* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 sif. 1. Müəyyən adı olan, …adında. Birdən tələbələrdən Merac adlısı bərkdən qışqırdı. Ə.Vəliyev. Komandir, Əliyev adlı bir azərbaycanlı kapitan idi. Mir Cəlal. 2. Məşhur, adlı-sanlı, adı çıxmış, tanınmış. Ölkəmizin adlı alimləri. – Bundan əvvəl bu gözəl ölkədə canlar var idi; Yaxşı-yaxşı qocalar, adlı cavanlar var idi. M.Ə.Sabir. [Mirzə:] Buradan neçə nəfər adlı xanəndələr çıxıbdır. Ə.Haqverdiyev. …Bayandır xan misilsiz bir bayram şənliyi qurmuş, sağında, solunda … adlı cəngavərlər, hünərli ərlər durmuşdular. M.Rzaquluzadə.
Azərbaycan dilinin izahlı lüğəti / adlı1 1. знаменитый, именитый, знатный; 2. после собственных имен означает: по имени; 3. именной;
Azərbaycanca-rusca lüğət / adlı2 прил. 1. знаменитый, известный. Adlı alimlər известные учёные 2. именной. Adlı mükafat именная премия, adlı təqaüd именная стипендия, фин. adlı əmanət именной вклад, adlı aksiya именная акция, adlı istiqraz vərəqəsi именная облигация 3. именованный. Adlı ədəd мат. именованное число 4. в сочет. с собствен. именами: 1) по имени. Həsən adlı uşaq ребёнок по имени Гасан, Nərgiz adlı qız девочка по имени Наргиз 2) под названием. “Muğan” adlı poema поэма под названием “Мугань”
Azərbaycanca-rusca lüğət / adlı1 s. 1. famous, celebrated, notable; 2. by name; Əli adlı bir kişi vardı There was a man by name Ali
Azərbaycanca-ingiliscə lüğət / adlı1 sif. 1) illustre ; renommé, -e ; réputé, -e (adlı-sanlı) ; 2) célèbre (məşhur) ; immortel, -le (əbədi, ölməz) ; légendaire (əfsanəvi)
Azərbaycanca-fransızca lüğət / adlı1 прил. 1. тӀвар алай; 2. машгьур, тӀвар акъатнавай, тӀвар-ван авай.
Azərbaycanca-ləzgicə lüğəti / adlı