adı sözü azərbaycan dilində

adı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • adı • 97.1623%
  • Adı • 2.7763%
  • ADI • 0.0584%
  • adI • 0.0030%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ata adı
Ata adı (xüsusi ədəbiyyatda patronim kimi də istifadə olunur) — ata adından uşağa verilən nəsil adının bir hissəsi. Patronim adlarının variasiyası onun daşıyıcılarını daha uzaq əcdadlarla babalar, ulu babalar və s. ilə əlaqələndirə bilər. Familiyaların tətbiq olunmasından əvvəlki dövrdə ata adı müasir soyadlarla eyni sosial funksiyanı yerinə yetirirdi, yəni bir şəxsin daha dəqiq müəyyənləşdirilməsinə xidmət edirdi. Müasir Azərbaycan dilində ata adından sonra insanın cinsini müəyyənləşdirən sözlər də istifadə olunur. Ad formulasının tərkibində ata adı üçlü funksiyanı yerinə yetirir: ad daşıyıcını adaşından fərqləndirərək adı tamamlayır, ailə çevrəsindəki qohumluq əlaqələrini (ata - oğul) aydınlaşdırır və ehtiram (nəzakət forması) bəsləyir. == Variantlar == === Ərəbcə === İbn (ابن və ya بن: bin, ben, bəzən ismin qrammatik halını göstərmək məqsədilə ibni və ya ibnu; mənası – oğul) — ərəblərdə və ərəb dilindən istifadə edən xalqlarda şəxsin kimin oğlu olduğunu (bir növ soyadını) bildirmək üçün atasının adından əvvəl işlədilən söz. Nümunə kimi, İbn Məsud (Məsudun oğlu), İbn ən-Nədim (Nədimin oğlu) və s. Xilafət tərkibinə daxil olduqdan sonra Azərbaycanın bir çox elm, incəsənət və mədəniyyət xadimi də adlarında ibn sözundən istifadə etmişlər (məsələn, İbn Məkki əl-Bərdəyi, Əhməd ibn Əyyub əl-Hafiz Naxçıvani və s.).
Domen adı
Domen – İnternet şəbəkəsində domen adları fəzasının sahəsidir. Domen adı dedikdə domenin simvolik adı nəzərdə tutulur. Domen adı bir domen daxilində istənilən hərf və rəqəm birləşməsi ola bilər. Domenin tam adı nöqtə ilə ayrılmış bütün domenlərin adlarından təşkil olunur və İnternetdə nəşr edilmış hər hansı veb-saytın ünvanını göstərir. Məsələn, az.wikipedia.org domen adı üçüncü səviyyəli az domeninə aiddir, o da öz növbəsində ikinci səviyyəli wikipedia domeninə, wikipedia isə birinci səviyyəli org domeninə aiddir. Saytların rəqəm şəklində verilmiş İP ünvanlarını yadda saxlamaq çox çətin olduğundan DNS sistemi vasitəsilə bu ünvanlar domen adları ilə əvəz olunur. Beləliklə, domen adı – istənilən İnternet istifadəçisinin sayta müraciətinə şərait yaradan ünvandır. Domen adına qərar verdikdən sonra domen yoxlamaq mərhələsinə gələ bilərsiniz. Biznesinizin üçün satın almağı düşündüyünüz domen adlarının boş olub-olmadığını burada yoxlamalısınız. Daha sonra isə satın alma mərhələsinə keçə bilərsiniz.
Faylın adı
Faylın adı (ing. filename) — faylı başqa fayllardan fərqləndirmək üçün ona mənimsədilən hərflər, rəqəmlər və başqa yolverilən simvollar yığını. Faylın adı, adətən, onun tipini və ya təyinatını geniş təsvir edən uzantı (EXTENSİON) ilə müşayət olunur. MS-DOS əməliyyat sistemində faylın adı səkkiz simvoldan artıq ola bilməz, həm də faylın adında hərf və rəqəmlərlə yanaşı, defis və altcizgi simvolları kimi, bəzi durğu simvollarından da istifadə etmək olar. Mas OS əməliyyat sistemində faylın adı 31 simvoladək ola bilər və onların arasında ikinöqtədən (:) başqa istənilən simvol ola bilər (: simvolundan yolun (PATHNAME) elementlərini bir-birindən ayırmaq üçün istifadə olunur). OS/2 sisteminin HPFS fayl altsistemində fayların adlarının uzunluğu 254 simvoladək ola bilər, ancaq disksürənin hərfindən, yoldan və faylın adından ibarət olan kombinasiyanın uzunluğu 259 simvolu aşa bilməz. NTFS fayl sisteminin istifadə olunduğu Windows NT əməliyyat sistemində faylın adı 255 simvoladək ola bilər. HPFS və NTFS sistemlərində faylın adında boşluq simvolundan istifadə etməyə icazə verilir. Bir çox nəşriyyatlar bitişik deyil, "file name" yazılışına üstünlük verir.
Hor adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Horus adı
Horus adı və ya Şahin kimi adı qədim Misir fironlarına verilən beş titul adından biridir. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir.
Məbəd adı
Məbəd adı — Çin, Koreya (Koryö və Coson dövrləri) və Vyetnam tarixində hökmdarların istifadə etdiyi ad növü. Bu adlar imperatorun ölümündən sonra verilirdi və adətən iki hecadan ibarət idi: Sifət — imperatorun hakimiyyətinin səciyyəvi xüsusiyyətlərindən seçilirdi. Sülalənin baniləri çox vaxt Uca (高) və ya Böyük (太) epitetləri ilə anılırdılar. İmperator — əsasən çu (祖) və ya çonq (宗) heroqlifləri ilə bildirilirdi. Çu (祖 — əcdad) — əsasən sülanin banilərinə verilirdi. Koreya ekvivalenti co (조), Vyetnam ekvivalenti to adlanır. Çonq (宗 — ulu baba) — sülalənin digər üzvlərinə verilirdi. Koreya ekvivalenti conq (종), Vyetnam ekvivalenti tonq adlanır. Bu adların yazıldığı löhvələr saraylardakı əcdad məbədlərində yerləşdirilir, insanların ibadəti üçün açılırdı. Xan sülaləsi, Tan sülaləsi və Min sülaləsində bu adlar geniş istifadə olunurdu.
Nebti adı
Nebti adı ("ikili hökmdar", "hər ikisinin sahibi" mənasını daşıyır) — Qədim Misirdə hökumdar titulunun beş adından biri. Nebti adı Yuxarı və Aşağı Misirin heraldik ilahələri ilə əlaqəlidir: Nexbet kərkəs timsalında Yuxarı Misirin himayəçisi hesab olunur. Uacet ya Horun gözü, eynəkli ilan - kobra timsalında Aşağı Misirin himayəçisi hesab olunur. Hökumdar titullarının içində bu ad fironun Nil çayı boyu yerləşən hər iki məmləkət (Aşağı və Yuxarı Misir) üzərində tam mütləq haikiyyətə malikliyini göstərir. Bu titul ilk Smerxet sülaləsi dövründən başlayaraq tətbiq olunmağa başlanılmışdır.
