Vadi sözü azərbaycan dilində

Vadi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Vadi • 64.4444%
  • vadi • 33.7778%
  • VADİ • 1.7778%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Vadi
Vadi (rus. вади, ing. wadi — Şimali. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı.
Tektonik vadi
Yer qabığının tektonik batıqlarında yerləşən vadidir (dərədir). Məsələn: Orta Dunay vadisi, Alazan dərəsi və s.
Vadi Ram
Vadi Ram (ərəb. وادي رم‎) və ya Ay vadisi (ərəb. وادي القمر‎) — İordaniyanın Akaba mühafazasının 60 km şərqində yerləşən vadi və səhra. Vadi Ram İordaniyanın ən böyük vadisidir. "Ram" sözü Arami dilində "yüksək" və ya "qalxaq" deməkdir. Adının arami tələffüzü ilə olan əlaqəsini əks etdirmək üçün arxeoloqlar Ram vadisi yox, Vadi Ramm adından istifadə edirlər. Vadi Ram qədim dövrlərdən başlayaraq müxtəlif mədəniyyətlər tərəfindən məskunlaşdırılmışdır. Bu mədəniyyətlərdən biri olan nəbatilər burada qayaüstü rəsmlər, graffitilər və məbədlər yaratmışlar. Qərbdə bu vadi Ərəbistanlı Lourensin Ərəb üsyanı (1917–1918) dövründə buradan bir neçə dəfə keçməsi ilə tanınır. 1980-ci illərdə vadidəki qaya quruluşlarından biri Lourensin müharibənin sonlarında yazdığı eyniadlı kitabın şərəfinə "Müdrikliyin yeddi sütunu" adlandırılmışdır, lakin bu kitabda Ramla bağlı heç bir şey yoxdur.
Vadi-üs-Salam
Vadi-üs-Salam və ya Sülh vadisi (ərəb. وادي السلام‎) — İraq şiələrin müqəddəs Nəcəf şəhərində yerləşən İslam qəbiristanlığıdır. Bu, dünyanın ən böyük qəbiristanlığıdır. Qəbiristanlıq 1,485.5 acre (601.16 ha; 6.01 km2; 2.32 kv. mil) ərazini əhatə edir və 6 milyondan çox cəsəddən ibarətdir. Hər il milyonlarla zəvvar cəlb edir.
Vadi rəhmət qəbiristanlığı
Vadi rəhmət qəbiristanlığı — Təbrizin əsas qəbiristanlığı. Qəbiristanlıq şəhərin cənub şərqində yerləşir. Qəbiristanlıqda İran–İraq müharibəsində dünyasını dəyişmiş hərbi qulluqçular və Təbriz sakinləri dəfn olunublar. Aylar Həqqi - 2022-ci ildə Təbrizdə baş tutmuş etiraz aksiyasında öldürülmüş tələbə. Əbülhəsən xan İqbali Azər - Azərbaycan müğənnisi, Təbriz şəhərinin meri. Salamulla Cavid - Azərbaycan Milli hökumətinin üzvü, daxili işlər naziri. Səməd Sərdariniya - tanınmış tarixçi və tədqiqatçı, bir neçə tarixi kitabın müəllifi. Seyid Camal Turabi Təbatəbayi - İran numizmatikasının atası Əlaəddin Melmasi - fotoqraf, tərcüməçi, müəllim, dilçi, şair və kimyaçı. Həsən Dəmirçi - Süsən Nəvadə Razi - Əziz Purvəli - milli mədəni fəal. Tohid Novruzi - musiqiçi.
Vadi əl-Xəznədar döyüşü
Vadi əl-Xəznədar və ya Üçücü Homs döyüşü — qərbi Suriyada Homs qəsəbəsinin şimal-şərqindəki Vadi əl-Xəznədarda Məmlük sultanlığı və Monqol imperiyasının qolu olan Elxanlı dövləti və onlara yardım edən Kilikiya çarlığı ilə Gürcüstan çarlığı arasında 22–23 dekabr 1299-cu ildə edilən, Suriyaya olan monqol axınları içərisində monqol zəfəri ilə nəticələnən tək savaşdır. Bu döyüşdən sonra daha öncəki 4 döyüşdə uduzan monqollar özlərinə inam qazandılar, cənuba irəliləmiş və 1303-cü ildə yenə Məmlüklərlə Marj əl-Səffar döyüşünü etmişdirlər. Ancaq orada da məğlubiyyətə uğrayan Elxanilər Suriya axınlarına son verərək Suriyanı tərk