Navar sözü azərbaycan dilində

Navar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Navar • 60.6061%
  • navar • 39.3939%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Navar (Çaldıran)
Navar (fars. ناور‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 560 nəfər yaşayır (108 ailə).
Co Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
David Navara
David Navara (çex. David Navara, 27 mart 1985, Praqa, Çexoslovakiya) — Çex şahmatçısı, qrosmeyster (2002). 2007-ci il aprel ayının FİDE reytinq siyahısında 2720 əmsalı ilə dünyada 14-cü, Çexiyada isə ən yüksək əmsallı oyunçu olmuşdur. 2015-ci il mayına olan göstəricilərə əsasənə isə o, şəxsi əmsalını 2751 qədər yüksəldə bilmişdir. == Şahmat karyerası == Navara 2004, 2005, 2010, 2012, 2013 və 2014-cü illərdə Çexiya Çempionu olmuşdur. 2005-ci ildə Navara Dünya Kubokunda iştirak etmiş, birinci raundda Predrag Nikolić tərəfindən məğlub edilmişdir. O, 2006-cı il 37-ci Şahmat Olimpiadasında olduqca uğurlu çıxış edərək Dünya səviyyəli oyunçulara qarşı 12 oyundan 8.5 xal toplamışdır. 2007-ci ildə Navara Veyk-an-Zee turnirinə dəvət alaraq Alexander Morozevichi əvəz etmişdir. Təşkilatçılar tərəfində Navara Express adlandırılan oyunçu, 13 oyundan 6.5 xal toplayaraq (+3−3=7) yarışı 7-ci başa vurmuşdur. 2007-ci ilin noyabrında Navara Dünya Kubokunda iştirak etdi.
Estadio Reyno de Navarra
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Joe Navarro
Co Navarro (ing. Joe Navarro; 26 may 1953) — Kuba əsilli Amerikalı yazıçı, ictimai natiq, keçmiş FTB agenti və nəzarətçisi. Navarro şifahi olmayan ünsiyyət və bədən dili sahəsində ixtisaslaşmışdır və çoxsaylı kitablar, o cümlədən Hər Bədənin Dedikləri, Təhlükəli Şəxsiyyətlər, Sözlərdən Uca Səs, Qiyamətə Üç Dəqiqə və Bədən Dili kitabının müəllifidir. == Həyatı == Co Navarro Kubada Donuzlar Körfəzinin işğalından qısa müddət sonra ailəsi ilə birlikdə 8 yaşında ABŞ-a köçdü. Brigham Young Universitetində Ədliyyə İdarəçiliyi üzrə bakalavr dərəcəsi və Slippery Rock Universitetində Beynəlxalq Münasibətlər üzrə Magistr dərəcəsi qazandıqdan sonra o, 25 il ərzində FTB-nin xüsusi agenti və əks-kəşfiyyat və davranışların qiymətləndirilməsi sahəsində nəzarətçi kimi çalışıb. O, FTB-nin elit Davranış Analizi Proqramının qurucu üzvlərindən biridir və o, həmçinin SWAT Komandası Komandiri və Büro Pilotu kimi fəaliyyət göstərib. FTB-dən təqaüdə çıxdıqdan sonra Navarro insan davranışı haqqında biliklərini bölüşmək üçün kitablar və mühazirələr yazır. O, Sent-Leo Universitetində əlavə bir fakültədədir və Harvard Biznes Məktəbində dəfələrlə mühazirə oxuyub. 2003-cü ildən Navarro Dövlət Departamentlərində məsləhətçi olub və Hökumətlərarası Tədqiqatlar İnstitutunun əməkdaşıdır. 2005-ci ildə Navarro World Series of Poker Academy-də iştirak etdi, yalanların aşkarlanması haqqında Discovery Channel proqramında Annie Duke ilə təsadüfi görüşdən sonra poker üzrə oyunçuları öyrətdi.
Kastiliyalı Elyanora (Navarra kraliçası)
Kastiliyalı Elyanora (isp. Leonor de Trastámara) (1360, Araqon krallığı – 5 mart 1416, Olite[d]) — Navarra kralı III Çarlzın xanımı. == Mənbə == Borrás Gualis, Gonzalo M. (2014). "La Virgen de Tobed. Exvoto dinástico de los Trastámara" (PDF). In Escribano Paño, María Victoria; Duplá Ansuátegui, Antonio; Sancho Rocher, Laura; Villacampa Rubio, María Angustias (eds.). Miscelánea de estudios en homenaje a Guillermo Fatás Cabeza. Zaragoza: Institución Fernando el Católico. pp. 167–176.