Qızıl adı
Qızıl ad, Qızıl horus ad Qədim Misir fironlarının 5 çar titul adından biri. Qızıl ad titulunun daşıdığı məna hələ də tam şəkildə açıqlanmamışdır. Güman edilir ki, çar və ya firona günəşlə eyniləşdirmək üçün "Qızıl adı" verirmişlər. Rəmzi boyunbağı üzərində oturmuş şahin quşudur. "Qızıl ad" bir titul kimi III sülalə dövründən başlayaraq firon Coser tərəfindən təsis edilmişdir. Yazılarda üzərində şahin oturmuş boyunbağı təsviri kimi Orta qədim dövrə qədər gəlib çatmışdır. Şəxsi ad Taxt-tac adı Hor adı Nebti adı Set adı Hans Bonnet: Goldhorus, in: Lexikon der ägyptischen Religionsgeschichte, Hamburg 2000 ISBN 3-937872-08-6 S. 216f. Wolfgang Helck, Eberhard Otto (Ägyptologe): Kleines Lexikon der Ägyptologie. Harrassowitz, Wiesbaden 1999, ISBN 3-447-04027-0 Jürgen von Beckerath: Handbuch der ägyptischen Königsnamen. Münchner Ägyptologische Studien, Bd.
Qızılgülün adı
Qızılgülün adı (it. Il nome della rosa — postmodernist roman. Eco nun orta əsrlər və xristianlıq dünyasından bəhs edən əsəri. [1] Bu o romanlardandır ki, ədəbiyyatı sevməyənlər belə, ümumi dünyagörüşün inkişafı naminə onu oxumalıdırlar. Çağdaşımız olan böyük Qərb mütəfəkkirinin qələmindən çıxmış böyük Qərb mədəniyyətinin bəhrəsi olan bu roman ünlü nəzəriyyəçilərin və dünya oxucularının alqışını qazanıb, yazılmasından 30 ildən artıq vaxt keçir, hələ də fəlsəfi ədəbiyyatı sevənlərin diqqət mərkəzindədir. Yazıçının Boloniya universitetində professor, filosof, tarixçi olması və Orta əsrlər barədə dərin biliyi romanı uğurlu edən səbəblərdəndir. Bu roman ədəbi dəyəri inanılmaz dərəcədə yüksək olan detektiv ünsürlərlə dolu tarixi polisiyə romanıdır. Eco hər bir ipucunu , dəlilləri oxucunun əlinə verərək , sanki, bizim hadisələri araşdırmağımızı istəyir. Xristianlıq tarixinin də dərinliklərinə enir , xristianlığın ayrı-ayrı qollarını detallı bir şəkildə oxucuya danışır. Kitabı oxuyaraq xristianlığın hansı qollarının imperatora yaxın , hansının papaya daha yaxın olduğunu görmək olar.
Set adı
Set adı — qədim Misir fironlarına verilən beş titul adından biri olan Hor adının analoqu ya əvəzləyicisi. Dördüncü sülalə dövrünə qədər, fironların tək Hor adı mövcud olmuşdur. Qədim inaclara görə hökumdar həyatının sonuna qədər göylər allahı şahinin (Hor) yerdəki təmsilçisidir. Peribsenin digər fironlardan fərqli olaraq öz hökmdar titulu Hor adını Horun düşməni olan Setin şərəfinə Set adı ilə əvəz etmişdir. Bunun hansı məqsəd güddüyü hələ də məlum deyildir. Fərziyyələrin birinə əsasən hökmdar siyahılarına əsasən Peribsenin sələfi Sexemib-Perenmaatdır, lakin ola bilsin ki, Peribsen və Sexemib eyni şəxslər olmuşlar. Bu baxımdan Hor adı titulu daşıyan Sexemib hansısa səbəb üzündən ondan imtina edərək Set adı titulunu götürmüşdür. Peribsenin Abidos siyahısında dəfn stelinin üzərində öz Hor Sexemib adını silldirərək onu Set Peribsen adı ilə əvəz etdirməsi, güman edilir ki, o zamanki dini reform ilə əlaqəlidir. Sülalə öncəsi dövrlərdə Set Aşağı Misirin rəmzi hesab olunurdu. Ola bilsin ki, Peribsen Aşağı Misir üsyançılarının başçısı olsun və onun hakimiyyəti bütün Misir ərazisinə şamil edilmirdi.
Səhnə adı
Səhnə adı aktyorlar, komediyaçılar, müğənnilər və musiqiçilər tərəfindən istifadə olunan təxəllüsdür. Bu cür peşəkar qondarma ləqəblər müxtəlif səbəblərə görə qəbul edilir və onlar fərdin doğum adı ilə oxşar və ya demək olar ki, eyni ola bilər. Qeyri-adi olsa da, bəzi ifaçılar bir müddət sonra öz səhnə adlarını qanuni ad kimi qəbul etməyi seçirlər. Ləqəblər və qız soyadları bəzən bir insanın peşə adında istifadə olunur. İfaçılar tez-tez səhnə adlarından istifadə edirlər, çünki onların əsl adı ya cəlbedici deyil, ya darıxdırıcı və ya istəmədən gülməli sayılır; tələffüz etmək və ya yazmaq çətindir; başqa görkəmli şəxs tərəfindən, o cümlədən tam olaraq eyni olmayan, lakin hələ də çox oxşar adlar istifadə olunur. Digər ifaçılar anonimlik üçün səhnə adından istifadə edirlər, çox vaxt porno ulduzlar, xüsusən də karyeralarını dəyişmək niyyətində olanlar belə edirlər. Yazıçılar arasında ekvivalent anlayışa nom de plume ( təxəllüs adı ) deyilir. Radioda "radio adı" və ya "efir adı" termini istifadə olunur. Məşhurla qohumluq əlaqəsi olan bəzi şəxslər başqa soyad götürürlər. Nikolas Koppola kimi anadan olan aktyor Nikolas Keyc əmisi rejissor Frensis Ford Koppola ilə müqayisə olunmamaq üçün yeni soyad seçib.
Soy-adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Soy adı
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Qızlıq adı
Qızlıq soyadı — qadınlarda soyadın evlənmədən əvvəl ailəsindən qalmasına deyilir. Bir qadın evlənmədən əvvəl ailəsindən aldığı soyadı daşıyır. Evləndikdən sonra isə evləndiyi kişinin ailəsindən daşıdığı yeni soyadı alır. Köhnə soyada "qızlıq soyad" deyilir. Bəzi ölkələrdə isə qadınlar, istədiyi soyadı daşıyabilir.
