xalqla sözü azərbaycan dilində

xalqla

Yazılış

  • xalqla • 90.4580%
  • Xalqla • 9.4329%
  • XALQLA • 0.1091%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Dünya xalqları ədalətliləri
"Dünya xalqları ədalətliləri" və ya "Beynəlxalq ədalətlilər" (ivr. ‏חסידי אומות העולם‏‎) — 1951-ci il "Holokost xatirəsi haqqında İsrail qanunu”na əsasən, Avropanın nasistlər tərəfindən işğalı zamanı və "Holokost” illərində öz həyatlarını təhlükəyə ataraq minlərlə yəhudini xilas etmiş qeyri-yəhudilərə verilən fəxri ad. 1963-cü ildən etibarən İsrail Ali Məhkəməsi hakiminin rəhbərlik etdiyi komissiya "Beynəlxalq ədalətlilər"in mükafatlandırılması vəzifəsini həyata keçirir. Bu ada layiq görülən şəxs, üzərində adının qeyd olunduğu medalla mükafatlandırılır, həmçinin, adı Qüdsdə yerləşən "Yad va-Şem" muzeyinin ərazisində yerləşən "Ədalətlilər bağçası”nın Şərəf Lövhəsində həkk olunur. Əgər həmin şəxs vəfat edibsə, onun yaxın qohumu bu adı ölən insanın xatirəsinə əldə etmək üçün dövlətə müraciət etməlidir. Bu ada layiq görülən şəxslərin sırasında İsrail dövlətində yaşamağı seçənlərə orta əmək haqqı miqdarında təqaüd və sağlamlıq sığortası, həmçinin, ev və ehtiyac olan zaman tibbi dəstəklə də təmin olunur. Faciə və qəhrəmanlıq İnstitutu "Yad va-Şem" 1 yanvar 2016-cı il tarixində 51 ölkədən 26.119 nəfər insanı "Dünya xalqlarının mömini" kimi təsdiq edib. == Möminlərin fəaliyyəti == Yəhudilərə yardım böyük cəsarət və fədakarlıq tələb edirdi. Nasistlər yəhudiləri qoruyan və onları gizlədən bütün şəxsləri ölümlə təhdid edirdilər. Yəhudilərə kömək edənlərə verilən cəzalar ölkələr üzrə bir-birindən fərqlənirdi.
Dünya xalqlarının siyahısı
Dünya xalqlarının siyahısı
Dəniz xalqları
Dəniz xalqı — Tunc dövrünün sonunda, e.ə. XIII əsrdə Şərqi Anadolu bölgəsi bölgəsi, Suriya, Fələstin, Kipr və Misiri işğal edən, Aralıq dənizində yaranmış xalqlardır. Misir ərazisinə 2 dəfə hücum etmişdilər. Birinci hücumları nisbətən uğurlu olsa da, ikinci hücumunda Misir fironu III Ramzes onları məğlub etmişdir. Bu məğlubiyyətdən sonra onlar Aralıq dənizinə köç etmişlər. Dəniz xalqı tərəfindən Het dövləti süquta uğradılmışdır. Dəniz xalqı təxminən e.ə. 1450 və e.ə. 1150-ci illər arasında mövcud olmuşdu. == Kontekst == XX əsrdə "Dəniz xalqı"nın vətənini Dorilər tərəfindən süqut edən "Mikeniya sivilizasiyası"nı hesab edirdilər: "Beləliklə, XIII və XI əsrlər arasına Mikeniya sivilizasiyası ağır məğlubiyyətə uğradıldı, hansı ki, bu məğlubiyyətdən sonra bir daha qüdrətini bərpa edə bilmədi".
Filippin xalqları
Filippin çoxmillətli dövlətdir, ölkədə yüzə yaxın xalq, etnik və subetnik qruplar yaşamaqdadır, onlar ölkədə yerləşəm yeddi min adadan 800-də yaşamaqdaırlar. Xalqların bir çoxu qohum, özlərindən daha çox olan xalqın içində qəbilə birliyi kimi yaşamaqdadır. Aetalardan və bəzi gəlmə qruplardan (çinlilər, avropalılar, hindistanlılar, ərəblər və başqaları) başqa ölkənin demək olar ki bütün yerli xalqları cənubi monqol irqinə mənsubdur və Avstroneziya dil ailəsinin Malayziya-Polineziya yarımailəsinin indoneziya dəstəsinin şimal qrupunda danışırlar.
