xalqlar sözü azərbaycan dilində

xalqlar

Yazılış

  • xalqlar • 84.9161%
  • Xalqlar • 15.0839%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dövləti olmayan xalqlar
Dövləti olmayan xalqlar (ing. Stateless nation) — adətən azlıq etnik qruplardır ki, öz ərazi və toprağlarına siyasi nəzarəti və suverenliyi yoxdur və əraziləri iki və ya daha çox qonşu dövlətlər arasında bölünüb və ya müstəmləkə hakimiyyət tərəfindən bir ölkə daxilində milli suverenliyi pozulmuşdur. Məsələn, İranda Azərbaycanlılar, İspaniyada katalanlar, Çində Şərqi Türküstanlılar ilə Tibetlilər, Şri-Lankada Tamillər və s. misal gətirmək olar. Keating, Michael, Nations Against the State: The New Politics of Nationalism in Quebec, Catalonia and Scotland () (Second), Palgrave, 2001 Levinson, David, redaktorEthnic Groups Worldwide: A Ready Reference Handbook, Phoenix, AZ: The Oryx Press, 1998, ISBN 1573560197 Minahan, James, redaktorEncyclopedia of the Stateless Nations: Ethnic and National Groups Around the World, Westport: Greenwood Press, 2002, ISBN 0313316171 Map of European Stateless Nations Arxivləşdirilib 2006-06-23 at the Wayback Machine, published by the advocacy group Eurominority Map of European Stateless Nations By Astur.tk.
Rusiya Xalqlar Dostluğu Universiteti
Rusiya Xalqlar Dostluğu Universiteti (rus. Российский университет дружбы народов) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri hesab edilir. Bu universitet 5 fevral 1960-cı ildə sovet hökuməti tərəfindən təsis edilmişdir. 1961-ci il fevralın 22-də isə universitetə Afrika xalqının müstəqillik uğrunda mübarizə simvollarından biri olan Patris Lumumbanın adı verilmişdir. 47 ölkədən olan ilk 288 tələbə 1965-ci ildə universiteti bitirmişdir. Həmin il "Şən və Hazırcavablar Klubu" adlanan beynəlxalq tələbə komandalarının yarışması məhz burada təşkil edilmişdir. "Şən və Hazırcavablar Klubu" sonralar ölkənin ən məşhur komandalarından biri olur. Artıq 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idi.
Xalqlar
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Atlı xalqlar
Atlı xalqlar — yaşamının böyük hissəsini atüstü keçirən köçəri ya yarım-köçəri xalqlar. Onlar atı əhliləşdirmiş, döyüş arabası, atlı qoşun, atlı oxatan, yüyən, dəhnə, üzəngi, şalvar geyimini, atüstü yarışma oyunları yaratmışlar. Atlı xalqların əzici çoxu türk idi. Onlar at əti yeyirdilər və qımız (at südü) içirdilər. Yaxşı dəmirçi, metallurq və zərgər idilər. Atüstü idman növləri vardı: çovqan (atüstü polo), sür-papaq (atüstü basketbol) , er eniş (atüstü gürəş) , papaq oyunu və b. Karuselin yaranması da atlı xalqlarla bağlıdır: ilk dəfə karusel atları döyüş üçün məşq etmək üçün yaradılmışdı, sonralar insanlar tərəfindən yelləncək kimi işlədilmişdir. Qeyri-türk xalqlarında köçərilik görülsə də (məsələn, qaraçılar, bədəvi ərəblər), uşaqlı, qadınlı, kişili elliklə kütləvi şəkildə atlı həyat tərzi sürmək, at əti yemək, at südü içmək təsvir olunmamışdır. Skiflər — əfsanəvi atlı oxatanlar, "kentavrlar". Sarmatlar — başdan ayağa zirehli döyüşçülər, atları da zirehli idi.
Türkdilli xalqlar
Türk xalqları və ya türkdilli xalqlar — Avrasiya ərazisində yaşayan etnolinqvistik qrup. Dünyada türk xalqlarının sayı 196 milyondan çoxdur. "Türk" sözünə ilk dəfə VII əsrin "Orxon-Yenisey" abidələrində rast gəlinir. Türk xalqlarının dinləri fərqlidir. Böyük bir hissə İslam dininə etiqad edərkən, çuvaşlar və qaqauzlar — Xristian, yakutlar, dolqanlar və xakaslar — Şamanizm, karaimlər və qrımçaklar — İudaizm dininə inanır. Türk xalqlarının hazırda 6 müstəqil dövləti vardır. (Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Türkmənistan). Türk dünyası ölkələrinin hamısı, demək olar ki, çoxmillətlidir. Türklər Asiya qitəsində Əfqanıstanda (əfşarlar, qızılbaşlar və s.), İraqda (türkmənlər), Suriyada (əsasən Türkiyə ilə sərhəddə), Gürcüstan və İranda (azərbaycanlılar) yaşayırlar. Avropa qitəsində isə türklər Bolqarıstanda (bolqar türkləri), Ruminiyada (qaqauz-qıpçaq), Yunanıstanda, Ukraynada (Krım tatarları), Litvada (kəraimlər) və Rusiyada yaşayırlar.