etmişdirlər. Monqol ordusunun mərkəz hissəsində olan Qazan xan döyüş başladığında hiyləyə əl ataraq ordusunun sağ cinahına komandnalıq edən Qutluqşaha Məmlük ordusunu aldatmaq üçün kös çaldırmışdır. Bu yanılğıya aldanan Məmlüklər Qazan xanın bu tərəfdə olduğunu düşünürək hücumlarını monqol ordusunun sağ qanadına cəmləşdirmişdir. Bu sayədə həm Qazan xan qorunmuş, həm də Məmlük ordusunun qurulan tələyə çəkilməsi mümkün olmuşdur. Başda üstün olan məmlüklərin monqollar tərəfindən sol qanad bölmələrinin dağıdılması ilə monqollar üstünlük qazanmağa başlamışdır. Buna baxmayaraq, günorta boyunca döyüşən məmlüklər ertəsi günə qədər sıralarını qorumağı bacarmışdır. Ancaq ertəsi gün olan 23 dekabr 1299-cu ildə monqolların və yardımcı erməni, gürcü bölmələrinin məmlüklərin orta cinahını dağıtması ilə yaxında monqolların qələbə qazanacağı sezilməyə başladı. Axşama doğru məmlüklər məğlubiyyəti qəbul edərək və daha çox itki verməmək üçün döyüş meydanından cənuba doğru geri çəkilməyə başladı.
Fassa vadisi
Fassa vadisi— İtaliyanın şimalında Trento əyalətində Dolomitdə vadi. İnzibati baxımdan vadi Trentonun bələdiyyədir (Italyan dilində: Comunità di valle, alman dilində: Talgemeinschaft), "Region Comun General de Fascia" adlanır. Fassa vadisi Trentoda əhalinin əsas hissəsini təşkil edən Ladin bələdiyyəsinin vətənidir.
Fərqanə vadisi
Fərqanə vadisi (özb. Farg‘ona vodiysi, qırğ. Фергана өрөөнү, tac. водии Фaрғонa) — Orta Asiyada Qərbi Türkistan olaraq adlandırılan bölgədə yerləşən vadi. Tyan-Şan, Zərəfşan və Hissar dağları ilə əhatələnib. Fərqanə vadisi hazırda Rusiyanın siyasi və hərbi cəhətdən müdaxilə etdiyi qaynar nöqtələrdən biridir. Ərazidə su problemi yaşanmaqdadır.
Ge Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi. Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb.
Güllər Vadisi Milli Parkı
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Güllər vadisi
Güllər vadisi (ing. Valley of Flowers National Park) — Hindistannın milli parkıdır. Qərbi Himalay dağlarının yüksəklikərində yerləşmiş, qeyri-adi gözəlliyin rəngləriylə, çəmənləriylə məşhurdur. Himalay ayısı, qar bəbiri, boz ayı, mavi qoyunlar və s. daxil olmaqla bir çox nadir heyvanların yaşadığı yeridir. 1982-ci ildə Güllər vadisi milli park elan edilmiş və 2005-ci ildə "Nanda Devi Milli parkları və Güllər vadisi"(№ 335) obyektin tərkibində Ümumdünya mirasın irsi siyahısına daxil edilib. == Bitki aləmi == Parkın bitki aləmi Alp meşələrində bitən tozağacıları ilə həmçinin gözəl çiçəklənən ot bitkiləriylə (səhləblər, lalələr, primulalar, kalendulalar, qızçiçəyilər, anemonlar və başqaları) zəngindir.
Günəşli vadinin serenadası (film, 1941)
Günəşli vadinin serenadası (ing. Sun Valley Serenade) — baş rollarda Sonya Heni, Con Peyn, Lin Bari və Milton Berlenin oynadığı 1941-ci ildə çəkilmiş musiqili film. Bu filmdə həmçinin Qlenn Miller və orkestri də rol almışdır. == Məzmun == Dağ-xizək kurortunun sahibi cənab Morri mövsümi işə Fila Korinin məşhur orkestrini dəvət etməyi qərara alır. Musiqiçilər razılaşırlar. Dağ-xizək kurortunda "Günəşli vadi" əyləncəyə ruh verir, hər kəsə sevinc bəxş edir; lakin vadinin sərhədində müharibə sədaları eşidilir. Orkestrin musiqiçiləri müharibə nəticəsində qaçqın olanlardan birinin qəyyumu olmağı arzu edirlər. Elə güman edirlər ki, bu, onlara elə də böyük yük olmayan kiçik yaşlı bir uşaq olacaq. Amma onların bəxtinə olduqca gözəl, gənc bir qız – Karen Benson düşür. İş elə gətirir ki, Karen həmin dəstədəki məşhur bir müğənniyə aşiq olmuş musiqiçiyə vurulur.
