* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
4 Mal. Tavar (davar) türk dilindən rus dilinə keçmiş sözlərdəndir. Dilimizdə başqa mənaları da var: 1) çalışqan, bacarıqlı. 2) böyük (adətən, saz haqqında deyilir). Bəylər ələ alar alıcı quşu, Sərraflar tanıyar qiymətli daşı, Oğul atadan sonra artırsa işi, El içində ona tavar deyərlər. (“Lətif şah”) * Qənbər onu apardı sazbəndin yanına. Sazbənd ona bir cürə saz vermək istədi. Abbas dedi: – Xeyr, usta, o göydən asılan tavar sazı mənə ver! Bu cürəni neyləyirəm? (“Abbas və Gülgəz”)
Azərbaycan dastanlarının leksikası / tavar1 TAVAR I is. Mal. Misri qılınc bağlamışam belimə; Tərlanların tavarına gəlmişəm (“Koroğlu”). TAVAR II sif. Görkəmli, qiymətli. Sonra tavar sazını döşünə sıxdı, baxaq nə dedi (M.Müşfiq).
Azərbaycan dilinin omonimlər lüğəti / tavar2 1 прил. разг. крупный; матёрый, матерой (о птицах). Tavar toyuq крупная курица; tavar saz тавар саз (название саза – азербайджанского струнного щипкового народного музыкального инструмента – самого крупного размера, саза с большим корпусом и чашей) 2 сущ. диал. буйволёнок
Azərbaycanca-rusca lüğət / tavarI (Qazax, Şamaxı, Şuşa) cavan şahin. – Tavar bir qırqavul tutuf (Qazax); – Bir tavar almışam, heç əvəzi yoxdu (Şuşa) II (Quba) cavan camış. – Tavar utlarda utduyadu III (Cənubi Azərbaycan) 1. çalışqan 2. bacarıqlı. – Tavar oğul ata malinə göz tikməz
Azərbaycan dilinin dialektoloji lüğəti.