vaqi sözü azərbaycan dilində

vaqi

Yazılış

  • vaqi • 66.6667%
  • Vaqi • 26.6667%
  • VAQİ • 6.6667%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Hacı Vaqif
Vaqif Süleyman oğlu Vəliyev (31 dekabr 1940, Kirovabad – 24 iyun 1993, Gəncə) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993) == Həyatı == Vaqif Vəliyev 1940-cı ildə Gəncədə doğulub. Sonra Özbəkistana getmiş Hacı Vaqif Özbəkistandakı azərbaycanlılar arasında xeyriyyəçi kimi tanınıb. Vaqif Süleyman oğlu Vəliyev 16 iyun 1993-cü ildən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı olmuşdur O, çox qısa müddətdə Gəncə şəhərinin icra başçısı olub və vəzifədə olduğu müddətdə Gəncə şəhərindəki İmamzadəni təmir etdirib, qısa müddətdə Gəncə əhalisinin böyük rəğbətini qazanıb. Hacı Vaqif 1993-cü ildə Gəncə şəhər İcra Hakimiyyətində iş otağında güllələnərək qətlə yetirilib.
Hüsniyyə Vaqifqızı
Mürvətova Hüsniyyə Vaqif qızı (1 iyun 1971, Siyəzən) — azərbaycanlı teatr, kino və dublyaj aktrisası, Azərbaycan Respublikasının Əməkdar artisti (2002). == Həyatı == Hüsniyyə Mürvətova Sumqayıt şəhərində orta məktəbi bitirdikdən sonra Sumqayıt Dövlət Dram Teatrında aktrisa kimi çalışmağa başlamışdır. 1990-cı ildə M. A. Əliyev adına Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutuna daxil olmuş və 1994-cü ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1994–1997-ci illərdə "İlham" miniatür teatrında çalışmışdır. 1997-ci ildən Bakı Bələdiyyə Teatrının aktrisasıdır. 2002-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına layiq görülmüşdür. 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür. == Əsas rolları == Sumqayıt Dövlət Dram Teatrı Dərs (Rafiq Səməndərov) — Sevda Şah İsmayıl Ölülər Dünyaxanım ev axtarır Bakı Bələdiyyə Teatrı O. Altunbayın "Tomris (O. Altunbay) — Tomris Nadir şah (Nəriman Nərimanov) — Gülcahan Vətənə igidlər gərəkdir (R. İçərişəhərli) — Əsmər Dəli Domrul (A. Məmmədov) — Banı Ağ və qara (H. Fətullayev) — qız İnsan və iblis (Ə. Pəhləvan) — Şükriyyə Elektra (Sofokl) — Elektra Xəyanətin müsibəti (İ. Kərimov) — Ümmi İshaq Dönüş (C. Cabbarlı) — Gülsabah Türk sancağı (A. Qurbani) — Yasəmən İblis (H. Cavid) — İblis Şanl Vətən. Jurnalist Nəsimi -Fatma Sən Qayıdacaqsan. Qadın Çingiz Aytmatov,, Ana tarla,, Tolqonay Elcin Əfəndiyev,, Şekspir,, Sara Bernar == Filmoqrafiya == Ünvansız qız (teleserial, 1992) Mənim ağ şəhərim (film, 1993) Anamın kitabı (film, 1994) Muğam (film, 1995) Mənim taleyim (teleserial, 1996) Qırmızı qar (film, 1998) Yanmış körpülər (film, 2007) Qızlar (teleserial, 2007) Daş atan (film, 2009) Susmuş vicdan (film, 2010) Aramızda qalsın (teleserial, 2011) Salamat qal ağca yol (film, 2012) Boyunbağı (teleserial, 2014) İkinci güllə (film, 2017) Qaragōz (film, 2018) Qorxaq (film, 2018) Qara yazı (teleserial, 2019) Məhəbbətə məğlub (teleserial, 2019) Məhkumlar (film, 2007) — Leyla (obrazı səsləndirən) (aktrisa Sevinc Əliyeva) Zəhər Tuluqu 2022 Flora 2020 Qütb ulduzu.2023 ƏRİK ACISI. Serial(Məleykə) Rusiya istehsalı.
