* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.
2002 | •••• | 34.26 |
2003 | •••••• | 47.64 |
2004 | •••••• | 51.54 |
2005 | •••••••••• | 88.40 |
2006 | •••••••••••• | 113.29 |
2007 | •••••••• | 76.11 |
2008 | ••••••• | 64.56 |
2009 | ••••••••••• | 101.11 |
2010 | •••••••••••••• | 129.90 |
2011 | ••••••••••••• | 119.76 |
2012 | ••••••••••• | 95.77 |
2013 | ••••••••••••••• | 142.66 |
2014 | ••••••••••••• | 118.58 |
2015 | ••••••••••• | 99.52 |
2016 | •••••••••••••••••••• | 190.37 |
2017 | ••••••••••••• | 121.29 |
2018 | •••••••••••• | 105.18 |
2019 | ••••••••••• | 100.98 |
2020 | •••••••• | 69.49 |
1 is. [ər.] 1. hüq. Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Xalq hakimi. – Elə bil Zeynal çox xətrini istədiyi bir adamın yox, hakimin suallarına cavab verirdi. B.Bayramov. 2. idm. Oyunda, yarışda hakimlik edən şəxs. Futbol hakimi. Hakimin qərarı. Beynəlxalq dərəcəli hakim. – Hakimlər əllərindəki [saniyəölçənləri] hazır tutub, diqqətlə gözləyirdilər. H.Seyidbəyli. 3. tar. Bir ölkənin başında duran, onu idarə edən şəxs (padşah, hökmdar, xan və s.). Gəncənin hakimi, Qızıl Arslandan aldığı məktubu böyük şair Nizamiyə göstərib dedi… M.S.Ordubadi. Şahlıq səltənətindən şah Təhmasib qovuldu; Səlim oğlu Süleyman Bağdada hakim oldu. B.Vahabzadə. // Sif. mənasında. Hakim təbəqələrə mənsub olan, hakimiyyət başında duran, hökmranlıq edən, ağalıq edən. Hakim siniflər. – Hakim təbəqələr pul və dövlət gücünə harınlıq edərək nə qədər ismətli və həyalı ailələri dağıtmışlar. M.İbrahimov. ◊ Hakim kəsilmək – hakim olmaq, təsiri altına almaq. Mahnı onların bütün varlığına hakim kəsildi. Ə.Məmmədxanlı. Mənim öz könlümdə doğulan eşqim; Hakim kəsilibdir könlümə indi. B.Vahabzadə. Hakim olmaq – əlinə keçirmək, özününkü etmək, özünə tabe etmək. Hakim olduq, nəhayət; Yerə, göyə, dənizə. M.Müşfiq. // Məc. mənada. Bu axşam Zərəngiz Zakirin ürəyinə də hakim oldu. H.Seyidbəyli.
Azərbaycan dilinin izahlı lüğəti1 hökmdar — padşah
Azərbaycan dilinin sinonimlər lüğəti2 1. HAKİM oyunu idarə edən şəxs) [Mirmehdi:] Bu kişi hakimdi, pəhləvanların güləşməsinə baxacaq ki, qayda-qanunu pozmasınlar (H.Abbaszadə); ARBİTR Mötəbərov: Həmişə arbitr oldunuz, bəsdir (M.Hüseyn); HƏKƏM (köhn.) Camaat sakit durub tamaşa edirdi. Yalnız bir ağsaqqal qaydaya baxırdı. Bu, həkəm idi (Çəmənzəminli); MÜNSİF Axın, bu iki qardaş cəzanə gəlib, bir ədalətli adamı münsif seçdilər (R.Əfəndiyev). 2. hakim bax padşah
Azərbaycan dilinin sinonimlər lüğəti1 HAKİM – MƏHKUM Mən tələb edirəm, möhtərəm hakim; Cəzasız qalmasın onun təhqiri (B.Vahabzadə); Məhkumu möhkəm sıxışdırdılar (“Ulduz”). HAKİM – MÜTTƏHİM Xətib minbərdən yerə düşməmiş əhali hakimi və xətibi gözləməyərək məsciddən çıxdı (M.S.Ordubadi); Özünü darta-darta müttəhimlər kürsüsündə əyləşdi (C.Əmirov).
Azərbaycan dilinin antonimlər lüğəti1 1. правитель, повелитель; 2. правящий, господствующий; 3. судья;
Azərbaycanca-rusca lüğət2 I сущ. 1. судья: 1) юрид. должностное лицо в органах суда, выносящее приговор по судебному делу. Xalq hakimi народный судья, istintaq hakimi следственный судья, münsiflər hakimi третейский судья, hakimə protest протест судье 2) спорт. тот, кто судит игру, состязание, арбитр. Yarışların hakimi судья соревнований, matçın hakimi судья матча, beynəlxalq dərəcəli hakim судья (арбитр) международной категории, xalçadakı hakim судья на ковре, xətt hakimi судья на линии, hakimin qərarı решение судьи (арбитра) 2. истор. правитель, повелитель, властелин, властитель, влады ка. Əyalətin hakimi правитель провинции, mütləq hakim самовластный правитель (монарх) II прил. 1. судейский: 1) выносящий приговор; относящийся к судье. Hakim vəzifəsi судейская должность, hakimlər kollegiyası судейская коллегия 2) спорт. относящийся к судье. Hakim stolu судейский стол, hakim qeydiyyatı судейская записка, hakimlər briqadası судейская бригада 2. правящий, господствующий. Hakim partiya правящая партия, hakim millət господствующая нация, hakim dairələr правящие круги; hakim olmaq 1) владеть 2) овладевать, овладеть чем-л. 3) быть судьёй (арбитром) 4) быть правителем; hakim kəsilmək 1) господствовать 2) царить. Süküt hakim kəsilmişdi haraya царила тишина где
Azərbaycanca-rusca lüğət1 I. i. 1. judge; xalq ~i People’s Judge; 2. id. referee, umpire II. s. ruling; ~ sinif ruling class
Azərbaycanca-ingiliscə lüğət1 is. 1) juge m ; xalq ~i juge populaire ; 2) idm. arbitre m, juge m
Azərbaycanca-fransızca lüğət1 [ər.] сущ. гьаким (1. юр., спорт. судья; юр. суду (клас.); 2. ист. пачагь, хан, бег ва мс.); ** hakim kəsilmək гьаким хьун, таъсирдик кутун; hakim olmaq гьаким хьун, гъилик авун, вичинди авун, вичиз табий авун.
Azərbaycanca-ləzgicə lüğətiə. 1) məhkəmə sədri; 2) yarışı idarə edən; 3) hökm edən, hökm verən; 4) qubernator, vali. Hakimi-mütləq ölkəni təkbaşına idarə edən; diktator; hakimi-şər’ dini qayda-qanunlara əsasən mühakimə edən; qazı.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğətiməhkəmə sədri; hökm çıxaran; əyalət hakimi.
Azərbaycan kişi adlarının izahlı lüğətiAzərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həmin vəzifəyə təyin edilmiş şəxsdir (məhkəmənin sədri, onun müavini, kollegiya sədri və ya birinci, apellyasiya, yaxud kassasiya instansiyası məhkəməsinin hakimi)
Terminlər lüğəti