Fin-uqor xalqları
Fin-uqor xalqları - Baltik regionu, Şimali Asiya və Ortadunay düzənliyində yaşayan fin-uqor dilli xaqlar. Bu xalq somoedlərdən fərqli olaraq Ural dillərində danışırlar. Fin-uqor xaqlarının çoxusu onlardan fərqli dil ailələrinə mənsub olan xalqlarla əhatələniblər. Fin-uqor konsepsiyası etnikdən daha çox, linqvistik məna daşısa da, fin-uqor dilli xalqlarda, xüsusilə də Baltik finləri arasındakı etnik qardaşlıq düşüncəsi 20-ci əsrdə inkişaf etmişdi. Sayına görə 4 ən böyük fin-uqor xalqı macarlar (13–14 milyon), finlər (6–7 milyon), estonlar (1.1 milyon) və mordvalardır(744,000). İlk üç xalqın öz müstəqil dövləti olsa da (Macarıstan, Finlandiya və Estoniya), mordvalar Rusiya Federasiyası tərkibindəki Mordoviya muxtar respublikasında yaşayır. RF içərisində muxtar respublikası olan digər fin-uqor xalqları: karellər (Kareliya Respublikası), komilər (Komi Respublikası), udmurtlar (Udmurtiya), marilər (Mari El) və mordvalar (mokşa və erzyanlar - Mordoviya). Xantılar və mansilər Xantı-Mansi muxtar dairəsində yaşayırlar. Komilərin subqrupu olan komi-permyaklar əvvəllər Komi-Permyak muxtar dairəsində yaşasalar da, bu gün bu ərazi Perm diyarının daxilində xüsusi statusu olan bir bölgədir. Yerli saam xalqlarının ənənəvi yaşayış ərazisi Şimali Finno-Skandinaviya və Şimal-qərbi Rusiyadakı Kola yarımadasıdır və bu ərazilər ümumi şəkildə Laplandiya olaraq adlandırılır.
Gürcüstan Xalqları Ümumdünya Konqresi
ýGŸrcŸstan Xalglarõ †mŸmdŸnya Kongresi (GX†K)ý – GŸrcŸstanda və xaricində yaşayan gŸrcŸlərin ictimai təşkilatõ; 2009 il mart ayında təsis olunmuşdu. == Struktur və rəhbərlik == GXÜKün baş ofisi Venada, Avstriyada yerləşir. Rusiya filialı Sankt-Peterburqda açılmışdır. Prezident, Aleksandr Yebralidze Rusiya biznesmeni, OAO ˝Talion˝un baş direktorudur. Prezident müavinin, Badri Meladze, Moskva şəhərində GUP ˝Stoliçnıye apteki˝ təşkilatõnda baş direktorunun təhlŸkəsizlik Ÿzrə mŸavinidir. Prezident mŸavini, Vladimir Xomeriki yenilikilik və investisiyalar sahəsində mŸtəxəssislərin Rusiya dšvlət akademiyasõnda rektorun məsləhətisidir. Rusiya filialõnõn direktoru – Aleksandr Kinteraya. == Fəaliyyət == Kongresin müraciətində Gürcüstanı böhran vəziyyətindən stabil demokratik inkişaf yoluna çıxartmaq və vahid, bitərəf, azad, iəklənən GŸrcŸstanõ yaratmaq məqsədi elan edilir. Mixail Saakaşvilinin GŸrcŸstan prezidenti vəzifəsindən kšnŸllŸ istefa haqqõnda təklif irəli sŸrŸlŸr. Onlayn konfransında İA Regnum GXÜKün Tbilisidə gürcü filialı aşmaq, šz gəzetini, radiostansiyasõnõ və televiziya kanalõnõ yaratmaq planlarõ haqqõnda bildirilmişdir.
