd Beg Cîbran; 1882, Varto, Muş ili – 14 aprel 1925, Bitlis) — Osmanlı və Türkiyə zabiti. 1882-ci ildə Muşun Varto ilçəsində anadan oldu. Məktəbi bitirdikdən sonra, hərbi məktəbə daxil oldu. Hərbi məktəbi kapitan rütbəsi ilə bitirib Osmanlı ordusuna qoşuldu. İlk xidmətini Fələstin cəbhəsində etdi. Birinci Dünya müharibəsi başlayanda Vartoya çağırıldı. Müharibə bitdikdən sonra isə Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etdi. 1925-ci ildə Kürdüstan üsyanın səbəbkarlarından olduğuna görə Bitlisdə asılaraq edam edildi.
Heysam ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Heysəm ibn Xalid
Heysəm ibn Xalid – Ərəb Xilafətinin Ərməniyyə və Azərbaycanda valisi, Azərbaycanda Şirvanşahlar dövlətinin banisi, müstəqil Şirvanşah tiltulu daşıyan ilk hökmdar. Üç dəfə Azərbaycan, Arran və Ərməniyyə hakimi təyin olunmuş Məhəmməd ibn Xalidin dövründə onun qardaşı Heysəm ibn Xalid Şirvanın hakimi idi, Məhəmməd özü isə Gəncədə hakimlik edirdi. H.247 (861)-ci ildə xəlifə Mütəvəkkil öldürüldükdən sonra Xilafətdə baş vermiş iğtişaşdan istifadə edən Heysəm özünü müstəqil elan etdi. O, təkhakimiyyətliliyə nail oldu və Şirvanşah titulunu qəbul etdi. Ehtimal ki, Heysəm ərəblərin təyin etdiyi Şirvanşahın hakimiyyətinə son qoymuşdur. Beləliklə, Heysəm ibn Xalid Şirvanın Şirvanşah titulu daşıyan ərəb mənşəli Məzyədilər sülaləsindən ilk müsəlman hakimdir. Həmin vaxtdan etibarən V.F.Minorskinin qeyd etdiyi kimi, "...Yəzidilər sülaləsinin tarixi öz xarakterini dəyişir: onun əvvəllər Bağdaddan əmir vəzifəsinə təyin edilən nümayəndələri indi öz iqta torpaqlarında irsi vassallara çevrilirlər..." Şirvanda sonralar baş verən hadisələr Məzyədi Şirvanşahlar dövlətinin tarixinə dair son dərəcə qiymətli mənbə olan "Tarix-i əl-Bab"da işıqlandırılır. Mənbələrdə Heysəm haqqında məlumat çox cüzidir. Onun Sərirdə "kafirlərlə" vuruşduğu xəbər verilir. Heysəmin ölüm ili məlum deyil.
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Leyla Xalid
Leyla Xalid (9 aprel 1944, Hayfa) — 1944-cü ildə Britaniyanın idarəçiliyində olan Haifada anadan olmuşdur. 1947-ci ildə Ərəb ölkələri ilə İsrail arasında müharibə başladı. Leyla Xalidin ailəsi 1948-ci ildə Livana köçdülər. 15 yaşında olan zaman Corc Habaş tərəfindən qurulan Fələstin Xalq Qurtuluş Təşkilatına qatıldı. Daha sonar Beyrut Amerikan Universitetində tibb ixtisası üzrə təhsil almağa başladı. 1967-ci ildə Altı Günlük müharibədən sonar Fələstin Xalq Qurtuluş Təşkilatında özünü göstərməyə başladı. Daha sonralar Küveytdə müəlliməlik fəaliyyəti ilə məşğul olmağa başladı. Qara Sentyabr hadisəsinin baş verən il üçü eyni zaman olmaq üzərə 4 təyyarə qaçırılma əməliyyatında iştirak etmişdir. 1969 və 1970-ci illərdə iştirak etdiyi, liderləri Wadi Haddad tərəfindən planlanan əməliyyatlarda diqqətləri üzərinə çəkdi. 29 avqust 1969-cu ildə Amerikaya məxsus təyyarəni qaçırdaraq Şam şəhərinə endirdi.
Malik Merac Xalid
Malik Merac Xalid (urdu ملک معراج خالد‎; 20 sentyabr 1916, Lahor, Britaniya Hindistanı – 13 iyun 2003, Lahor) — Pakistan İslam Respublikasının 14-cü baş naziri.
Mia Xalifa
Mia Xalifa (ərəb. ميا خليفة‎; ing. Mia Khalifa), həmçinin Mia Kallista (ing. Mia Callista, 10 fevral 1993, Beyrut, Livan) — Livan mənşəli ABŞ modeli və pornoaktrisası. Xalifanın atası konservativ xristian-maronit olub, Respublikaçılar və anti-İran "Livan Qüvvələri" partiyalarının tərəfdarıdır. 2000-ci ildə ailə ABŞ-yə köçmüşdür. 2011-ci ildə amerikalıya ərə getmişdir. Hal-hazırda Mayamidə yaşayır. Mia Xalifanın fəaliyyəti Yaxın Şərqdə kəskin tənqid atəşinə tutulub, onu özünü və ölkəsini biabır etməkdə günahlandırıblar. Valideynləri onunla seçdiyi sənətə görə əlaqələrini kəsiblər.
Mohammad Taqi Xalili
Mohammad Taqi Xalili (d. 1976, Maydan, Vərdək vilayəti, Əfqanıstan) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən) Mohammad Taqi Xalili 1976-ci ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur. Gənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür. Daha sonra isə ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır. 2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir. Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur.
Mohsen Xalili
Möhsün Xəlili (fars. محسن خلیلی‎; 14 fevral 1981, Tehran, İran) — İran futbolçusu, Saba Kom klubunun hücumçusu.
Məhəmməd ibn Xalid