Hatila vadisi Milli Parkı
Hatila vadisi Milli Parkı (türk. Hatila Vadisi Millî Parkı) ― Türkiyənin şimal-şərqindəki Artvin ilində yerləşən milli park. Park Kaçkar dağlarının şərq ucundakı dik tərəfli çay vadisini əhatə edir. Bölgə Qara dənizə yaxındır. Aralıq dənizi iqliminin hakim olduğu ərazinin isti yayı və sərin qışı var və il ərzində bol yağıntı alır. Vadi müxtəlif bitki və heyvan icmalarını yaşayış yerləri ilə təmin edir. == Park == Hatila çayı Çorox çayının qoludur və dərəsi üzərində çoxsaylı şəlalələri olan dar, dik yamaclı, V şəkilli vadi yaratmışdır. Ərazidəki süxurlar əsasən vulkanik mənşəlidir və fərqli mənzərə yaratmış qeyri-adi geomorfoloji quruluşa və geologiyaya malikdir. Park təxminən 16 900 hektarlıq ərazimi əhatə edir. Vadinin aşağı hissələri quru və isti olsa da, yuxarı hissələri sərin və rütubətlidir və qışda qar örtüyü ilə örtülür.
Hind vadisi mədəniyyəti
Hind vadisi mədəniyyəti və yaxud Hind vadisi sivilzasiyası—Hindistanda Hind çayı vadisində yerləşən qədim mədəniyyət ocağı. Harappa Sivilizasiyası kimi də tanınan Hind Vadisi Sivilizasiyası Cənubi Asiyanın şimal-qərb bölgələrində eradan əvvəl 3300-cü ildən 1300-cü ilə qədər davam edən Tunc dövrü sivilizasiyası idi və yetkin formada eradan əvvəl 2600-cü ildən 1900-cü ilə qədər davam etmişdir. Qədim Misir və Mesopotamiya ilə birlikdə Yaxın Şərq və Cənubi Asiyanın üç erkən sivilizasiyasından biri və ən geniş yayılmış üç sivilizasiyadan biri idi. Onun əraziləri indiki Pakistanın böyük bir hissəsindən, Əfqanıstanın şimal-şərqinə, Hindistanın şimal-qərb və qərbinə qədər əraziləri əhatə edirdi. Sivilizasiya həm Hind çayının allüvial düzənliyində, həm də vaxtilə Hindistanın şimal-qərbində mövsümi çay olan Qaqqar-Hakranın yaxınlığında axan çoxillik mussonla qidalanan çaylar sistemi boyunca inkişaf etmişdir. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Hind vadisi mədəniyyəti ilə əlaqəli mediafayllar var.
Hinnom vadisi
Hinnom vadisi və ya Ge Hinnom vadisi (ivr. ‏גיא בן הינום‏‎) — yəhudilərin Yerusəlim, müsəlmanların isə Qüds adlandırdıqları şəhərin cənub və cənub qərb hissəsində yerləşən vadi. Hazırda bu yerlərə baxanda gözəl görünsə də, əslində bura heç kimin getmək istəmədiyi bir yerdir. Çünki bu yer bütün tarix boyu dünyanın ən qorxulu yeri hesab olunub. Bu qorxulu yerin adı Ge Hinnomdur. Tarixi mənbələrə nəzər saldıqda bu real coğrafi məkanın daha qədim adının “Tofet” olduğunu görmək olar. “Əhti-Cədid”də aramey dilində bu ad “Gehenna” kimi göstərilib. “Əhti-Ətiq”də “Ge Ben Hinnom” kimi gedən bu söz “Hinnom oğullarının vadisi” kimi tərcümə olunur. Göründüyü kimi Hinnom şəxs adıdır. Vadi bir zamanlar Hinnom oğullarına məxsus olub ki, buna görə də “Hinnom oğullarının vadisi”, yəni Qədim ivrit dilində “Ge Ben Hinnom” adlandırılıb.
