taqım sözü azərbaycan dilində

taqım

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • taqım • 92.5714%
  • Taqım • 6.8571%
  • TAQIM • 0.5714%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Taqım
Taqım və ya dəstə , ehtiyaclara və şərtlərə görə sayı dəyişməklə birlikdə təməl olaraq 35-40 şəxsi heyətdən ibarət olan hərbi bölmə. Dəstə komandiri Kiçik leytenant, Leytenant və ya Baş leytenant rütbəsindədir. Müstəqil vəzifə icra edə biləcək ən kiçik bölmədir. Təməl olaraq bir piyada dəstəsi,dəstə qərargahı, 3 piyada manqası və topçu manqasından ibarətdir. Ancaq bu birliyin vəzifələrinə görə dəyişə bilər. Sərhəd dəstəsi, Kəşfiyyat taqımı, Topçu taqımı, Minaatan taqımı kimi növləri var və bunların vəzifəyə görə özlərinə xas quruluşları vardır.
Taqım (film)
Taqım — 1986-cı ildə Oliver Stoun rejissoru olduğu film. Oskar mükafatına layiq görülmüşdür.
Taqım (film, 1986)
Taqım — 1986-cı ildə Oliver Stoun rejissoru olduğu film. Oskar mükafatına layiq görülmüşdür.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.57 dəfə / 1 mln.
2002 •••••••••••••••••••• 6.85
2003 ••••••• 2.36
2004 •••• 1.35
2007 •• 0.63
2009 0.32
2011 •• 0.60
2012 •• 0.52
2013 0.29
2014 ••• 0.86
2015 •• 0.68
2016 •• 0.35
2017 ••• 0.98
2018 ••• 0.75
2019 •• 0.56
2020 ••• 0.80

taqım sözünün leksik mənası və izahı

  • 1 is. köhn. 1. bax vzvod. Uzunboylu, sarıbənizli, alagözlü taqım komandiri taqımı fişənglə təchiz edirdi. H.Nəzərli. Hacıyev taqım komandiri idi. Neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır. Ə.Əbülhəsən. 2. bax komplekt. Xəlilin qoltuğunda bir bağlı yataq taqımı və Əhmədin əllərində bişmiş, polis dairəsinə girdilər. Çəmənzəminli. 3. “Bir” sözü ilə: bir taqım – 1) bir yığın, bir dəstə. [Yaşlı kişi:] Şəhərin bir mənzilliyində mənimlə birlikdə gələn bir neçə zəvvarı bir taqım adamlar qarşıladılar. S.Hüseyn; 2) bir miqdar, bir qədər, bir sıra, cürbəcür, dürlü-dürlü. Hər zaman Zeynal [Mehribanı] bir taqım quru və boş vədlərlə dolandırırdı. S.Hüseyn. Fəqət işin çoxluğundan bədii ədəbiyyata istədiyim qədər vaxt sərf edə bilmədiyimə görə, bir taqım yazılarımın hələ indi də natamam qalmasına təəssüf edirəm. T.Ş.Simurq.

    Azərbaycan dilinin izahlı lüğəti / taqım

taqım sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 1. TAQIM (hərbi) [Hacıyev:] ..neçə aydı ki, taqımı ilə məşğul olur, onu öyrədir, döyüşə hazırlayır (Ə.Əbülhəsən); DƏSTƏ Sərhədlərdən köhnə qoşunlan götürüb yerlərinə təzə.. dəstələrdən təyin etməliyik (M.S.Ordubadi); VZVOD Fərhadın vzvodu xeyli iş görmüşdü (Ə.Vəliyev). 2. TAQIM ..Xəstələrin bir taqımı bağçada.. söhbət edirdilər (S.S.Axundov); DƏSTƏ Molla Nəbiqulu məktəb uşaqlarından bir dəstə düzəltdi (Ə.Haqverdiyev).

    Azərbaycan dilinin sinonimlər lüğəti / taqım

taqım sözünün rus dilinə tərcüməsi

  • 1 сущ. 1. взвод (небольшое войсковое подразделение). Taqım komandiri командир взвода 2. комплект (полный набор каких-л. предметов, в совокупности составляющих что-то целое). Yataq taqımı комплект постельного белья 3. в сочет. bir taqım: 1. куча, группа. Bir taqım adam группа людей; 2. ряд. Bir taqım vəd vermək дать ряд (много) обещаний

    Azərbaycanca-rusca lüğət / taqım

taqım sözünün ləzgi dilinə tərcüməsi

  • 1 сущ. куьгьн. 1. кил. vzvod; 2. кил. komplekt; // bir taqım а) са кӀеретӀ, са десте; б) са кьадар, гьар жуьредин, жуьреба-жуьре.

    Azərbaycanca-ləzgicə lüğəti / taqım

"taqım" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#taqım nədir? #taqım sözünün mənası #taqım nə deməkdir? #taqım sözünün izahı #taqım sözünün yazılışı #taqım necə yazılır? #taqım sözünün düzgün yazılışı #taqım leksik mənası #taqım sözünün sinonimi #taqım sözünün yaxın mənalı sözlər #taqım sözünün əks mənası #taqım sözünün etimologiyası #taqım sözünün orfoqrafiyası #taqım rusca #taqım inglisça #taqım fransızca #taqım sözünün istifadəsi #sözlük