əhkam sözü azərbaycan dilində

əhkam

Yazılış

  • əhkam • 63.6364%
  • Əhkam • 36.3636%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Əhkam
Əhkam — Məsuliyyət yaşı olaraq təyin olunan həddi-büluğa çatmış hər bir ağıllı müsəlmanın edə biləcəyi hərəkətlərlə bağlı dini etiket və ya təsnifatı ifadə edən termindir. Etiketlər 8-ə bölünür. Bu 8 sinifdən ilk 5-in edilməsi; son 3 hərəkət edilməməsi lazım olan hərəkətlərdir. Bu mövzuda işlədilən digər ifadələr arasında “əmr” ciddi şəkildə icra edilməsi əmr edilənlər üçün, “qadağan” isə qəti şəkildə edilməməsi tələb olunan hərəkətlər üçün işlədilir. Fiqhdə insan davranışı müxtəlif kateqoriyalara bölünür. Fərz (mütləq zərurəti ifadə edən əməl və ibadət), Vacib (zəruri, daha aşağı dərəcədə mükəlləfiyyət), sünnə, müstəhəb (bəyənilən əməllər), halal, məkruh (çirkin hesab edilən; çox çirkin, təhrimi məkruh, az çirkin, tənzihi məkruh) haram (qəti qadağandır). Bu hərəkətlərin klassik şəriət anlayışında maddi və ya mənəvi ekvivalentləri var. Fərz, vacib və sünnə sayılan əməlləri tərk etmək, məkruh və haram sayılan işləri yerinə yetirməyə görə cəzalar verilir (had və ya tazir cəzaları). Bu gün insanların bu təsnifat əsasında etiketlənməsi və cəzalandırılması fundamental insan hüquqlarının ciddi şəkildə pozulmasını kimi nəzərdə tutur. Fərz - Allahın Quranda açıq və aydın şəkildə ifadə etdiyi sözlərdir.

əhkam sözünün leksik mənası və izahı

  • 1 is. [ər. “hökm” söz. cəmi]. 1. Hər hansı bir dini təlimin, yaxud nəzəriyyənin rəddolunmaz və mütləq yerinə yetirilməli olan əsas və dəyişməz müddəaları, qanunları. Roma hüququ əhkamları. Dini əhkamlar. – Əhkami-şərə mütabiq bir kimsənə nəzərdə varmı ki, səltənəti və təxtü tacı ona vagüzar edək. M.F.Axundzadə. 2. Bütün dövrlər və tarixi şərait üçün mütləq və dəyişməz qanun kimi qəbul edilən müddəa.

    Azərbaycan dilinin izahlı lüğəti / əhkam
  • 2 ə. «hökm» c. t. heç bir şey əlavə oluna bilməyən, dəyişilməz hökm; doqma.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / əhkam
  • 3 doqma \\] – bütün vəziyyətlərdə dəyişməyən, həqiqətin pozulmazlığı üçün qəbul edilmiş müddəa, anlayış. Ərəbcədən hərfi mənada ―hökm-lər‖ deməkdir. Hökm sözünün cəmidir. Şəriətin qoyduğu vacib hökmlərə, qanunlara deyilir. Əhkam-i diniyyə - dini hökmlər.

    Fəlsəfə terminlərinin izahlı lüğəti / əhkam

əhkam sözünün rus dilinə tərcüməsi

  • 1 1. заповеди; 2. догмы;

    Azərbaycanca-rusca lüğət / əhkam
  • 2 сущ. устар. религ. 1. заповедь (религиозно-нравственное предписание). Dini əhkamlar религиозные заповеди 2. догма: 1) положение, принимаемое за неизменную, непререкаемую истину 2) основные положения какого-л. учения. Roma hüququ əhkamları догмы римского права, islamiyyətin əhkamları догмы ислама

    Azərbaycanca-rusca lüğət / əhkam

əhkam sözünün inglis dilinə tərcüməsi

əhkam sözünün fransız dilinə tərcüməsi

əhkam sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər. “hökm” söz. cəmi] сущ. эгькам (1. гьи хьайитӀани са диндин учениедин ва теориядин дегиш тежер асас къайдаяр, гьукумар; 2. тарихдин вири девирар (шараитар) патал дегиш тежер, инкар ийиз тежер гьакъикъат хьиз кьабулнавай къанун; догма; кил. ehkam).

    Azərbaycanca-ləzgicə lüğəti / əhkam

"əhkam" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#əhkam nədir? #əhkam sözünün mənası #əhkam nə deməkdir? #əhkam sözünün izahı #əhkam sözünün yazılışı #əhkam necə yazılır? #əhkam sözünün düzgün yazılışı #əhkam leksik mənası #əhkam sözünün sinonimi #əhkam sözünün yaxın mənalı sözlər #əhkam sözünün əks mənası #əhkam sözünün etimologiyası #əhkam sözünün orfoqrafiyası #əhkam rusca #əhkam inglisça #əhkam fransızca #əhkam sözünün istifadəsi #sözlük