Xalqlar Məbədi
"Xalqlar məbədi" (ing. Peoples Temple,) — 1955-ci ildə İndiana ştatının İndianapolis şəhərində Cim Cons tərəfindən əsası qoyulmuş yeni dini hərəkat (həmçinin dağıdıcı kult və totalitar sekta kimi müəyyən edilir). Cons Xalqlar Məbədini xristianlığın elementlərini kommunist və sosialist ideyaları ilə birləşdirən, həmçinin irqi bərabərliyə üstünlük verən mesajı yaymaq üçün istifadə edirdi . Xalqlar Məbədi 1978-ci il noyabrın 18-də Qayanada baş verən hadisələrlə, onun Constaun adlı ucqar yaşayış məntəqəsində kütləvi intihar nəticəsində 909 nəfərin ölümü, həmçinin ABŞ konqresmeni Leo Rayan və onun nümayəndə heyətinin qətli ilə məşhurdur. Constaun kütləvi intiharları 11 sentyabr terror hücumlarına kimi ABŞ vətəndaşlarının ən çox həlak olduğu hadisə sayılır. Qrup 1960-cı illərdə Kaliforniyaya köçdü və San-Fransiskodakı qərargahı da daxil olmaqla bütün ştatda bir neçə filiallar yaratdı. Fəaliyyətinin zirvəsində məbədin 20.000 üzvü (əslində, 3–5 min daha çox) olduğu ehtimal olunur və bir çox solçu siyasi xadimlərlə əlaqəsi var idi. Xalqlar Məbədinin qurucusu Cim Uorren Cons 1931-ci ildə İndiana ştatının Krit şəhərində anadan olub. O, uşaqlıqdan dinlə maraqlanıb, yeniyetmə yaşlarından küçələrdə təbliğat aparıb. Kilsə yaranmazdan əvvəl Cim Cons kommunizmə heyran olmuş və ABŞ-də kommunistlərin təqibindən məyus olmuşdu .
Xalqlar döyüşü
Xalqlar döyüşü və ya Leypsiq döyüşü (alm. Völkerschlacht bei Leipzig‎) — Napoleon Bonapart ilə Rusiya, Avstriya, Prussiya və İsveç arasında 1813-ci ildə baş vermiş Napoleon müharibələrinin, o cümlədən Birinci Dünya müharibəsinədək dünya tarixinin ən böyük döyüşü.
İrandilli xalqlar
İrandilli xalqlar veya Iran xalqları — İran dillərini istifadə etmələri və digər mədəni oxşarlıqlar ilə müəyyənləşdirilən müxtəlif bir Hind-Avropa etno-linqvistik qrupu. Hal-hazırda İran, Əfqanıstan, Tacikistan, Pakistan, Türkiyə, İraq, Suriya, Oman, Özbəkistan, Çin, Ermənistan, Azərbaycan, Hindistan, Gürcüstan, Macarıstan və Rusiyada yaşayırlar. Proto-iranlıların eramızdan əvvəl 2-ci minilliyin ortalarında Orta Asiyada hind-iranlıların ayrıca bir qolu kimi meydana çıxdıqları güman edilir. Eramızdan əvvəl I minilliyin ortalarında genişlənmənin zirvəsində İran xalqlarının ərazisi qərbdə Dunay düzənliyindən şərqdə Ordos yaylasına və cənubda İran yaylasına qədər bütün Avrasiya çölünü əhatə edirdi. İran dili danışan xalqarın ümumi əhali sayı təxminən 210-230 milyondur.
"Xalqlar Dostluğu" ordeni
"Xalqlar Dostluğu" ordeni — SSRİ-nin dövlət mükafatlarından biri. Sovet İttifaqının yaradılmasının 50 illiyi əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 17 dekabr tarixli fərmanı ilə təsis edilmişdir. Ordenin statusu 18 iyul 1980-ci ildən SSRİ-in Ali Soveti Rəyasət Heyətinin fərmanıyla qismən dəyişdirilmişdi. Ordenin eskizinin müəllifi — rəssam Aleksandr Borisoviç Juk-dur. Orden, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra aradan qaldırılmışdır. Q. A Kolesnikov., A. M. Rojkov SSRİ-inin Orden və medalları. M., Vİ, 1983 Q. İ qrebennikov., Katkova R. S. SSRİ-inin Orden və medalları. M., 1982. SSRİ-in dövlət mükafatları haqqında qanunverici aktların toplusu. M., 1984 Şişkov S. S., Muzalevskiy M. V. SSRİ-inin Orden və medalları.
Alqonkinlər (xalqlar qrupu)
Alqonkinlər — Şimali Amerikada dilcə qohum hindi tayfalar qrupu. Atlantik okeanı sahillərindən Qayalı dağlara qədər uzanan geniş ərazidə yaşayırdılar. Alqonkinlərin xeyli hissəsi Avropa müstəmləkəçiləri tərəfindən qırılmışdır. Sağ qalanları rezervasiyalarda yaşayırlar. Dilləri alqonkin dilləri ailəsinə mənsubdur. Əkinçilik və ovçuluqla məşğul olur, meşə təsərrüfatı və mədənlərdə işləyirlər. Alqonkinlərin dini totemizm və ona yaxın olan etiqaddır. Alqonkin adı ən dar (Algonquin) mənası ilə alqonkinləri və dillərini, ən geniş (Algonquian) mənası ilə də Alqonkin xalqları və dillərini ifadə edir. Alqonkin termini maliset dilindəki "elakómkwik" (ɛlæˈɡomoɡwik ;«bizim qohumlar») sözündən yarandığı iddia olunur. Mədəni cəhətdən alqonkinlər 4 qrupa ayrılır: 1.
