adi sözü azərbaycan dilində

adi

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • adi • 92.1862%
  • Adi • 7.7277%
  • ADİ • 0.0759%
  • adİ • 0.0101%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adi
Adi - daima rast gəlinən, sistemə salınmış, insanlarda təəccüb doğurmayan, təkrarlanan, ənənələri olan, nadir halda dəyişilən, rastlaşanda maraq doğurmayan, heç nə ilə seçilməyən hal, vəziyyət, insan, situasiya və s. == Həmçinin bax == Fəlsəfə Filologiya Qeyri-adi == Ədəbiyyat == С.И.Ожегов. Словарь русского языка. Москва, изд. "Русский язык", стр.377.
Adi acılıqotu
İkisünbül acılıqotu (lat. Ephedra distachya) - acılıqotu cinsinə aid bitki növü.Aralıq dənizinin şimal ölkələrində, Cənubi Avropada, Qafqazda, Orta Asiyada, Qərbi Sibirdə geniş yayılmışdır. Hündürlüyü 20-50 sm-ə qədər olan, alçaqboylu kol bitkisidir. Gövdəsi sürünən, kökümsovu tünd-boz qabıqlı, budaqları sarımtıl –yaşıl rəngdədir. Yarpaqları pulcuqvarıdır, uzunluğu 1,5-3 mm-ə çatır. Tozcuqlu sünbülcükləri tək-tək və ya dəstə şəklindədir, 4-8 cüt çiçəkdən ibarətdir, qısa ayaqcıqlar üzərindədir, çiçəkaltlıqlarının sayı 3-4 ədəddir. Aprel ayında çiçək açır. Meyvəsi kürəşəkilli, qırmızı rəngli, 6-7 mm uzunluqda giləmeyvədir, iyun ayında yetişir. Meyvəverən hər sünbülcükdə 2 toxum olur. Toxumları yumurtavarı-uzunsovdur, tünd-qonur rəngdədir, parlaqdır, 4-5 mm uzunluqdadır.
Adi acıqıjı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Adi akvilegiya
Adi akvilegiya (lat. Aquilegia vulgaris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin akvilegiya cinsinə aid bitki növü.
Adi alabayquş
Adi alabayquş (lat. Tyto alba) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin bayquşkimilər dəstəsinin alabayquşlar fəsiləsinin alabayquş cinsinə aid heyvan növü. Alabayquş cinsinin dünyada daha çox yayılmış növüdür. Ona praktik olaraq Antarktida istisna olmaqla bütün materiklərdə rast gəlmək olur.
Adi alaqanqal
Adi alaqanqal (lat. Silybum marianum) — alaqanqal cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 1.5 m qədər olan ikiillik ot bitkisidir. Gövdəsi düz, budaqlı, çılpaqdır. Yarpaqları çılpaq, iri, enli lansetvari, damarları boyunca ağ ləkəlidir, diş-dişli və kənarları tikanlıdır. Səbətləri budaqların ucunda, çiçəkləri al qırmızı-bənövşəyi rəngdədir. Aprel-may aylarında çiçəkləyir, may-iyun aylarında meyvə verir.İkiillik ot bitkisi (mədəni şəkildə birillik) olub,düzqalxan gövdəsi60-150 sm hündürlüyündə olmaqla, nişasta tərkiblidir. Yarpaqları növbəli, iri, uzunsov-ellipsşəkilli, lələkvari və ya lələkvari-bölünmüş, dəricikli, tünd-yaşıl, parıltılı, ağ ləkələrlə örtülü parlaq, zolaqlı və ləkəli, damarları, kənar lövhəcikləri və aşağı tərəfi tikanlı, saplaqlı, yuxarı tərəfi isə oturaqdır. Hamaşçiçəklərinin zirvəsi şarşəkilli olub, səbət çiçək qrupuna toplanmışdır. Yarpaqları yaşıl, xarici və orta hissəsi bizşəkilli tikanlardan ibarətdir.
Adi alasığırçın