Hitan vadisi
Əl-Hitan vadisi (ərəb. وادي الحيتان‎, "Balinalar vadisi") — Misirin paytaxtı Qahirədən 150 kilometr (93 mil) cənub-qərbdə yerləşən paleontoloji ərazidir. Ərazi üzərində bəzi balina, archaeoceti (balinaların nəsli kəsilmiş yarım-dəstəsi) erkən növlərinə aid yüzlərlə fosil yerləşir. Vadi 2005-ci ilin iyununda UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Ərazi balinaların təkamülünün ən böyük sirrlərindən birinə: balinanın quruda yaşayan bir heyvandan okeanda yaşayan bir məməliyə çevrilməsi izahına dair dəlilləri ortaya çıxardı. Dünyanın heç bir yerində bu cür fosillərin cəmləşməsi, cəlbedici və qorunan bir mənzərəyə daxil olması və qurulması kimi bir şeyə rastlanmamışdır. == Tarix == Ərazidə tapılan fosillər ən qədim qalıqlar olmaya bilər, lakin ərazidəki miqdarı və qorunma dərəcəsi o qədərdir böyükdür ki, hətta bəzi daxili quruluşlar da toxunulmaz olaraq qalmışdır. Əl-Hitan vadisində tapılan köpəkbalığı, timsah, mişar balığı, tısbağa və skat kimi digər erkən heyvanların fosillərinin olması, bu dövrün ekoloji şərtlərini yenidən canlandırmağa imkan verir. Balinaların ilk qalıq skeletləri 1902-1903-cü illərin qışında aşkar edilmişdir. Sonrakı 80 il ərzində əsasən əraziyə çatmaq çətinliyi ilə əlaqədar olaraq ərazi daha az maraq görmüşdür.
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı
Koaçella Vadisində Musiqi və İncəsənət Festivalı (ing. Coachella Valley Music and Arts Festival), Həmçinin Koaçella Fest və ya sadəcə olaraq Koaçella bilinir - Daxili İmperatorluqda yerləşən Koaçella Vadisində yerləşən İndio, Kaliforniyadakı Goldenvoice adlı üç günlük (əvvəlki bir-iki gün) musiqi festivalıdır. Kaliforniya Tədbiri ilk dəfə 1999-cu ildə keçirilib və 2001-ci ildən etibarən hər il aprelin üçüncü və ya dördüncü günündə keçirilir. Çıxış edənlərin arasında müxtəlif janr yönümlü qruplar - indi rok, hip-hop, elektron və pop musiqi; Festival çərçivəsində həmçinin bədii və heykəltəraşlıq sərgiləri də var. indi rok ərazisində bir neçə səhnə və ya tentə yerləşdirilir, eyni vaxtda tamaşalar da keçirilir: əsas mərhələ (ing. Coachella səhnəsi), açıq teatr (ing. açıq teatrı), Gobi çadırı, Mojave çadırı və Sahara çadırıdır. 2011-ci ildə tədbirdə 90 mindən çox adam iştirak edib, 2011-ci il mayın 31-də Goldenvoice 2012-ci ildən başlayaraq festivalın iki həftədən üç gün müddətində keçiriləcəyini elan edildi. .
Krallar vadisi
Krallar vadisi və ya Fironlar vadisi (ərəb. وادي الملوك Wadi Biban el-Muluk)‎) — Misirdə yerləşən vadi. On səkkizincı sülalə və İyirminci sülalədən olan fironların və onlara yaxın olan əyanlardan bəzilərinin məzarları burada yerləşir.
Kurtlar Vadisi