Manel Navarro
Manel Navarro Kesada (isp. Manel Navarro Quesada; d. 7 mart 1996, Sabadel, İspaniya) və ya sadəcə Manel Navarro — İspaniya müğənnisi və bəstəkarı. O, İspaniyanı 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmişdir. == Musiqi karyerası == === 2014-2016: Başlanğıc === 2014-cü ildə Manel Navarro Catalunya Teen Star musiqi yarışmasında qalib gəlmişdir. Qalibiyyətin ardınca Manel TeenStarRecords albom şirkəti ilə anlaşma imzalamışdır. Həmin ilin dekabr ayında ifaçının "Brand New Day" adlı debüt sinqlı buraxılmışdır. 2015-ci ildə Sweet California qrupunun tur çərçivəsində təşkil etdiyi konsertdə Manel də səhnə almışdır. Həmin ildə müğənni Sony Music Spain albom şirkəti ilə yeni bir müqavilə imzalamışdır. 2016-cı ilin iyun ayında onun "Candle" adlı ikinci sinqlı təqdim edilmişdir.
Navarin Qalası
Navarin Qalası — Yunanistandakı Mora yarımadasının qərb sahilində Pylosda yerləşən bir qaladır.Navarin dəniz döyüşü bu qalanın ətrafında gerçəkləşmişdir. 15-ci yüz ilə qədər Venesiya əhalisi burada böyük bir qala inşa etmişlərdir. Osmanlılar 1499-cu ildə Navarin qalasını işğal etdilər və 1572-ci ildə qalanı təkrardan inşa edərək Anavarin-i atik adını verdiler.1686-1715-ci illər arası Venesiyalılar, qalanı əllərində tutmağı bacardı. Amma sonra Osmanlı İmperiyası təkrardan qalanı ələ keçirtdi (Mora döyüşü). Osmanlılar 18-ci əsrdə qalanı Anavarin-i Cedid adı altında təkrar inşa etdilər. Lakin qısa bir müddətdən sonra yenidən qalaya ziyan dəydi.1827-ci ildə Osmanlı donanması İngilis,Fransız və Rus donanmaları tərəfindən Navarin limanında məğlubiyyətə uğradıldı. Bu məğlubiyyətdən 7 il sonra Osmanlı Dövləti Yunanıstan'ın müstəqilliyini qəbul etmək məcburiyyətində qaldı və Navarin yeni qurulan Yunan Krallığı‘nın bir parçası oldu. == Ədəbiyyat == Bées, N.; Savvides, A., Navarino, 7, 1037–1039 Bon, Antoine, La Morée franque.
Navarin Qətliamı
Navarin qətliamı — Yunanıstanın müstəqillik qazandığı zaman baş verən qətliam silsiləsinin bir hissəsi olan bir vəhşilikdi. Qırğın 1821-ci il 19 Avqust günü Mora Yarımadasındakı Navarin şəhərində baş tutdu və şəhərin təxminən 3000 nəfərlik Türk sakini qətlə yetirildi. == Şəhərin mühasirəsi == Şəhərin Türk sakinləri, aclıq üzündən təslim olmağı təklif etdi. Yunanlar da bunun üzərində şəhərin sakinlərini Misirə etibarlı bir şəkildə aparmağı təklif edib. Təslim olma prosesi bitəndə, Türklər şəhərdəki bütün mallarını, bütün pullarını və zinətlərini Yunanlara təslim etdi. Amma Yunanlar söz verdikləri etibarlı səfəri həyata keçirməyə niyyətli deyildilər. Müzakirə edən Yunanlardan biri olan Poniropoulos, illər sonra General Qordona təslim olma sənədinin Türklərdə surətini yox etdiyini və beləliklə də geridə belə bir razılaşmaya dair bir dəlil olmadığını söylədi. === Türklərin qətlə yetirilməsi === 1821-ci il 19 avqust günü qapılar açılanda, Yunanlar dərhal içəriyə hücum etdi və qaçan 160 nəfər başqa, 3000 nəfərlik bütün əhali öldürdü. Tarixçi Corc Finlay, Phrantzes adlı Yunan keşişin qətliama şahidlik etdiyini söylədi və onun danışdıqlarından yola çıxaraq aşağıdakı tərifi edib: Güllələr və qılınclarla yaralanmış qadınlar qaçmaq ümidi ilə dənizə qaçdı, bu zaman qəsdən vuruldular. Qollarında körpələri olan anaların paltarları oğurlandı və tək gizlənmə yeri olan dənizə qoşdular, suda mənasız insan olmayan tüfəngli əsgərlər tərəfindən döyüldülər.
