* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••••••••••••••••••• | 904.50 |
2003 | ••••••••••••••••••• | 833.43 |
2004 | ••••••••••• | 491.51 |
2005 | ••••••••••••• | 574.92 |
2006 | •••••••••••• | 516.02 |
2007 | •••••••••••• | 514.40 |
2008 | •••••••••••••• | 602.71 |
2009 | •••••••••••• | 514.67 |
2010 | •••••••••••• | 524.49 |
2011 | ••••••••••• | 480.95 |
2012 | •••••••••••• | 497.96 |
2013 | ••••••••••••• | 572.55 |
2014 | ••••••••• | 383.72 |
2015 | ••••••• | 274.06 |
2016 | ••••••• | 286.69 |
2017 | ••••••• | 308.75 |
2018 | ••••••••••••••• | 644.40 |
2019 | •••••••••• | 447.17 |
2020 | ••••••••• | 387.88 |
1 is. 1. Ölkənin, dövlətin sakinləri, əhalisi. Azərbaycan xalqı. – Əsl qəhrəmandır; Əsl şair ki; Ömrü də xalqının ömrüylə birdir. N.Xəzri. 2. Millət. Qəm-kədər ordusunun bayrağını parçaladım; Xalqımın ömrünə öz ömrümü candan caladım. S.Rüstəm. Alnındakı qırışlar adicə qırış deyil; Öz xalqının keçdiyi iztirab yollarıdır! B.Vahabzadə. 3. Eyni yerdə yaşayan adamlar, camaat. Dağ xalqı. Aran xalqı. Köçəri xalq. – İndi Əşrəf … ailə xalqı üçün daha qiymətli idi. A.Şaiq. [Turxan bəy Bəypolada:] Çingiz bəy Dağıstan xalqına qarşı başqa hörmət, başqa bir məhəbbət bəslər. H.Cavid. [Yazgül Şeydaya:] Gərək bu ilin məhsulu haqqında Göytəpə xalqının rəyini biləm! Ə.Məmmədxanlı. // Ümumiyyətlə, camaat, kütlə, el, adamlar. Vaqiflə Mirzə Əliməmməd xalqa təzim edə-edə yuxarı başa keçib, göstərilən yerdə əyləşdilər. Çəmənzəminli. 4. Ölkənin (istismarçı dövlətlərdə) əsas, əməkçi kütləsi. Zəhmətkeş xalq. Xalqın mənafeyi uğrunda mübarizə aparmaq. 5. Xalqa, ölkəyə aid olan, xalqa, ölkəyə mənsub olan. Xalq gəliri. Xalq sərvəti. [İmran kişi:] …Xalq malına kəc baxanın gözlərindən qan damar. M.Hüseyn. // Xalqla bağlı olan, xalq tərəfindən yaradılmış, xalqın dünyagörüşü, ruhu ilə sıx bağlı olan. Xalq ədəbiyyatı. Xalq yaradıcılığı. Xalq sənəti. – [Usta] Azərbaycan xalq mahnılarını çox sevirdi. M.Hüseyn. Qəhrəman dəryazçı ilə görüşüb aralandı və xalq hakimiyyətinin müdrik mənasını təqdir etdi. S.Rəhimov. [Səlimin] yadına adicə bir xalq lətifəsi haradansa gəlib düşmüşdü. B.Bayramov. // Bəzi idarələrin və vəzifəli şəxs adlarının tərkibində işlənir. Xalq məhkəməsi. Xalq elçisi. Xalq komissarlığı. // Hökumət tərəfindən elm, incəsənət və s. sahəsində böyük xidmət və fəaliyyətə görə verilən fəxri adların tərkibində işlənir. Xalq artisti. Respublikanın xalq rəssamı.