Hind-Avropa xalqları
Hind-Avropa xalqları Avrasiyanın bütün ərazilərində yaşamış və müxtəlif dövrlərdə sivil dünyada məskunlaşmış köçəri xalqlardırlar. Aralarında eyni dilin differensiasiyalaşması yolu ilə əmələ gəldiyi düşünülən (beləliklə, bu dillərin strukturları eynidir, lakin bir-birlərinin nitqini başa düşə bilmirlər) linqvistik qohumluğun mövcudluğundan və eyni həyat tərzini yaşamalarından başqa bu xalqların arasında heç bir vəhdət yoxdur. Bu xalqlar basqınları zamanı fəth etdikləri cəmiyyətlər üstündə, əgər onlar sivilizasiyalı cəmiyyətlər olmuşdularsa, onların sivilizasiyalarını və mədəniyyətlərini mənimsəyərək, ibtidai icma səviyyəsindəki cəmiyyətlər isə sivilizasiyalı cəmiyyətə çatacaq sinfi cəmiyyəti yaradaraq hakim sinfi formalaşdırdıqları üçün cəmiyyətlərə və kütlələrə öz dillərini tətbiq etdirmişdirlər. Fin, Eston, Macar və Bask dillərindən başqa bütün Avropa dillərinin onlara Avropaya gətirdikləri dillər olduğu və İran ilə Hind dillərinində eyni struktura malik olan dillər olduğu nəzərə alındığından, bu dillər ailəsinə Hind-Avropa dilləri və tarixdə bu dillərdə danışan xalqlara isə Hind-Avropa xalqları deyilir. Bununla belə, bəzi tədqiqatçılar Hind-Avropa dilləri və tayfaları nəzəriyyəsinin qeyri-kafi və qeyri-müəyyən olduğunu iddia edir və bu birləşmənin digər etnik dil ailələrindən müstəqil olmadığını, əksinə, həmin ailələrdən ayrılaraq inkişaf etdiyini iddia edirlər və beləliklə, onlar hesab edirlər ki, Hind-Avropa nəzəriyyəsi yenidən nəzərdən keçirilməlidir.
Hindistan xalqları
Müasir dövrdə Hindistanın еtnik tərkibi bir nеçə yüz xalqdаn ibarətdir. Bu ölkədə аdivаsi, аkhа, аnqаm, аdаmаn, аpаtаni, аssаm, bаdаqа, bаyqа, bаlti, bеnqаl, bihаri, bоndо, burişi, bhili, bhоtiyа, bhutiyа, qоnd, qucаrаti, qucаri, dаrdı, cаrаvаrа, cаt, cuаnq, dоqrа, kаnnаrа, kristаnqi, khаsi, khаsı, khоndi, lаdаkhi, lеpçа, lisu, lоbа, mаqаri, mаlаyаli, mаlеr, mаnipuri, mаrаthi, minаrо, mоnpа, nаqа, оnqе, оrаоn, оriyа, pəncаbi, pаrs, pаhаri, rаcаstаni, rаcputi, rаi, sаvаrа, sаntаli, sеntinеli, sеrаiki, siddi, siqhi, sindhi, tаmаnqi, tаmil, tеluqu, tоdа, tripurа, hindustаni, hо, çаkmа, şеrp və s. хаlqlаr yаşаyır. Hindistan xalqları arasında sаycа ən çохu hindi, tеluqi, mаrаthа, bеnqаl, qucаrаt, kаnnаrа, pəncаblаr və bаşqа xalqlardır. Hindlilərin bir еtnоs kimi fоrmаlаşmаsındа farslar, ərəblər, türklər, əfqanlar, ingilislər iştirak etmişlər. Hindistan xalqlarının və irqi elementlərinin təsviri kifayət qədər mürəkkəb məsələdir. Bura daim dünyanın müxtəlif yerlərindən gələn fərqli etnosların qovuşduğu, qarşılaşdığı ərazi olmuş, bu prosesdə müharibələr, təqib, iqtisadi faktorlar mühüm rol oynamışdır. Fərqli irqi xüsusiyyətlərə malik etnoslar burada məskunlaşmış, qaynayıb-qarışmış, bu qarışıqlardan lokal xüsusiyyətlərə malik xalqlar yaranmış, Hindistanda rəngarəng insan cəmiyyətinin formalaşmasına gətirib çıxarmışdır. İngilis alimi Risley 1890-cı ildə elmi əsasda, yəni antropolometrik texnika ilə Hindistan xalqlarının irqi təsnifatını aparmışdır. O, 1901-ci ildə ingilis müstəmləkə hökuməti tərəfindən əhalinin siyahıya alınması komissiyasına rəhbər təyin olunmuşdur.
Preney yarimadasi xalqlari
İberlər və ya iberiyalılar (lat. Hibērī, yun. Ἴβηρες, İberes) — əvvəllər şərqi və qərbi İspaniya ərazisində məskunlaşmış, sonralar isə Pireney yarımadasının xeyli hissəsinə yayılmış qədim tayfalar. Onlar arasında turdetan, turdul, bastetan, karpetan və başqa tayfalar var idi. İberlərin məntəyi haqqında muxtəlif mülahizələr mövcuddur. İberlər haqqında ilk yazılı mənbə e.ə. VI əsrə aiddir. İspaniyanın cənub hissəsi (indiki Əndəlüs və Mursiya) İberiya mədəniyyətinin əsas mərkəzi idi. E.ə. VI–III əsrlərdə İspaniyaya soxulmuş keltlərlə iberlərin qaynayıb-qarışması nəticəsində kelt-iber tayfaları qrupu yaranmışdır.
