* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Keçmişdə qadınların yaraşıq üçün topuqlarına taxdıqları gümüş, qızıl və s.-dən düzəldilmiş zınqırovlu halqa. Topuqlarını bəzəyən zümrüd xalxalların qızıldan düzəlmiş zəngləri xanım yeridikcə zərifzərif səslənirdi. M.S.Ordubadi.
Azərbaycan dilinin izahlı lüğəti / xalxal2 is. Heyvanlara məxsus binalarda ayrıca bölmə. Xalxalı təmiz saxlamalı. – [Zərnigar xanım] əlində çatı, buzov dalınca qaçanları da, malları xalxala dolduranları da … gözdən qoymurdu. İ.Şıxlı.
Azərbaycan dilinin izahlı lüğəti / xalxal3 Mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer; ağıl. (“Koroğlu” dastanının lüğəti) Hər gün səhər dan yeri ağaranda Alı kişi ilxını çölə aparar, bütün günü otarar, gecədən bir pas keçəndən sonra xalxala gətirərdi. (“Alı kişi”)
Azərbaycan dastanlarının leksikası / xalxal1 Ərəbcə “halqa” deməkdir. Cəm forması “xəlaxil”dir. Qoyun saxlamaq üçün düzəldilmiş ağıl bəzi dialektlərdə xalxal adlanır. Ağıl sözünün təhrifi nəticəsində əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / xalxal1 1 сущ. загон для скота 2 сущ. бубенцы (полые металлические шарики с кусочками металла внутри, позванивающие при встряхивании)
Azərbaycanca-rusca lüğət / xalxal2 сущ. виликра дишегьлийри дамах патал кӀвачин цӀемерик кутадай гимишдикай, къизилдикай ва мс. раснавай куркур галай гьалкъа.
Azərbaycanca-ləzgicə lüğəti / xalxalI (Başkeçid, Borçalı, Gədəbəy, Xanlar, Qazax, Quba, Şəmkir, Tovuz) açıq hava şəraitində mal-qara saxlamaq üçün ətrafı hasarlanmış yer. – Qoyunnarı xalxala sal, qaşmasınnar (Tovuz); – Xalxalın dört tərəfi örüx’lü olur, üsdü də açığ olur (Xanlar) II (Daşkəsən, Gədəbəy) haça dirəklərin arasına qoyulan ağac. – Xalxal da iki haçanıη arasına qoyuloy dana, a bala (Daşkəsən); – Haçalara hələ də xalxal tapammamışıx (Gədəbəy)
Azərbaycan dilinin dialektoloji lüğəti.