Qurdlar Vadisi — Osman Sınav tərəfindən yaradılmış və Raci Şaşmazın qələmə aldığı Türkiyənin siyasi məsələlərindən bəhs edən türk film və teleserial seriyasıdır. Seriyanın serial və filmlərində bir çox məşhur aktyorlar oynayıb. Serialın ilk 55 bölümündə prodüser və rejissor Osman Sınav, 56–97-ci bölümlər arasında prodüser Raci Şaşmaz və rejissor kürsüsündə Sərdar Axar əyləşmişdir. 97-ci bölümdəki finaldan sonra Qurdlar Vadisi: Terror adı ilə 2 bölüm izləyici qarşısına çıxıb. Bu serialın yayımnan çıxarılmasından sonra Qurdlar Vadisi: Pusqu 300 seriya ilə izləyici qarşısına çıxıb. 2013-cü ildə Şaşmaz qardaşlarının fikir ayrılığı üzərinə, Raci Şaşmaz və Bahadır Özdənər seriyanın ssenari müəllifi və prodüser vəzifələrindən istefa veriblər. Onların yerinə Cahid Qayaoğlu kimi daha təcrübəsiz adlar gəldi və nəticədə reytinqlər düşməyə başladı. Qurdlar Vadisi: Pusqunun son bölümü olan 300-cü bölümdə reytinqlər 4-ə qədər düşüb. Serialın bitməsindən 1 il sonra TRT 1-də yayımlanan Qurdlar Vadisi: Vətən 5,43 reytinq alıb. Ən çox reytinq alan teleserial bölümləri 23 reytinq xalı ilə Qurdlar Vadisinin finalı olan 97-ci bölüm, və 25,43 reytinq ilə Qurdlar Vadisi: Pusqunun 45-ci bölümüdür.
Kuçan-Məşhəd vadisi
Kuçan-Məşhəd vadisi — İranda tektonik çökəklik. Kopetdağı Türkmən-Xorasan dağlarının mərkəzi silsiləsi ayırır. Uzunluğu 275 kilometr (171 mil), 15 kilometr (9.3 mil) qədərdir. Vadidən Atrek və Gərirud çayının sol qolu olan Kətəfrud çayları axır. Dibində çox vahə var. Kuçan-Məşhəd vadisi İranın şimal-şərqində suvarılan əkinçilik rayonunun mərkəzidir. Pambıq, tiryək xaşxaşı, tərəvəz, dənli bitkilər, üzüm yetişdirilir. Məşhəd, Kuçan, Şirvan şəhərləri Kuçan-Məşhəd vadisindədir. == İstinadlar == == Əlavə ədəbiyyat == Кучано-Мешхедская долина // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Küləklər vadisindən Navsikaya
Küləklər vadisindən Navsikaya (Yaponca: 風の谷のナウシカ - Kaze no Tani no Nauşika, İngiliscə: Nausicaä of the Valley of the Wind), yaponiyalı rejissor Hayao Miyazaki tərəfindən çəkilmış postapokaliptik elmi fantastika üslubunda anime filmi. Film Miyazakinin eyniadlı manqasının əsasında çəkilib. == Məzmun == Dünyadakı son böyük döyüşün və sənayenin çöküşündən min il keçib. Dünyanı çöllər, təhlükəli həşərat, zəhərli bitkilər sarmağla və bəzi göbələk növlərinin yaydığı zəhərli qazlar atmosferə yayılaraq getdikcə azalan insan irqini təhdid etməkdədir. Nausicaä, az sayda insanın əkinçiliklə məşğul olub böcək və göbələklərlə mübarizə edərək yaşadığı Külək Vadisinin şahzadəsidir. Bir gün vadiyə başqa bir krallığın təyyarəsi düşür. Yalnız kargosu sağlam qalmışdır, arxasından krallığa aid əsgərlər gələrək vadini ələ keçirirlər. Kargoda min ildir unudulan və başqa bir krallıqdan oğurlanan, dünyanı dəyişdirə bilən bir şey var. Küləkli Vadi bu iki krallıq üçün hədəf halına gələrkən Nausicaä dünyanı köhnə halına gətirmənin yolunu kəşf edir. == Personajlar == Nausicaa: Küləkli Vadinin seçilmi şahzadəsi.
Küləklər vadisindən Navsikaya (film, 1984)
Küləklər vadisindən Navsikaya (Yaponca: 風の谷のナウシカ - Kaze no Tani no Nauşika, İngiliscə: Nausicaä of the Valley of the Wind), yaponiyalı rejissor Hayao Miyazaki tərəfindən çəkilmış postapokaliptik elmi fantastika üslubunda anime filmi. Film Miyazakinin eyniadlı manqasının əsasında çəkilib. == Məzmun == Dünyadakı son böyük döyüşün və sənayenin çöküşündən min il keçib. Dünyanı çöllər, təhlükəli həşərat, zəhərli bitkilər sarmağla və bəzi göbələk növlərinin yaydığı zəhərli qazlar atmosferə yayılaraq getdikcə azalan insan irqini