Azərbaycan dilinin izahlı lüğəti / xalq1 Ərəb mənşəlidir, xaliq, məxluq, əxlaq sözləri ilə kökdaşdır. Mənası “yaradılmış” deməkdir. Bizdə bodun, qara sözləri işlədilib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xalq2 1. XALQ [Gülsabah:] Söylə öz xalqına ki, sən də onun vurucu bir qolusan... (C.Cabbarlı); EL El bilir ki, sən mənimsən; Yurdum, yuvam, məskənimsən.. (S.Vurğun); KÜTLƏ Mirzə: Mən axundlar üçün, savadlılar üçün yazıram, mən avam kütlə üçün yazıram, ona görə də mənim dilim sadə və avam üçün anlaşılan olsun (Ə.Haqverdiyev); ƏHALİ 2. xalq bax camaat
Azərbaycan dilinin sinonimlər lüğəti / xalq2 I сущ. народ: 1. население, жители той или иной страны. Asiya xalqları азиатские народы (народы Азии) 2. нация, национальность, народность. Müxtəlif xalqlar разные народы, kiçik xalqlar малые народы 3. люди. Xalqa xidmət eləmək служить народу, xalq tələb edir народ требует, xalqı qaldırmaq поднять народ, xalqa müraciət etmək обратиться к народу 4. основная трудовая масса населения страны. Zəhmətkeş xalq трудовой народ, xalqın vəziyyəti положение народа, xalq içərisindən çıxmış alimlər учёные – выходцы из народа, xalqı sevmək любить народ II прил. народный: 1. принадлежащий народу, созданный народом. Xalq təsərrüfatı народное хозяйство, xalq yaradıcılığı народное творчество, xalq musiqisi народная музыка, xalq təbabəti народная медицина 2. такой, который принадлежит всему народу, стране; государственный. Xalq əmlakı народное имущество, xalq malı народное достояние 3. такой, который соответствует духу народа, его культуре, мировоззрению. Xalq motivləri народные мотивы, xalq üslubunda в народном стиле 4. в составе названий некоторых учреждений, должностных лиц. Xalq məhkəməsi народный суд, xalq deputatı народный депутат 5. в составе почётных званий, присваиваемых высшими органами государственной власти за выдающуюся деятельность в различных областях. Xalq rəssamı народный художник, xalq müəllimi народный учитель, xalq artisti народный артист ◊ xalq demokratiyası народная демократия; xalq nəzarəti народный контроль; xalq cəbhəsi народный фронт; xalq etimologiyası народная этимология
Azərbaycanca-rusca lüğət / xalq1 I. i. people; nation; türk ~ları Turkic peoples; ingiliscə danışan ~lar English speaking peoples; Azərbaycanda yaşayan ~lar the peoples living in Azerbaijan; azad ~ lar free nations II. s. people’s; popular; folk; national; ~ artisti people’s artist; ~ demokratiyası people’s democracy; ~ məhkəməsi People’s Court; ~ mahnısı folk / popular song; ~ yaradıcılığı popular / folk art; ~ təsərrüfatı national economy; ~ cəbhəsi popular front
Azərbaycanca-ingiliscə lüğət / xalq1 is. peuple m ; türk ~ları les peuples turcs ; fransızca danışan ~lar peuples parlant français ; Azərbaycanda yaşayan ~lar peuples habitant en Azerbaïdjan ; ~ artisti artiste m populaire ; ~ demokratiyası démocratie f populaire ; ~ məhkəməsi tribunal m du peuple ; ~ mahnısı chanson f populaire ; ~ yaradıcılığı art m folklorique ; ~ təsərrüfatı économie f nationale
Azərbaycanca-fransızca lüğət / xalq1 сущ. 1. сущ. халкь (1. са уьлкведин вири агьали; 2. миллет; 3. эл, жемят, инсанар); 2. прил. халкьдин; халкьдиз, уьлкведиз талукь (махсус) тир; халкьдихъ галаз алакъалу тир.
Azərbaycanca-ləzgicə lüğəti / xalq\ – adi mənada dövlətin, ölkənin əhalisi; elmi mənada isə insanların tarixən dəyişməkdə olan birliyi; bu birliyə əhalinin obyektiv vəziyyətinə görə müəyyən dövrdə müəyyən ölkənin mütərəqqi, inqilabi inkişafı vəzifələrinin həllində birlikdə iştirak etməyə qadir olan hissəsi, təbəqələri, sinifləri daxildir.
Fəlsəfə terminlərinin izahlı lüğəti