Xalqlar Dostluğu Muzeyi
Xalqlar Dostluğu Muzeyi — Zəngilan Tarix-Diyarşünaslıq Muzeyinin filialı kimi yaradılmış. Xalqlar Dostluğu Muzeyi 1987-ci ildə Zəngilan rayonu Yuxarı Yeməzli kəndində fəaliyyətə başlamışdır. Muzeyi Yuxarı Yeməzli kəndində sovxozun idarə binasının 10–15 metrliyində yerləşirdi. Muzeydə 200 yaxın ekponat sərgilənirdi. Xalqlar dostluğunu simvolizə edən foto-şəkillər, Süsəndağında olan mağaradan tapılmış daş muncuqlar saxlanılırdı. Bu muncuqların bəzisi kobud şəkildə yumru, bəziləri isə cilalanmışdı. Xalqlar Dostluğu muzeyində müxtəlif növ xalçalar, kilimlər, palazlar, mis, gümüş qablar, xurcunlar, gümüş xəncərlər və digər eksponatlar qorunub saxlanılırdı.
Xalqlar Dostluğu metrostansiyası
Xalqlar Dostluğu metrostansiyası — Bakı metrosunda stansiya. Qara Qarayev prospektində yerləşir. "Bakı Soveti-Əhmədli" yol mənzili sahəsində "Əhmədli" stansiyası ilə eyni gündə açılıb. Sovet hakimiyyəti dövründə açılan son iki stansiyadan biridir. Onun açılışı Sovet hakimiyyətinin tənəzzülə uğradığı dövrün milli zəmində münaqişələrin get-gedə vüsət aldığı bir dövrə təsadüf edir. Sovet və Respublika rəhbərliyi bu yolla dövrün ictimai-siyasi və sosial hadisələrinə reaksiya verərək, sanki artıq geriyə yolu olmayan prosesləri bərpa etmək istəyirdi. Stansiya orijinal memarlıq üslübü ilə seçilir. Ağ mərmərdən işlənmiş çoxüzlü sütunların ənənəvi memarlıq sənətinə yaxınlığı ilə seçilir. Hər üz digərinə dərin qatda qalan alüminiumlu zolaqla birləşir və bu da sütunları qədd-qamətli edir. Sütunların kapitellərinin açılan gül forması ilə dairəvi ağ tavan elementinə dirənməklə sanki bəyaz səmaya birləşərək əbədiyyət qazanır.
Xalqlar Dostluğu ordeni
"Xalqlar Dostluğu" ordeni — SSRİ-nin dövlət mükafatlarından biri. Sovet İttifaqının yaradılmasının 50 illiyi əlaqədar olaraq SSRİ Ali Soveti Rəyasət Heyətinin 1972-ci il 17 dekabr tarixli fərmanı ilə təsis edilmişdir. Ordenin statusu 18 iyul 1980-ci ildən SSRİ-in Ali Soveti Rəyasət Heyətinin fərmanıyla qismən dəyişdirilmişdi. Ordenin eskizinin müəllifi — rəssam Aleksandr Borisoviç Juk-dur. Orden, 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra aradan qaldırılmışdır. Q. A Kolesnikov., A. M. Rojkov SSRİ-inin Orden və medalları. M., Vİ, 1983 Q. İ qrebennikov., Katkova R. S. SSRİ-inin Orden və medalları. M., 1982. SSRİ-in dövlət mükafatları haqqında qanunverici aktların toplusu. M., 1984 Şişkov S. S., Muzalevskiy M. V. SSRİ-inin Orden və medalları.
Çində yaşayan xalqlar
Çində rəsmən 56 millət yaşayır. Çin XR-da 11 türk əsilli etnik qrup yaşamaqdadır : uyğurlar, qazaxlar, qırğızlar, salarlar, yuğurlar, abdallar, özbəklər, tatarlar, tuvalar, İli türkləri,yakutlar və Fuyu qırğızları. 2000-ci ildə aparılmış siyahıyaalmanın elan olunmuş rəsmi nəticələrinə əsasən Çində 8.399.393 nəfər uyğur, 1.250.458 nəfər qazax, 160.823 nəfər qırğız, 104.503 nəfər salar, 13.719 nəfər yuğur, 12.370 nəfər özbək və 4.890 nəfər tatar olmaqla 9.946.156 nəfər türk kökənli əhali yaşayır. Ölkədəki uyğur, qazax və qırğızların əksəriyyəti, həmçinin tuvalar Sintzyan-Uyğur Muxtar Rayonunda məskunlaşmışdırlar. Çində muxtariyyət almış Türk xalqları Uyğurlar : Sintszyan-Uyğur Muxtar Rayonu Qazaxlar : Ardunsüykedə,Dulanda,Haysidə,Aksayda və Sintszyan - Uyğur muxtar bölgəsində yaşayırlar. Qırğızlar : özlərini "Kırqızdar" adlandırırlar, 2000-ci il siyahıya almasına əsasən Çində 160.823 (158,775 nəfəri Sintszyan-Uyğur Muxtar Rayonunun ərazisində yaşamışdır) nəfər qırğız məskunlaşmışdır. Sintszyan–Uyğur Muxtar Rayonunda yaşayan qırğızların əksəriyyəti - 124.533 nəfəri və ya 78%-dən çoxu Qızılsu-Qırğız Muxtar Dairəsinin (2000-ci il s.a.-na görə M.D. əhalisi 281.306 nəfəri uyğur, 124.533 nəfəri qırğız, 28.197 nəfəri çinli, 4.662 nəfəri tacik, 432 nəfəri dunsyan, 558 nəfəri digər millətlər olmaqla cəmi 439.688 nəfər olmuşdur.) Akto, Akçi və Vüqia (türkcə əsl adı Uluqçat) qəzalarında, qalan 34.242 nəfər isə Aksu dairəsinin Uşi (türkcə əsl adı Uçturfan) və Bayçen (türkcə əsl adı Bay və ya Bəy) qəzalarında, İli-Qazax Muxtar Dairəsinin Çjaosu (türkcə əsl adı Monqolkürə-dir, mənası uyğur dilində "Monqol Məbədi" deməkdir) və Tekes qəzalarında yaşamaqdadır. Tuvalar : özlərini "Tıvalar" adlandırırlar, 1999-cu ilə aid olan tədqiqatlara görə Çindəki tuvaların sayı təxminən 2.400 nəfərdir. Öz milli dillərini və milli türklük şüurlarını qorumuşdurlar. Bununla belə onların 90%-i qazax dilində, 30%-ə qədəri də monqol dilində (kalmık dialekti) danışa bilir, həmçinin çin dilində yaza və oxuya bilirlər.