təhdid etməkdədir. Nausicaä, az sayda insanın əkinçiliklə məşğul olub böcək və göbələklərlə mübarizə edərək yaşadığı Külək Vadisinin şahzadəsidir. Bir gün vadiyə başqa bir krallığın təyyarəsi düşür. Yalnız kargosu sağlam qalmışdır, arxasından krallığa aid əsgərlər gələrək vadini ələ keçirirlər. Kargoda min ildir unudulan və başqa bir krallıqdan oğurlanan, dünyanı dəyişdirə bilən bir şey var. Küləkli Vadi bu iki krallıq üçün hədəf halına gələrkən Nausicaä dünyanı köhnə halına gətirmənin yolunu kəşf edir. == Personajlar == Nausicaa: Küləkli Vadinin seçilmi şahzadəsi.
Küplər vadisi
Küplər vadisi — Laosun Xienq Kxuanq əyalətində məskunlaşmamış rayon Dəniz səviyyəsindən 1000 m hündürlükdə təpələrin zirvəsinə naməlum mənşəli, hündürlüyü 1–3,5 m, diametrləri isə təqribən 1 m olan nəhəng bardaqlar səpələnmişdir və onların ən irisinin çəkisi 6 tondur. Onlar daha çox küpəgirən qarının daş həvəngdəstəsinə oxşayırlar. Bardaqlar elə süxurların daşlarından hazırlanmışlar ki, onlara bu ərazidə rast gəlmək mümkün deyil. Bardaqlar haqda çox az şey məlumdur. Onları kimin və hansı məqsədlə hazırladığı və bura necə düşdükləri heç kimə məlum deyil. Güman olunur ki, bardaqlarda nəhəng putalarda olduğu kimi, qədimdə ölülərin cəsədlərini yandırırlarmış. Digər fərziyyəyə görə onlardan düyü, yaxud şərab saxlamaq məqsədi ilə istifadə edilib. Fərziyyələrin heç biri inandırıcı deyil. Bir şey dəqiqdir: nəhəng daşların ən azı 2500–3000 il yaşı var. Hind-Çində müharibələr zamanı bardaqların çoxu amerikan bombaları tərəfindən zədələnmişlər.
Kəşmir vadisi
Kəşmir vadisi — Böyük Himalay dağları və Pir-Pəncəl silsiləsi arasında tektonik çökəklik. 1600 m yüksəklikdədir. Uzunluğu təqribən 200 km, eni isə 65 km-dir. İqlimi mülayim istidir. Çoxlu göl var. Vadidən gəmiçiliyə yararlı Celam çayı axır. Palıd, göyrüş, ağcaqayın meşələri, yamaclarında iynəyarpaqlı meşələr var. İqlim kurortudur. Turizm inkişaf etmişdir. Hindistanın Srinaqar şəhəri Kəşmir vadisindədir.
Loire Vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Luara vadisi
Luara vadisi (fr. Vallée de la Loire) Fransada Luara çayının orta hissəsində 280 kilometr uzunluğunda vadidir. 800 km² ərazini əhatə edir. Çayın sahillərindəki üzüm bağları və albalı, ənginar və qulançar tarlalarına görə Fransanın beşiyi və Fransanın bağı adlandırılır. Tarixi şəhərləri, memarlığı və şərabı ilə tanınan vadidəki ilk məskunlaşma nümunələrinin Orta paleolit ​​dövrünə aid olduğu düşünülür. 2000-ci ildə YUNESKO-nun qəbul etdiyi qərarla vadi Dünya İrs Siyahısına daxil edilmişdir.
Mak-Merdo vadisi
Mak-Merdo (quru, quraqlıq) vadiləri (ing. Dry Valleys) — Mak-Merdo boğazından qərbdə Antarktidadakı Viktoriya Torpağlarında Antarktika vahələrinin (Viktoriya, Rayt, Teylor) qarsız vadiləri. Bu, Antarktidadakı ən böyük (təxminən 8 min km²) buzsuz ərazidir.. 