Molla Nəsrulla Vaqif
Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif (?-1553) — XVI əsr Azərbaycan şairi. Molla Nəsrulla Məhəmməd Ömər oğlu Vaqif 1503-cü ildə Xalxalda doğulmuşdur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Osmanlıya köçüb, uzun müddət orada yaşamışdır. Bəzi müəlliflərə görə onun Osmanlı dövlətinə getməsi onun sünni məzhəbində, şafii təriqətində olması idi. Molla Nəsrulla Vaqif 1553-cü ildə Osmanlı dövlətində vəfat edib.
Molla Pənah Vaqif
Molla Pənah Vaqif (ilk adı: Pənah Mehdi ağa oğlu; 1717[…], Salahlı, Qarabağ bəylərbəyliyi, Səfəvilər – 1797[…], Şuşa) — XVIII əsr Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri və Qarabağ türklərinin (azərbaycanlıların) mənəvi rəhbəri. Vaqif təxminən 1717-ci ildə Qazax mahalının Yuxarı Salahlı kəndində doğulmuşdur. Əsl adı Pənah, atasının adı Mehdi ağa, təxəllüsü Vaqifdir. Ziyalı bir şəxs olduğuna görə ona xalq arasında "Molla" titulu verilmiş və o, "Molla Pənah" ad ünvanı ilə tanınmışdır. Vaqif yüksək təhsil görmüş, doğma dilindən əlavə ərəb-fars dillərini, bir sıra dini və dünyəvi elmləri kifayət qədər mənimsəmişdir. Onun dərs aldığı müəllimlərdən dövrünün tanınmış alimlərindən olan Şəfi Əfəndinin adı məlumdur. Şairin həyatı təxminən 42 yaşına qədər Qazaxla bağlı olmuşdur. Vaqifin bədii irsi tam şəkildə indiki dövrə gəlib çatmamışdır, lakin əldə olunanlar şairin əsərlərinin mövzusu, ideya-məzmunu, bədii xüsusiyyətləri və s. barədə fikir söyləməyə imkan verir. Molla Pənah Vaqif Azərbaycan xalqının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist, şifahi xalq poeziyasına yaxın şeirlər yazmış şairlərdəndir.
Molla Pənah Vaqif (1990)
Tədris filmi Azərbaycanın böyük şairi, dövlət xadimi Molla Pənah Vaqifə həsr olunmuşdur. Filmdə Vaqifin anadan olduğu Qazax bölgəsinin Salahlı kəndi, şairin həyat və yaradıcılığı öz əksini tapmışdır. Film Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Tofiq Mütəllimov Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Sədrəddin İsmayılov Səs operatoru: Şamil Kərimov Azərbaycan Xalq Təhsili Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 352.
Molla Pənah Vaqif (film, 1990)

Molla Pənah Vaqif və Molla Vəli Vidadi xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi

Molla Pənah Vaqifin Muzey-Məqbərə kompleksi
Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi və ya Vaqif türbəsi — 1982-ci il yanvarın 14-də ulu öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü və iştirakı ilə Azərbaycanın qədim mədəniyyət mərkəzi Şuşa şəhərində şair Molla Pənah Vaqifin məzarı üzərində ucaldılmış əzəmətli məqbərənin açılışı olmuşdur. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməmişdir. Onun göstərişi ilə məzar tapılmış və Vaqifin məzarı üstündə 1980-1981-ci illərdə abidə, türbə tikilmiş və 1982-ci ilin yanvar ayında Ulu öndərin iştirakı ilə təntənəli açılışı olmuşdu. 1992-ci il mayın 8-də Ermənistanın silahlı dəstələri işğala məruz qoyduqları Şuşa şəhərində mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş, Vaqifin məqbərəsini dağıtmışlar. Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 12 yanvar 2017-ci il tarixli sərəncam imzalamışdır. Türbə AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru Əbdülvahab Salamzadə və əməkdar memar, memarlıq üzrə elmlər namizədi Eldar Kanukovun layihəsi əsasında tikilmişdir. Vaqif türbəsi Şuşanın cənub-qərb tərəfində, bayram şənlikləri və cıdır yarışları təşkil edilən məşhur Cıdır düzündə, şairin həlak olduğu və dəfn edildiyi qayalı təpədə ucalır. Şairin türbəsinin inşası məsələsi həll edilərkən, ətrafdakı dağ mənzərəsi və şəhərsalma xüsusiyyəti nəzərə alınmış, Azərbaycanın qülləvari türbələrinin kompozisiya quruluşundan istifadə edilmişdir. Türbənin inşasında müəlliflərin xalq memarlığının yerli ənənələrinə, monumental-dekorativ və tətbiqi plastika vasitələrinə geniş müraciət etmələri diqqəti cəlb edir. Vaqif türbəsində bədii memarlıq fikrinin son dərəcə aydınlığı və kompozisiyanın məntiqi sadəliyi konstruksiya və bədii surətinin ahəngdarlığı əldə edilmişdir.
