nakam sözü azərbaycan dilində

nakam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • nakam • 77.9570%
  • Nakam • 21.5054%
  • NAKAM • 0.5376%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
İsmayıl bəy Nakam
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. == Həyatı == İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. == Əsərləri == "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Fərhad və Şirin (Nakam)
Fərhad və Şirin — XIX əsr Azərbaycan şairi İsmayıl bəy Nakam (1829–1906) tərəfindən Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasının təsiri ilə yazılmış məsnəvidir. == Tarixi == Nakam əsərini 1898–1899-cu illərdə (h/q 1316) yazmış və öz xətti ilə köçürərək məcmuə yaratmışdır. Nakam da ənənəyə əsasən əsərin müqəddiməsində Allahı, peyğəmbəri nət etmişdir. Sonra da eşq vəməhəbbətdən söz açıb, Nizami haqqında fikir söyləmişdir: deyərək Nizami Gəncəvini xatırlayır, onun yaradıcılığına yüksək qiymət verir, özünü isə onun davamçısı adlandırır. İsmayıl bəy Nakam özünü dastanlar qəhrəmanı olan Fərhad və Məcnunla müqayisə etmişdir. Eşq vadisinin divanəsi kimi Allahdan kömək istəmişdir: Əsərin müqəddiməsində vəhdəti-vücudla əlaqədar bir sıra misralardan görünür ki, şairin fəlsəfi dünyagörüşü mütərəqqi sufi tərzi-təfəkkürü ilə uyğun olmuşdur. O, bütün varlığı, kainatı, eşqi, aşiqi, məşuqəni və bütün sevgi və məhəbbət təzahürlərini ilahi bir qüvvədə, vahid bir məbdədə görmüş, hər bir şeyin yeganə, mütləq və ilahi qüvvədən əks olunduğunu düşünmüşdür. == Məzmunu == İsmayıl bəy Nakam poemanı Sasani hökmdarları Hürmüz və Xosrovdan yox, Ərmənzəmin hökmdarı Məhinbanudan başlayır. Nakam da özündən əvvəlki müəlliflər kimi Şirini Məhinbanunun yeganə qardaşı qızı kimi təqdim edir. O da Şirinin gözəlliyini təsvir edir, onun kamalı haqqında söz açır: deyə Nakam Nizaminin "Xosrov və Şirin" poemasındakı Mədain əhvalatını, Şirin haqqında Şapurun Xosrova Məlumatını və Sasani sarayına aid digər hadisələri təkrarən nəzmə çəkməyi lazım bilməmişdir.
İsmayıl bəy Sədrəddinbəyov (Nakam)
İsmayıl bəy Sədrəddinbəyov (Nakam) — Azərbaycan şairi. == Həyatı == İsmayıl bəy Sədrəddinbəyov (Nakam) 1829-ci ildə Şəkidə anadan olmuşdur. Şəki və Şirvan xalqı arasında məşhur olan Hacı Sədrəddinbəyov nəslindəndir. Atası Hacı Məhəmmədbəydir. Babası Hacı Sədrəddinbəyov Şirvan və Xaldan mahallarında çoxlu torpaq sahələrinə malik bir mülkədar olmuş,bu torpaqlardan hasil olan gəlir sayəsində də Nakam 40 yaşınadək firavan həyat sürmüş, bir sıra Şərq ölkələrini gəzib,görüb-götürmüşdür.Uşaqlıq dövründə ərəb, fars dillərində mükəmməl təhsil almış, sonra oxuduğu məktəbdə rus dilini öyrənmişdir. Şərq dillərini mükəmməl bilməsi sayəsində Nizami, Sədi və Hafizin əsərlərini şəxsi mütaliə vasitəsilə öyrənib onlardan təsirlənmişdir.M.Fizuliyə pərəstiş etmiş, S.Ə.