tağar sözü azərbaycan dilində

tağar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • tağar • 84.6154%
  • Tağar • 15.3846%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Tağar
Tağar — çəki ölçü vahidi. Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV–XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240–600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Tağaroba
Tağaroba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

tağar sözünün leksik mənası və izahı

tağar sözünün rus dilinə tərcüməsi

tağar sözünün ləzgi dilinə tərcüməsi

tağar sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Gədəbəy, Qafan, Qax, Qazax, Mingəçevir, Oğuz, Ordubad, Salyan, Şəki, Şəmkir, Zaqatala) ölçü vahidi adı. – On tağar ağa götürürdü, iki tağar da atama irəncbər payı verirdi (Qazax); – Mə:m əməx’ günümə ildə dört-beş tağar dən düşür (Ordubad); – Bıldırrarı qalxozdan beş tağar qartov aldım əməx’ gününə (Gədəbəy); – Qabax taxılı tağarnan ölçəllərdi, indi tonnan ölçüllər (Salyan); – Otuz çanağın bir tağardı (Şəmkir); – Tağarı un manıta taxıl satılıf (Şəki)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"tağar" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#tağar nədir? #tağar sözünün mənası #tağar nə deməkdir? #tağar sözünün izahı #tağar sözünün yazılışı #tağar necə yazılır? #tağar sözünün düzgün yazılışı #tağar leksik mənası #tağar sözünün sinonimi #tağar sözünün yaxın mənalı sözlər #tağar sözünün əks mənası #tağar sözünün etimologiyası #tağar sözünün orfoqrafiyası #tağar rusca #tağar inglisça #tağar fransızca #tağar sözünün istifadəsi #sözlük