Azərbaycan ərazisində yaşayan xalqlar
Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar — 2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Yəhudilər XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi
Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi 1980-ci ildə amerikalı tarixçi Hovard Zinn tərəfindən yazılmışdır. Zinn inanırdı ki, ümumilikdə ənənəvi tarix kitablarında ifadə azadlığı məhduddur. O, Amerikan tarixinə yeni nöqteyi-nəzər gətirmək və gələcəkdəki bu tip kitabları dəstəkləmək üçün “Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi”ni yazdı. Bu kitab yerli amerikalıların, hinduların, gəlmə avropalılarla arasındakı münaqişəni, ABŞ-nin işğallarını və təcavüzlərini, qulların quldarlığa, fəhlələrin və həmkarlar ittifaqları üzvlərinin kapitalizmə, qadınların patriarxallığa və afroamerikalıların vətəndaş hüquqlarını əldə etmək üçün hökumətə və irqçilərə qarşı olan hərəkətlərini təsvir edir. Kitab 1981-ci ildə Milli Kitab Mükafatı (National Book Award) finalçısı olmuşdur. 2007-ci ildə kitabın sadələşdirilmiş və qısaldılmış forması olan "Gənclər üçün Amerika Birləşmiş Ştatları Xalqlar Tarixi"(A Young People's History of the United States)kitabı nəşr edilmişdir. Zinn ABŞ tarixinə elitanın və siyasətçilərin gözündən yox, sadə xalqın gözündən yanaşır. Bu kitabda o, qitənin yerli əhalisi olan hinduların avropalılar tərəfindən öldürülməsini, soyqırıma məruz qalmalarını, öz torpaqlarından qovulmaqlarını ön plana çəkərən oxucunun diqqətinə çatdırır. Ənənəvi tarixdə Amerikanın kəşfi Xristofor Kolumbun dahiliyi olaraq qələmə verilir və ümumilikdə Avropanın qələbəsi kimi qiymətləndirilir, lakin Zinn bu məsələyə avropalıların yox, amerika hindularının gözündən baxır və oların çəkdiyi əziyyəti, gördüyü zülmü qələmə alır. Həmçinin öz kitabında Zinn quldarlığı tənqid edir və quldarlığa iqtisadçıların, siyasətçilərin, prezidentlərin, ideoloqların, plantatorların nötqeyi-nəzərindən yox qaradərili kölələrin gözündən baxır.
Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar
Azərbaycan ərazisində yaşayan azsaylı xalqlar — 2009-cu ilin siyahıya alınmasına görə Azərbaycan əhalisinin 8,4 faizini milli azlıqlar, azsaylı xalqlar və etnik qrupların nümayəndələri təşkil edir. Yəhudilər XVI əsrdə İrandan gəlmişlər. Onların yeganə varisləri olan dağ yəhudiləri təkcə Quba rayonundakı Qırmızı Qəsəbədə kompakt halında, Oğuz rayon mərkəzində və Bakıda yaşayırlar. Dağ yəhudilərinin ənənəvi məşğuliyyəti əkinçilik, xırda ticarət, toxuculuq və sənətkarlıq olmuşdur. Yəhudilər hazırda Bakı, Sumqayıt, Quba, Oğuz və Göyçay rayonunda yaşayırlar. Quba rayonunda yerləşən Qırmızı qəsəbə dünyada dağ yəhudilərinin əhalisinin sayına görə ən sıx yaşadığı ərazidir. Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur. Moisey Kalankatlı dağ yəhudilərinin Qafqaza gəlişini e.ə. I əsrə aid edir. Tədqiqatçıların bu barədə fikirləri fərqlidir.
Cənubi Qafqaz xalqları
Cənubi Qafqaz xalqları Cənubi Qafqaz dillərində danışan xalqlardır. Gürcülər, minqrellər, lazlar və svanlar bu qrupun indiki nümayəndələridir.