Molla Pənah Vaqifin büstü
Molla Pənah Vaqifin büstü ― XVIII əsrdə yaşamış Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim Molla Pənah Vaqifin şərəfinə qoyulmuş büst. Büst 1992-ci ildə Şuşa işğal edildikdən sonra dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə 2021-ci ildə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib. Molla Pənah Vaqifin büstü 1957-ci ildə heykəltaraş Həyat Abdullayeva tərəfindən tuncdan hazırlanaraq Şuşa şəhərində qoyulub. Büst 1958-ci ildə Cıdır düzünün yaxınlığında yerləşən indiki Vaqif türbəsinin yerində qəbirüstü abidə kimi yerləşdirilib. Daha sonra 1976-cı ildə şairin Şuşadakı evinin yaxınlığına köçürülüb. 1982-ci ildə Vaqif türbəsinin açılışından əvvəl büst və onun ətrafı təmir edilib, abidənin postamenti dəyişdirilib. 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən Şuşa işğal edildikdən sonra şəhərdə yerləşən digər abidələr kimi Vaqifin büstü də vandalizmə məruz qalaraq dağıdılıb. 7 noyabr 2020-ci ildə Şuşa şəhəri işğalçılardan azad edildikdən sonra abidə Həyat Abdullayevanın ilkin eskiz layihəsi əsasında yenidən bərpa edilib və öz əvvəlki yerinə qaytarılıb. 29 avqust 2021-ci ildə Şuşa şəhərində Molla Pənah Vaqifin yeni büstünün açılışı olub.
Molla Pənah Vaqifin və Molla Vəli Vidadinin xatirə muzeyi
Molla Pənah Vaqif və Molla Vəli Vidadinin xatirə muzeyi — Qazax rayonunda fəaliyyət göstərən muzey. Qazax M.P.Vaqif xatirə Muzeyi 1970-ci il 20 noyabrda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən verilmiş sərəncama əsasən yaradılıb. 1983-cü ildə muzeydə ikinci tərtibat işləri aparılıb. 2002-ci ildə Nazirlər kabinetinin qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyi adlandırılıb. Məşhur Azərbaycan şairi və ictimai xadimi Molla Pənah Vaqifin xatirə muzeyi 1970-ci ilin noyabr ayının 20-də açılmışdır. Cəmi on bir otaqdan ibarət muzeyin ekspozisiyası Vaqifin həyat və yaradıcılığına, dövlət fəaliyyətinə, müasirlərinə, tədqiqatçılarına həsr olunmuşdur. 2002-ci il 2 avqustdan Nazirlər Kabinetinin xüsusi qərarı ilə muzeyin adı dəyişdirilərək M.P.Vaqif və M.V.Vidadi xatirə muzeyi adlandırıldı. 1982-ci ildən hər il respublikamızda "Vaqif" poeziya günləri keçirilir. Bu münasibət ilə iyul ayında muzeydə yerli şair və yazıçıların toplantısı keçirilir, yeni çıxan kitablar haqqında müzakirələr gedir. Muzey 9 ekspozisiya, 1 fond, 1 kabinetdən ibarətdir.
Molla Əliqulu Vaqif
Molla Əliqulu Vaqif (?-?)—XVI əsr Azərbaycan şairi. Molla Əliqulu Vaqif Xalxalda doğulmuşdur. Molla Nəsrulla Vaqifin bacısı oğludur. Doğma yurdunda mədrəsə təhsili aldıqdan sonra Təbrizə yollanmışdı. Orada müxtəlif alimlərin yanında təhsilini artırmışdı. Molla Əliqulu Vaqifin divanı qalıb.