Navarin burnu
Navarin burnu (çuk. Роратын, kerek. Йуйатын) — İnzibati baxımından Rusiya Federasiyasının Çukotka Muxtar Dairəsi ərazisinə daxil olan burun. Sahillərini Berinq dənizi suları yuyur. Çukot dilindən tərcümədə "Kolbasa" mənasını verir. == Tarixi məlumat == Burun ilk dəfə 1828-ci ildə «Senyavin» şlyupunda Fyodor Petroviç Litkenin rəhbərliyi altında kəşf edilmişdir. Burun Navarin döyüşündə əldə edilən qələbənin şərəfinə adlandırılmışdır. 1934-cü ildə burunda Çukotkada ilk dəfə fəaliyyət göstərən radiometroloji stansiya olmuşdur. Stansiya Şimal Dəniz yolunun üzərində yerləşirdi. 1990-cı illərdə stansiya tərk edilmişdir.
Navarin döyüşü
Navarin dəniz döyüşü— Navarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,Rus və Fransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi,Navarin Faciəsi kimidə düşmüşdür. == Döyüşün gedişi == Böyük Britaniya, Fransa və Rusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II.Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu.Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında Osmanlı və Misir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi. Lakin bu istək qəbul edilmədi.
Navarin dəniz döyüşü
Navarin dəniz döyüşü— Navarin dəniz döyüşü 20 oktyabr 1827-ci ildə Osmanlı-Misir donanmaları ilə İngilis,Rus və Fransız donanmaları arasında baş vermiş dəniz döyüşüdür. Bu döyüş Osmanlı tarixinə Navarin hadisəsi,Navarin Faciəsi kimidə düşmüşdür. == Döyüşün gedişi == Böyük Britaniya, Fransa və Rusiya aralarında müqavilə imzalayaraq Yunanistana müstəqillik verilməsini istədilər. Sultan II.Mahmud bu tələbi rədd etdikdə, Baltik dənizinə açılan rus donanmasının bir hissəsi İngilislərlə birləşərək və Aralıq dənizinə girdi. Rus-İngilis dəstələrinə Fransız dəstələridə qoşuldu.Kodrinqton'un komandanlığı ilə Rusiya və İngiltərə müttəfiq donanması İbrahim Paşanın qüvvələrinə qarşı dəniz təxribatına keçdi. Bu zaman Pelopennes yarımadasında üsyan var idi. Peloponnes üsyanında Osmanlı və Misir gəmiləri Navarin limanında idi. Müttəfiq Dəniz Qüvvələri Navarin Limanını mühasirəyə aldı. Admiral Kodrinqton, müttəfiqlərin əvəzindən Osmalı və Misir əsgərlərinin Yunanıstanı tərk etməklərini istədi. Lakin bu istək qəbul edilmədi.
Navarino adası
Navarino adası (isp. Isla Navarino) — Odlu Torpaq arxipelaqına daxil olan ada. == Coğrafiya == Adada cənub qütbünə ən yaxın olan Puerto-Vilyams limanı və Puerto Toro balıqçı kəndi yerləşir. Adanın iqlimi onun Antarktikaya yaxın olmasına baxmayaraq nisbətən mülayimdir. Yayda temperaturu +9-+10 °С, qışda isə 0 °C arasında dəyişir. Orta illik temperatur +5,5-+6 °C arasındadır. Mərkəzi qayalıq və dağlıq hissə istisna olmaqla cənub hissəsi meşələrlə örtülmüşdür. Bu dünyanın ən cənub meşələri sayılır. == Mənbə == "Карта Южного Чили". 2006-04-24 tarixində arxivləşdirilib.