Məhəmməd ibn Xalid – Ərəb Xilafətinin təyin etdiyi Ərməniyyə və Azərbaycan valisi, Şirvanşahlar dövlətinin əsasını qoymuş Heysam ibn Xalidin qardaşı. Xalid ibn Yezidin ölümündən sonra Xəlifə Vasiq onun böyük oğlu Məhəmmədi Azərbaycan, Ərminiyyə və Arrana vali qoydu və Tiflisdə üsyan qaldırmış İshaqın üzərinə getməyi əmr etdi. H.230 (844)-cu ildə hakimiyyətə başlayan Məhəmməd İshaqla müharibədə məğlubiyyətə uğradı və elə həmin il Dərbənddə Buğa əş-Şərabi tərəfindən devrildi. Xəlifə Mütəvəkkil Dərbənd şəhərini və onun həndəvərindəki torpaqları iqta kimi Məhəmməd ibn Xalidə verdi. Sonralar Şirvanşahlar, xəlifənin hədiyyəsi kimi, daim Dərbənd torpaqlarının iddiasında olmuşlar. Xəlifənin əmri ilə Məhəmməd türk Əbu Musa ilə birgə İshaqın üzərinə yürüdü. Çoxlu vuruşmalardan sonra İshaq məğlub edildi və öldürüldü. Məhəmməd Dərbəndə qayıtdı. Onun sonrakı fəaliyyəti Dərbəndin qonşuluğunda və Sünikdə yaşayan "gavurlara" (xristian albanlara)qarşı yürüşlərlə bağlı olmuşdur. H.242 (846)-ci ildə o, Buğa əl-Kəbirin köməyilə yenidən Azərbaycan, Ərminiyyə və Arranın valiliyinə qaytarılmışdır.
Mərziyə Xalitova
Mərziyə Xalitova (5 iyun 1956, Yanqıyol, Daşkənd vilayəti) — Krımtatar mənşəli Sovet və Ukrayna bəstəkarı. SSRİ Bəstəkarlar İttifaqının üzvü (1986), Ukrayna Bəstəkarlar İttifaqının üzvü (1993). Krım Muxtar Respublikasının Mükafatı laureatı (2000), N. V. Lusenko adına mükafat (2003), Boris adına mükafat. 5 iyun 1956-cı ildə Yangiyul (Özbəkistan) şəhərində anadan olmuşdur. Anası məktəbdə coğrafiya fənni üzrə dərs deyirdi. Atası planlaşdırma iqtisadçısı olmuşdur. 1982-ci ildə Daşkənd Dövlət Konservatoriyasında Mirsadik Tacıyev və Qeroqi Muşelyanın kompozisiya sinfini bitirir. Sonda konservatoriyada xüsusi bir musiqi məktəbində kompozisiya tədris edir. 1993-cü ildə Xalitova Krıma köçür. Simferopol Musiqi Kollecində kompozisiyadan dərs deyir, Krım dövlət televiziyasında musiqi redaktoru olaraq çalışır.
Xalibovun binası
Xalibovun binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində zirzəmidən ibarət olan bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 301 qərar 18 noyabr 1992-ci ildə qəbul olunmuşdur. Adres: Taqanroq ş, Qreçeskaya küçəsi, ev 58. Zirzəmiyə sahib bir mərtəbədən ibarət olan bina Taqanroq şəhəri Qreçeskaya 58 ünvanında yerləşir. Fasadında səkkiz pəncərə vardır. Bina 1857-ci ildə kollec katibi Artemiya Pavloviç Xalibovun vəsaiti hesabına inşa edilmişdir. Artemiya Pavloviç Xalibovun milliyyətcə erməni idi. Əslən isə Naxçıvan-na-Donu şəhərindəndir. Kifayət qədər imkanlı adam idi.
Xalid Ağcatəpə
Xalid Ağcatəpə (türk. Halit Akçatepe; 1 yanvar 1938, Üsküdar, İstanbul ili – 31 mart 2017, İstanbul) — türkiyəli aktyor. Xalid Ağcatəpə 1 yanvar 1938-ci ildə Ünyedə anadan olub. Atası Sidqi bəydir. Konservatoriya təhsili heç almamışdır (özü konservatoriya təhsili uzaqdan yaxından heç bir əlaqəsi olmadığını bildirmişdir). Zamanın film rejissorlarından birinin atasına "bizə bir uşaq oyunçu lazımdır" dediyi zaman, atası tülüatçı Sidqi bəy oğlu Xalidi göndərmişdir. İlk filminə 1943-cü ildə 5 yaşında çəkilmişdir. Aktyor 1975-ci ildə lentə alınan "Hababam sınıfı" filmindəki "Güdük Nəcmi" obrazı ilə şöhrətinin zirvəsinə yüksəlmişdir. Halit Akçatepe karyerası boyunca 100-dən artıq filmdə və serialda müxtəlif obrazlar yaratmışdır.
Xalid Fəxri Ozansoy
Xalid Fəxri Ozansoy(1891–1971)—Türkiyə şairi. Bu dövrdə nəşr etdirdiyi şeir kitabları bunlardır: "Paravan" (1929), "Balkonda saatlar" (1931), "Sulara dalan gözlər" (1936). Xalid Fəxri əfsanə və nağıllardan, Şərq və Qərb mifologiyasından da yararlanmış, ümumiyyətlə, fərdi mövzulara, ekzotizmə, ölüm düşüncəsinə üstünlük vermişdir. Ancaq bununla yanaşı, vətənpərvər şeirləri də vardır.
Xalid Gözəlov
Xalid Həsən oğlu Gözəlov (4 noyabr 1996, Aşağı Cürəli, Biləsuvar rayonu – 27 sentyabr 2020, Füzuli rayonu) — Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının baş leytenantı və hərbi pilotu. Xalid Gözəlov 4 noyabr 1996-cı ildə Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olmuşdur. 2002-ci ildə Zaqatala şəhər 2 saylı tam orta məktəbində təhsil almağa başlamışdır. Orta təhsilini 2012-ci ildə Biləsuvarda yerləşən Oktay Babayev adına orta məktəbdə bitirmişdir. 2012–2016-cı illərdə Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında ali təhsil almışdır. Subay idi. Xalid Gözəlov akademiyanı bitirdikdən sonra 2016-cı ildə Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının sıralarında "leytenant" rütbəsi və pilot vəzifəsi ilə xidmətə başlamışdır. 2019-cu ildə "baş leytenant" rütbəsi almışdır. Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan hərbi pilot Xalid Gözəlov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur.
Xalid Hassan
