məhkum sözü azərbaycan dilində

məhkum

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • məhkum • 98.6349%
  • Məhkum • 1.3540%
  • MƏHKUM • 0.0111%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Edam Məhkumunun Son Günü
Edam Məhkumunun Son Günü — fransız yazıçısı Viktor Hüqonun, 1829-cu ildə nəşr olunmuş ilkin əsərlərindən olan qısa bir romanıdır. Əsərdə, edama məhkum edilmiş şəxsin öz dilindən son günləri nəql edilir. Romanın əsas məqsədi edam qanununun faciyəvi gerçəkliyini göz önünə sərməkdir. Belə ki, məhkum üçün düzəlmə haqqını tamamı ilə yox edən edam, həm də, sağalacaq bir çox yaranı da çiy qoyur. Edam, sadəcə məhkum üçün deyil, eyni zamanda onun yaxınları üçün də bir faciə xarakteri daşıyır. Məzmun etibarilə olduqca təsirli olan bu əsər, xüsusən də, məhkumun kiçik qızı ilə olan görüş səhnəsi ilə insanda qəribə bir əhval yaradır. Kitabda məhkum: "Bir müddət öncə mən də hər kəs kimi bir insan idim" - deyir. Lakin, bir müddət ərzində O, zahirən o qədər dəyişir ki, hətta öz qızı belə onu tanımır. Bu ifadələr öz ölümünü gözləmənin insan üzərində yaratdığı təsirin bir nümunəsidir. Bəli, edamı qorxunc qılan, başın Gilyotin adı verilən xüsusi bir mexanizma arasında kəsilməsi ilə yanaşı, həm də, insanın, onun üçün müəyyənləşdirilmiş bir ölüm gününü bilməsi və gözləməsidir.
Məhkumetmə
İttiham — şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsi. İttihamın əksi bəraətdir ("təqsirli deyil"). Şotlandiya və Niderlandda həmçinin "sübut edilmədi" verdikti də mövcuddur, hansı ki o da bəraət sayılır.
Məhkumlar (2007)
Məhkumlar — rejissor Mehriban Ələkbərzadənin filmi. == Məzmun == Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır. Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil. Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər.
Məhkumlar (film, 2007)
Məhkumlar — rejissor Mehriban Ələkbərzadənin filmi. == Məzmun == Filmdə Umbakı qəsəbəsində yerləşən və yalnız Qafqazda olan "Cüzam" xəstəxanasının sakinlərindən bəhs olunur. Əsərdə bu xəstəliyə yoluxmuş insanların cəmiyyətə qaynayıb-qarışması üçün şərait yaradılmasının zəruriliyi vurğulanmışdır. Əslində hadisələr real həyatdan götürülsə də, film sivil dünyanın hətta əlacsız xəstəliklərə məruz qalmışların xilası naminə onlara insani münasibət qurmaq, bu insanlarla cəmiyyət arasındakı səddin sökülməsi, onlara mərhəmət və qayğı oyatmaq məqsədi daşıyır. Bu film səhiyyənin təhlükəsizlik qanunlarına əsasən cəmiyyətdən təcrid olunan insanların sağ ikən yaxınları üçün itirilməsinə üsyandır. Filmin əsas qayəsi budur ki, nə qədər cəmiyyətdə insanlara bir-birindən fərqli münasibət var, xilas mümkün deyil. Onlar elə bir bəlaya düçar olublar ki, dustaqlara, əsirlərə həsəd aparırlar. Çünki onlar yaşadıqları halda yaxınları, əzizləri üçün artıq yoxdurlar. Cəmiyyət onlarla üzləşmək belə istəmir. Onlar öz dərdlərini özləri çəkməlidirlər.
Sibir məhkumluğu
SSRİ-də yapon müharibə əsirləri – İkinci dünya müharibəsi zamanı SSRİ-nin Mancuriyanı işğal etməsindən sonra SSRİ-nin müxtəlif regionlarındakı düşərgələrə göndərdiyi yapon müharibə əsirləri. Bu hadisə Yaponiyada Sibir məhkumluğu (シベリア抑留, Shiberia yokuryuu) adı ilə tanınır. İkinci dünya müharibəsindən sonra 560.000-760.000 yapon personal SSRİ-də və Monqolustanda əmək düşərgələrində müharibə əsiri kimi işləməyə məcbur edilmişdir. Onlardan təxminən 60.000-347.000-i əsirlikdə olarkən ölmüşdür.Yaponiyadan xaricdə olan 3,5 milyon yapon əsgərinin böyük qismi ABŞ və Homindan Çini tərəfindən silahsızlaşdırılmış və 1946-cı ildə ölkələrinə geri qaytarılmışdırlar. Qərb müttəfiqləri 1941-ci ilin dekabrından 15 avqust 1945-ci ilə kimi (Yaponiyanın təslim olmasına qədər) 35.000 yaponu əsir götürmüşdürlər. SSRİ yapon müharibə əsirlərini nisbətən daha uzun müddət buraxmamış və əmək gücü kimi istifadə etmişdirlər. Yapon müharibə əsirlərinin tarixi haqqında araşdırmalar ancaq 1980-ci illərindən ikinci yarısında qlasnost və SSRİ-nin dağılması sayəsində mümkün olmuşdur. Bu vaxta qədər SSRİ-dəki müharibə əsirləri haqqında ictimai məlumat ancaq onların sayı ilə bağlı idi. Gizli SSRİ arxivlərinin açılmasından sonra məsələ ictimaiyyətdə müzakirə olunmağa başlamışdır. Hazırda keçmiş yapon müharibə əsirləri və onların ailə üzvlərindən ibarət təxminən 60 assosiasiya mövcuddur.
Şərti məhkumetmə
Şərti məhkumetmə — cəza təyin edən məhkəmənin, məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydığı təqdirdə, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərarı

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 138.16 dəfə / 1 mln.
2002 23.98
2003 •••• 171.25
2004 ••••••• 288.03
2005 •• 51.28
2006 •••• 157.89
2007 ••••• 209.31
2008 ••••• 177.84
2009 •• 84.31
2010 ••• 97.67
2011 ••• 101.92
2012 ••• 112.98
2013 ••• 97.74
2014 ••• 103.31
2015 ••• 108.54
2016 ••• 91.28
2017 •••• 164.21
2018 •••••• 245.41
2019 ••••• 202.51
2020 •••• 155.28

məhkum sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Haqqında məhkəmə tərəfindən hökm çıxarılmış, hər hansı bir cəzaya məhkum edilmiş. □ Məhkum etmək – haqqında hər hansı bir cəza hökmü çıxarmaq, cəza vermək. Ağır cəzaya məhkum etmək. – …Belə ki, onu [məhkəmə] öz kəndindən Şamaxıya köçürüb orada həmişəlik yaşamağa məhkum edibdir. C.Məmmədquluzadə. Məhkum olmaq – məhkəmə tərəfindən müəyyən cəza almaq. Həbsə məhkum olmaq. – Məhkum olmuş bir canitək; Ağlayırdı yalvararaq. N.Rəfibəyli. // İs. mənasında. Dustaq, məhbus. Beş dəqiqə sonra məhkumlar bir-bir danışdırılıb keçdilər. H.Nəzərli. Nökərlər xanın əmrilə bir məhkumu gözünü çıxarmaq üçün çəkə-çəkə meydana gətirdilər. Ə.Sadıq. 2. məc. İtaət altında olan, asılı vəziyyətdə olan; hüquqsuz, tabe. Bakıda da qadınlar dörd divar arasında məhkum, məzlum, avam və cahil bir halda yaşayırdılar. H.Sarabski. O, əzilən, məhkum ərəb deyil, artıq; O da çoxdan ayılmış! B.Vahabzadə. □ Məhkum etmək – itaət altına almaq, tabe etmək, asılı etmək. [Kamran:] Bunları bir də məhkum etmək mümkün deyildir. H.Nəzərli. Məhkum olmaq – itaət altına alınmaq, tabe edilmək. Məhkum olmuş xalqlar. 3. Məhvi, həlakı, yaxud iflası, pis gələcəyi labüd olan. Məhvə məhkum. – Əmək pərisi munisdi hər gəncə, hər ixtiyarə; İşsiz qalanlar, şübhə yox, məhkum idi səfalətə. H.Cavid. Gözəllik bir çiçək, məhkum solmağa; Soldurma boş yerə sən onu, gəlin! Ə.Cavad.

