eyham sözü azərbaycan dilində

eyham

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • eyham • 98.9011%
  • Eyham • 1.0989%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Eyham
Eyham — kinayə məqsədilə işlənən ikibaşlı söz, incə işarə. Cəlil Məmmədquluzadənin "Ölülər" əsərində İsgəndərin, Cəfər Cabbarlının "Sevil"ində Gülüşün dilində dəfələrlə belə eyhamlar işlənmişdir.

eyham sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] İkimənalı, üstüörtülü söz və ya ifadə; işarə. Bir otaqda oturuban biz ilən; Könlümü aldığın şirin söz ilən; Gah eyham, işarə, gah göz-qaş ilən; Gah həzin güftguyun istərəm. Q.Zakir. Həsən ağanın rəngi dəyişir: – Nə demək istəyirsən, bu eyhamların mənası nədir? Ə.Haqverdiyev. Nərgiz xanım düşünür: yazıq Azad, Ulduz mənim qızımdırsa, o sənin bu eyhamını çox çətin başa düşəcək… Ə.Məmmədxanlı. □ Eyham atmaq (vurmaq, etmək) – kinayəli, üstüörtülü söz demək, işarə vurmaq. [Ələkbər:] Sən Səlimnaz xanıma eyham atırsan? N.Vəzirov. Kürən at xatakar olar ha… – deyə Nadir nəyə isə eyham etdi… B.Talıblı. Sabir yenə qımışdı. O, belə eyhamlar vurduqca Məşədi bəyin xoşuna gəldiyini çox aydın hiss edirdi. M.Hüseyn. Eyhamla danışmaq (demək) – danışarkən üstüörtülü, eyhamlı sözlər işlətmək, işarə ilə danışmaq. Eyhamla, işarə ilə danışdığı, Maralın nə isə bir şey duyduğunu sübut edirdi. Ə.Əbülhəsən. Xanpəri “Həcərin qızı Gülşən xanım” sözlərini çox eyhamla, bəlkə də istehza ilə demişdi. Ə.Vəliyev.

    Azərbaycan dilinin izahlı lüğəti / eyham
  • 2 ə. ikimənalı, qeyri-müəyyən (söz, ifadə və s.).

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / eyham

eyham sözünün etimologiyası

eyham sözünün rus dilinə tərcüməsi

  • 2 сущ. 1. ирония (насмешка, выраженная в скрытой форме). Danışığında bir eyham vardı в разговоре чьём чувствовалась ирония 2. намёк (мысль, высказанная неясно, завуалированно). Eyham vurmaq сделать намёк, eyhamını başa duşmək понять намек чей, eyhamını çavabsız qoymaq kimin оставить чей намёк без ответа

    Azərbaycanca-rusca lüğət / eyham

eyham sözünün inglis dilinə tərcüməsi

  • 1 i. hint, allusion; incə ~ delicate / gentle hint; aydın ~ a broad / a clear hint; anlaşılmaz ~lar vague / covert hints, obscure allusion; ~ vurmaq to hint at, to allude (to), to drop a hint; ~ı başa düşmək to take* a hint; Siz kimə / nəyə eyham vurursunuz? Whom / What are you hinting at?

    Azərbaycanca-ingiliscə lüğət / eyham

eyham sözünün fransız dilinə tərcüməsi

  • 1 1) is. ironie f ; 2) allusion f ; incə ~ allusion f légère ; aydın ~ allusion f claire ; anlaşılmaz ~lar allusions f pl incompréhensibles (və ya obscure, inconcevable) ; ~ vurmaq faire allusion à, laisser entendre qch, donner à entendre que. . . ; ~ı başa düşmək comprendre l’allusion ; Siz kimə (nəyə) ~ vurursunuz? A qui (à quoi) faites-vous allusion ; Qu’entendez-vous par là?

    Azərbaycanca-fransızca lüğət / eyham

eyham sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] айгьам, ишара; кьве мана квай, къаб алай гаф ва я ибара; // eyham atmaq (vurmaq, etmək) айгьам авун, къаб алай (айгьам квай) гаф лугьун, ишара авун; eyhamla danışmaq айгьамдалди рахун, ишарадалди рахун, рахадамаз къаб алай, айгьам квай гафар лугьун.

    Azərbaycanca-ləzgicə lüğəti / eyham

eyham sözünün türk dilinə tərcüməsi

"eyham" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#eyham nədir? #eyham sözünün mənası #eyham nə deməkdir? #eyham sözünün izahı #eyham sözünün yazılışı #eyham necə yazılır? #eyham sözünün düzgün yazılışı #eyham leksik mənası #eyham sözünün sinonimi #eyham sözünün yaxın mənalı sözlər #eyham sözünün əks mənası #eyham sözünün etimologiyası #eyham sözünün orfoqrafiyası #eyham rusca #eyham inglisça #eyham fransızca #eyham sözünün istifadəsi #sözlük