Xalid Mahmud oğlu Hassan (26 yanvar 1995, Sumqayıt – 4 noyabr 2020, Martakert rayonu[d]) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi. 1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəlirlər burada yaşamağa başladı. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinifə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Tam orta təhsilini Azərbaycanda bitirib. Xalid Hassan 2014–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib. Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb.
Xalid Huseyni
Xalid Hüseyni (ing. Khaled Hosseini, fars. خالد حسینی‎; 4 mart 1965[…], Kabil) — Əfqan əsilli ABŞ yazıçısı və həkimi. Xalid Hüseyni 4 mart 1965-ci ildə Əfqanıstanın paytaxtı Kabildə diplomat ailəsində anadan olmuşdur. O, ailəsi ilə birlikdə əvvəlcə Fransaya köçüb, daha sonra 1980-ci ildə ABŞ-dən siyasi sığınacaq alaraq ora köçmüşdür. Gənc yaşlarından Amerikanın Kaliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Kaliforniyada yaşayır. Evlidir, iki övladı var. Xalid Hüseyninin ilk əsəri "Çərpələng uçuran" romanıdır. Çərpələng uçuran (ing. The Kite Runner, 27 may 2003) Min möhtəşəm günəş (ing.
Xalid Kamranlı
Xalid Kazım oğlu Kamranlı (23 sentyabr 1999; İmişli rayonu, Azərbaycan — 15 oktyabr 2020; Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Kamranlı 1999-cu il sentyabrın 23-də İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində anadan olub. Subay idi. Azərbaycan Ordusunun əsgəri olan Xalid Kamranlı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Kamranlı oktyabrın 15-də Talış istiqamətində şəhid olub. İmişli rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Kamranlı ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.
Xalid Karsıalan
Xalid Karsıalan və ya Dəli Xalid Paşa — (1883, Beşiktaş – 14 fevral 1925, Türkiyə Böyük Millət Məclisi) General-mayor, TBMM-nin Ərdahandan seçilmiş millət vəkili. I Dünya müharibəsində Qafqaz cəbhəsində nailiyyətlər göstərmiş, Qurtuluş savaşının ilk illərində şərq cəbhəsində, Gümrü müqaviləsinin imzalanmasından sonra qərb cəbhəsində komandanlıq etmiş bir hərbiçidir. İkinci Böyük Millət Məclisinə Ərdahandan seçilmiş millət vəkili kimi iştirak edib, bir mübahisə sonra məclis dəhlizində vurularaq həlak olan Xalid Paşa, TBMM-də işlənən ilk cinayətin qurbanıdır. 1883-cü ildə İstanbulda anadan olub. Atası Çərkəs Əhməd bəydir. 1901-ci ildə girdiyi Hərb məktəbini 1903-cü ildə leytenant rütbəsi ilə bitirib. 1908-ci ildə II Hökumətin (İkinci Meşrutiyet) elanından sonra Yəməndə yüzbaşı olaraq xidmətə başlayıb. Bundan sonrakı bütün həyatı cəbhələrdə keçmişdir. 1910-cu ilin iyun ayında Trablusgarp (Osmanlı-İtalyan müharibəsi 1911–1912) müharibəsinədə 3 ay döyüşlərdə iştirak etdi. Bu dövrdə eyni cəbhədə xidmət etdiyi zabit Ali Çetinkaya ("Keçəl Əli") ilə razılaşmadığı üçün Mustafa Kamal və Ənvər Paşanın birgə qərarı ilə vəzifə yerləri dəyişmək məcburiyyətində qalmışdı.
Xalid Kazımov
Kazımov Xalid Vahid oğlu (Xalid Vahidoğlu) — Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri. Xalid Kazımov 1978-ci il oktyabrın 2-də dünyaya gəlib. 1996-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsinə daxil olub, 2000-ci ildə bu fakültəni bitirib. 2008-ci ildə Bakı Dövlət Universitetində Azərbaycan dili ixtisası üzrə magistr dərəcəsi alıb. Tələbəlik illərindən ictimi-siyasi proseslərdə fəallıq göstərib. 1998-ci ildən mətbuatda çalışır. Mətbuatda yüzlərlə araşdırma yazısının müəllifidir. Apardığı jurnalist araşdırmalarına görə dəfələrlə mükafatlandırılıb. 2008-ci ilin sentyabrında Regional İnsan Hüquqları və Media Mərkəzini (http://regionalhumanrights.org ) təsis edib və hazırda həmin mərkəzə rəhbərlik edir. Onun rəhbərliyi ilə təşkilat beynəlxalq və yerli donorların dəstəyi ilə 10-dək layihəni uğurla icra edib.
Xalid Mecdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.
Xalid Məcdunov
Xalid Zahir oğlu Mecdunov (20 fevral 1995, Poladlı, Qobustan rayonu – 2 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Xalid Mecdunov 1995-ci il fevralın 20-də Qobustan rayonunun Poladlı kəndində anadan olub. 2002-2013-cü illərdə M. Kərimov adına Poladlı kənd tam orta məktəbində təhsil alıb. Xanəndə Zabit Nəbizadənin bacısı oğludur. Subay idi. Xalid Mecdunov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. Azərbaycan Ordusunun çavuşu olan Xalid Mecdunov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xalid Mecdunov oktyabrın 2-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qobustan rayonunun Poladlı kəndində dəfn olunub.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.30 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 3.43
2003 ••• 0.39
2004 •• 0.34
2005 •••••••• 1.35
2006 •• 0.23
2007 ••• 0.42
2009 •• 0.32
2010 0.09
2011 •• 0.17
2012 •• 0.26
2013 ••• 0.44
2014 ••••••• 1.03
2015 •••• 0.68
2016 •• 0.17
2018 •• 0.30
2019 •• 0.28