Qafqaz Xalqları Ali Dini Şurası
Qafqaz Xalqları Ali Dini Şurası (rus. Высший религиозный совет народов Кавказа, ing. Supreme Religious Council of the Peoples of the Caucasus) ― dini təşkilat. 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. Qafqaz Xalqları Ali Dini Şurası 1992-ci ilin sentyabrında Qroznı şəhərində keçirilən din xadimlərinin ümumi toplantısında təsis olunmuş və onun mərkəzi iqamətgahının Bakıda yerləşməsi ilə bağlı qərar qəbul edilmişdir. Şuranın sədri vəzifəsinə Azərbaycan, Gürcüstan, Dağıstan, Kabarda-Balkar, Çeçenistan, İnquşetiya, Qaraçay-Çərkəz və Adıge Respublikasının din xadimləri tərəfindən yekdilliklə Şeyxülislam Allahşükür Paşazadə seçilmişdir. 2003-cü ilin 28 iyulunda Qafqaz Xalqlarının Ali Dini Şurasının Bakıda keçirilən iclasında isə Şeyxülislam Allahşükür Paşazadə Ali Dini Şuranın ömürlük sədri seçilmişdi. Qafqaz Xalqları Ali Dini Şurası özündə Şimali Qafqaz Müsəlmanları Əlaqələndirmə Şurasını, Rusiya Federasiyasının Qaraçay-Çərkəz, Çeçenistan, Dağıstan, Kabardin-Balkar, Şimali Osetiya (Alaniya) Kalmıkiya, Adıgey və Krasnodar Respublikalarını habelə xristian və yəhudi icmalarını birləşdirir.
Qafqaz xalqları
Qafqaz xalqları morfoloji quruluşlarında Əşrəf irqinin əlamətləri müşahidə olunan noqaylar, habelə Qafqazın Rusiya tərəfindən işğalından sonra buraya köçürülən ruslar istisna olmaqla böyük ağ irqin cənub qoluna aid olunurlar. Morfoloji baxımdan Qafqaz xalqları arasında kəskin fərqlərin olmaması, ayrı–ayrı antropoloji tiplərin daha geniş təsnifatına və səciyyələndirilməsini çətinləşdirir. XX əsrin 50–ci illərindən başlayaraq Qafqaz xalqlarının antropoloji cəhətdən öyrənilməsi geniş vüsət alsa da keçmiş SSRİ–də bütün elmlər kimi antropologiya elmi də mövcud siyasi doktrinadan asılı olduğundan bu sahədə xeyli yanlışlıqlara yol verildi. Rejimin vahid sovet xalqı yaratmaq istəyi nəticəsində Qafqazda, xüsusilə də onun şimal hissəsində antropoloji baxımdan bir–birlərindən kəskin şəkildə fərqlənən xalqlar eyni adla çağrılmağa və onlar arasındakı bu fərqliliklərin, sözün əsl mənasında "malalanmasına" başlanıldı. Obyektiv tədqiqatlar isə göstərir ki, məsələn ümumi adlar (ləzgi, avar, dargin, lak) altında birləşdirilən Dağıstan Respublikasında yaşayan xalqlar arasındakı morfoloji fərqlər, Oğuz irqinin şərq (türkmənlər) və qərb (Azərbaycan türkləri ) qolları arasındakı fərqliliklərdən daha çoxdur. Böyük Qafqaz dağlarının şimalında, Qara dəniz sahillərindən Xəzər dənizi sahillərinə qədər uzanan ərazidə yaşayan Şimali Qafqaz xalqları III saç örtüyünün gur inkişafı, dodaqlarının nazikliyi, başlarının enlilik diametrinin böyüklüyü, burunlarının nazikliyi (leptoriniya) və əyriliyi ilə seçilirlər. Bu əlamətlər Şimali Qafqazın şərq və qərb hissələrinə görə dəyişilir. Qərbdə adıgey xalqları (şapsuqlar, abxazlar və s.), şərqdə isə Dağıstan xalqları (avarlar, darginlər, ləzgilər) məskunlalmışlar. Qərb qrupları şərqdəkilərdən uzunbaşlılıqları, başlarının daha az enliliyi, baş göstəricisinin kiçikliyi daha düz burunluluqları, IIIsaç örtüyünün daha az inkişafı, daha ucaboyluluqları, qaragözlülüklərilə seçilirlər. Qərb qrupunda I, şərqlilərdə isə II qan qrupu üstünlik təşkil edir.
Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar»
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu
"Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu" (QƏXTMT) — rus dilində Сборник материалов для описания местностей и племён Кавказа (SMOMPK). Jurnal Tiflis Qafqaz Tədris Dairəsi İdarəsi tərəfindən 1881-ci ildən başlayaraq, nəşr edilmişdir. 1881-ci ildən başlayaraq Qafqaz Tədris Dairəsi İdarəsinin vəkili Yanovski nəşrə rəhbərlik edirdi (1902-ci ildə vəfat etmişdir). Jurnalda Qafqazın tarixi, arxeologiyası, dilçiliyi və etnoqrafiyası üçün geniş material, onların tarixinə dair məqalələr yer almışdır. Qafqaz xalqlarının lüğətləri və mətnləri, narlar haqqında əfsanələr, böyük rus və xarici mahnıları, gürcülərin, azərbaycanlıların, osetinlərin, dağ yəhudilərinin və digər Qafqaz xalqlarının həyatı və adətlərinə dair məqalə və materiallar böyük elmi marağa olmuşdur. Çoxcildli əsər Qafqazın son fəthindən sonra tədqiqatçılar tərəfindən toplanan gündəlik həyat, yazı, həyat tərzi, adət-ənənələr, folklor və və s. haqqında məlumatları özündə cəmləşdirir. Nəşrdə kəndlərin və şəhərlərin təsvirləri, onların tarixi, həyatı və əhalinin sənətkarlıqları haqqında oçerklər yer almışdır. Tarixi, lirik, məişət və ritual mahnıları, əfsanələr, Qafqaz xalqlarının dilinin gözəlliyini və mənəvi mahiyyətini açır. Bu nəşrin elmi dəyəri 1893-cü ildə "Xalq Təhsili Nazirliyinin Jurnalı"nda dərc olunmuş geniş icmallarda professor V.F.Miller tərəfindən tanınmışdır.
Roman xalqları
Roman xalqları (Roma şəhərinin latın dilində adından) — Roman dillərini istifadə edilməsi ilə birləşən müxtəlif etnogenetik köklü xalqlar qrupu..
Rusiya Xalqlar Dostluğu Universiteti
Rusiya Xalqlar Dostluğu Universiteti (rus. Российский университет дружбы народов) — Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən dövlət ali təhsil müəssisəsi. Ölkənin ən məşhur ali təhsil müəssisələrindən biri hesab edilir. Bu universitet 5 fevral 1960-cı ildə sovet hökuməti tərəfindən təsis edilmişdir. 1961-ci il fevralın 22-də isə universitetə Afrika xalqının müstəqillik uğrunda mübarizə simvollarından biri olan Patris Lumumbanın adı verilmişdir. 47 ölkədən olan ilk 288 tələbə 1965-ci ildə universiteti bitirmişdir. Həmin il "Şən və Hazırcavablar Klubu" adlanan beynəlxalq tələbə komandalarının yarışması məhz burada təşkil edilmişdir. "Şən və Hazırcavablar Klubu" sonralar ölkənin ən məşhur komandalarından biri olur. Artıq 1975-ci ildə universitetin 5600-dən çox məzunu var idi. Onlardan 4250 məzun 89 xarici ölkədən idi.
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi
Rusiya Xalqlarının Hüquq Bəyannaməsi — Sovet Rusiyasının ilk hüquqi aktlarından biri. Rusiya Sovet Federativ Sosialist Respublikası Xalq Komissarları Soveti tərəfindən 1917-ci il noyabrın 2 (15)-də təsdiq edilmişdi. Bəyannamədə "Lenin milli siyasəti"nin aşağıdakı əsas prinsipləri elan olunmuşdu: Rusiya xalqlarının bərabərliyi və suverenliyi; Rusiya xalqlarının azad surətdə öz müqəddəratını təyin etməsi (ayrılmaq və müstəqil dövlət yaratmağa qədər); bütün milli və milli-dini imtiyaz və məhdudiyyətlərin ləğvi; Rusiyada azlıqda qalan xalq və etnik qruplarının müstəqil inkişafı. Lakin sovet Rusiyası bu bəyannaməni, demək olar ki, həyata keçirmədi, Sovet Sosialist Respublikaları İttifaqının (SSRİ) yaranmasınadək (1917, noyabr -1922, dekabr) keçmiş Rusiya xalqlarının müstəqil dövlət yaratmaq hüquqlarını açıq-aşkar pozdu. Sovet Rusiyası Azərbaycan Xalq Cümhuriyyətini tanımaqdan imtina etdi. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə 11-ci Qırmızı ordu onun varlığına son qoydu, ərazisini işğal etdi. Şimali Azərbaycan yenidən Rusiyaya qatıldı. Çox keçmədən keçmiş Rusiya imperiyasının ərazisində yaranmış digər müstəqil dövlətlərin də varlığına son qoyuldu. Sonra isə onlar SSRİ-nin tərkibində birləşdirildi (1922, dekabr). Bu siyasət özünü doğrultmadı, 1991-ci ilin dekabrında SSRİ süquta uğradı.