Navarra
Navarra (muxtar icma)
Navarralı Janna
Navarralı Janna (ing. Joan of Navarre) (d. 1368 – ö. 10 iyun 1437) — İngiltərə kralı IV Henrinin xanımı, İngiltərə kraliçası. Bretan hersoqu IV Conla baş tutan ilk nigahı səbəbilə Bretan hersoqinası olan Janna Navarra kralı II Çarlzın qızıdır. İlk ərinin vəfatından sonra oğlunun azyaşlı olması səbəbilə 1399-1403-cü illərdə naib olaraq hersoqluğu idarə etdi. Daha sonra İngiltərə kralı IV Henriylə evlənsə də, bu evlilikdən övladı olmadı. Ərinin ölümündən sonra İngiltərə kralı olan ögey oğlu V Henriylə münasibətləri yaxşı olsa da, daha sonra bu münasibəti pisləşdi və bütün mal-dövləti əlindən alınaraq həbs edildi. 3 illik həbsin ardından Janna V Henrinin ölümündən qısa müddət öncə azadlığa buraxıldı. == Həyatı == == Mənbə == Neil D. Thompson and Charles M. Hansen, The Ancestry of Charles II, King of England (American Society of Genealogists, 2012) Hollman, Gemma.
Nissan Navara
Nissan Navara — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1997-ci ildən bu günə kimi istehsal olunan pikap avtomobil. Adı İspaniyanın şimalında yerləşən Navarra regionundan irəli gəlir. Həmçinin, Avropa üçün versiyası Barselonadaki Nissan zavodunda yığılır və bəzi Avropa bazarlarında Nissan NP300 adı ilə satılır.
Reyno de Navarra
Estadio Reyno də Navarra İspaniyanın Pamplona şəhərində 1969-ci ildə çox məqsədli olaraq inşa edilən bir stadion. Stadionda əksəriyyətlə futbol müsabiqələri oynanılmaqdadır. İspaniyanın CA Osasuna komandasının matçlarını oynadığı stadion, 23.576 tamaşaçı tutumuna malikdir.
Sandra Aguilar Navarro
Sandra Aguilar Navarro (d. 9 avqust 1992) — İspaniyanı təmsil edən bədii gimnast. Sandra Aguilar Navarro, İspaniyanı 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında və 2016-cı ildə baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Sandra Aguilar Navarro, 2012-ci ildə İspaniyanın bayrağı altında Birləşmiş Krallığın paytaxtı London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Lidiya Redondo, Yelena Lopez, Lordes Mohedano, Alexandra Quereda və Loreto Açaerandio ilə finalda 54.950 xal topladı və fəxri 4-cü yeri tutdu. Sandra Aguilar Navarro, növbəti dəfə Olimpiya Oyunlarına 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında кomanda yoldaşları Artemi Qavezou, Yelena Lopez, Lordes Mohedano və Alexandra Quereda ilə finalda 35.766 xal topladı və Olimpiya Oyunlarının gümüş medalına sahib oldu.
Xuan Xil Navarro
Xuan Xil Navarro (isp. Juan Gil Navarro) (15 avqust 1973, Buenos-Ayres) — Argentinalı aktyor,Verano del '98, Floricienta, Qaraçı qanı və Lalola telenovellalarında çəkilib. == Həyatı == Juan öz təhsilinə Rudolf Ştayner Şul alman məktəbində başlamışdır və məhz aktyorluq sənətini də (teatr)orada başlamışdır.
Fransalı İzabella (Navarra kraliçası)
Fransalı İzabella (fr. Isabelle de France; 18 mart 1241, bilinmir – 17 aprel 1271) — Navarra kralı II Teobaldın xanımı, Navarra kraliçası. == Həyatı == İzabella 1241-ci ildə Fransa kralı IX Lüdovik və xanımı Provanslı Marqaritanın ikinci qızı olaraq dünyaya gəldi. Hələ 2 yaşındaykən böyük bacısı Blanşın vəfatıyla cütlüyün ən böyük övladı oldu. Hələ 1254-cü ildə Navarra kralı II Teobald İzabellayla evlənmək istədiyini bildirdi. Ancaq evlilik şərti olaraq, IX Lüdovik kral və bacısı arasındakı taxt mübarizəsinin nəticələnməsini gözlədi. Ardından 6 aprel 1255-ci ildə Melöndə baş tutan mərasimlə İzabella Navarra kraliçası elan olundu. Olduqca dindar olan İzabellanın bu evlilikdən övladı olmadı. 1270-ci ilin iyulunda atası və əriylə birlikdə Səkkinci səlib yürüşünə qatılan İzabella həmin ilin avqustunda atasını, dekabrında isə ərini itirdi. Səfərdən geri dönən İzabella anasıyla birlikdə vətəni olan Provansa qayıtdı.