xali sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Boş, adamsız, tənha. O qədər çıxmadın, gördü aqibət; Sən gəzən yerləri xali gözlərim. Q.Zakir. [Murad] sakit, indiki insanlardan tamamilə xali bir yer arayırdı. S.Hüseyn. Aslan xali küçədə çox gözləmədi. M.Hüseyn. 2. Sahibsiz, yiyəsiz, tutulmamış, boş. [Qoca:] Yazasan qonşumuzdakı xali yerdən bir az kəsib bizə versinlər. Ə.Haqverdiyev. [Hacıkərim] gündən-günə böyüməkdə və zənginləşməkdə olan şəhərin ən gurultulu küçələrində ucuz qiymətə evlər və xali yerlər aldı. A.Şaiq. O zaman ayrılanda nə təhər oldusa, Durmuş xali yer yiyəsi oldu. Mir Cəlal. □ …xali qalmaq – xəbərsiz olmaq, xəbəri olmamaq. Mədəniyyətdən xali qalıb. – …Heyfa ki o Cavanşir elm və mərifətdən xali qalıbdır. F.Köçərli. Xali olmaq – boş olmaq, tutulmamaq. Xali olmamaq – uzaq olmamaq, canı qurtarmamaq. [Vəzir:] Hər vaxt ki mən bu xaraba olmuş otağa gəlləm, heç bir xətadan xali olmanam. M.F.Axundzadə. ◊ Meydan xali qaldı – meydan boş qaldı, hamı yox olub getdi. [Kərbəlayı Rəcəb:] Dedim Zinət xanım, Balaqardaş və Rzaqulu namünasib cavanlar idi, hər ikisi badi-fənaya getdilər, meydan qaldı xali. N.Vəzirov.