Şirvaniyə xüsusi rəğbət bəsləmiş və onunla dostluq münasibəti yaratmış, onu Şəkiyə qonaq dəvət etmişdir. Mütərəqqi türk şairlərinin əsərlərini mütaliə etməkdən də kənarda qalmamış, hətta öz yardıcılığında türk şairi İ.Həqqinin şerlərindən bəhrələnmişdir. Yaradıcılığının məhsulu olan çoxlu qəzəl, "Leyli və Məcnun", "Fərhad və Şirin" poemaları, məktəbə dəvət və gənclərin tərbiyəsinə, yalançı ruhanilərin tənqid və ifşasına həsr olunmuş əsərləri Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmaları İnstitutunun xüsusi fondunda mühafizə olunub saxlanılır. 1928-ci ildə Əliabbas Müznib Nakamın seçilmiş əsərlərini tərtib edərək"Nakam"adlı bir kitab nəşr etdirmiş və kitaba yazdığı qısa müqəddimədə Nakamın həyatı və əsərləri haqqında məlumat vermişdir. == Əsərləri == "Divani-bədi", "Gəncineyi-ədəb", "Leyli və Məcnun", "Fərhad və Şirin", "Xəyalati-pərişan", "Dörd əfəndi" və "Lətifənamə" adlı əsərlərin müəllifidir.
Hikaru Nakamura
Hikaru Nakamura (yap. ヒカル・ナカムラ; 9 dekabr 1987, Hirakata, Osaka prefekturası) — Amerika şahmatçısı, qrosmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak etmiş və iki dəfə komanda hesabında bürünc medal qazanmışdı. == Həyatı == Hikaru Nakamura 9 dekabr 1987-ci ildə Yaponiyada anadan olmuşdur. Hikaru 2 yaşı olanda ailəsi ilə ABŞ-yə köçür. == Şahmat karyerası == 2004-cü il Liviyada keçirilən FİDE Dünya Çempionatının iştirakçısı olmuşdur. 4-cü raunda Maykl Adamsa məğlub olaraq yarışı tərk etmişdir. 20 iyun 2005-ci ildə Nakamura Frank Samford Chess Fellow tərəfindən təyin edilən $32,000O məbləğində qrantı öz şahmat həyatına xərcləmə imkanı əldə etdi. 2005-ci ABŞ Çempionatının qalibi oldu və Bobbi Fişerdən sonra ən gənc çempion oldu. Bu qələbədən sonra vunderkindin dueli adı altında Meksikada Ukraynalı Sergey Karyakin ilə matç keçirdi. 2005-ci ilin noyabrında keçirilən FİDE Dünya Kubokunun iştirakçısı oldu.
Kaede Nakamura
Kaede Nakamura (d. 3 avqust 1991) — Yaponiya qadın futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 3 oyun keçirib.
Kazuyoşi Nakamura
Kazuyoşi Nakamura (d. 8 aprel 1955) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib, 1 qol vurub.
Kenqo Nakamura
Kenqo Nakamura (d. 31 oktyabr 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 68 oyun keçirib, 6 qol vurub.
Kinciro Nakamura
Kinjiro Nakamura (2 may 1975) — Yaponiyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Kinjiro Nakamura Yaponiyanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Kosuke Nakamura
Kosuke Nakamura (27 fevral 1995, Kita) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 4 oyun keçirib.
Kuniharu Nakamoto
Kuniharu Nakamoto (d. 29 oktyabr 1959) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 5 oyun keçirib.
Naoşi Nakamura
Naoşi Nakamura (d. 27 yanvar 1979) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Salix nakamurana
Salix nakamurana (lat. Salix nakamurana) — söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü.
Satoşi Nakamoto
Satoşi Nakamoto Bitcoinin qurucusu kimi tanınan şəxsdir. Bu tətbiqin bir hissəsi olaraq ilk blockchain verilənlər bazasını da hazırladı və Bitcoin-i 2010-cu ilin dekabrına qədər inkişaf etdirməyə davam etdi. Hələ də kim olduğu bilinməyən Nakamotonun, 5 aprel 1975-ci il təvəllüdlü Yaponiyada yaşayan bir şəxs olduğu iddia edildi. Bununla birlikdə irəli sürülən iddiaların əksəriyyəti, Nakamotonun Amerikada və ya Avropada yaşayan yapon olmayan bir kriptoqrafiya mütəxəssisi və kompüter alimi olmasıdır.
