Behnam evi
Behnam evi — Əsasən Qacar dövrünün ilk illərində tikilmiş Təbrizdə yerləşən tarixi ev.
== Haqqında ==
Binanın çox kiçik hissəsi Zəndlər dövrünün sonunda inşa edilib. Əsas böyük hissəsi isə Qacarların ilk dövründə tikilib. Nəsrəddin Şah Qacarın hakimiyyəti illərində (1848-1896) isə bu bina əsaslı şəkildə təmir edilmiş və ornamentli naxışlar və rəsmlərlə bəzədilmişdir. Ev qışlıq adlanan əsas böyük binadan və yaylıq adlanan kiçik binadan ibarətdir. Qışlıq binası iki mərtəbəli simmetrik tikilidir. Ev daxili və xarici həyətlərdən ibarətdir. Behnam evi Təbrizin mərkəzində Təbriz bələdiyyə binasının arxasında Maqsudiyyə küçəsində yerləşir. 23 aprel 1997-ci ildən İran milli abidələri siyahısına daxil edilib. 2009-cu ildə binanı yenidən təmiri zamanı burada indiyə qədər görünməyən miniatür freskalar aşkarlanıb yenidən mütəxəsislər tərəfindən restavrasiya edilmişdir.