Mohammad Taqi Xalili
Mohammad Taqi Xalili (1976, Meydanşəhr) — Əfqanıstannın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri (2014-cü ildən)
== Həyatı ==
Mohammad Taqi Xalili 1976-cı ildə Əfqanıstanın Vərdək vilayətinin Maydan şəhərində anadan olmuşdur.
== Təhsili ==
Gənc yaşlarında ikən ibtidai və orta təhsilini almaq üçün Vərdək vilayətindən Kabul şəhərinə köçür.
Daha sonra isə ali təhsilini İran, Azərbaycan və İsveçrədə davam etdirir. O, siyasi elmlər sahəsində bakalavr bitirmiş və 2012-ci ildə Vaşinqtondakı Corctaun Universitetində liderlik üzrə magistr dərəcəsini qazanmışdır.
== Fəaliyyəti ==
2002-ci ildə Taliban hökumətinin süqutundan sonra, Xalili Əfqanıstan Xarici İşlər Nazirliyində işə başlamışdır. İlk təyinatı Cenevrədə yerləşən Əfqanıstanın BMT-dəki daimi nümayəndəliyinin üçüncü katibi vəzifəsi olmuşdur. İsveçrədə 5 il çalışdığından sonra Kabula qayıtmış və Əfqanıstan Prezidentinin müavini vəzifəsinə seçilmiş atasının – Mohammad Karim Xalilinin siyası müşaviri vəzifəsinə təyin edilmişdir.
Siyasi müşavir vəzifəsində çalışdığı müddətdə Həmid Kərzainin prezident seçilməsində fəal iştirakı ilə fərqlənmişdir. Əfqanıstanın tarixində ilk dəfə olaraq, 2009-cu ildə Prezident Kərzainin seçkilərindən iki həftə əvvəl 50.000 nəfərə çatan siyasi partiya dəstəkçilərinin Kabul İdman Stadionunda baş tutmuş ən böyük toplantısının kampaniyalar üzrə baş meneceri olmuşdur. Əvvəlki dövrdə məzlum olan qadınların kampaniyanın fəal iştirakçılarına çevrilməsi Əfqanıstanın insan hüquqları sahəsində nailiyyət hesab edilmişdir.