II Janna (Navarra kraliçası)
II Janna (fr. Jeanne II de Navarre; 28 yanvar 1311, Konflan-Sen-Onorin[d], Fransa metropoliyası – 6 oktyabr 1349, Fransa) — Fransa kralı X Lüdovikin qızı, Navarra kraliçası.Anası Burqundiyalı Marqaritanın adı Nesl skandalına qarışdığı üçün, Jannanın atalıq məsələsi şübhəli idi. Ancaq X Lüdovik ölüm yatağında ikən onun doğma qızı olduğunu elan etdi. Atasının vəfatından sonra hamilə olan ögey anasının doğumu gözlənildi. Ancaq cəmi 5 gün yaşayan ögey qardaşı I Conun vəfatından sonra Fransa taxt-tacı boş qaldı. Mərhum kralın yeganə rəsmi övladı olmasına baxmayaraq, yerli əyanlar bir qadının hökmranlığını qəbul etmədi və X Lüdovikin qardaşı Filippi kral seçdilər. Jannaya anasından miras qalan Navarranın əsilzadələri də V Filippin təbəəliyini qəbul etmişdi. Bu səbəblə, dayısı Burqundiya hersoqu IV Edo və nənəsi Aqnessa yeni kralla danışıqlar aparmağa başladı və Jannanın Navarra taxtındakı hüququnu müdafiə etdilər. Ancaq V Filipp böyük qızını IV Edoyla evləndirərək onu öz tərəfinə çəkdi və beləcə, Jannanın taxt mübarizəsi yarım qaldı. Digər tərəfdən isə Janna öz taxt iddiasını gücləndirmək məqsədilə siyasi evlilik planlaşdırırdı.
Navarra monarxlarının siyahısı
Navarra monarxlarının siyahısı, 824-1620-ci illərdə səltənət illərinə görə sıralanmış Navarra krallarının siyahısıdır.
Navarralı Blanş (Fransa kraliçası)
Navarralı Blanş (fr. Blanche de Navarre; 1331[…] – 5 oktyabr 1398) — Fransa kralı VI Filippin ikinci xanımı, Fransa kraliçası.Blanş 1331-ci ildə Navarra kralı III Filipp və xanımı II Jannanın üçüncü qızı olaraq dünyaya gəldi. Həm ata, həm də ana şəcərəsi Kapetinqlər sülaləsinə əsaslanırdı. Dövrünün mühüm siyasi şəxsləriylə bir neçə dəfə nişanlansa da, bunlardan heç biri uğurlu olmadı. Nəhayət, 29 yanvar 1350-ci ildə o, Fransa kralı VI Filipplə evləndirildi. Əslində Blanşın kralın oğlu və varisi Conla evlənməsi müzakirə edilsə də, 19 yaşlı qızcığaz özündən 38 yaş böyük olan Fransa kralıyla evləndirildi. Ancaq mərasimdən bir neçə ay sonra yaşlı kral vəfat etdi və o əsnada hamilə olan Blanş dul qaldı. 1351-ci ilin mayında bir qız uşağı dünyaya gətirən Blanş bir daha evlənmədi. Yeganə qızı olan Jannanı Araqon kralı IV Pyotrun oğlu Conla nişanlasa da, qızı toy mərasimindən öncə vəfat etdi. Navarralı Blanş 5 oktyabr 1398-ci ildə vəfat etdi.