Adi alasığırçın (lat. Pastor roseus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin tənbəlcüllütlər fəsiləsinin alasığırçın cinsinə aid heyvan növü. == Qısa təsviri == Lələklənməsinin əksəriyyəti çəhrayıdır. Başında kəkili vardır. Başı, boynu, qanadları və quyruğu qara rəngdə, metal parlaqlıdır. Cavan quşlarda kəkil olmur. Onların rəngi bozumtul-qonur, bədənin altı daha açıq rəngdədir. Sürü halında gəzirlər. Yerdə, ağaclarda və kollarda yemlənir. Çığırtısı və nəğməsi kəskin-cırıltılı və xırıltılı səslərdir.
Adi alaördək
Adi alaördək (lat. Tadorna tadorna) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin ala ördək cinsinə aid heyvan növü.
Adi albalı
Adi albalı və ya gilənar (lat. Prunus cerasus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Qərbi Avropada, Şimali Amerikada, Cənubi Asiyada, Qafqazda təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 10 m-ə çatan, gövdəsinin qabığı qonur, qışda yarpaqlarını tökən, sallaq çətirli ağacdır. Yarpaqları növbəli yerləşir, sadə, saplaqlı, uzunluğu 7-12 sm, eni 3-5 sm-dir. Yarpaq ayası ellipsvari və ya yumurtavari, kənarları dişli, üst səthi tünd-yaşıl, alt səthi açıq-yaşıl, hər iki üzü çılpaq və ya tüklü, ucu bizdir. Çiçəklər ağdır, 2-4 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır, aprel-may aylarında çiçəkləyir, meyvəsi açıq və ya tünd-qırmızı rəngli çəyirdəkmeyvədir, çəyirdək lətdən asanlıqla ayrılır, iyulda yetişir. == Ekologiyası == Rütubətli, çimli torpaqlarda, qida elementləri zəngin olan sahələrdə, çay ətrafı ərazilərdə, işıqlı yerlərdə bitir. Şaxtaya davamlıdır. == Azərbaycanda yayılması == Böyük Qafqaz, Kiçik Qafqaz, Kür-Araz ovalığı, Talış və Naxçıvan MR-da təbii halda, Abşeronda isə həyatyanı sahələrdə rast gəlinir.
Adi amışquşu
Adi angvil
Adi angvil (lat. Anguilla anguilla) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin angvilkimilər dəstəsinin angvillər fəsiləsinin angvil cinsinə aid heyvan növü.
Adi apollon
Adi apollon (lat. Parnassius apollo) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pulcuqluqanadlılar dəstəsinin yelkənqanadlılar fəsiləsinin parnassius cinsinə aid heyvan növü. == Qısa təsviri == Qanadları açıq halda 70–94 mm-dir. Bədəninin üzəri qara, yanlardan isə iki cərgə qırmızı ləkə keçir. Qanadları ağ, bəzən isə krem rəngində olub, zirvədə şəffafdır. Onların xarici kənarı boyu ağ ləkəli, enli boz zolaq keçir. Üst qanadlar üzərində 5 qara ləkə, alt qanadlar üzərində isə qara haşiyəli 5 qırmızı ləkə vardır. Qırmızı və qara ləkələrin yeri çox dəyişkəndir. Alt qanadlar dairəvidir. Yenicə pupdan çıxmış kəpənəklərdə qanadlar əvvəlcə sarımtıl olur.
Adi appolon
Adi ardıc
Adi ardıc (lat. Juniperus communis) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü. Hündürlüyü adətən 5–10 m, gövdəsinin diametri 0,2 m olan, çətiri möhkəm, konusşəkilli və ya yumurtaşəkillidir. Qabığı boz-qonur, lifli, zoğları qırmızı-qonurdur. İynəyarpaqları üç hissəli, ucu biz, uzunluğu 1,5 sm, eni 0,1–0,2 sm-dir, yaşıl, üst tərəfdən ağ zolaqlı və çöküntülüdür, budaqlarda 4 ilə qədər qalır. Mayda çiçəkləyir, erkək çiçəkləri sarı, dişi çiçəkləri yaşıldır. Qozaları yumru, diametri 0,6–0,9 sm-dir, yetişmiş meyvəsi göyümtül-qara, çöküntülüdür. Yavaş böyüyür. İllik boy artımı 10–15 sm-dir. 200 ilə qədər yaşayır.