Dağıstan xalqları
Dağıstan xalqları Ağullar Axaxlar Andilər Arçinlər Avarlar Baqullar Bejtilər Botlixlər Çamalalılar Çeçenlər — kompakt şəkildə Xasavyurt və Novolak rayonlarında yaşayırlar. Dargilər Ginuxlar Hunzeblər Xvarşinlər Karatinlər Qodoberilər Laklar Ləzgilər Rutullar Saxurlar Sezlər Tabasaranlılar Tindallar Azərbaycanlılar — kompakt şəkildə Dərbənd (58,1%), Tabasaran (19%), Rutul (4%) və Qızılyar (3 %) rayonlarında yaşayırlar.
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri addır. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.
Dünya xalqlarının siyahısı
Dünya xalqlarının siyahısı
Dəniz xalqları
Dəniz xalqı — Tunc dövrünün sonunda, e.ə. XIII əsrdə Şərqi Anadolu bölgəsi bölgəsi, Suriya, Fələstin, Kipr və Misiri işğal edən, Aralıq dənizində yaranmış xalqlardır. Misir ərazisinə 2 dəfə hücum etmişdilər. Birinci hücumları nisbətən uğurlu olsa da, ikinci hücumunda Misir fironu III Ramzes onları məğlub etmişdir. Bu məğlubiyyətdən sonra onlar Aralıq dənizinə köç etmişlər. Dəniz xalqı tərəfindən Het dövləti süquta uğradılmışdır. Dəniz xalqı təxminən e.ə. 1450 və e.ə. 1150-ci illər arasında mövcud olmuşdu. XX əsrdə "Dəniz xalqı"nın vətənini Dorilər tərəfindən süqut edən "Mikeniya sivilizasiyası"nı hesab edirdilər: "Beləliklə, XIII və XI əsrlər arasına Mikeniya sivilizasiyası ağır məğlubiyyətə uğradıldı, hansı ki, bu məğlubiyyətdən sonra bir daha qüdrətini bərpa edə bilmədi".
Filippin xalqları
Filippin çoxmillətli dövlətdir, ölkədə yüzə yaxın xalq, etnik və subetnik qruplar yaşamaqdadır, onlar ölkədə yerləşəm yeddi min adadan 800-də yaşamaqdaırlar. Xalqların bir çoxu qohum, özlərindən daha çox olan xalqın içində qəbilə birliyi kimi yaşamaqdadır. Aetalardan və bəzi gəlmə qruplardan (çinlilər, avropalılar, hindistanlılar, ərəblər və başqaları) başqa ölkənin demək olar ki bütün yerli xalqları cənubi monqol irqinə mənsubdur və Avstroneziya dil ailəsinin Malayziya-Polineziya yarımailəsinin indoneziya dəstəsinin şimal qrupunda danışırlar.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Gürcüstan Xalqları Ümumdünya Konqresi
ýGŸrcŸstan Xalglarõ †mŸmdŸnya Kongresi (GX†K)ý – GŸrcŸstanda və xaricində yaşayan gŸrcŸlərin ictimai təşkilatõ; 2009 il mart ayında təsis olunmuşdu. GXÜKün baş ofisi Venada, Avstriyada yerləşir. Rusiya filialı Sankt-Peterburqda açılmışdır. Prezident, Aleksandr Yebralidze Rusiya biznesmeni, OAO ˝Talion˝un baş direktorudur. Prezident müavinin, Badri Meladze, Moskva şəhərində GUP ˝Stoliçnıye apteki˝ təşkilatõnda baş direktorunun təhlŸkəsizlik Ÿzrə mŸavinidir. Prezident mŸavini, Vladimir Xomeriki yenilikilik və investisiyalar sahəsində mŸtəxəssislərin Rusiya dšvlət akademiyasõnda rektorun məsləhətisidir. Rusiya filialõnõn direktoru – Aleksandr Kinteraya. Kongresin müraciətində Gürcüstanı böhran vəziyyətindən stabil demokratik inkişaf yoluna çıxartmaq və vahid, bitərəf, azad, iəklənən GŸrcŸstanõ yaratmaq məqsədi elan edilir. Mixail Saakaşvilinin GŸrcŸstan prezidenti vəzifəsindən kšnŸllŸ istefa haqqõnda təklif irəli sŸrŸlŸr. Onlayn konfransında İA Regnum GXÜKün Tbilisidə gürcü filialı aşmaq, šz gəzetini, radiostansiyasõnõ və televiziya kanalõnõ yaratmaq planlarõ haqqõnda bildirilmişdir.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Hindistan xalqları
Müasir dövrdə Hindistanın еtnik tərkibi bir nеçə yüz xalqdаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhili, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, lеpçа, lisu, lоbа, mаqаri, mаlаyаli, mаlеr, mаnipuri, mаrаthi, minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, çаkmа, şеrp və s. хаlqlаr yаşаyır. Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi, mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalqlardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, türklər, əfqanlar, ingilislər iştirak etmişlər. Hindistan xalqlarının və irqi elementlərinin təsviri kifayət qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlərindən gələn fərqli etnosların qovuşduğu, qarşılaşdığı ərazi olmuş, bu prosesdə müharibələr, təqib, iqtisadi faktorlar mühüm rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada məskunlaşmış, qaynayıb-qarışmış, bu qarışıqlardan lokal xüsusiyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan cəmiyyətinin formalaşmasına gətirib çıxarmışdır. İngilis alimi Risley 1890-cı ildə elmi əsasda, yəni antropolometrik texnika ilə Hindistan xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis müstəmləkə hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuşdur.