320 km / s sürətə çatan katabatik küləklər (yer üzündə ən yüksək külək sürəti) nəmin buxarlanmasına səbəb olur. Bunun sayəsində vadilər təxminən 8 milyon ildir praktik olaraq buz və qardan azaddırlar, bu, geoloji və digər tədqiqatların aparılmasını asanlaşdırır. Antarktika haqqında konvensiyaya görə, Mak-Murdo quru vadiləri xüsusi mühafizə olunan bölgələr olaraq təyin edilmişdir. Quru vadilər Mars planetinin təbii şərtlərinə o qədər yaxındır ki, NASA orada Vikinq proqramının sınaqlarını da keçirdi. Buz və qar olmamasına baxmayaraq, canlı aləm dünya buz qitəsinin qalan hissələrindən daha kasıbdır. Daha nəmli yerlərdə qayalarda endolitik bitkilər aşkar edilmişdir. Taylor buzlağında Antarktidanın görməli yerlərindən biri — görünüşünü metabolizması dəmir və kükürdün işlənməsinə əsaslanan anaerob bakteriyaların fəaliyyətinə borclu olan Qanlı şəlaləsidir.
Munzur Vadisi Milli Parkı
Munzur Vadisi Milli Parkı (türk. Munzur Vadisi Milli Parkı) ― 21 dekabr 1971-ci ildə qurulan, Türkiyənin ən böyük və ən zəngin bioloji müxtəlifliyə sahib milli parkı. Park Şərqi Anadoludakı Tunceli ilində, Munzur dağ silsiləsinin Munzur vadisində yerləşir. Munzur Vadisi Milli Parkı Anadolunun ən zəngin floristik bölgələrindən biridir. Milli park bölgənin vəhşi aləmini və mənzərəli gözəlliyini qorumaq üçün yaradılmışdır. Qorunan ərazi Ətraf Mühit və Meşə Nazirliyinin Təbiəti Qoruma və Milli Parklar Ümumi Müdirliyi (türk. Doğa Koruma ve Milli Parklar Genel Müdürlüğü) tərəfindən idarə edilir. İdarəetmədən kənar olan ərazilərin landşafı belə yaxşı qorunur. Bu, təbiətə dini inanclarının bir hissəsi kimi hörmət edən Alevi xalıqı ilə əlaqəli ola bilər. Milli park Tuncəlidən 8 kilometr (5.0 mil) şimalqərbdə yeləşir Park Muzur vadisi boyunca dəniz səviyyəsindən 3,300 metr (10,800 ft) yüksəklikdə yerləşən Munzur dağına qədər uzanır.
Muradımov vadisi
Muradımov vadisi — Başqırdıstan Respublikası ərazisində yerləşən təbiət parkı. Başqırdıstan Respublikası Nazirlər Kabinetinin «„Muradımov vadisi“ təbiət parkı haqqında» 10 saylı 23 yanvar 1998-ci il qərarı ilə təşkil olunmuşdur. Çayın axdığı ərazilərdə əhəng daşı suxurlarının olduğundan dfərənin dərinliyi bəzən 100 metrə çatır. Geoloji tədqiqatlar üçün mükəmməl çılpaq qayalar əlçatandır. Respublikanın cənub-şərq hissəsindən və Çelyabinsk vilayətindən parka Maqnitoqorsk — Sibay — Baymak — Zilayir — Mrakovo — Təbiət parkı avtomobil xətti ilə gəlmək mümkündür. Orenburqun yaxın rayonlarından Orenburq — Kumertau — Mrakovo, Tyulpan — Nazarkino — Mrakovo, Saraktaş — İsyakul — Mrakovo avtomagistralları ilə gəlçmək mümkündür. Mrakovodan Muradımova qədər məsafə 22 km-dir. Yol çınqılı örtüyə sahibdir. Parkın ərazisini əhatə edən ərazinin inkişaf tarixi uzun və mürəkkəbdir. Bölgə relyefinin formlaşmasına daha çox geoloji proseslər təsir göstərmişdir.
Mənim vadim yamyaşıl idi (film, 1941)
Mənim vadim yamyaşıl idi (ing. How Green Was My Valley) — 1941-ci ildə istehsal olunmuş ABŞ filmi. Film Riçard Lleuellinin eyni adlı romanının əsasında çəkilmişdir. Bu film 10 nominasiyada Oskar mükafatına namizəd olub, 5 dəfə bu mükafatı qazanıb. 1990-cı ildə ABŞ Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq əhəmiyyətli" filmlər sırasına daxil edilərək ABŞ Milli Film Arxivində qorunmasına qərar verilmişdir.
Mərkəz - Luara vadisi
Mərkəz - Luara vadisi (fr. Centre-Val de Loire, IPA: ​[sɑ̃tʁ]) Fransanın mərkəzi hissəsinin şimalında bir bölgədir.