Adi armud
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Adi arpa
Adi arpa (lat. Hordeum vulgare) — qırtıckimilər fəsiləsinin arpa cinsinə aid bitki növü. == Təbii yayılması == Arpanın vətəni Qədim Misir olmuşdur. Eramızdan əvvəl 5 min əvvəl mədəni surətdə misirlilər tərəfindən əkilib becərilirdi. == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == Naxçıvan Muxtar Respublikasında arpa zəmiləri az yer tutsa da, pivə sənayesində ən vacib xammal kimi istifadə olunur. == İstifadəsi == Arpadan qədim insanlar ev heyvanlarını yemlənməsində istifadə edirlər. Arpa səmənisindən hazırlanan məlhəm və ya mayesi uşaqların qidasında müsbət rol oynayır. Xalq təbabətində qovrulmuş arpa ununun şəkərlə bişirilmişi uşaqlar üçün xeyirlidir. Arpa şirəsi ilə boğazı qarqara etməklə ağrısını və boğazdakı şişləri götürür.
Adi arıyeyən
Adi arıyeyən (lat. Pernis apivorus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qırğıkimilər dəstəsinin qırğılar fəsiləsinin arıyeyən cinsinə aid heyvan növü. == Təsviri == Adi arıyeyən qarğadan iridir. Havada boynu görünmür. Quyruğu uzundur və üzərində 3 enli zolaq var. Qanadlarının altı zolaqlıdır. Bel tərəfi tutqun qonur, qarın tərəfi ürəkşəkilli, naxışlıdır. Alınında və gözləri ətrafındakı lələklər ilan pulcuğuna oxşayır. == Yayılması == Avropada və Qərbi Asiyada nəsil verir, Afrikada qışlayır. Azərbaycanda düzənlik və dağətəyi rayonlarda yayılmışdır.
Adi atşabalıdı
Adi atşabalıdı (lat. Aesculus hippocastanum) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sapindaceae fəsiləsinin atşabalıdı cinsinə aid bitki növü. == Ümumi məlumat == Dünya florasının tərkibində fəsilənin 18–20-ə qədər növünə təsadüf edilir. Bu növlərin içərisində mədəni halda əkilib becərilən növlərdən biri də atşabalıdı — Aesculus hippocastanum L. hesab edilir. Atşabalıdı ilə adi şabalıd morfoloji və generativ xüsusiyyətlərinə görə bir-birinə oxşar olmalarına baxmayaraq, fərqli cəhətləri də çoxdur. Birincisi bu iki bitki ayrı-ayrı fəsilələrə aiddir, atşabalıdının meyvəsi acımtıl olduğu halda, adi şabalıdın meyvəsi yeməlidir. Aesculus L. cinsinin növləri ən çox Balkan yarımadasında, şimali Amerika ərazilərində, şərqi Asiyada, Himalayda, keçmiş SSRİ ərazilərində yayılmışdır. Qafqazda, o cümlədən Azərbaycanda mədəni halda 1 növünə rast gəlinir. Atşabalıdı mədəni halda ən çox Ukraynada əkilib becərilir. Burada hər il 190 tona yaxın toxum, 10 tonlarla yarpaq xammalı toplanıb müalicəvi preparatların hazırlanmasına sərf edilir.
Adi ayıqulağı
Adi ayıqulağı (lat. Arctostaphylos uva-ursi) - ayıqulağı cinsinə aid bitki növü. == Yayılması == Şimali Amerika və Avrasiyanın şimalında geniş yayılmışdır. Seyrək quru şam və enliyarpaqlı meşələrdə, talalarda, sahilkənarı qumsallıqda, daş qırıntıları səpələnmiş yerlərdə bitir. Açıq və günəşin işıqlandırdığı yerləri xoşlayır və digər bitkilərə rəqib deyildir. == Sinonimləri == Arbutus acerba Gilib. Arbutus buxifolia Stokes Arbutus officinalis Boiss. Arbutus procumbens Salisb. Arbutus uva-ursi L. Arctostaphylos adenotricha (Fernald & J.F.Macbr.) Á.Löve, D.Löve & B.M.Kapoor Arctostaphylos angustifolia Payot Arctostaphylos officinalis Wimm. & Grab.