Tadaşi Nakamura
Tadaşi Nakamura (d. 10 iyun 1971) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Şuci Nakamura
Syuci Nakamura (yap. 中村修二) — yarımkeçiricilər sahəsində ixtisaslaşan yapon mənşəli amerikalı elektronika mühəndisi və ixtiraçısı. Santa-Barbara Kaliforniya Universiteti Mühəndislik kollecinin Materiallar fakültəsinin professoru olan Syuci Nakamura işıqlanma texnologiyasında əhəmiyyətli bir irəliləyiş olan göy işıq diodunun ixtiraçısı hesab olunur. İsamu Akasaki və Hirosi Amano ilə birlikdə o, "parlaq və enerjiyə qənaət edən ağ işıq mənbələrinin meydana çıxmasına göstərilən səmərəli göy işıq diodlarının ixtirasına görə" 2014-cü ildə Fizika üzrə Nobel Mükafatı ilə təltif olunanlardan biridir. == Karyerası == Nakamura elektronika mühəndisliyi ixtisası üzrə 1977-ci ildə bakalavr dərəcəsini alaraq Tokuşima Universitetini bitirib. İki il sonra eyni sahə üzrə magistr dərəcəsini əldə edən Nakamura Tokuşimada yerləşən Nichia Corporation şirkətinə qoşulub. Nichia şirkətində işləyərkən o ilk yüksək parlaqlığa malik qalium nitrid işıq diodunu kəşf etdi. O, 1994-cü ildə Tokuşima Universitetində doktorluq dərəcəsini aldı. 1999-cu ildə Nichia Corporation şirkətini tərk edib Santa-Barbara Kaliforniya Universitetində mühəndislik üzrə professor vəzifəsində işləməyə başladı. Nakamura həmçinin yaşıl işıq diodları üzərində işləyirdi və Blu-ray Disc və HD DVD disklərdə istifadə olunan ağ işıq diodları və göy lazer diodlarının yaradılmasına görə məsuliyyət daşıyırdı.
Şunsuke Nakamura
Şunsuke Nakamura (24 iyun 1978, Yokohama) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 98 oyun keçirib, 24 qol vurub.
Hakuyo Nakamura
Hakuyo Nakamura (中村白葉, Nakamura Hakuyo, 23 noyabr 1890, Kobe – 12 avqust 1974) və ya doğum adı ilə Çozaburo Nakamura – Yaponiya ədəbiyyatşünası və tərcüməçisi. Rus ədəbiyyatını tədqiq etmiş və bir çox rus yazıçısının əsərini yapon dilinə tərcümə etmişdir. == Həyatı == Hakuyo Nakamura 1890-cı ildə Yaponiyanın Kobe şəhərində doğulmuşdur. 1912-ci ildə Tokio Xarici Dillər Məktəbinin rus dili bölməsini bitirmişdir. Tələbəlik illərində Masao Yonekava ilə birlikdə "Rus ədəbiyyatı" adlı jurnal nəşr etdirmişdir.Dəmiryolu İnstitutunda işləməsinə baxmayaraq özünü rus ədəbiyyatına həsr etməyə davam etmiş və 1915-ci ildə Fyodr Dostoyevskinin "Cinayət və cəza" romanını yapon dilinə tərcümə etmişdir. Bu, həmin romanın orijinal rus dilindən yapon dilinə ilk tərcüməsi olmuşdur. Anton Çexov, Lev Tolstoy, Maksim Qorki, Nikolay Qoqol kimi rus yazıçıların əsərlərini yapon dilinə tərcümə etmişdir.Rus ədəbiyyatını tərcümə etdiyi və tanıtdığı üçün 1967-ci ildə SSRİ tərəfindən "Şərəf nişanı" ordeni ilə təltif olunmuşdur. 1971-ci ildə "Həyatımın 80 ili" adlı avtobioqrafik əsərini nəşr etmişdir. 1973-cü ildə Yaponiya İncəsənət Akademiyasının mükafatına layiq görülmüşdür. == İstinadlar == == Ədəbiyyat == The Japan Biographical Encyclopedia & Who's Who (ingiliscə) (II).