Doğum adı
Ad — Canlı və cansız varlıqları, duyğu və düşüncələri, müxtəlif vəziyyətləri bildirən sözlər. Adlar ümumi və xüsusi ad olmaq üzrə ikiyə ayrılar. Xüsusi ad: Dünyada tək bir varlığı ifadə edən adlara deyilir. Ümumi adlar ayrılar: Maddə adları: Əllə tutulub gözlə görülən varlıqlara verilən adlara deyilir. Məsələn: masa, paltar, daş, düzənlik, prospekt, küçə…. Məna adları: Əllə tutulmayan və gözlə görülə bilməyən varlıqlara verilən adlara deyilir. Məsələn: səs, yuxu, sevinc, acı/ağrılı, yuxu, ağıl, xasiyyət, xoşbəxtlik, həsrət, sevgi və s. Birlik adları: Eyni növdən olan varlıqların toxlu olaraq ol/tapıldıqları vəziyyətlərə verilən adlara deyilir. Məsələn: məktəb, sinif, lağ/alay, batalyon, sürü, meşə, xalq, millət, ailə, xor… == Adlarda təklik və çoxluq == Bir tək varlığı ifadə edən tək ad, eyni cinsdən bir çox varlığı ifadə edən adlara isə çoxluq ad deyilir. == Şəxs adları == Bizdən sonra dünyada qalan həyatdakı əməllərimizin güzgüsü adımızdır və heç nəyə görə yox, məhz adımıza görə də bizi yad edəcəklər.
Kod adı
Kod adı — hər hansısa bir hadisəni, şəxsi, layihəni və ya hər hansı bir konsepsiyanı (anlayışı) təsvir etmək üçün istifadə edilən başqa addır. Kod adından müntəzəm olaraq hərbi və ya casusluq sahələrində istifadə olunur. == İstinadlar == == Xarici keçidlər == Arkin, William M. Code Names: Deciphering US Military Plans, Programs, and Operations in the 9/11 World (ingilis). South Royalton, Vermont: Steerforth Press. 2005. ISBN 978-1-58642-083-3. Gehrs-Pahl, Andreas; Parsch, Andreas. "Code Names for U.S. Military Projects and Operations". www.designation-systems.net. 4 October 2006.
Abova (qışlaq adı)
Allahın 99 adı
Allahın 99 adı (ərəb. أسماء الله الحسنى‎ — Allahın gözəl adları) — Əsmayi-hüsna. Möminlərə görə insan təfəkkürü Uca Yaradanı dərk etmək və tanımaq üçün yetərli olmadığından, insan yalnız Onun Özünü bizə tanıtdığı kimi anlaya bilir. Bu prosesin incəliklərini dərk etməkdə Onun gözəl adlarını (əsmayi-hüsna) öyrənmək daha məqsədəuyğundur. Qurani-Kərimdə buyurulur: "Ən gözəl adlar (əsmayi-hüsna) Allahındır. Onu bu adlarla çağırıb dua edin…"; "Allah — Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!". Həzrət Peyğəmbərdən (s) rəvayət edilən hədislərin birində deyilir: "Allahın 99 ismi var. Kim onların mənasını bilərək əzbərləyib, sayarsa, Cənnətə girər". == Əsmaül Hüsna == Adın cəmi olan əsma və "gözəl, ən gözəl" mənasını verən hüsna sözlərindən ibarət olan əsma-i hüsna (əl-əsmaü’l-hüsna) birləşməsi Allaha aid edilən adları ifadə edir.
Basshunter (səhnə adı)
Basshunter (tam adı: Yonas Erik Altberq, isv. Jonas Erik Altberg; d. 22 dekabr 1984, Halmstad) — İsveç müğənnisi, musiqi prodüseri və DJ-yi.
Domen adı spekulyasiyası
Domen adı spekulyasiyası (ing. domaining)— İnternet domen adlarının sonradan mənfəət məqsədi ilə yenidən satışa çıxarılması üçün müəyyən etmək, qeydiyyata almaq və əldə etmək üsuludur. Bu trafik növünə aid ola biləcək sözləri əhatə edən domen adları haqqında fikir yürütmək adi haldır. Buna görə də, «poker» (poker), «insurance» (sığorta), «travel» (səyahət), «creditcards» (kredit kartları), «sex» və digərləri kimi ümumi sözlər və ifadələr istənilən yüksək səviyyəli domendə spekulyasiya üçün cəlbedici hədəflərdir. Domen adının spekulyativ xüsusiyyətləri xəbərlər və ya cari hadisələrlə əlaqəli ola bilər. Həmçinin, bu cür imkanların aktual olduğu effektiv dövr məhdud ola bilər. Domen satışında sürətli dönüş çox vaxt domen dempinqi adlanır.
Gertruda (kod adı)
Gertruda, Gertrude və ya Gertrud, Nasist Almaniyasının Türkiyəni işğal etmək planlarında istifadə olunan kod adıdır və fikir 1942-ci ilin yayının əvvəllərində formalaşmağa başlamışdı. Bu kod adı sonradan dəyişdirildi. Qırmızı Ordunun Qafqazdakı hücum hərəkətləri və müttəfiqlərin Siciliyadakı əməliyyatları səbəbindən bu fikirdən imtina edildi. Şərq regionları nazirliyindən tapılan sənədlərə görə Nasist liderləri, gec-tez türkçülük və Azərbaycanın Türkiyə ilə birləşməsinin Almaniyaya təhlükə yaradacağını bilirdilər. “Böyük Turan” adı ilə Azərbaycan və Türkiyənin birləşməsi 1942 və 1943-cü illərdə nasist liderləri tərəfindən müəyyənləşdirildi. Birləşmiş Ermənistan ideyası türklərin Qafqazdakı istəklərinə qarşı tarazlaşdırıcı bir fikir ola bilərdi. Müstəqil Qafqaz Hərəkatı ermənilərin müstəqillik tələblərini qeyd etmişdi. Bəzi iddialara görə, bu Adolf Hitler tərəfindən bu ideya təklif edilmiş və təsdiq edilmişdir.
Mömin (Allahın adı)
Əl-Mu`min (ər. المؤمن) — Allahın adlarından biri. Bu söz iman ilə bağlıdır. Xəlifələr (ikinci xəlifə Ömərdən başlayaraq), sonra isə müsəlman aləminin digər hökmdarları əmir əl-möminin, yəni möminlərin əmiri, başçısı, adını daşıyırdılar. Mömin — inanan, güvənən, qoruyan və əminlik verən. Mömin "iman edən" deməkdir. İman həm "təsdiq etmək", həm də "əminlik vermək" mənalarına gəlir. Təsdiq mənası: Allahın imanı, həm özünü təsdiq etməsi, həm də peyğəmbərlərini kitabları ilə təsdiq etməsidir. Uca Allah (c.c.) buyurub: "Allah şəhadət edər ki, özündən başqa ilah yoxdur" (Ali-İmran, 18). Allah, qullarına olan vədlərini doğruldur və verdiyi sözləri yerinə yetirir.