Adi ağacqurbağası
Adi ağacqurbağası (lat. Hyla arborea) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin ağacqurbağaları fəsiləsinin ağacqurbağası cinsinə aid heyvan növü. == Yayılma erealı == Adi ağac qurbağasına Mərkəzi və Qərbi Avropanın böyük hissəsində (İspaniyanın cənubu və Fransanın cənub hissələri istisna olmaqla) rast gəlinir.
Adi ağcaqanad
Adi ağcaqanad (lat. Culex pipiens) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin i̇kiqanadlılar dəstəsinin ağcaqanadlar fəsiləsinin əsl ağcaqanad cinsinə aid heyvan növü.
Adi ağqaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Adi badam
Adi badam (lat. Prunus amygdalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. Müxtəlifliyinə görə iki yerə ayrılır: Şirin badam – Prunus dulcis var. dulcis; Acı badam – Prunus dulcis var. amara.Şirin badam təzə halda yeyilir və geniş miqyasda qənnadı sənayesində istifadə edilir. Acı badamdan badam yağı və 0,5-0,8% miqdarında efir yağı alırlar. Bu məhsullar ətriyyat, əczaçılıq sənayesində kamfora, məlhəm, emulsiya istehsalı üçün istifadə olunur. Badam efir yağından bəzi ətriyyat məmulatlarının ətirləndirilməsi üçün istifadə edilir. Ondan, həmçinin aktivləşdirilmiş kömür də alırlar. Gülçiçəklilər fəsiləsindən alçaqboylu ağac və ya kol cinsi.
Adi baldırğan
Adi baldırğan (lat. Heracleum sphondylium) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin baldırğan cinsinə aid bitki növü. == Sinonimləri == Heracleum alpinum subsp. benearnense Rouy & E.G.Camus Heracleum alpinum subsp. pyrenaicum (Lam.) Rouy & E.G. Camus Heracleum alpinum var. pyrenaicum (Lam.) Pers. Heracleum austriacum var. elegans Crantz Heracleum ceretanum Sennen Heracleum granatense Boiss. Heracleum longifolium Jacq. Heracleum montanum Schleich.
Adi balqabaq
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.
ADİN
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi — Azərbaycanda ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılmasından məsul olan dövlət qurumu. Azərbaycanın daxili işlər naziri Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan Prezidenti tərəfindən təyin edilir və vəzifədən azad edilir. Hal-hazırkı daxili işlər naziri Vilayət Eyvazovdur. == Tarixi == Daxili İşlər Nazirliyi ilk olaraq Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin nəzdində yaradılmışdır. Polis qüvvələrinə cavabdeh olan bir dövlət orqanı olduğu üçün Azərbaycanın dövlət quruculuğunda mühüm rol oynamışdır. Lakin 28 aprel 1920-ci ildə Azərbaycan Sovet hakimiyyətinin altına düşəndən sonra SSRİ Daxili İşlər Nazirliyinin səlahiyyətinə verildi. 18 oktyabr 1991-ci ildə nazirlik yenidən Azərbaycanın tabeliyinə verildi. Birinci Qarabağ müharibəsi zamanı polis işçilərinin 60-ı Azərbaycanın Milli Qəhrəmanı adını aldı, onlardan 86-sı Azərbaycan Bayrağı, 247-si isə digər medal və ordenlər ilə təltif olundu. 