Rusiya xalqları
Rusiya konstitusiyada da əks olunduğu kimi çoxmillətli dövlətdir. Onun ərazisində 190 xalq yaşayır. 2010-cu ildə Ümumrusiya əhalinin siyahıya alınmasına görə əhalinin 80,9 % və ya 111,0 milyon nəfərini ruslar, 19,1 % və ya 26,2 milyon nəfərini isə digər xalqlar təşkil edir Rusiya əhalisi hər nə qədər digər ölkələrlə müqayisədə yüksək olsa da; hər km²-a düşən insan sayı, ölkənin sahəsi ilə əlaqədar olaraq çox azdır. Rusiya əhalisinin başlıca olaraq yaşadığı region, coğrafi olaraq Avropa torpaqları olaraq qəbul edilən Ural dağlarının qərbində və Şimal-qərb Sibirdə yaşayır. Ölkə əhalisinin 73%-i şəhərlərdə yaşayarkən 27%-i kənd yerlərində yaşayır. Rusiya əhali baxımından dünyanın ən çox əhaliyə malik səkkizinci ölkəsi mövqeyindədir. Ölkə əhalisi, Sovet İttifaqının dağılmasından sonra süquta keçmiş olsa da, 2010-cu il sayımına görə 141.927.297 nəfərdir. 1991-ci ildə Rusiya əhalisi bütün zamanların ən yüksək səviyyəsi olan 148.689.000 nəfərə çatmışdı, amma 1990-cı illər boyu davam edən miqrasiya, ölüm nisbətin çox sürətli artması kimi səbəblər ilə ölkə əhalisi 20 illik müddətdə azalmışdır. Ölkədə 2009-cu ildə, son 15 il ərzində ilk dəfə 10.500 nəfərlik bir əhali artımı olmuşdur. Sözügedən artım, 279.906 nəfərin Rusiyaya köçməsi ilə yaranmışdır ki, bu rəqəmin 93%-i Keçmiş Sovet ölkələrindən olmuşdur.
SSRİ Xalqlarının Spartakiadası (film, 1966)
Kinolent 1966-cı ildə keçirilmiş SSRİ Xalqlarının Spartakiadası haqqındadır. Film Azərbaycan Bədən Tərbiyəsi və İdman Komitəsinin sifarişi ilə çəkilmişdir.
SSRİ Xalqlarının Spartakiadasında futbol
SSRİ Xalqlarının Spartakiadasında futbol — Milli futbol yığmalarının SSRİ Xalqlarının Spartakiadasında qarşılaşdığı turnir. Aşağıdakı cədvəldə SSRİ Xalqlarının Spartakiadasının futbol turnirlərinin qalibləri haqqında ümumi məlumat qeyd olunmuşdur.
Sibir xalqları
Sibir əhalisinin 9/10 hissəsini slavyan xalqları təşkil edir. Sibirin daimi qeydiyyatda olan 26 milyonluq əhalisinin 22 milyondan çoxunu ruslar, bir milyondan çoxunu isə ukraynalılar təşkil edir. Sibirin yerli xalqlarının sayı isə 1,3 milyondan artıqdır. 2009-cu il siyahıyaalınmasına görə müasir Sibirdə 40-a qədər yerli xalq yaşayır. Onların bəzilərinin məskunlaşdığı torpaqlar Avropa dövlətlərinin bir çoxunun ərazisindən böyükdür. Məsələn, Saxa Respublikasının (Yakutiya) ərazisi Fransanın ərazisindən 6 dəfə, buryatların yaşadığı ərazisi isə Böyük Britaniya torpaqlarından 1,5 dəfə böyükdür. Sibir xalqları öz saylarına görə 2 qrupa ayrılırlar: böyük və kiçik xalqlar. Buryatlar, yakutlar, tuvalılar, Sibir tatarları, xakaslar və altaylılar böyük xalqlar hesab olunurlar. Qalan xalqların hamısı Sibirin kiçik xalqları sayılırlar. Sibirin şimal-şərqində bir qrup eskimoslar (1500 nəfər) və aleutlar (500 nəfər) da yaşayır.