NATO kod adı
NATO kod adları (ing. NATO reporting name) — Sovetlər İttifaqı (müasir Rusiya), Çin və nadir hallarda digər ölkələrin hərbi və aviasiya texnikasını adlandırmaq üçün NATO-nun istifadə etdiyi adlar. Kod adları müəyyən qayda ilə ingilis dilindəki sözlərdən təyin edilərək, silahların rəsmi-qəliz adlarından fərqli olaraq, çox asan və dəqiq başa düşməni təmin edir. Adların verilməsi Hava Standartlaşdırmalarının Koordinasiya Komitəsi (Air Standardization Coordinating Committee-ASCC) tərəfindən yerinə yetirilir. Bu komitəyə ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiya daxildir. NATO kod adlandırmasında hər bir texnika daxil olduğu növün ingilis dilində adının baş hərfinə uyğun olaraq başlayır. A — hava-hava tipli raketlər (Air-to-Air missiles) B — bombardman təyyarələri (Bomber) C — yük təyyarələri (Cargo) F — qırıcı təyyarələr (Fighter) G — yer-hava tipli raketlər (Ground-to-Air) H — vertolyot (Helicopter) K — hava-yer tipli raketlər (Air-to-Surface missiles, rus dilindəki "X" hərfinin ingilis transkripsiyasındakı "Kh"-nın ilk hərfi).
Taxt-tac adı
Taxt-tac adı ("Nisu-bit", "Nesut-biti", "Nisut-biti") — Qədim Misirdə hökmdar titulunun beş adından biri. Taxt-tac adı Qədim Misirdə fironlara verilən titulların içində ən vacibi olub, IV sülalə dövründən başlayaraq öz tətbiqini tapmışdır. V sülalə dövründən Neferirkar onu ikinci kartuş kimi öz şəxsi adına əlavə etmişdir.
Uzun fayl adı
Uzun fayl adı (en. long filename) – uzunluğu 11 simvoldan (DOS əməliyyat sistemində olduğu kimi) çox olan fayl adı. Uzun fayl adları OS/2, Windows, Macintosh, UNIX əməliyyat sistemlərində dəstəklənir. Windows 95 və sonrakı versiyalarda fayl adının uzunluğu 255 simvoladək ola bilər. Fayl adlarında həm kiçik, həm də böyük hərflərdən, eləcə də boşluq somvolundan istifadə etmək olar. Komandada istifadə olunduqda adında boşluq simvolu olan uzun fayl adlarını dırnaq arasında göstərmək lazımdır. Məsələn: C:\> dir “My Program Files” DOS və Windows 3 əməliyyat sistemlərində uzun fayl adları avtomatik olaraq qısa fayl adlarına çevrilir (məsələn, MY˜PRO˜1 kimi). İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Elvin Adıgözəl
Elvin Adıgözəl (18 noyabr 1989) — kinorejissor. == Həyatı == Elvin Adıgözəl 18 noyabr 1989-cu ildə Azərbaycanın Goranboy rayonunda dünyaya gəlib. Uşaqlığından başlayan kino sevgisi onu 2005-ci ildə paytaxt Bakıya gətirir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində aldığı təhsillə kifayətlənməyərək, Bakı Kamera Teatrı nəzdində aktyorluq kurslarına da yazılır. Bir çox teatr sənətçilərindən dərs alır. 2008-ci ildə işdən kənar pul qazanmaq üçün çalışdığı televiziya kanalının avadanlığı hesabına ilk qısa filmlərini çəkməyə başlayır. Elvin Adıgözəl 2009-cu ildə çəkdiyi “Dönüş” filmi onu dünya kinosunda azad produsserliklə məşğul olan məşhur Qiyom De Siel (Guillaume De Seille) ilə tanış etdi. Bu tanışlıq filmin çəklişindən 2 il sonra 2011-ci ildə baş verdi. Elvin Adıgözəl 2010-cu ildə çəkdiyi “Dumanda” adlı qısa filmi “START” kinofestivalının juri mükafatına layiq görülür. Sonra “Buqələmun” adlı film çəkir.
Eyfel qülləsi üzərinə yazılmış 72 şəxsin adı
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Eyfel qülləsində adı yazılmış 72 şəxsin adı
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
Eyfel qülləsində adı yazılmış şəxslər
=== Yerləşdiyi yer === Eyfel qülləsinin şimal-şərq tərəfi (La Bourdonnais tərəfi kimi də bilinir.
F.Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi
Fidan Hacıyeva adına Vokal Musiqi Məktəbi və ya qısa olaraq FHVMM – Xalq artisti Fidan Hacıyeva tərəfindən təsis edilmiş və öz adını daşıyan ilk özəl, ödənişli musiqi məktəbi. == Haqqında == 2016-cı ildə fəaliyyətinə başlayıb və 9 avqust 2017-ci ilədək "Fidan Hacıyevanın Musiqi Mərkəzi" adı ilə fəaliyyət göstərib. 2017-ci il 25 Fevralda mərkəzin tədris zalında Xocalı soyqırımına həsr olunmuş və tələbələrlə ilk konserti olub. Tamaşaçı sayının az olmasına baxmayaraq, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Karol Meri Krofts konsertin izləyiciləri sırasında olub. 2017-ci il 28 Mayda Fidan Hacıyeva tələbələri ilə Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 99-cu ildönümünə həsr olunan, Zirə Mədəniyyət Mərkəzində, sayca ikinci, böyük auditoriya qarşısında isə ilk konserti ilə çıxış edib. Hətta tələbələrinin opera ifası bacarıqlarını nümayiş etdirmək üçün tələbəsi Elçin Əliyevlə Üzeyir Hacıbəyovun "Arşın Mal Alan" operasından "Əskər və Gülçöhrənin ariyası"nı da ifa edib. 2017-ci il 11 İyun tarixində Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Musiqi Mərkəzinin yaranmasının bir illiyi münasibətilə sayca üçüncü dəfə "Yeni Səslər" adlı konsert proqramı tamaşaçılara təqdim olunub. Bu konsert proqramı digər konsertlərdən tamaşaçı sayının daha çox olması ilə yanaşı ifalar və janrlarla da fərqlənib. 09 avqust 2017-ci ildə Fidan Hacıyeva öz tələbəsi Elçin Əliyevi mərkəzə direktor təyin edir. Bundan sonra mərkəzin adı "Fidan Hacıyeva adına Vokal Musiqi Mərkəzi" adlandırır.
Fikrət Adıgözəlli
Fikrət Adıgözəlli — Əməkdar jurnalist, idman verilişlərinin şərhçisi və aparıcısı. == Həyatı == Fikrət İlyas oğlu Adıgözəlli 10 may 1961-ci ildə anadan olub. 1978-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub və 1983-cü ildə oranı fərqlənmə diplomu ilə bitirib. Hələ tələbə olduğu vaxt "Araz" radiosunda verilişlər hazırlayıb. Universiteti bitirdikdən sonra, 29 avqust 1983-cü ildə Teleradio Verilişləri Komitəsinə işə götürülüb. Televiziyada ştat üzrə boş yer idman redaksiyasında olduğu üçün orada kiçik redaktor kimi işə başlayıb. İlk vaxtlar idman redaksiyasında müvəqqəti işləyəcəyini və gələcəkdə başqa redaksiyada boş yer olan kimi yerini dəyişəcəyini düşünüb. Lakin bir müddət sonra hamı onu idman jurnalisiti kimi tanıdığından başqa redaksiyaya keçmək fikrindən daşınaraq idman redaksiyasında qalıb və orada şöbə müdiri vəzifəsinə qədər yüksəlib. Bu günə qədər idman verilişlərinin aparıcısı və şərhçisi kimi fəaliyyət göstrərir. AzTV və İdman TV-dən başqa "İdman", "Bakı", "Kommunist", "Azərbaycan gəncləri" qəzetlərində də çalışıb.