Pavle Vaqiç
Pavle Vaqiç (24 yanvar 2000-ci ildə İsveçdə anadan olub) — İsveç Allsvenskan təmsilçilərindən olan Malmö klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar İsveçli futbolçudur. Vaqiç Malmö akademiyası vasitəsilə inkişaf etmişdir. Vaqiç öz peşəkar karyerasında debütünü 29 oktyabr 2017-ci ildə Sirius klubuna qarşı oyunda etmişdir. O, 62-ci dəqiqədə Karlos Strandberqi əvəz etmişdir. Həmin görüşdə Malmö liqa görüşündə rəqibinə 4–0 hesabı ilə qalib gəlmişdir. Vaqiç İsveçdə anadan olmuşdur. Valideynləri isə Serbiya vətəndaşlarıdır. O, İsveçin gənclər millilərində çıxış edir.. 23 iyul 2018 tarixində yenilənib 1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2İsveç Superkuboku görüşləri daxildir.
Rövşən Vaqifoğlu
Rövşən Vaqifoğlu — Azərbaycanlı kinorejissor. 29 iyul 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cı ildə, Bakı şəhəri, Yasamal rayonu, 176-saylı orta məktəbə daxil olmuş, 1993-cü ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə, "Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti"-ndə "Teatr və Kino Sənəti" fakultəsinin, Bədii Kino və Televiziya filmləri rejissoru ixtisasına qəbul olmuş, 2000-ci ildə bakolavr təhsili ilə bitirmişdir. 1993-2001-ci ilə qədər Yeni il və Novruz bayramı şənliklərini montaj rejissoru olmuşdur. Həmçinin Space tv-də olimpiadaya aid 3 seriyalı sənədli film, İnternews şirkətində 2 sənədli film, 8 film reklam roliki hazırlamışdır. 2000-ci ildə Debüt-kinotavr", 2006-cı ildə "Qizil Çıraq" kino festivallarının iştirakçısı olmuşdur."Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . 1)2001-ci ildə "Qızıl pəri" audiovizual festivalın təşəbbüskarlarından və iştirakçısı olmuş, ən yaxsi kinorejissor kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür . 2)2001-ci ildə Azərbaycan Dövlət İdman və Turizm Nazirliyi tərəfindən İlin Ən yaxşı kinorejissoru kimi Beynəlxalq diploma layiq görülmüşdür. 3)2019-cI ildə "Qızıl pəri" audiovizual festivalın iştirakçısı olmuş, ən yaxsi 2019 cı ilin Tv rejissoru kimi "Qızil pəri" mükafatına layiq görülmüşdür .
Vaqif Qurbanov (professor)
Vaqif Qurbanov (azərb. Qurbanov Vaqif Şıxı oğlu;‎ 1948, Bico, Ağsu rayonu) — Neft və Qaz İnstitutunun icraçı direktoru, geologiya-mineralogiya elmləri doktoru, professor Qurbanov Vaqif Şıxı oğlu 1 aprel 1948-ci ildə Ağsu rayonunun Bico kəndində anadan olmuşdur. 1966-cı ildə orta məktəbi bitirmiş və həmin ildə M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Geoloji-kəşfiyyat fakültəsinə daxil olmuşdur. 1972-ci ildə təhsilini müvəffəqiyyətlə başa vurmuşdur. Təhsilini davam etdirməklə 26 Bakı Komissarları (indiki Bibiheybət NQÇİ) adına neft-qaz çıxarma idarəsinin mədənlərində mühəndis-geoloq kimi çalışmışdır. 1969-cu ildə Ümumittifaq Elmi-tədqiqat Geofizika İnstitutunun Azərbaycan bölməsinə mühəndis vəzifəsinə qəbul olunmuşdur. 3 may 1976-cı il tarixdən Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) çalışmışdır. 1981–1984-cü illərdə həmin institutun dissertantı olmuşdur. 1976–1982-ci illərdə böyük laborant, laboratoriya müdiri vəzifələrində çalışmışdır. 1985-ci ildə AMEA-nın Geologiya İnstitutunun (indiki Geologiya və Geofizika) Müdafiə Şurasında "Dağıstanın düzənlik və Cənubi Kalmıkyanın Perm-Trias çöküntülərinin əmələgəlmə şəraiti və neftqazlılığı" mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsini almışdır.
