* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. 1. Günəşdən, yağışdan qorunmaq və ya başqa məqsədlər üçün dirəklər üzərində qurulmuş üstüörtülü kölgəlik; çardaq. Talvarın altında yüyürək yelləyən; Qarı tez dikəldi salam səsinə. B.Vahabzadə. Dörd yöndəmsiz dirək üzərində qurulmuş talvarın üstündəki hər bir şey uzaqdan aydın seçilirdi. Q.İlkin. 2. Evin girəcəyində qapıya yapışıq üstüörtülü yer. Evin talvarı. – Mədəd idarənin qapısındakı talvarda oturmuşdu. Ə.Vəliyev. // Ətrafı görmək üçün gözətçinin üstündə durduğu hündür tikili. …Keşikçi talvarından başqa heç nə görünmürdü. Ə.Əbülhəsən. 3. Tənək üçün dirəklər üzərində üstünə nazik taxtalar, borular düzülən və ya məftil çəkilən qurğu. Üzüm talvarı. Tənəyi talvara çıxarmaq. – …Talvarları bürümüş iri meynələr … bağın gözəlliyini daha da artırırdı. S.Vəliyev.
Azərbaycan dilinin izahlı lüğəti / talvar2 TALVAR Könül açır üzüm bağı; Gəlin görün bizim bağı; Talvarlarda aşıb-daşır; Meyvələrin qol-budağı (M.Seyidzadə); ÇARDAQ Onları [alman soldatlarını] maraqlandıran heç nə tapmadılar. Çardağa da baxdılar. Ordan da bir şey çıxmadı (H.Abbaszadə); KÖŞK Beyrək sağına baxdı, soluna baxdı, dedi: Sarı donlu Selcan xatun köşkdən baxar, kimə baxsa eşqilə oda yaxar, sarı donlu qız eşqinə “hu” (Anar).
Azərbaycan dilinin sinonimlər lüğəti / talvar2 сущ. навес (кровля на столбах или других опорах для защиты от солнца или непогоды). Talvar tikmək строить навес, talvarın altında oturmaq сидеть под навесом 2. навес из виноградной лозы 3. крыльцо (пристройка перед входом в дом, состоящая из площадки и лестницы с навесом) 4. вышка (узкое высокое строение или площадка на высоких столбах и т.п., имеющее специальное назначение). Keşikçi talvarı сторожевая вышка
Azərbaycanca-rusca lüğət / talvar1 сущ. 1. кьур, талвар, чардах; 2. къап; кӀвалин ракӀарин вилик кьил кӀеви чка; 3. чардах (къаравул акъваздай кьакьан); 4. чӀере (цпицӀрин).
Azərbaycanca-ləzgicə lüğəti / talvar