Navarralı I Janna (Fransa kraliçası)
Navarralı I Janna (fr. Jeanne I de Navarre; 14 yanvar 1273 – 2 aprel 1305, Vensen) — Navarra kraliçası və Fransa kralı IV Filippin xanımı, Fransa kraliçası. O, fransız hakimləri tərəfindən idarə edildiyi üçün heç vaxt Navarraya de-fakto olaraq hakim olmadı. 1305-ci ildə Parisdə ilk Navarra Kollecinin əsasınnı qoymuşdur. == Həyatı == Navarralı Janna 1273-cü ildə Navarra kralı I Henri və xanımı Artesli Blanşın yeganə qızı olaraq dünyaya gəldi. Hələ bir yaşında ikən atasının vəfatıyla Navarra kraliçası elan edildi. Ancaq yaşı səbəbilə anası Artesli Blanş onun qoruyucusu və taxt naibəsi təyin edildi. Ancaq azyaşlı kraliça və onun anasının zəif naibəliyi səbəbilə, qısa zamanda Navarra yerli və xarici qüvvələrin mübarizə meydanına çevrildi. Buna görə də, Artesli Blanş qızını da alaraq 1274-cü ildə Fransaya qaçdı və bir il sonra III Filipplə bağladığı sülh müqaviləsiylə Fransa təbəəliyini qəbul etdi. Bağlanan sülh müqaviləsinə görə, Navarranın azyaşlı kraliçası Fransa kralının oğullarından Ədalətli Filipplə nişanlandı və hər ikisi Fransa sarayında birlikdə böyüdülər.
Navarra krallığı
Navarra krallığı ( isp. Reino de Navarra, bask Nafarroako Erresuma, fr. Royaume de Navarre, oks. Reiaume de Navarra) — orta əsr bask krallığı. 1162-ci ilə qədər Pamplona krallığı adlanırdı. Buraya Atlantik okeanının yaxınlığındakı Pireney dağlarının hər iki tərəfindəki ərazilər - İspaniyanın şimalında müasir Navarra muxtariyyəti və müasir Fransanın cənubunda Atlantik Pireney daxil idi. Krallıq IX əsrin əvvəllərindən mövcud olmuşdur. 1513-cü ildə Navarranın cənubu Araqon kralı II Ferdinand tərəfindən fəth edilmiş və İspaniya krallığının bir hissəsi olmuşdur. Navarranın şimalı 1589-cu ilə qədər, onun kralı III Henrix de Burbon IV Henrix adı ilə Fransa kralı olana qədər müstəqil qalmış, bundan sonra Navarra krallığı 1620-ci ildə Fransaya birləşdirilmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.06 dəfə / 1 mln.
2007 •••••••••••••••••••• 1.27
2014 ••• 0.17

navar sözünün leksik mənası və izahı

navar sözünün rus dilinə tərcüməsi

navar sözünün inglis dilinə tərcüməsi

navar sözünün fransız dilinə tərcüməsi

navar sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. семер (ппар ядамаз балкӀандин далудал эцигдай къене нагъвар ттунвай турба); пурарин лит.

    Azərbaycanca-ləzgicə lüğəti / navar
  • 2 сущ. хранвай затӀарин (мес. руханин, жежимдин ва мс.) къерехдив гутадай (къерех тирвал цвадай) парча.

    Azərbaycanca-ləzgicə lüğəti / navar

navar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

I (Bakı, Cəbrayıl, Göyçay, İsmayıllı, Quba, Şamaxı) 1. yəhər və palanın altından qoyulan keçə və ya otla doldurulmuş döşəkçə (Cəbrayıl, Göyçay, İsmayıllı, Quba, Şamaxı) 2. çul (Bakı) – Palanın altına navar qoyallar (İsmayıllı); – Əli bir navar aldı (Göyçay); – Atın navarın qoy belinə (Cəbrayıl); – Navarsız heyvana yük çatmağ olmaz, dalını yara elər (Şamaxı) II (Qubadlı) palazın dörd tərəfinə tikilən köbə. – Cejimin navarı qaradı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"navar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#navar nədir? #navar sözünün mənası #navar nə deməkdir? #navar sözünün izahı #navar sözünün yazılışı #navar necə yazılır? #navar sözünün düzgün yazılışı #navar leksik mənası #navar sözünün sinonimi #navar sözünün yaxın mənalı sözlər #navar sözünün əks mənası #navar sözünün etimologiyası #navar sözünün orfoqrafiyası #navar rusca #navar inglisça #navar fransızca #navar sözünün istifadəsi #sözlük