1992-ci ildə Azərbaycan Beynəlxalq Cinayət Polis Təşkilatına (İnterpol) üzv oldu və 24 noyabr 1992-ci ildə Daxili İşlər Nazirliyinin tərkibində İnterpolun Milli Mərkəzi Bürosu yaradıldı. 30 iyun 2004-cü ildə DİN xidmətləri üzərində korporativ nəzarəti həyata keçirmək, Azərbaycan polisinin xidməti ilə uyğun olmayan işlərin qarşısının alınması, korrupsiya məmurlarının ifşası üçün Daxili Təhlükəsizlik Departamenti yaradıldı.
ADİP
Azərbaycan Demokratik İstiqlal Partiyası
ADİSP
Demokratik İslahatlar Partiyası və ya qısaca DİP — Asim Mollazadə tərəfindən qurulan və 2005-ci il avqustun 12-də dövlət qeydiyyatına alınan siyasi partiya. 2005–2019-cu illərdə Azərbaycan Demokratik İslahatlar Siyasi Partiyası (ADİSP) adlanmışdır. DİP 2005-ci ildən Milli Məclisdə təmsil olunur. == Tarixi == 2000–2005-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) Milli Məclisdə təmsil edən, 1995-ci ildən isə AXCP sədrinin müavini olan Asim Mollazadənin 2005-ci ildə AXCP-dən istefa verməsindən sonra o, 2005-ci il iyunun 5-də Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİSP) qurduğunu bildirdi. Həmin gün baş tutan I Qurultayda Asim Mollazadə ADİSP sədri seçildi. Keçmiş AXCP üzvləri tərəfindən qurulan ADİSP 2005-ci il avqustun 12-də Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındı.[mənbə göstərin]ADİSP 2005-ci il noyabrın 7-də baş tutan Parlament seçimlərində on dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və Milli Məclisə seçildi. 2008-ci il iyulun 20-də ADİSP II Qurultayı baş tutdu. Qurultayda Asim Mollazadə növbəti dəfə üç il müddətinə ADİSP sədri seçildi.[mənbə göstərin]ADİSP 2010-cu il noyabrın 6-da baş tutan Parlament seçimlərində dörd namizədlə mübarizə apardı. Nəticədə 22 saylı Nəsimi 2-ci dairəsindən namizədliyini irəli sürən ADİSP sədri Asim Mollazadə qalib gəldi və növbəti dəfə Milli Məclisə seçildi.
ADİU
Azərbaycan Dövlət İqtisad Universiteti (ADİU/UNEC) — Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrindən biri. == Tarixi == === SSRİ dövrü === Azərbaycanda ali təhsilli iqtisadçı kadrların hazırlanmasına keçən əsrin 20-ci illərindən başlanmışdır. Belə ki, ilkin olaraq Azərbaycan İnqilab Komitəsi tərəfındən yaradılan Politexnik İnstitutunun 5 fakültəsindən biri İqtisad fakültəsi olmuşdur. 1922-ci ildə isə Azərbaycan Dövlət Universitetinin İctimai Elmlər fakültəsində İqtisad bölməsi açılmış və bu bölmə 1930-cu ilə qədər iqtisadçı kadrlar hazırlamışdır. Azərbaycan Dövlət İqtisad Universiteti rəsmi şəkildə 1930-cu ildə yaradılıb. Müxtəlif dövrlərdə müxtəlif adlar altında fəaliyyət göstərmişdir. 1930-cu ildə Azərbaycan Dövlət Universiteti ləğv edilərkən onun müvafiq fakültələrinin bazası əsasında müxtəlif istiqamətlər üzrə ali məktəblər yaradılıb. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 1930-cu il 19 iyun tarixli qərarı Azərbaycan Dövlət Universitetinin iqtisadiyyat fakültəsinin bazasında Azərbaycan Ticarət Kooperasiya İnstitutu təsis edilib. Ali məktəb Azərbaycan Ticarət Kooperasiya İnstitutu adı ilə 1933-cü ilədək mövcud olub. 1933-cü il yanvarın 2-də Azərbaycan hökumətinin qərarı ilə Azərbaycan Ticarət Kooperasiya İnstitutunun bazasında Karl Marks adına Azərbaycan Sosial-İqtisad İnstitutu yaradılıb.