Fikrət Adıgözəlov
Adıgözəlov Fikrət Salam oğlu — iqtisad elmləri doktoru, professor. == Həyatı == Fikrət Adıgözəlov 1943-cü ildə Qubadlı rayonunda anadan olub. Ali təhsilin başa vurduqdan və ordu sıralarında xidməti vəzifəsini yerinə yetirdikdən sonra 1968-ci ildə Azərbaycan Dövlət Plan komitəsinin ET iqtisadiyyat institutunda kiçik elmi işçi, baş elmi işçi işləmiş, 1976-cı ildə isə su resursları və su təsərrüfatı tikintiləri bölməsinə rəhbərlik etmişdir. O, 1983-1991-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri institutunda "Hidrotexnika işlərinin təşkili və texnologiyası" kafedrasının dosenti, 1991-1997-ci illərdə həmin kafedranın professoru seçilmişdir. 1988-1999-cu illərdə isə humanitar və ictimai fənlər kafedrasının müdiri işləmişdir. 1999-cu ilin sentyabrından o, "İnşaatın iqtisadiyyatı" kafedrasının professoru vəzifəsində çalışır. == Elmi fəaliyyəti == Fikrət Adıgözəlov elm və tədris ocaqlarında işlədiyi müddətdə su problemlərinə dair dövlət əhəmiyyətli elmi-tədqiqat işləri yerinə yetirmiş, respublikamızda su təsərrüfatı təyinatlı çoxlu tikinti obyektlərinin inşasının səmərəliliyini elmi cəhətdən əsaslandırmışdır. Bunların əksəriyyəti ölkənin xalq təsərrüfatı planına daxil edilərək, tikintisi həyata keçirilmişdir ki, bu da respublikamızda ucuz elektrik enerjisi istehsalının artmasına və suvarılan sahələrdə kənd təsərrüfatının inkişafına böyük təsir göstərmişdir. Fikrət Adıgözəlov su təsərrüfatının aktual problemlərinə dair apardığı elmi-tədqiqat işlərinə yekunlaşdıraraq 1976-cı ildə "Sudan səmərəli istifadə olunmasının və mühafizəsinin Naxçıvan MSSR-də məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsinə təsiri"nə dair aktual bir mövzuda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. F.S.Adıgözəlovun tədqiqatları konkret nəzəri, metodoloji və praktiki əhəmiyyət kəsb edən problemlərin dərindən həllinə yönəldiyindən geniş aprobasiya olunmuşdur.
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyası — Gəncədə fəaliyyət göstərən konsert kompleksi. Filarmoniya binası 2012-2017-ci illərdə Cavad xan və Zərrabi küçələrinin kəsişməsində memar Ramiz Hüseynovun layihəsi əsasında inşa edilib. Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir, lakin, 1990-cı ildən Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayır. == Tarixi == Gəncə Filarmoniyasının əsası 1935-1936-cı illərdə Üzeyir Hacıbəyovun təşəbbüsü ilə qoyulub. Böyük Vətən Müharibəsi zamanı Fikrət Əmirov döyüşlərdən kantuziya ilə qayıtdığından onu işləmək üçün Gəncə Filarmoniyasına göndərirlər. 1946-1949-cu illərdə Filarmoniyaya xalq artisti Məhəmməd Bürcəliyev rəhbərlik edir. 1949-cu ildə Gəncə Dövlət Filarmoniyasının fəaliyyətinə xitam verilir. 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə Gəncədə yeni mahnı və rəqs ansambılı fəaliyyətə başlayır. Gəncədə ilk simfonik orkestr 1969-cu ildə Şirin Rzayev tərəfindən yaradılmışdır.
Fikrət Əmirov adına Musiqi Məktəbi (Sumqayıt)
Fikrət Əmirov adına Musiqi Məktəbi — Sumqayıtda musiqi məktəbi. == Ümumi məlumat == 1991-ci ildə fəaliyyətə başlamışdır. Ümumi sahəsi 500 kv.m olan məktəbin 40 sinif otağı, 150 nəfərlik zalı şagirdlərin ixtiyarındadır. Məktəbdə 217 nəfər müəllim çalışır ki, onlardan 39 nəfəri ali, 178 nəfəri isə orta ixtisas musiqi təhsillidir. 9 ixtisas üzrə fortepiano, skripka, tar, kamança, qarmon, saz, klarnet, nağara, xanəndəlik-muğam üzrə 627 nəfər şagird təhsil alır. Məktəbin məzunları Əliyeva Natəvan, Rzayev Rəşad, Əliyev Vüqar, İbrahimov Şamxal, Quliyeva Mətanət və b. doğma kollektivə müəllim kimi qayıdıb musiqinin sirlərini şagirdlərə həvəslə öyrədirlər. Tarixi günlərin, bayramların lazımi səviyyədə qeyd olunması, Azərbaycan və dünya bəstəkarlarının yaradıcılığına həsr edilmiş gecələrin, konsert proqramlarının təşkil edilməsinin öhdəsindən məktəbin kollektivi bacarıqla gəlir. 1996-cı ildə məktəbin 5 illik, 2001-ci ildə isə 10 illik yubileyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileylə bağlı "Ömrün musiqi yaşantıları" adlı kitab nəşr edilmişdir.
Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası
F. Köçərli adına Respublika Uşaq Kitabxanası — 1965-ci ildə yaradılmış kitabxana. == Fəaliyyəti == 1999-cu ildə qüvvəyə minmiş "Kitabxana işi haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı 2004-cü il 12 yanvar tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il 27 dekabr tarixli "2005–2006-cı illərdə Azərbaycan dilində latın qrafikası ilə çapı nəzərdə tutulan əsərlərin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları və 6 oktyabr 2008-ci il tarixli "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008–2013-cü illərdə inkışafı üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə Sərəncamı kitabxana işinin inkişafında yeni bir mərhələ olmuşdur. F. Köçərli adına Respublika Uşaq Kitabxanasında Avtomatlaşdırma və kompüterləşdirmə şöbəsi 2005-ci ildən fəaliyyət göstərir. Hazırda şöbə kitabxana fondunun elektron informasiya daşıyıcılarına köçürülməsi və elektron kataloqun yaradılması proseslərini müvəffəqiyyətlə həyata keçirir. 2009–2014-cü illər ərzində Elektron kataloqa 119 min 932 nüsxə kitab, "Qızıl fond" bazasına 386 kitab, "Retro" bazasına 19 min 993 adda, Elektron kartotekaya isə 60 min 865 yazı daxil edilmişdir. Milli mənəvi dəyərlərimizin qorunması məqsədilə kitabxananın saytında (www.clb.az) kitab adidələri rubrikası açılmış və orada "Qızıl fond"da olan kitabların təqdimatı hazırlanaraq oxucuların diqqətinə çatdırılmışdır. Milli dəyərlərimizin qorunması və təbliği işində kitabxana bir sıra tədbirlər həyata keçirir. Hər il kitabxanada 2 aprel Beynəlxalq Uşaq Kitabı günü ilə əlaqədar Milli Uşaq Kitabı Sərgisi təşkil olunur. 2009-cu il uşaq İli ilə əlaqədar kitabxanada "Dünya uşaq ədəbiyyatının inciləri" adlı Beynəlxalq kitab sərgisinin açılışı oldu. Azərbaycanda fəaliyyət göstərən 20 ölkənin səfirlikləri uşaq ədəbiyyatlarını kitabxanada nümayiş etdirməklə təkcə uşaq ədəbiyyatı nəşri ilə məşğul olan nəşriyyatların, redaktorların, yazarların deyil, həmçinin uşaqların marağına səbəb oldu.