Preney yarimadasi xalqlari
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
Qafqaz Xalqları Ali Dini Şurası
Qafqaz Xalqları Ali Dini Şurası (rus. Высший религиозный совет народов Кавказа, ing. Supreme Religious Council of the Peoples of the Caucasus) ― dini təşkilat. 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. Qafqaz Xalqları Ali Dini Şurası özündə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasını, Rusiya Federasiyasının Qaraçay-Çərkəz, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) Kalmıkiya, Adıgey və Krasnodar Respublikalarını habelə xristian və yəhudi icmalarını birləşdirir.
Qafqaz xalqları
Qafqaz xalqları morfoloji quruluşlarında Əşrəf irqinin əlamətləri müşahidə olunan noqaylar, habelə Qafqazın Rusiya tərəfindən işğalından sonra buraya köçürülən ruslar istisna olmaqla böyük ağ irqin cənub qoluna aid olunurlar. Morfoloji baxımdan Qafqaz xalqları arasında kəskin fərqlərin olmaması, ayrı–ayrı antropoloji tiplərin daha geniş təsnifatına və səciyyələndirilməsini çətinləşdirir. XX əsrin 50–ci illərindən başlayaraq Qafqaz xalqlarının antropoloji cəhətdən öyrənilməsi geniş vüsət alsa da keçmiş SSRİ–də bütün elmlər kimi antropologiya elmi də mövcud siyasi doktrinadan asılı olduğundan bu sahədə xeyli yanlışlıqlara yol verildi. Rejimin vahid sovet xalqı yaratmaq istəyi nəticəsində Qafqazda, xüsusilə də onun şimal hissəsində antropoloji baxımdan bir–birlərindən kəskin şəkildə fərqlənən xalqlar eyni adla çağrılmağa və onlar arasındakı bu fərqliliklərin, sözün əsl mənasında "malalanmasına" başlanıldı. Obyektiv tədqiqatlar isə göstərir ki, məsələn ümumi adlar (ləzgi, avar, dargin, lak) altında birləşdirilən Dağıstan Respublikasında yaşayan xalqlar arasındakı morfoloji fərqlər, Oğuz irqinin şərq (türkmənlər) və qərb (Azərbaycan türkləri ) qolları arasındakı fərqliliklərdən daha çoxdur. Böyük Qafqaz dağlarının şimalında, Qara dəniz sahillərindən Xəzər dənizi sahillərinə qədər uzanan ərazidə yaşayan Şimali Qafqaz xalqları III saç örtüyünün gur inkişafı, dodaqlarının nazikliyi, başlarının enlilik diametrinin böyüklüyü, burunlarının nazikliyi (leptoriniya) və əyriliyi ilə seçilirlər. Bu əlamətlər Şimali Qafqazın şərq və qərb hissələrinə görə dəyişilir. Qərbdə adıgey xalqları (şapsuqlar, abxazlar və s.), şərqdə isə Dağıstan xalqları (avarlar, darginlər, ləzgilər) məskunlalmışlar. Qərb qrupları şərqdəkilərdən uzunbaşlılıqları, başlarının daha az enliliyi, baş göstəricisinin kiçikliyi daha düz burunluluqları, IIIsaç örtüyünün daha az inkişafı, daha ucaboyluluqları, qaragözlülüklərilə seçilirlər. Qərb qrupunda I, şərqlilərdə isə II qan qrupu üstünlik təşkil edir.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Roman xalqları
Roman xalqları (Roma şəhərinin latın dilində adından) — Roman dillərini istifadə edilməsi ilə birləşən müxtəlif etnogenetik köklü xalqlar qrupu..
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi — Sovet Rusiyasının ilk hüquqi aktlarından biri. Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən 1917-ci il noyabrın 2 (15)-də təsdiq edilmişdi. Bəyannamədə "Lenin milli siyasəti"nin aşağıdakı əsas prinsipləri elan olunmuşdu: Rusiya xalqlarının bərabərliyi və suverenliyi; Rusiya xalqlarının azad surətdə öz müqəddəratını təyin etməsi (ayrılmaq və müstəqil dövlət yaratmağa qədər); bütün milli və milli-dini imtiyaz və məhdudiyyətlərin ləğvi; Rusiyada azlıqda qalan xalq və etnik qruplarının müstəqil inkişafı. Lakin sovet Rusiyası bu bəyannaməni, demək olar ki, həyata keçirmədi, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranmasınadək (1917, noyabr -1922, dekabr) keçmiş Rusiya xalqlarının müstəqil dövlət yaratmaq hüquqlarını açıq-aşkar pozdu. Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 11-ci Qırmızı ordu onun varlığına son qoydu, ərazisini işğal etdi. Şimali Azərbaycan yenidən Rusiyaya qatıldı. Çox keçmədən keçmiş Rusiya imperiyasının ərazisində yaranmış digər müstəqil dövlətlərin də varlığına son qoyuldu. Sonra isə onlar SSRİ-nin tərkibində birləşdirildi (1922, dekabr). Bu siyasət özünü doğrultmadı, 1991-ci ilin dekabrında SSRİ süquta uğradı.