Xalqların Bərabərlik və Demokratiya Partiyası
Xalqların Bərabərlik və Demokratiya Partiyası və ya qısaca DEM Partiya (ilkin versiyası ilə HEDEP), 2023-cü ilədək Yaşıllar və Sol Gələcək Partiyası — 25 noyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiya. Onun simvolu müdrik ağac, günəş və insan surətindən ibarətdir. Onun həmsədrləri Tuncər Bakırhan və Tülay Hatimoğulları Orucdur. Xalqların Bərabərlik və Demokratiya Partiyası 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının Yaşıllar və Sol Gələcək Partiyası adı altında birləşməsi nəticəsində qurulan siyasi partiyadır. Partiya özünü yaşıl siyasətə əsaslanan və "sol libertarian" ideyaları qəbul edən siyasi partiya kimi təqdim edir. Partiya 2014-cü ildə Türkiyə prezident seçkilərində Səlahəddin Dəmirtaşı, 2015-ci ilin iyununda keçirilən parıament seçkilərində isə Xalqların Demokratik Partiyasını dəstəkləmişdir. Partiya Ankarada Yaşıllar və Sol Gələcək Partiyası adı ilə 25 noyabr 2012-ci ildə Bərabərlik və Demokratiya Partiyası ilə Yaşıllar Partiyasının birləşməsi ilə quruldu. Partiya 2 aprel 2016-cı il tarixli II növbədənkənar qurultayında adının qısaltmasını Yaşıl Sol Partiya olaraq dəyişdirdi. Partiyanın loqosu 16 oktyabr 2022-ci il tarixli İkinci Fövqəladə Qurultayda dəyişdirildi. Səlahəddin Dəmirtaş iddia edib ki, Xalqların Demokratik Partiyası bağlanarsa, 2023-cü ildə keçiriləcək ümumi seçkilərdə HDP-nin millət vəkili namizədləri Yaşıl Sol Partiyasının vahid namizəd siyahılarına daxil olacaq.
Xalqlar
Xalq — müxtəlif millətlərdən olub, bir dövləti təmsil edən insan cəmiyyətinə deyilir. Müxtəlif millətlərin fərqli insanlar bir hüquq məkanında yaşayırlar, dövlət qarşısında eyni məsuliyyəti daşıyır. Yer kürəsində yaşayan bütün insanlar mənşəyinə görə eynidir. Lakin bütün insanlar ayrı-ayrı qruplara ayrılır ki, bu qruplar da xalq adlanır. Hər bir xalqın özünəməxsus mədəniyyəti, dili, dini, adət-ənənəsi, yaşayış tərzi, milli paltarları, folkloru, milli mətbəxi olur. Dünya əhalisi dilinə və başqa milli əlamətlərinə görə böyük və kiçik qruplara bölünür. Belə əhali qrupuna xalq deyilir. Xalq sözü bir neçə mənada işlədilir: Adi mənada - dövlətin, ölkənin əhalisi Elmi mənada - insanların tarixən dəyişməkdə olan bilgisi Dünyada sayca ən böyük xalq çinlilərdir. Onların sayı 1 milyarddan çoxdur. Xalq - insanların birliyinin tarixən qəbilə - tayfa birliyinin ardınca gələn və ibtidai icma qurluşunun xüsusi mülkiyyətçilik münasibətləri ilə əvəz edilməsi, siniflərin meydana gəməsi və inkişafı şəraitində müxtəlif tayfaların qovuşması, birləşməsi nəticəsində bərqərar olmuş formalardan biridir.
Xalqların Birləşmiş İnqilab Hərəkatı
Xalqların Birləşmiş İnqilab Hərəkatı (XBİH; türk. Halkların Birleşik Devrim Hareketi ; HBDH) — Türkiyədə əksəriyyəti kürd solçu, inqilabçı sosialist və kommunist olan on ifrat sol təşkilatın ittifaqı. Alyans 12 mart 2016-cı il də elan edilmişdir. Məqsədi seçilmiş Türkiyə hökumətini devirməkdir. O vaxtdan bəri Türkiyədə təhlükəsizlik işçilərinə qarşı bir neçə hücumun məsuliyyətini üzərinə götürmüşdür. Alyans Türkiyədə Ərdoğanın sədri olduğu Ədalət və İnkişaf Partiyası (AKP) hökumətinə qarşı mübarizəyə sadiq olduqlarını bəyan etmək üçün 12 mart 2016-cı ildə təsis olunduqlarını elan etmişdir. Bu tarix 1971-ci il Türkiyə hərbi memorandumunun 45-ci, Qazi məhəlləsindəki iğtişaşların 21-ci və 2004-cü il Qamışlı iğtişaşlarının 12-ci ildönümü idi. Bu hadisələrin hər üçü alyansın "inqilab, demokratiya və sosializm uğrunda mübarizəmizə qalib gəlmək" missiyasını xatırladır. Alyans hesab edir ki, AKP Türkiyədə 12 mart 1971-ci ildə qurulan diktaturanı faktiki olaraq bərpa edərək yeni rəhbərliyi həyata keçirməyə çalışır. Alyansın beş üzvü (TKP/ML, MLKP, TKEP/L, İnqilabçı Qərargah və MLSPB) həmçinin Rojava münaqişəsində Suriya Demokratik Qüvvələrinə dəstək verən xarici döyüşçülərdən ibarət Beynəlxalq Azadlıq Batalyonunun üzvləridir.