vadi sözünün leksik mənası və izahı

  • 1 is. [ər.] 1. İki dağ arasında böyük, uzun çuxur, düzən. Buranın [Dağıstanın] o biri dağlıq qismi bəzi məhsuldar vadi və yaylaqlara malik olsa da, ümumiyyətlə, yaşamaq üçün çox çətin və məşəqqətlidir. A.Bakıxanov. 2. Çay yatağı, çayın axdığı yer. Göyün üzünə ulduzların səpələnməsinə baxmayaraq, çayın vadisi qaranlıq idi. İ.Şıxlı. 3. məc. Sahə, meydan, zəmin. Mətbuat vadisinə təzə qədəm qoyan “Molla Nəsrəddin” Axund Əbuturabın bu məqaləsini buraxıb keçə bilməzdi. C.Məmmədquluzadə. [Firidun] müharibə cəbhəsi adlanan bu ölüm vadisində özünün də bir gün məhv ola biləcəyi fikrini indidən ata-anasına bildirmək istəyir. M.Hüseyn. 4. məc. Klassik ədəbiyyatda səhra, çöl mənasında olaraq adətən tərkiblərdə işlənmişdir. Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn; Bir gecə xani-vüsali üzrə mehman etmədi. Füzuli. Salmış məni vadiyi-kəmanə; Bin qəmlərə eyləmiş nişanə. Məsihi. Qalmışam vadiyi-qəm içrə, kimim var, Zakir! Didələr oldu həmin munisi-qəmxar mənə. Q.Zakir.

    Azərbaycan dilinin izahlı lüğəti / vadi
  • 2 ə. 1) iki dağ arasında olan uzun dərə; 2) çay yatağı; məcra; 3) çöl, səhra; 4) sahə; 5) məkan, yer. Vadiyi-eymən Musa peyğəmbərin minacat üçün getdiyi dərənin adı; vadiyi-xamuşan 1) sakitlər dərəsi; 2) m. qəbiristan; vadiyi-həşr bax vadiyi-məhşər; vadiyi-məhşər məşhər dərəsi, qiyamət yeri; vadiyi-veyl cəhənnəmdə bir dərənin adı.

    Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / vadi
  • 3 Şm. Afrika və Ərəbistanın səhralarında quru və ya dövrü axımı olan dərələrin ərəbcə adı. вади wadi

    Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / vadi

vadi sözünün etimologiyası

vadi sözünün sinonimləri (yaxın mənalı sözlər)

vadi sözünün rus dilinə tərcüməsi

  • 1 долина, лощина

    Azərbaycanca-rusca lüğət / vadi
  • 2 I сущ. 1. долина (ровное пространство вдоль речного русла, между гор или холмов). Məhsuldar vadi плодородная долина, çay vadisi речная долина, dağ vadisi горная долина 2. лощина, ложбина (овраг с пологими склонами). Vadiyə enmək спуститься в лощину, dərin vadi глубокая лощина 3. устар. высок. пустыня, чужбина (обычно в составе сложных слов). Vadiyə-qürbətdə на чужбине II прил. долинный. Vadi meşələri долинные леса; вади ландшафты долинный ландщафт; vadi çayları долинные реки

    Azərbaycanca-rusca lüğət / vadi

vadi sözünün inglis dilinə tərcüməsi

vadi sözünün fransız dilinə tərcüməsi

vadi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] сущ. 1. дугун, кьве дагъдин (кьвалин) арада чӀехи ва яргъи чухур, дуьзен; 2. вацӀун ятах, вацӀ авахьзавай чка, вацӀун кьер; ккам, кӀам; 3. пер. майдан; 4. клас. баябан, чуьл манада.

    Azərbaycanca-ləzgicə lüğəti / vadi

vadi sözünün türk dilinə tərcüməsi

"vadi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#vadi nədir? #vadi sözünün mənası #vadi nə deməkdir? #vadi sözünün izahı #vadi sözünün yazılışı #vadi necə yazılır? #vadi sözünün düzgün yazılışı #vadi leksik mənası #vadi sözünün sinonimi #vadi sözünün yaxın mənalı sözlər #vadi sözünün əks mənası #vadi sözünün etimologiyası #vadi sözünün orfoqrafiyası #vadi rusca #vadi inglisça #vadi fransızca #vadi sözünün istifadəsi #sözlük