Füzuli adına Beynəlxalq Mükafat
Füzuli adına Beynəlxalq Mükafat — Azərbaycan Respublikasında iki ildən bir verilmiş mükafat. == Tarixi == Füzuli adına Beynəlxalq Mükafat dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 500 illik yubileyi münasibətilə Azərbaycan Respublikası Prezidentinin 13 sentyabr 1996-cı il tarixli 403 nömrəli Sərəncamı ilə təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 1997-ci il tarixli Sərəncamı ilə Füzuli adına Beynəlxalq Mükafat haqqında Əsasnamə təsdiq edilmiş, Füzuli adına Beynəlxalq Mükafat Komissiya yaradılmışdır. Müvafiq sərəncamlar 15 fevral 2019-cu ildə ləğv edilmişdir.
Fərid Adıgözəlov
Gindes adına Uşaq və Yeniyetmələr üçün Respublika Vərəm Xəstəlikləri Sanatoriyası
Givi Kiladze adına stadion
Ramaz Şengeliya adına stadion (gürc. რამაზ შენგელიას სახელობის სტადიონი) — Gürcüstanın Kutaisi şəhərində yerləşən və Torpedo Kutaisi klubunun ev oyunlarını keçirdiyi stadion. == Tarixi və haqqında == Stadion 1948-ci ildə layihələşdirilmişdir. 1950-ci ildən tikintisinə başlanmışdır. Stadion, "Lokomotiv Kutaisi" klubu Sovet "B" liqasında çıxış etməyə başlayandan, 1957-ci ildən istifadəyə verilmişdir, amma stadion tam tikilib başa çatdırılmamışdır. Stadion tam olaraq 1962-ci il mayın 2-də "Torpedo Kutaisi" komandası güclülər dəstəsində çıxış etməyə başladıqda hazır olmuşdur. Sovet dövründə stadion "Mərkəzi Stadion" adlanırdı. 2010-cu il mayın 24-də stadion yenidənqurmadan sonra yenidən açıldı, stadiona Kutaisi şəhərində idman həyatının inkişafında əməyi olmuş əfsanəvi Kutaisi idmançısı Givi Kiladzenin adı verilmişdir. Stadion UEFA standartlarına uyğundur və burada beynəlxalq səviyyədə yarışların keçirilməsi üçün bütün şərait var. Stadion Gürcüstanın qərbində yerləşmiş ən böyük və tutumlu stadiondur.
Gərgər (Adıyaman)
Gərgər - Türkiyənin Adıyaman ilinin ilçələrindən biridir. == Ərazi == Gərgər ilçəsinin ərazisi 702 km² sahəni əhatə edir . İlçə tərkibinə Gərgər qəsəbə bələdiyyəsi və 45 kənd daxildir . Gərgər qəsəbə bələdiyyəsi beş (Fatih, Kələşan, Mərkəz, Seyidmahmud və Yeniməhəllə) məhəllədən ibarətdir . Gərgər bələdiyyəsinin məhəllələri və ilçənin tərkibindəki kəndlər muxtarlar tərəfindən idarə edilirlər . == Əhali == Gərgər qəsəbə əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 3,189 nəfərdir (1,599 nəfər kişi və 1,590 nəfər qadın olmaqla) . === Dil === === Kəndlər === Adıyaman ilində Qarakeçili boyuna mənsub insanlardan ibarət 26 kənd mövcuddur. Onlardan üçü : Oymaqlı, Seyidmahmud və Bəybostan kəndləri Gərgər ilçəsində yerləşir . Hazırda onların əhalisini 24 oğuz boyundan biri olan Qayı boyundan yaranmış Qarakeçili boyunun Torun qolundan olan Bəylər oymağına aid türk kökənli insanlar təşkil etməkdədir . Gərgər ilçəsinin kənd əhalisi 2011-ci il rəsmi təxmininə əsasən 20,637 nəfərdir .
H.Z.Tağıyev adına Tarix Muzeyi
Milli Azərbaycan Tarixi Muzeyi və ya Azərbaycan Tarix Muzeyi — Bakıda yerləşən elmi tədqiqat müəssisəsi. Azərbaycanda fəaliyyət göstərən muzeylərdən biridir. Azərbaycan tarixinə və mədəniyyətinə aid materialların toplanması, tədqiqi, elmi fondlarda qorunması, ekspozisiyada və sərgilərdə nümayiş etdirilməsi ilə məşğul olur. == Muzeyin tarixi == 1920-ci ilin iyun ayında Azərbaycan SSR Xalq Maarif Komissarlığının məktəbdənkənar işlər şöbəsində yaradılmış "Muzekskurs" yarımşöbəsinin nəzdində az sonra "Doğma diyarın tədris muzeyi – İstiqlal" təşkil edildi. Artıq iyul ayından məşhur neft sahibkarı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin yaşayış mülkündə yerləşdirilmiş bu muzey həmin ilin oktyabr ayının 25-dən Azərbaycan SSR Dövlət Muzeyi adı ilə işləməyə başlamış, 1921-ci ilin may ayından ilk tamaşaçılarını qəbul etmişdir. Yarandığı ilk dövrdə muzeydə tarix, arxeologiya və etnoqrafiya, botanika və zoologiya, minerologiya və geologiya, təsviri incəsənət və bədii sənət, xalq təhsili, köməkçi tədris müəssisələri şöbələri, eləcə də Azərbaycan Doğma Diyarın Tədqiqi Cəmiyyəti və Qədim abidələrin mühafizəsi komissiyası fəaliyyət göstərirdi. 1923-cü ildə yaradılan və muzeylə sıx əlaqədə fəaliyyət göstərən Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti muzeyin tərkibindəki cəmiyyət və komissiyanı özündə cəmləşdirdi. 1925-ci ildə XMK Kollegiyasının təsdiq etdiyi Azərbaycan Dövlət Muzeyinin "Əsasnamə"sinə görə Muzeyin strukturunda edilən dəyişiklik əsasında tarix-etnoqrafiya, incəsənət, biologiya, geologiya şöbələri və Qafqaza və Şərqə dair kitabları əhatə edən zəngin kitabxana fəaliyyətini davam etdirdi. Sonrakı illər dövrün tələbinə uyğun olaraq muzeydə dəfələrlə struktur dəyişikliyi edildi. 30-cu illərin ortalarında böyüməkdə olan nəslin siyasi-tərbiyə məsələlərinə qarşı diqqətin artması, muzey ekspozisiyalarında sosialist cəmiyyətinin üstünlüklərini nümayiş etdirməyin vacibliyinə dair partiya və hökumətin tələbləri tarixin öyrənilməsi və təbliğini günün əsas məsələlərindən biri etdi.