Vaqif Qəhrəmanov
Vaqif Qəhrəmanov (azərb. Qəhrəmanov Vaqif İmran oğlu;‎ 25 avqust 1940, Qaryagin rayonu) — Şöhrət ordenli azərbaycanlı həkim. Qəhrəmanov Vaqif İmran oğlu 25 avqust 1940-cı ildə Füzuli rayonunda anadan olub. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun "pediatriya" fakültəsini bitirib. 1964–1968-ci ilə qədər təyinatla Türkmənistan SSR-nin Taxta rayonunda həkim vəzifəsində işləyib. 1968–1970-ci illərdə Azərbaycan Respublikası Sumqayıt şəhəri 1 saylı birləşmiş xəstəxanada həkim cərrah vəzifəsində, 1970–1975-ci illərdə "Azərbaycan Boruyayma Zavodu"nun Tibb Sanitar Hissəsində baş həkim vəzifəsində işləmişdir.1975–1981-ci illərdə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında həkim cərrah vəzifəsində işləmişdir. 1981–1992-ci illərdə Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. 1992–1993-cü illərdə isə Sumqayıt şəhər 1 saylı xəstəxananın baş həkimi işləmişdir. 1993–1995-ci illərdə yenidən Sumqayıt şəhər Səhiyyə şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1995–1998-ci illərdə Sumqayıt 2 saylı şəhər xəstəxanasında həkim cərrah və şöbə müdiri vəzifələrində də fəaliyyət göstərib.
Vaqif Cəfərov (dəqiqləşdirmə)
Vaqif Səmədoğlu medalı
Vaqif Səmədoğlu medalı – XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, "60-cılar ədəbi nəsli"nin önücüllərindən biri və Azərbaycan sərbəst şeirinin reformatorlarından olan Vaqif Səmədoğlunun (1939–2015) adını daşıyan medal 2019-cu ildə Vaqif Səmədoğlu Mərkəzinin sədri, şairin həyat yoldaşı, yazıçı və şərqşünas Nüşabə Babayeva-Vəkilovanın təşəbbüsü ilə təsis olunub və Mərkəzin İdarə Heyətinin qərarı ilə verilir. Həm azərbaycanlı, həm də dünyanın müxtəlif ölkələrindən olan tanınmış ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər üçün nəzərdə tutulan medal əsas iki meyarla verilir: Azərbaycan ədəbiyyatının və mədəniyyətinin, ayrıca olaraq Vaqif Səmədoğlu irsinin təbliğinə görə; Dünya ədəbiyyatına və xüsusən dünya poeziyasına verdiyi töhfələrə görə; Medal heykəltəraş və rəssam Kamran Əsədov tərəfindən hazırlanıb.
Vaqif Xaçatryan
Meşəli qətliamı, həmçinin Meşəli soyqırımı və ya Meşəli faciəsi — 23 dekabr 1991-ci ildə Azərbaycanda, Xocalı rayonunun Meşəli kəndində erməni hərbi birləşmələri tərəfindən törədilmiş qətliam. MDB qoşunları tərəfindən bir qədər əvvəl silahsızlaşdırılmış kənd sakinləri hücum edən tərəfə qarşı müqavimət göstərməyə çalışmış, lakin bir neçə saat davam edən döyüşlərdən sonra ətrafdakı meşəliyə çəkilmişdi və kənd ermənilərin "Böyük Tiqran" və "Sasunlu David" dəstələrinin nəzarəti altına düşmüşdür. Həmin gün Azərbaycan qüvvələri əks-hücum edərək kəndə nəzarəti bərpa etmişdilər. Meşəli kəndinə daxil olan azərbaycanlılar evlərin və tövlələrin yandırıldığını, kənddə mülki əhaliyə qarşı qətliam törədildiyinə şahid olmuşdular. Qətliam zamanı 28 nəfər öldürülmüş, 14 nəfər yaralanmışdır. Meşəlinin əhalisindən 358 nəfər məcburi köçkün olmuş, kənd özü məhv edilmişdir. Qətliamda Meşəli kəndində 5,496,900 manat məbləğində maddi ziyan vurulmuşdur. Ermənistan tərəfi Meşəlidə qətliam olduğunu inkar edir. 29 iyul 2023-cü ildə Meşəli qətliamında iştirak etməkdə ittiham olunan, Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə hərəkət edən Vaqif Xaçaturyan Laçın sərhəd-keçid məntəqəsində Azərbaycan sərhəd xidmətinin nümayəndələri tərəfindən saxlanılmışdır. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunması barədə qərar qəbul edilmişdi və beynəlxalq axtarışa verilmişdi.