ADİU-nun Dərbənd filialı
Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı (ADİU-nun Dərbənd filialı) — Azərbaycan ali təhsil müəssisəsinin Rusiya Federasiyası Dağıstan Respublikası Dərbənd şəhərində fəaliyyət göstərən filialı; Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi. == Ümumi məlumat == Azərbaycan Dövlət İqtisad Universitetinin Dərbənd filialı 1993-cü ildən Azərbaycan prezidenti Heydər Əliyevin şəxsi təşəbbüsü və tapşırığı sayəsində yaradılmışdır. Filialın yaradılmasında əsas məqsəd Dərbənd şəhərində azərbaycanlıların xeyli sıx yaşadığını nəzərə alaraq , onları ixtisaslı iqtisadçı kadrlarla təmin etməkdir. Filial Dağıstan Respublikası Nazirlər Şurasının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyətə başlamışdır. Fəaliyyətə başladığı dövrdən hal-hazıra qədər yüzlərlə gənclər filialı bitirərək məzun olmuşdur. Həmin məzunlar hal-hazırda Rusiya iqtisadiyyatın müxtəlif sahələrində müvəffəqiyyətlə işləyirlər. Filialda 5 ixtisas üzrə bakalavriat hazırlanır: Dünya iqtisadiyyatı; Maliyyə-Kredit; Mühasibat uçotu və audit; Gömrük işinin təşkili; İqtisadiyyatın hüquqi tənzimlənməsi.Filialın tədris korpusu Dərbənd şəhəri, Sovet küçəsi, 10-b ünvanında yerləşir. Filialda 400-dən çox tələbə təhsil alır. Filialda 3-nəfər elmlər doktoru, professor, 10 nəfər elmlər namizədi, dosent, 7 nəfər baş müəllim, 5 nəfər assistent və müqavilə ilə digər müəllimlər fəaliyyət göstərirlər. Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ADİU-nun Dərbənd filialının yeni təhsil kompleksi tikilmiş və istifadəyə verilmişdir.
Adi Afrika kəli
Adi Afrika kəli (lat. Syncerus caffer) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin afrika kəli cinsinə aid heyvan növü. Afrikada geniş yayılmışdır. Hazırda Afrika kəli (Syncerus) cinsinin yeganə nümayəndəsidir. Afika kəli müasir iri heyvanlardandır. Fərdləri daha böyük olan yarımnövlərinin yetkin erkəklərinin kütləsi bəzən 1000 kq-ı aşsa da, kütləsi 900 kq olanlarının sayı da az deyil. Nadir hallarda bədəninin uzunluğu 3-3,4 m, kütləsi 1300 kq-a çatan yaşlı fərdlərə də rast gəlinir. Eyni zamanda adi Afrika kəlinin bəzi yarımnövləri nəzərəçarpacaq dərəcədə kiçik ölçülərə malikdir. Bununla yanaşı, meşə kəlləri Savannanın nisbətən kiçik sakinləridir. == Yarımnövləri == S. c.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 86.04 dəfə / 1 mln.
2002 ••••••••••••••• 109.64
2003 ••••••••••••••• 111.41
2004 •••••••••••• 86.91
2005 ••••••••• 68.83
2006 ••••••••• 68.25
2007 •••••••••• 74.85
2008 •••••••••• 73.09
2009 ••••••••••••• 98.39
2010 •••••••••••••• 106.75
2011 •••••••••••••• 103.46
2012 •••••••••••••• 101.02
2013 •••••••••••••••••••• 154.19
2014 ••••••••••••••••• 124.25
2015 ••••••• 52.06
2016 •••••••• 59.70
2017 ••••••• 53.17
2018 •••••• 45.40
2019 ••••••• 48.26
2020 ••••••••• 67.63