H.Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrı
Sumqayıt Dövlət Dram Teatrı — Sumqayıtda fəaliyyət göstərən peşəkar teatr. == Tarixi == Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaranmışdır. 1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir. 1968-ci ilin sentyabr ayında Azərbaycan SSR Nazirlər Kabinetinin qərarı və Mədəniyyət Nazirliyinin sərəncamı ilə Sumqayıtda ilk professional kollektiv – H. Ərəblinski adına Sumqayıt Dövlət Gənclər Teatrı yarandı. Öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açan teatr, sabahısı gün öz tamaşaçılarını ingilis dramaturqu Con Patrikin “Qəribə missis Cəvic” (rejissoru Nəsir Sadiqzadə) tragikomediyası ilə sevindirdi. 1974-cü ildə Mədəniyyət Nazirliyinin qərarı ilə teatra "Sumqayıt Dövlət Dram Teatrı" statusu verildi. == Repertuarı == Teatrın repertuarına klassik və müasir Azərbaycan, rus və xarici ölkə dramaturqlarının pyesləri daxildir. Mixail Lermontovun "Maskarad", Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", İ. Ştokun "İlahi komediya"sı ,Əbdürrəhim bəy Haqverdiyevin "Kimdir müqəssir" vodevili (2022) , Dyula Urbanın "Bütün siçanlar pendiri sevir" pyesi Fuad Kazımovun quruluşunda (2024) teatrın səhnəsində məharətlə oynanılmışdır. == Uğurları == Nəriman Həsənzadənin "Bütün Şərq bilsin" əsərinin tamaşası 1981-ci ildə teatr tamaşalarına SSRİ ümumittifaq baxışının diplomuna layiq görülmüşdür.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu
Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu — Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturlarından biri. Zavodun təməli 1978-ci ildə qoyulmuşdur. == Tarixi == Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun təməli 1978-ci ildə qoyulmuşdur. 1984-cü ildə istismara verilən BDÖZ dənizin 200 metrədək dərinliyində quraşdırılmaq üçün dərin özüllər istehsal edən nəhəng sənaye müəssisəsidir. Ümumi istehsal gücü ildə 60 000 ton metalkonstruksiya olmaqla, müxtəlif dərinliklərdən asılı olaraq ildə 2-3 dərin dəniz özülü yığmağa imkan verir. 1985-ci ildə quraşdırılmış ilk stasionar dəniz platforması hazırda Günəşli neft yatağında istismar olunur. Zavod 1986-cı ildə layihə gücünə çatdırılmışdır. Zavodda ötən dövr ərzində 178 mertədək dərinlik üçün 12 dəniz platforması hazırlanmışdır. 1992-ci ildə ilk dəfə olaraq "Bp" şirkəti üçün Şimal dənizində quraşdırılmaq məqsədilə boruların hazırlanması üzrə kontrakt BDÖZ-də uğurla həyata keçirilmişdir. Zavodun mövcudluğu "Əsrin müqaviləsi"nin bağlanması üçün təməl yaratdı və bu da Azərbaycanın iqtisadi inkişafını bir çox illər öncədən müəyyənləşdirdi.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu
Heydər Əliyev adına Neft Emalı Zavodu (keçmiş Yeni Bakı neftayırma zavodu, ‹Azərneftyanacaq› İstehsalat Birliyi, "Azərneftyanacaq" neft emalı zavodu, Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu) — keçmiş SSRİ Neft Sənayesi Nazirliyinin 1953-cü il 29 iyul tarixli əmri ilə yaradılmışdır. Hazırda bu, Azərbaycanda gündə təxminən 120 000 barel (19 000 m3) emal olunmuş məhsul istehsal etmək gücündə olan yeganə neft emalı zavodudur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən idarə olunur. == Haqqında == Yarandığı ilk günlərdən zavod Azərbaycan Respublikasının yanacaq istehsalı sektorunda ən iri və qabaqcıl müəssisəyə çevrilmişdir. Zavodun əvvəlki adları: — Stalin adına zavod — Qarayev adına zavod — KP XXII Toplantısı adına Neftayırma Zavodu — Vladimir İlyiç adına Yeni Bakı Neftayırma Zavodu — "AzərNeftYanacaq" İB — Heydər Əliyev adına Bakı Neftayırma Zavodu 50 ildən çox müddət ərzində Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda 300 mln. tondan artıq neft emal olunmuş, yeni qurğular tikilmiş, müasir texnologiya tətbiq edilmiş, müxtəlif növ neft məhsulları istehsal edilmişdir. Hazırda Azərbaycan neftinin 24 çeşidindən 21-i Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur ki, bunlardan da öz növbəsində 15 adda neft məhsulu, o cümlədən avtomobil benzinləri, aviasiya kerosini, dizel yanacağı, mazut, neft koksu və s. istehsal olunur. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Bundan əlavə, istehsal olunan neft məhsullarının 45%-i xarici ölkələrə ixrac edilir.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanı
Heydər Əliyev Beynəlxalq Aeroportu, Heydər Əliyev adına Beynəlxalq Hava Limanı və ya qısaca Bakı Hava Limanı — Bakı şəhərindən 20 km şimal-şərqdə, Binə qəsəbəsində yerləşən və Qafqazda ən böyük beynəlxalq hava limanı. 10 mart 2004-cü il tarixində hava limanı Azərbaycan Respublikasının üçüncü prezidenti Heydər Əliyevin şərəfinə yenidən adlandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportu, Azərbaycanın və Qafqazın ən işlək hava limanıdır. Hava limanı "Azərbaycan Hava Yolları" və onun struktur bölməsi "Buta Airways" aşağıbüdcəli aviaşirkətinin baza aeroportudur, "Silk Way Airlines"ın isə yük daşıyıcısıdır. == Tarix == 20 oktyabr 1910-cu il tarixində Bakı şəhərinin üzərindən ilk təyyarə uçmuşdur. Sergey Utoçkinin idarə etdiyi uşaqsayağı yöndəmsiz və möhkəm olmayan "Farman-4" sistemli fransız biplanı heyrətdən yerində donmuş tamaşaçıların başı üzərində bir neçə dairə vurmuş, sonra isə gurultulu alqışlar altında yerə enmişdi. Azərbaycanın mülki aviasiyası öz inkişafına 1923-cü ildə ilk poçt və sanitar reyslərinin icrası ilə başlayıb. Ondan kənd təsərrüfatında həşəratlarla mübarizə üçün istifadə edilirdi. Həmin dövrdə xüsusi təyinatlı aviasiya, sanitar aviasiyası yaradılır. 20-ci illərdə Xəzər dənizi üzərində uçuşların birində təyyarəçi Teymur Mustafayev dənizin dibindən çıxan qovuqlar və su üzərində yağlı ləkələr görüb.