    Azərbaycan dilinin izahlı lüğəti / məhkum

məhkum sözünün sinonimləri (yaxın mənalı sözlər)

məhkum sözünün rus dilinə tərcüməsi

  • 1 1. приговоренный, осужденный; 2. обреченный;

    Azərbaycanca-rusca lüğət / məhkum
  • 2 I прил. 1. осуждённый, приговорённый 2. обречённый 3. угнетённый. Məhkum xalq угнётенный народ II сущ. 1. осуждённый, приговорённый (тот, кто признан виновным по суду и приговорён к какому-л. наказанию). Məhkumun əmlakı имущество осуждённого 2. обречённый (-ая); məhkum etmək: 1. осуждать, осудить, приговаривать, приговорить (признав виновным, вынести обвинительный приговор). Ölüm cəzasına məhkum etmək приговорить к смертной казни; 2. обрекать, обречь (предназначить к тяжёлой неизбежной участи); 3. угнетать, жестоко притеснять; məhkum olmaq (edilmək: 1. осуждаться, бьть осуждённым, приговариваться, быть приговорённым 2. обрекаться, бьпь обречённым 3. угнетаться, быть угнетённым

    Azərbaycanca-rusca lüğət / məhkum

məhkum sözünün inglis dilinə tərcüməsi

  • 1 s. sentenced (to), condemned (to); ~ etmək to sentence (to), to condemn (to); həbs cəzasına ~ etmək to sentence to imprisonment (d.); ölüm cəzasına ~ etmək to sentence / to condemn to death

    Azərbaycanca-ingiliscə lüğət / məhkum

məhkum sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. condamné m ; ~ etmək condamner vt ; ölüm cəzasına ~ etmək condamner qn à la peine de mort ; ömürlük həbs cəzasına ~ etmək condamner qn à perpétuité

    Azərbaycanca-fransızca lüğət / məhkum

məhkum sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. магькум (1. гьакъинда мягькемади гьукум акъуднавай, гьихьтин ятӀани са жазадиз лайих акунвай, кар атӀанвай; дустагъ; məhkum etmək а) жаза гун, кар атӀун, мягькемади гьукум акъудун; б) пер. итӀаатдик кутун, аслу авун, табий авун; məhkum olmaq а) мягькемади кар атӀанваз хьун, жаза къачунваз хьун; б) пер. аслу хьун, табий авунваз хьун, итӀаатдик кутунваз хьун; 2. пер. итӀаатдик квай, аслу (табий) тир; ихтиярар авачир; 3. кьиникьун, кӀватун ва я пис гележег хьунухь лабуьд тир).

    Azərbaycanca-ləzgicə lüğəti / məhkum

məhkum sözünün türk dilinə tərcüməsi

məhkum sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) hökm olunmuş, hökm verilmiş; 2) tabe, tabe olan; 3) cəzası məhkəmə tərəfindən müəyyən edilmiş adam.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"məhkum" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#məhkum nədir? #məhkum sözünün mənası #məhkum nə deməkdir? #məhkum sözünün izahı #məhkum sözünün yazılışı #məhkum necə yazılır? #məhkum sözünün düzgün yazılışı #məhkum leksik mənası #məhkum sözünün sinonimi #məhkum sözünün yaxın mənalı sözlər #məhkum sözünün əks mənası #məhkum sözünün etimologiyası #məhkum sözünün orfoqrafiyası #məhkum rusca #məhkum inglisça #məhkum fransızca #məhkum sözünün istifadəsi #sözlük