Rusiya xalqları
Rusiya konstitusiyada da əks olunduğu kimi çoxmillətli dövlətdir. Onun ərazisində 190 xalq yaşayır. 2010-cu ildə Ümumrusiya əhalinin siyahıya alınmasına görə əhalinin 80,9 % və ya 111,0 milyon nəfərini ruslar, 19,1 % və ya 26,2 milyon nəfərini isə digər xalqlar təşkil edir Rusiya əhalisi hər nə qədər digər ölkələrlə müqayisədə yüksək olsa da; hər km²-a düşən insan sayı, ölkənin sahəsi ilə əlaqədar olaraq çox azdır. Rusiya əhalisinin başlıca olaraq yaşadığı region, coğrafi olaraq Avropa torpaqları olaraq qəbul edilən Ural dağlarının qərbində və Şimal-qərb Sibirdə yaşayır. Ölkə əhalisinin 73%-i şəhərlərdə yaşayarkən 27%-i kənd yerlərində yaşayır. Rusiya əhali baxımından dünyanın ən çox əhaliyə malik səkkizinci ölkəsi mövqeyindədir. Ölkə əhalisi, Sovet İttifaqının dağılmasından sonra süquta keçmiş olsa da, 2010-cu il sayımına görə 141.927.297 nəfərdir. 1991-ci ildə Rusiya əhalisi bütün zamanların ən yüksək səviyyəsi olan 148.689.000 nəfərə çatmışdı, amma 1990-cı illər boyu davam edən miqrasiya, ölüm nisbətin çox sürətli artması kimi səbəblər ilə ölkə əhalisi 20 illik müddətdə azalmışdır. Ölkədə 2009-cu ildə, son 15 il ərzində ilk dəfə 10.500 nəfərlik bir əhali artımı olmuşdur. Sözügedən artım, 279.906 nəfərin Rusiyaya köçməsi ilə yaranmışdır ki, bu rəqəmin 93%-i Keçmiş Sovet ölkələrindən olmuşdur.
SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
Kinolent 1966-cı ildə keçirilmiş SSRİ Xalqlarının Spartakiadası haqqındadır. Film Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin sifarişi ilə çəkilmişdir.
SSRİ Xalqlarının Spartakiadasında futbol
SSRİ Xalqlarının Spartakiadasında futbol — Milli futbol yığmalarının SSRİ Xalqlarının Spartakiadasında qarşılaşdığı turnir. Aşağıdakı cədvəldə SSRİ Xalqlarının Spartakiadasının futbol turnirlərinin qalibləri haqqında ümumi məlumat qeyd olunmuşdur.
Tatarıstan xalqlarının Dostluq evi
Tatarıstan xalqlarının Dostluq evi (Tat. Татарстан халыкларының Дуслык йорты) Tatarıstan xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı ilə məşğul olan Tataristan respublika təşkilatıdır. Təşkilat 1999-cu ildə açılmışdır. Pavlyuxina küçəsi 57-də yerləşir. 1992-ci ildə, Tatarıstan Xalqlarının birinci qurultayında, əvvəlcə 9 etnik icmanın nümayəndələrini əhatə edən Tatarıstan Respublikasının Milli-Mədəniyyət Cəmiyyətləri Birliyi (ANKO RT, indiki Tatarıstan Xalqları Məclisi) yaradıldı. 1999-cu ildə respublika hökuməti Tatarıstan Xalqlarının Dostluq Evinin yaradılması üçün Kazanın mərkəzində ayrıca bir bina inşa etdi. 26 May 1999-cu ildə açılış mərasimi keçirildi. Bu təşkilatın məqsədi "Tatarıstan Respublikası xalqlarının mədəniyyətlərinin dirçəlişi, qorunması və inkişafı üçün ictimai milli-mədəni təşkilatlara dövlət dəstəyi təmin etmək" idi. 2005-ci ildə Tatarıstan Respublikasının Prezidenti Mintimer Şaimiev, Xalqlar Dostluğu Evinə respublika büdcəsindən maliyyələşdirilən və müstəqil respublika təşkilatı statusu verən "Tataristan Xalqlarının Dostluq Evi haqqında" fərman imzaladı. Təşkilatın qurucusu Tatarıstan Respublikasının Nazirlər Kabineti idi və bu təşkilat birbaşa Tatarıstan Respublikasının Mədəniyyət Nazirliyinə tabe oldu.
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə
Yerli Xalqların Hüquqları üzrə Bəyannamə (ing. Declaration on the Rights of Indigenous Peoples) — 13 sentyabr 2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinın 62-ci sessiyasında qəbul edilmiş sənəd. Bu sənəd yerli xalqların ləyaqətli bir yaşamaq, öz mədəniyyətlərini və öz təsislərini qorumaq və inkişaf etdirmək hüququnu, habelə insanların öz ehtiyaclarına və istəklərinə ən uyğun hesab etdikləri istiqamətdə insanları inkişaf etdirmək hüququnu elan edir. Sənəd yerli xalqların öz müqəddəratlarını təyinetmə hüququnu təsdiqləyir və bu hüququn nəticəsi olaraq yerli xalqların siyasi statuslarını müəyyənləşdirmək və iqtisadi, sosial və mədəni inkişaflarını davam etdirmək azadlığından bəhs edir. Bu sənədin layihəsi 20 il ərzində hazırlanmışdır. Ən gərgin müzakirələr torpaq, resurslar, qrup və fərdi hüquqlarla bağlı idi. Yerli Xalqlar üzrə İşçi Qrupu 1982-ci ildə BMT-nin İqtisadi və Sosial Şurasının qərarı ilə yerli xalqlar üçün insan hüquqları standartlarını inkişaf etdirmək məqsədi ilə yaradılmışdır. 1985-ci ildə yerli xalqların hüquqları ilə bağlı bir bəyannamə layihəsi hazırlamaq üçün bir işçi qrupu başladı. Səkkiz il sonra, 1993-cü ildə İşçi Qrup bəyannamə layihəsinin mətni üzərində işi tamamladı. BMT-nin Ayrı-seçkiliyin Qarşısının Alınması və Azlıqların Müdafiəsi üzrə Alt Komissiyası 1994-cü ildə layihənin mətnini təsdiqlədi və BMT-nin İnsan Hüquqları Komissiyasına baxılması üçün təqdim etdi.