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 1.26 dəfə / 1 mln.
2003 ••• 0.39
2004 ••• 0.34
2006 •••••••••••• 1.80
2007 •••••••••••••••••••• 3.17
2008 •••••••• 1.22
2009 ••••••••••• 1.76
2010 •••••••• 1.18
2011 ••••••••• 1.37
2012 •••••••••• 1.46
2013 •••••••••••••••••••• 3.21
2014 ••• 0.34
2015 ••••••• 1.02
2016 ••• 0.35
2017 ••• 0.33
2018 ••••• 0.75
2019 •••• 0.56
2020 •••••••••• 1.59

nakam sözünün leksik mənası və izahı

  • 1 [fars.] bax kamsız. Nakam cavan. Nakam ölmək. Nakam məhəbbət. – [Əbdül:] Sara da getdi! Yazıq qız, nakam qız! Onun ölümü mənim sinəmə bir dağ çəkdi. C.Cabbarlı. [Xan] gözlərini məchul bir nöqtəyə zilləmiş, igid oğlunun nakam taleyini, vəfalı arvadının qara bəxtini düşünürdü… M.Rzaquluzadə. Ürəyində sevgisi nakam ölən qızların; Alacağam qanlıdan amansız qisasını. M.Rahim. □ Nakam qalmaq – arzusuna çatmamaq, məqsədinə yetməmək, arzusu ürəyində qalmaq. Arzular, diləklər nakam qalmadı; Çöllər sudan doydu, gözlər işıqdan. O.Sarıvəlli. Nakam etmək (qoymaq) – bədbəxt eləmək, kama yetməyə qoymamaq, arzusunu ürəyində qoymaq. [Nüşabə:] Bil, sənə casusluq edən bu adam; Çağlayan eşqimi qoymuşdur nakam. A.Şaiq. Nakam olmaq – kama çatmamaq, arzusuna yetməmək, bədbəxt olmaq. Bir gülən yox bu qayğılı dünyada; Çoxlar nakam olub irməz murada. H.Cavid.

    Azərbaycan dilinin izahlı lüğəti / nakam

nakam sözünün rus dilinə tərcüməsi

  • 1 недостигший желаемого, неудовлетворенный, разочарованный

    Azərbaycanca-rusca lüğət / nakam
  • 2 прил. несчастный (лишённый счастья, радости). Nakam məhəbbət несчастная любовь, nakam cavan несчастный юноша, nakam tale несчастная судьба; nakam qalmaq не видеть счастья, nakam olmaq быть несчастным, nakam etmək (qoymaq) сделать несчастным, лишить счастья

    Azərbaycanca-rusca lüğət / nakam

nakam sözünün inglis dilinə tərcüməsi

nakam sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. adj infortuné, -e ; malheureu//x, -se ; malchanceu//x, -se ; müharibənin ~ qurbanları victimes m pl infortunés de la guerre ; ~ ölüm mort f prématurée

    Azərbaycanca-fransızca lüğət / nakam

nakam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [fars.] кил. kamsız; nakam etmək (qoymaq) накам авун (тун), бедбахт авун, мурадар рикӀе тун; nakam olmaq накам хьун, мураддихъ агакь тавун, мурадар рикӀе амукьун.

    Azərbaycanca-ləzgicə lüğəti / nakam

nakam sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

f. kama çatmamış, arzusu ürəyində qalmış. Nakami-diləfkar ürəyi sınıq, kama çatmamış adam.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

kamına çatmamış, arzusu yerinə yetməmiş.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"nakam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#nakam nədir? #nakam sözünün mənası #nakam nə deməkdir? #nakam sözünün izahı #nakam sözünün yazılışı #nakam necə yazılır? #nakam sözünün düzgün yazılışı #nakam leksik mənası #nakam sözünün sinonimi #nakam sözünün yaxın mənalı sözlər #nakam sözünün əks mənası #nakam sözünün etimologiyası #nakam sözünün orfoqrafiyası #nakam rusca #nakam inglisça #nakam fransızca #nakam sözünün istifadəsi #sözlük