* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bədənin beldən aşağı hissəsini və qıçları örtən ikibalaqlı üst kişi geyimi. Şərəfoğlu … şalvarının cibindən balaca bir açar çıxarıb, stolun siyirməsini açdı və oradan böyük bir kağız vərəqi götürdü. M.İbrahimov. Muxtar Zeynalov … əllərini şalvar cibinə salıb, kabinetində gəzinməyə, dodaqaltı deyinməyə başladı. Ə.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / şalvar1 Tatar dilində çalbar kimi işlədilir, məncə, çal (geyin) və bar (var, get) sözlərindən əmələ gəlib. Pencəksiz bayıra çıxmaq bir o qədər də eyib sayılmır, amma şalvarsız kiməsə görünmək qəbahətdir. Ona görə də yalnız şalvarı geyindikdən sonra harasa getmək məqbuldur. Deməli, şalvar tarixən “əvvəl geyin, sonra həyət-bacaya çıx” anlamını əks etdirib. Başqa yozuma görə alınma sözdür, bəzi türk dillərində ona budqabı deyirlər. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şalvar2 I сущ. 1. брюки, разг. штаны. Təzə şalvar новые брюки, dar şalvar узкие брюки, ütülü şalvar глаженые брюки, şalvar tikdirmək сшить брюки 2. шаровары (длинные широкие штаны особого покроя) II прил. брючный. Şalvar düyməsi брючная пуговица, şalvar cibi брючный карман
Azərbaycanca-rusca lüğət / şalvar1 I. i. trousers pl.; amer. pants; (atda, motosikletdə getmək üçün) breeches; (enli və qısa) plus -fours, amer. knickers; ~ geymək to wear* trousers; to put* one’s trousers on II. s. trouser; ~ qıçı trouser leg; ~ fabriki trouser factory
Azərbaycanca-ingiliscə lüğət / şalvar1 is. pantalon m ; falzar m fam ; şalvarını ~ geymək enfiler (mettre) son pan-talon ; cins ~ jean m
Azərbaycanca-fransızca lüğət / şalvar