Zaqafqaziya xalqlarının dostluğu (film, 1942)
Film müharibə şəraitində Zaqafqaziya xalqlarının dostluğundan, onların ümumi düşmənə-faşizmə qarşı apardıqları mübarizədən danışır. Operator: Vladimir Yeremeyev, Leonid Koretski Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 84.
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı
Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatı (ing. Unrepresented Nations and Peoples Organization; UNPO) - 1991-ci ildə yaradılmış beynəlxalq təşkilat. UNPO-da başqa dövlətlərin tərkibində yaşayan və həmin dövlətdə təmsil olunmayan etnik toplumlar, öz dövləti olmayan xalqlar və beynəlxalq aləmdə təmsil olunmayan xalqlar və toplumlar cəmləşmişdir. Ermənistan, Estoniya, Latviya və Gürcüstan SSRİ dağıldıqdan sonra bir müddət UNPO təşkilatına üzv olmuş, daha sonra isə BMT-yə qəbul olunduqdan sonra təşkilatdan çıxmışdılar. UNPO təşkilatının əsas məqsədi, təmsil olunmayan xalqların və toplumların humanitar və mədəni hüquqlarını qorumaq, həmin xalqlara öz idarə etmə sistemlərini yaratmaqda kömək etmək və onları digər xalqların hücümlarından qorumaqdan ibarətdir. UNPO dövətlər arasında BMT təşkilatına qəbul olunmaq üçün ilk addım hesab olunur. Ermənistan, Estoniya, Latviya Gürcüstan, Palau və Şərqi Timor kimi müstəqil dövlətlər UNPO-nun keçmiş üzvləri olmuşdular. 2009-cu ilin 1 fevral tarixində Cənubi Azərbaycanın UNPO təşkilatına üzv olmaq barədə müraciətinə müsbət cavab verilmiş və tarixdən etibarən Cənubi Azərbaycan UNPO təşkilatına qoşulmuşdur.
Voleybol 1975 SSRİ yay Xalqlar Spartakiyadasında (qadınlar)
VI SSRİ yay Xalqlar Spartakiyadasında qadın voleybolu 19 — 29 iyun 1975-ci il tarixlərində Bakıda keçirilmişdir. Turnirdə 15 müttəfiq ölkə ilə yanaşı Moskva və Leninqrad da iştirak etmişdir 17 komanda 3 yarımqrupda mübarizə aparmalı idi. Yarımqrupun 2 ən yaxşı komandası final mərhələsində dairəvi sistem üzrə 6 komanda arasında ən yaxşısı uğrunda mübarizə aparmalı idi. Ukrayna SSR: Olqa Kozakova, L. Ninenko, Lubov Rudovskaya, Q.Xomenko (Medin Odessa klubu), Nataliya Yeryomina, Larisa İvanova, L.Meleşko, Yevgeniya Nazarenko (İskra), T.Belous, Liliya Osadçaya, Anna Rostova, N.Stesiva (Buverestnik), . Məşqçi — Yuri Kurilski. RSFSR: B. Anufrieva, O.Juravlyova, Nadejda Zezulya, Qalina Karpol, Lidiya Loqinova, Olqa solovova (Uraloçka), A.Kosiçkina, Q.Prokonina, L.Kudravçeva, Q.Ozerova (Omiçka), Tatayana Popova (Kiroves), Lyudmila çetinina (Dinamo). Məşqçi — Nikolay Karpol. Moskva: İrina Bespolova, Olqa Leşenko, M.Milovidova, Olqa Xoxlova, Lyudmila Çernışyova (ÇSKA), Larisa Andropova, Larisa Berqen, Roza Sahilova, Nina Smoleeva (Dinamo), Nalaliya Kuşnir, Valentina Petrova, Tatyana Sarıçeva (Lokomativ). Məşqçi — Miron Viner. Волейбол: Справочник / Сост.

"xalqlar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalqlar nədir? #xalqlar sözünün mənası #xalqlar nə deməkdir? #xalqlar sözünün izahı #xalqlar sözünün yazılışı #xalqlar necə yazılır? #xalqlar sözünün düzgün yazılışı #xalqlar leksik mənası #xalqlar sözünün sinonimi #xalqlar sözünün yaxın mənalı sözlər #xalqlar sözünün əks mənası #xalqlar sözünün etimologiyası #xalqlar sözünün orfoqrafiyası #xalqlar rusca #xalqlar inglisça #xalqlar fransızca #xalqlar sözünün istifadəsi #sözlük