Vaqif Xaçaturyan

Sevinc Vaqifqızı
Sevinc Vaqifqızı və ya Sevinc Vaqif qızı Abbasova (5 iyul 1989, Füzuli rayonu, Azərbaycan SSR) — azərbaycanlı reportyor, jurnalist və siyasi məhbus; 15 ildən çox müstəqil və tənqidçi medialarda çalışıb. 2022-ci ildən "AbzasMedia" müstəqil media platformasının baş redaktorudur. Jurnalist fəaliyyəti ərzində dəfələrlə təqiblər və təyziqlərlə, saxlanmalarla üzləşən, 5 il Azərbaycandan çıxışına qadağa qoyulan Sevinc Vaqifqızı 2023-cü il noyabrın 20-dən 21-nə ötən gecə İstanbuldan Azərbaycana qayıdan zaman aeroportda polislər tərəfindən saxlanılmış, barəsində "qaçaqmalçılıq" ittihamı ilə cinayət işi açılaraq həbs edilmişdir. Onun həbsi bir çox həbsi yerli və beynəlxalq hüquq müdafiəçiləri və qurumları tərəfindən sərt tənqid edilmişdir. Hal-hazırda 1 saylı İstintaq Təcridxanasında saxlanılır. Sevinc Vaqif qızı Abbasova 1989-cu il iyulun 5-də Füzuli rayonunda anadan olub. 1993-cü ilin avqustunda Birinci Qarabağ müharibəsi zamanı Füzuli rayonunun işğal edilməsindən sonra ailəsi ilə birgə qaçqın həyatı yaşamağa başlayıb. 1995–2006-cı illərdə Binəqədi rayonunda E. Əliyev adına 297 nömrəli tam orta məktəbdə, 2006–2010-cu illərdə isə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. Sevinc Vaqifqızı hələ tələbə olan illərdə müxtəlif qəzetlərlə çalışmağa başlayıb. 2009–2013-cü illərdə "Bizim Yol" qəzetində, 2012–2013-cü illərdə isə "Azadlıq" qəzetində çalışan Sevinc Vaqifqızı 2013-cü ildən Meydan TV-də video reportyor olaraq işləməyə başlayıb.
Vaqif Mirzəyev (20 Yanvar şəhidi)
Vaqif Məmmədov (20 Yanvar şəhidi)
Vaqif Poeziya Günləri
Vaqif Poeziya Günləri– Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialında təşkil olunan tədbir. Şuşa Molla Pənah Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanması və bu tədbirin ənənəvi xarakter alması Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəmiş, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin göstərişi ilə Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikilib. Kompleks Şuşa şəhərinin Cıdır düzünə yaxın ərazidə inşa edilib. 1982-ci ilin yanvar ayının 14-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib.
Vaqinak Zaxaryan
Vaqinak Semyonoviç Zaxaryan (20 iyun 1920, Qarabulaq, Gəncə qəzası – 16 yanvar 1945) — İkinci Dünya müharibəsi iştirakçısı, sovet zabiti, Sovet İttifaqı Qəhrəmanı, qvardiya baş leytenantı, 1-ci Ukrayna cəbhəsinin, 5 qvardiya ordusunun 4-cü qvardiya tank korpusunun 13-cü Ternopol-Şepetov tank briqadasında tank taqımının komandiri.

vaqi sözünün leksik mənası və izahı

"vaqi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vaqi nədir? #vaqi sözünün mənası #vaqi nə deməkdir? #vaqi sözünün izahı #vaqi sözünün yazılışı #vaqi necə yazılır? #vaqi sözünün düzgün yazılışı #vaqi leksik mənası #vaqi sözünün sinonimi #vaqi sözünün yaxın mənalı sözlər #vaqi sözünün əks mənası #vaqi sözünün etimologiyası #vaqi sözünün orfoqrafiyası #vaqi rusca #vaqi inglisça #vaqi fransızca #vaqi sözünün istifadəsi #sözlük