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti
Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti — Gürcüstanın Elm və Təhsil Nazirliyində və Təhsilin Keyfiyyətli İnkişafının Qiymətləndirilməsinin Milli Mərkəzində qeydiyyatdan keçmiş rəsmi tədris universiteti. == Məzmun == Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti 2008-ci ildən fəaliyyət göstərir. Universitet Gürcüstanda fəaliyyət göstərən orta məktəblər üçün müəllim kadrları, eyni zamanda müxtəlif ixtisaslar üzrə mütəxəssislər hazırlayır. Heydər Əliyev adına Gürcüstan-Azərbaycan Tədris Universiteti təhsil sahəsində gürcü və dünya mədəniyyəti dəyərlərinə, demokratiya və humanizm ideyalarına və ümumi ictimai önəm daşıyan dövlət tədris və təhsil siyasətinə xidmət edir. Universitetin əsas vəzifələrindən biri vətəndaş cəmiyyətində regional inteqrasiya və demokratik dövlət quruculuğunda gedən proseslərə kömək etmək, gürcü və Azərbaycan xalqlarının mehriban qonşuluğunun tarixi təcrübəsini dirçəltməkdir. == Professor-müəllim heyəti == Universitetin rektoru, professor Novruz Bayramovdur. Təhsil ocağında müsabiqədən keçmiş 60-dan çox professor və müəllim çalışır. === Universitetin professorları === Novruz Bayramov Konstantin Ramişvili Həsən Həsənli == Fəxri doktorları == Zəlimxan Yaqub — 2010.
Heydər Əliyev adına Hərbi Lisey
Heydər Əliyev adına Hərbi Lisey (1998-2004-cü illərdə: C.Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı) — Azərbaycan Respublikası Prezidentinin 13 mart 1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09 aprel 1998-ci il tarixli əmri ilə 1998-ci ildə Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı. 5 mart 2022-ci ildə Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Hələ Sovetlər İttifaqı dövründə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəbi yaradılmışdır. Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə ilk dəfə Naxçıvanda milli ordu hissələri yaradılmış, ölkəmizdə ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra isə milli ordu quruculuğu sahəsində daha geniş tədbirlər görülmüş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri formalaşmışdır. Heydər Əliyevin 1998-ci il 13 mart tarixli Sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialının yaradılması da bu sahədə görülən işlərin prioritetidir. 1999-cu ilin oktyabrında filialın yeni tədris korpusunun açılışında iştirak edən Ümummilli Lider bu hərbi təhsil müəssisəsinin yaradılması zərurətindən danışaraq demişdir: == Tarixi == Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına Hərbi liseyin Naxçıvan filialı ləğv edilmiş və onun əsasında Heydər Əliyev adına Hərbi lisey yaradılmışdır. == Tədris == Heydər Əliyev adına Hərbi Lisey hərbiləşdirilmiş tam orta təhsil müəssisəsidir. Hərbi liseyə qəbul 15 yaşı tamam olmuş və 17 yaşına çatmamış 9-cu sinfi bitirmiş şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 2 ildir. 2 tədris ili ərzində kursantlara Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən, 13 fənn tədris edilir.
Heydər Əliyev adına Hərbi İnstitut
Heydər Əliyev adına Hərbi İnstitut — Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturuna daxil olan Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən, orta ixtisas təhsili, ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı ali təhsil müəssisəsi. Heydər Əliyev adına Hərbi İnstitut Heydər Əliyev adına Ali Hərbi Məktəbin hüquqi varisidir. Döyüşlərdə göstərdiyi igidliklərinə görə məktəbin məzunlarından bir qismi Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycanın Milli Qəhrəmanı və başqa fəxri adlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 10 mart 2004-cü il tarixli fərmanına əsasən, məktəb Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin adını daşıyır. Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Ali Hərbi Təyyarəçilik və Azərbaycan Ali Hərbi Dənizçilik məktəbləri ləğv edilmiş, Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə və Hərbi Dəniz Qüvvələri fakültələri yaradılmaqla Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə birləşdirilmişdir. Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2022-ci il tarixli fərmanı ilə Ali Hərbi Məktəbin əsasında Heydər Əliyev adına Hərbi İnstitut yaradılaraq Milli Müdafiə Universitetinin tabeliyinə verildi. == Erkən tarixi == Məktəbin tarixi 1918-ci il fevral ayının 6-da Müsəlman Korpusunun komandiri general-leytenant Əliağa Şıxlinskinin bolşevik inqilabından sonra Cənubi Qafqazda legitim hakimiyyət orqanı olan Zaqafqaziya komissarlığına məktubla müraciət etməsi və Milli Hərbiyyə Məktəbinin açılması haqqında icazə istəməsi ilə başlayır. Zaqafqaziya Komissarlığının razılığı ilə 1918-ci il mart ayının 1-də Tiflis şəhərində Milli Hərbiyyə Məktəbi açılmış elan edildi və poruçik Cahangir bəy Zeynalbəy oğlu Nəsirbəyov Milli Hərbiyyə Məktəbinin rəisi təyin edildi, elə həmin gün də məktəbin dəftərxanası fəaliyyətə başladı və dərhal da kursant qəbulu elan edildi. Korpus komandiri Ə.Şıxlinskinin əmri ilə Milli Hərbiyyə Məktəbinin daimi heyəti və dəftərxanası 1918-ci il aprel ayının 2-də Tiflisdən Gəncəyə köçürüldü və həmin ayın 8-də Gəncədəki sənət məktəbində yerləşdirilərək öz fəaliyyətini davam etdirdi. 1918-ci ilin aprel ayında bolşevik-daşnak qoşunlarının Gəncə üzərinə hücuma başlaması ilə Azərbaycanda hərbi vəziyyət mürəkkəbləşdiyi üçün Milli Hərbiyyə Məktəbinin fəaliyyəti müvəqqəti olaraq dayandırıldı.

adı sözünün leksik mənası və izahı

adı sözünün etimologiyası

  • 1 Bu, ərəb mənşəlidir, ədat yerində işlədilir və a saiti uzun tələffüz olunur. Hərfi mənası “əsla” deməkdir (“onunla adı işin olmasın” cümləsi el arasında çox işlədilir).    

    Azərbaycan dilinin etimologiya lüğəti / adı

adı sözünün rus dilinə tərcüməsi

adı sözünün ləzgi dilinə tərcüməsi

adı sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Biləsuvar, Qax, Qazax, Şəki, Şəmkir) bax a:di. – Diyi a:dı menin xabarı yoxdı, Əmir cücəni danğan kimi danğıy (Qax); – Söyün kişi bu qalxozda a:dı işdəmöyüf (Qazax)

Azərbaycan dilinin dialektoloji lüğəti.

"adı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adı nədir? #adı sözünün mənası #adı nə deməkdir? #adı sözünün izahı #adı sözünün yazılışı #adı necə yazılır? #adı sözünün düzgün yazılışı #adı leksik mənası #adı sözünün sinonimi #adı sözünün yaxın mənalı sözlər #adı sözünün əks mənası #adı sözünün etimologiyası #adı sözünün orfoqrafiyası #adı rusca #adı inglisça #adı fransızca #adı sözünün istifadəsi #sözlük