* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 Əfsanəyə görə, Tovuz rayonundakı Torpaqqala (indiki Köhnəqala) ərazisində IX əsrdə ərəblərə qarşı vuruşmuş oğuz igidinin adıdır. Güman ki, sal daş birləşməsindəki sal sözü ilə bağlıdır, “ikiqat möhkəm, ikiqat sal daş” deməkdir. Salsalın qalalarından biri indi də qalır və Dəlik daş adlanır. Sözün “qaya” mənası da var. Farslar qaya anlayışını salesənq (sal daş) sözü ilə ifadə edirlər. Salsal “qaya kimi bərk” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / salsal(Basarkeçər) qanmaz. – Sən nə salsal adamsaη? Bu qədər de:rəm başa düşmürsən
Azərbaycan dilinin dialektoloji lüğəti.