adi sözünün leksik mənası və izahı

  • 1 sif. [ər.] 1. Adət halına keçmiş, gündəlik, hər vaxtkı. Adi hal. Adi işlər. Adi qayda. // Həmişəki. Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqəsi ilə saxlamışdı. Mir Cəlal. Günəş qalın buludları yırtıb hər tərəfə işıq saçanda, artıq motor adi yeknəsəq səsi ilə fırlanırdı. M.Hüseyn. 2. Sadə, başqalarından fərqlənməyən. Adi şey. Adi adam. Adi geyim. – İndi respublikamızda vaxtı ilə adi fəhlə olmuş yüzlərlə alim və mütəxəssislər, ixtiraçılar vardır. İ.Əfəndiyev.

    Azərbaycan dilinin izahlı lüğəti / adi

adi sözünün sinonimləri (yaxın mənalı sözlər)

adi sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 ADİ – CİDDİ Bu, adi yol hadisələrindən biri idi. Baba keşiş hiss edirdi ki, nə isə daha əsaslı, daha ciddi hadisə baş verib (Elçin). ADİ – QƏRİBƏ Qısır Qarı adi adamlar kimi gəzə bilmirdi, həmişə yüyürürdü, həmişə qaçırdı (Elçin); Özünü qəribə adam kimi aparırdı (İ.Əfəndiyev). ADİ – MÜRƏKKƏB Ən çətin zamanlarda Əsgər kişi öz kitabxanasını adi səliqə ilə saxlamışdı (Mir Cəlal); Bəli, mürəkkəbdir həyat səhnəsi; hər şeyi göz görüb seçə bilməyir! (H.Hüseynzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / adi

adi sözünün rus dilinə tərcüməsi

  • 1 1. обыкновенный, обычный; 2. простой, заурядный;

    Azərbaycanca-rusca lüğət / adi
  • 2 прил. 1. обычный, привычный, всегдашний. Adi vaxt обычное время, adi il обычный год, adi gün обычный день, adi həyat обычная жизнь, строит. adi armatur обычная арматура, adi beton обычный бетон, adi rəngləmə обычная окраска 2. простой: 1) не сложный, не трудный для выполнения, легко доступный. Adi söz простое слово, adi məsələ простая задача, adi iş простая работа, adi ifadə простое выражение 2) элементарный по составу. Adi kəsr простая дробь 3) безыскусный, не замысловатый, не вычурный. Adi palto простое пальто 4) рядовой. Adi müəllim простой учитель, adi fəhlə простой рабочий 3. обыкновенный. Adi insan обыкновенный человек, adi addım спорт. обыкновенный шаг, adi teleqram обыкновенная телеграмма, adi boru архит. обыкновенная труба, adi qağayı зоол. чайка обыкновенная, adi şüa физ. обыкновенный луч 4. нормальный. Adi vəziyyət нормальное состояние 5. будничный ◊ adi gözlə простым (невооруженным) глазом; adi bir haldır в порядке вещей

    Azərbaycanca-rusca lüğət / adi

adi sözünün inglis dilinə tərcüməsi

  • 1 s. 1. ordinary, usual, 2. common, commonplace, plain; adi adam(lar) ordinary people; adi ərzaq plain food; adi ölüm ordinary mortal; adi gözlə with the naked eye; adi kəsr simple / vulgar fraction; adi ifadələr commonplace expressions

    Azərbaycanca-ingiliscə lüğət / adi

adi sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. habituel, -le ; coutumi||er, -ère ; banal, -e ; élémentaire ; ~ silah arme f ordinaire ; ~ silahların ixtisarı réduction f (diminution f) des armes ordinaires

    Azərbaycanca-fransızca lüğət / adi

adi sözünün ləzgi dilinə tərcüməsi

  • 1 [ər.] прил. 1. ади; адетдин, адет хьанвай, гьар йикъан; гьамишан, гьакӀан; adi işlər ади (гьакӀан) крар; 2. тӀили, масабурукай са фаркьни авачир; сая, саде; adi adam ади итим.

    Azərbaycanca-ləzgicə lüğəti / adi

adi sözünün türk dilinə tərcüməsi

adi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. 1) hərvaxtkı, fövqəladə olmayan; 2) başqalarından fərqlənməyən, sadə.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Bakı) əsla, heç. – A:di mənim munnan xəbərim yoxdı

Azərbaycan dilinin dialektoloji lüğəti.

"adi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adi nədir? #adi sözünün mənası #adi nə deməkdir? #adi sözünün izahı #adi sözünün yazılışı #adi necə yazılır? #adi sözünün düzgün yazılışı #adi leksik mənası #adi sözünün sinonimi #adi sözünün yaxın mənalı sözlər #adi sözünün əks mənası #adi sözünün etimologiyası #adi sözünün orfoqrafiyası #adi rusca #adi inglisça #adi fransızca #adi sözünün istifadəsi #sözlük