ehkam sözü azərbaycan dilində

ehkam

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ehkam • 92.5926%
  • Ehkam • 3.7037%
  • EHKAM • 3.7037%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

ehkam sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “hökm” söz. cəmi] 1. Hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu. İslam dininin ehkamları. – Peymani-fərhəngin ehkamından hər gün nədimlər padşaha oxurdular. M.F.Axundzadə. O kəs ki “Cameyi-Abbas” kitabında dərc olunan həmin şəriət ehkamından xəbərdar deyil, o kəs bu yazılan mətləbi layiqincə başa düşməyəcək. C.Məmmədquluzadə. [Hacı:] Cəmi millətlər ayılıb islam dininin mübarək ehkamlarından faydalanıblar. Mir Cəlal. 2. Bütün tarixi şəraitlər və dövrlər üçün dəyişilməz və inkaredilməz həqiqət kimi qəbul edilən qanun. Müstəbid zülmünü doğrultmaq üçün; Ehkamlar yaratdı, bütlər yaratdı. B.Vahabzadə.

    Azərbaycan dilinin izahlı lüğəti / ehkam
  • 2 hər hansı bir nəzəriyyənin əsas və dəyişilməz qanunu. (“Hökm” sözünün cəmi).

    Azərbaycan kişi adlarının izahlı lüğəti / ehkam
  • 3 ə. 1) hökm, qərar, sərəncam; 2) quruluş, rejim; 3) hakimiyyət, üsuli-idarə; 4) düşüncə, anlaq; 5) mülahizə, rəy.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ehkam
  • 4 ərəb. hökm – cəmi köhnəlmiş söz: 1) qərar, sərəncam; 2) quruluş, rejim; 3) hakimiyyət, üsuli-idarə; 4) düşüncə, anlaq; 5) mülahizə, rəy; 6) düşüncəni, fikri üstüörtülü vurğulamaq; 7) hər hansı bir nəzəriyyənin (əsasən dini nəzəriyyənin) əsas qanunu; 8) bütün tarixi şəraitlər və dövrlər üçün dəyişilməz və inkaredilməz həqiqət kimi qəbul edilən qanun.

    Elmi̇ fəali̇yyətdə i̇sti̇fadə olunan əsas termi̇nlər / ehkam

ehkam sözünün etimologiyası

ehkam sözünün sinonimləri (yaxın mənalı sözlər)

ehkam sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. догма (положение, принимаемое за непререкаемую истину). Sxolastik ehkamlar схоластические догмы, ehkama çevirmək превратить в догму 2. догмат (основное положение в религиозном вероучении, принимаемое на веру). İslam dininin ehkamları догматы (догмы) исламской религии

    Azərbaycanca-rusca lüğət / ehkam

ehkam sözünün inglis dilinə tərcüməsi

ehkam sözünün fransız dilinə tərcüməsi

ehkam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “hökm” söz. cəmi] сущ. эгькам (1. асас къанун (гьи хьайитӀани са, гзафни-гзаф диндин теориядин асас къайдаяр, гьукумар); догмат; 2. тарихдин вири девирар (шартӀар) патал дегиш тежер, инкар ийиз тежер гьакъикъат хьиз кьабулнавай къанун; догма; 3. гьукум, къарар).

    Azərbaycanca-ləzgicə lüğəti / ehkam

"ehkam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ehkam nədir? #ehkam sözünün mənası #ehkam nə deməkdir? #ehkam sözünün izahı #ehkam sözünün yazılışı #ehkam necə yazılır? #ehkam sözünün düzgün yazılışı #ehkam leksik mənası #ehkam sözünün sinonimi #ehkam sözünün yaxın mənalı sözlər #ehkam sözünün əks mənası #ehkam sözünün etimologiyası #ehkam sözünün orfoqrafiyası #ehkam rusca #ehkam inglisça #ehkam fransızca #ehkam sözünün istifadəsi #sözlük