Xalqların Demokratik Konqresi
Xalqların Demokratik Konqresi (XDK; türk. Halkların Demokratik Kongresi, HDK) — Türkiyədə çoxlu solçu siyasi hərəkatların, təşkilatların və partiyaların ittifaqı. Məqsədi Türkiyə siyasətini əsaslı şəkildə yenidən yaratmaq və etnik, dini və ya cinsi ayrı-seçkiliklə üzləşən istismar edilmiş şəxsləri təmsil etməkdir. Konqres antikapitalistdir və 15 oktyabr 2011-ci ildə təsis edilmişdir. Çoxsaylı konfranslar təşkil edir və rəsmi konqreslər keçirir. 2012-ci ildə Konqres onun siyasi qanadı kimi fəaliyyət göstərəcək yeni partiya – Xalqların Demokratik Partiyası (HDP) təsis etmişdir. Solçu qrupların oxşar ittifaqı olan "Birləşmiş İyun Hərəkatı" 2014-cü ildə təsis edilmişdir. Konqres dini və ya etnik ayrı-seçkiliklə üzləşən istismar edilən fərdlər, eləcə də azlıqlar üçün platforma təmin etmək məqsədi daşıyır. Konqres qadın hüquqlarının tərəfdarıdır və beləliklə, bir kişi və bir qadın sözçü ilə birgə liderlik sistemi fəaliyyət göstərir. Konqres xüsusilə kürd azlığını təmsil etmək məqsədi daşıyır və azlıqların hüquqlarının konstitusiya ilə təsbit edilməməsini tənqid edir.
Xalqların Demokratik Partiyası (Türkiyə)
Xalqların Demokratik Partiyası (türk. Halkların Demokratik Partisi; kürd. Partiya Demokratîk a Gelan) — 15 oktyabr 2012-ci ildə qurulan və Türkiyədə fəaliyyət göstərən siyasi partiyadır. Partiyanın nizamnaməsinə görə, onun rəsmi abbreviaturası "HDP"dir. Onun simvolu gövdə hissəsi iki əldən ibarət olan ağac təsviridir. Partiya həmsədrləri Sultan Özcan və Cahit Kırkazakdır. Yavuz Önen və Fatma Gök tərəfindən Xalqların Demokratik Qurultayının parlamentdə siyasi partiya ilə təmsil olunması qərarı ilə təsis edilib. 27 oktyabr 2013-cü il tarixində keçirilən 1-ci Fövqəladə Baş Assambleyada İstanbul millət vəkili Səbahat Tuncel və Mersin Millət vəkili Ərtoğrul Kürkçü həmsədr təyin edildi. 22 iyun 2014-cü il tarixində toplanan 2-ci Fövqəladə Qurultayda HDP həmsədrləri Van milləy vəkili Figən Yüksəkdağ və Hakkari millət vəkili Səlahəddin Dəmirtaşın üzərinə götürdü. 3 fevral 2017-ci ildə çağırılan 3-cü Fövqəladə Qurultayda Figən Yüksəkdağın mühakimə olunduğu üçün siyasi hüquqlarından məhrum edilməsindən sonra Sərpil Kemalbay Pekgözegü həmsədrliyi Səlahəddin Dəmirtaşla paylaşdı.

"xalqla" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#xalqla nədir? #xalqla sözünün mənası #xalqla nə deməkdir? #xalqla sözünün izahı #xalqla sözünün yazılışı #xalqla necə yazılır? #xalqla sözünün düzgün yazılışı #xalqla leksik mənası #xalqla sözünün sinonimi #xalqla sözünün yaxın mənalı sözlər #xalqla sözünün əks mənası #xalqla sözünün etimologiyası #xalqla sözünün orfoqrafiyası #xalqla rusca #xalqla inglisça #xalqla fransızca #xalqla sözünün istifadəsi #sözlük