    Azərbaycan dilinin izahlı lüğəti / xali

xali sözünün sinonimləri (yaxın mənalı sözlər)

xali sözünün rus dilinə tərcüməsi

  • 1 пустой, порожний, свободный, пустынный, необитаемый

    Azərbaycanca-rusca lüğət / xali
  • 2 прил. пустой: 1. не занятый чем-л., не засеянное чём-л. Xali torpaqlar пустые земли, xali sahə пустое поле 2. безлюдный. Xali yer пустое место, xali küçələr безлюдные улицы; xali olmaq: 1. быть пустым, не занятым чем-л.; 2. быть лишенным чего-л., каких-л. качеств (обычно отрицательных). Kitab nöqsanlardan xali deyil книга не лишена недостатков ◊ xali qalmaq быть в неведении; dünya xali deyil мир не без добрых людей

    Azərbaycanca-rusca lüğət / xali

xali sözünün inglis dilinə tərcüməsi

xali sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. буш, инсан авачир, касни авачир, тек; 2. иеси авачир, сагьибсуз, кьунвачир, буш (мес. чка); // ...xali qalmaq хабарсуз хьун, хабар тахьун; ** meydan xali qaldı майдан буш амукьна, вири квахьна хъфена.

    Azərbaycanca-ləzgicə lüğəti / xali

xali sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. 1) boş; 2) yiyəsiz, sahibsiz; 3) sərbəst, azad.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"xali" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xali nədir? #xali sözünün mənası #xali nə deməkdir? #xali sözünün izahı #xali sözünün yazılışı #xali necə yazılır? #xali sözünün düzgün yazılışı #xali leksik mənası #xali sözünün sinonimi #xali sözünün yaxın mənalı sözlər #xali sözünün əks mənası #xali sözünün etimologiyası #xali sözünün orfoqrafiyası #xali rusca #xali inglisça #xali fransızca #xali sözünün istifadəsi #sözlük