adlı-sanlı sözü azərbaycan dilində

adlı-sanlı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • adlı-sanlı • 95.1830%
  • Adlı-sanlı • 4.8170%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Adlı-sanlı Azərbaycan (film, 1935)
== Məzmun == Kinoalmanaxda iki mövzu-neft və kənd təsərrüfatı öz əksini tapmışdır. Burada süjetlər novella formasında həll edilmişdir. Qocaman neftçi Piri Nuriyevin və pambıq ustası Qüdrət Səmədovun fədakar əməyi göstərilmiş, sinxron söhbətlər verilmişdir. == Film haqqında == Azərbaycan sənədli kinosunda ilk dəfə olaraq, bu filmdə diktordan istifadə edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Rejissor: Boris Pumpyanski Ssenari müəllifləri: Boris Pumpyanski, Vladimir Yeremeyev Operatorlar: Seyfulla Bədəlov, A.Qaryagin Bəstəkar: S.Paniyev Səs operatoru: A.Zapadenski === Filmdə iştirak edənlər === Piri Nuriyev Qüdrət Səmədov == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Adlı təqaüd
Adlı təqaüd — təhsildə uğurlu nəticələri ilə xüsusi fərqlənən, təhsil müəssisəsinin ictimai-mədəni həyatında fəal iştirak edən təhsilalanlar üçün dövlət, hüquqi və fiziki şəxslər tərəfindən konkret şəxsin adına təsis olunan təqaüddür.
Amneziya adlı külək
A Wind Named Amnesia (yap. 風の名はアムネジア; azərb. Amneziya adlı külək‎) – 1990-cı ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Kazuo Yamazakidir. == Xarici keçidlər == A Wind Named Amnesia — Internet Movie Database saytında.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.56 dəfə / 1 mln.
2011 ••••••••••••• 1.54
2012 ••••••••••••••••••• 2.15
2013 ••• 0.29
2014 ••• 0.34
2015 •••••••••••••••••••• 2.38
2016 ••• 0.35

adlı-sanlı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Hər hansı bir sahədə öz fəaliyyəti ilə ad qazanmış, tanınmış, şöhrət tapmış. Ölkəmizin adlı-sanlı adamları. Adlı-sanlı buruq ustaları. – Böyük qızını adlı-sanlı bir mühəndis görən Nərgiz xanım kiçik qızı Ulduzu da həkim görmək arzusunda idi. Ə.Məmmədxanlı. [Elçin:] Sən gənc bir vətəndaşsan, bu gün-sabah isə adlısanlı bir usta olacaqsan. Z.Xəlil. Yurdun hər bucağından adlı-sanlı pəhləvanlar … axışıb gəlmişdi. M.Rzaquluzadə. 2. köhn. Keçmiş zamanda zadəgan, varlı və imtiyazlı təbəqələrə mənsub olan. Adlısanlı nəsil. – [Süleyman:] Ancaq bir iş var ki, qohum olanda gərək elə olasan ki, sənə yaraşan ola, özü də varlı ola, adlı-sanlı ola. Ü.Hacıbəyov.

    Azərbaycan dilinin izahlı lüğəti / adlı-sanlı

adlı-sanlı sözünün sinonimləri (yaxın mənalı sözlər)

  • 1 ADLI-SANLI (ad qazanmış adam) Qoca Mərdana tezə bağ qonşusu gəlmişdi. Adlı-sanlı bəstəkardı (X.Hasilova); ADLI [İskəndər:] Dünyada ən adlı bir tacidardı; Dağlan titrədən ordusu vardı (A.Şaiq); MƏŞHUR Elə məşhur bir ixtisas sahibinin nə üçün səhv etdiyini başa düşə bilmirdi? (Y.Əzimzadə); ŞÖHRƏTLİ Səməd: Onlar varlı, şöhrətli, böyük adamlardır (C.Cabbarlı); TANINMIŞ Fərman ölkənin məşhur, tanınmış qızı ilə yarışa girmişdi (Ə.Sadıq); ALİŞAN (köhn.) Ey Həsənbəy, əmiri-alişan; Elmi-hikmətdə saniyi-Loğman (S.Ə.Şirvani); NAMDAR (kl.əd.) Qərib: Haqq səni dünyada namdar eyləsin.. (“Aşıq Qərib”).

    Azərbaycan dilinin sinonimlər lüğəti / adlı-sanlı

adlı-sanlı sözünün rus dilinə tərcüməsi

  • 1 именитый, знаменитый, знатный, почетный

    Azərbaycanca-rusca lüğət / adlı-sanlı
  • 2 прил. 1. знаменитый, прославленный, именитый, известный. Adlı-sanlı general прославленный генерал, adlı-sanlı professor знаменитый профессор, adlı-sanlı şair известный поэт 2. знатный. Adlı-sanlı sağıcı знатная доярка, adlı-sanlı əmək adamları знатные люди труда 3. почётный (пользующийся почётом)

    Azərbaycanca-rusca lüğət / adlı-sanlı

adlı-sanlı sözünün inglis dilinə tərcüməsi

adlı-sanlı sözünün ləzgi dilinə tərcüməsi

"adlı-sanlı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#adlı-sanlı nədir? #adlı-sanlı sözünün mənası #adlı-sanlı nə deməkdir? #adlı-sanlı sözünün izahı #adlı-sanlı sözünün yazılışı #adlı-sanlı necə yazılır? #adlı-sanlı sözünün düzgün yazılışı #adlı-sanlı leksik mənası #adlı-sanlı sözünün sinonimi #adlı-sanlı sözünün yaxın mənalı sözlər #adlı-sanlı sözünün əks mənası #adlı-sanlı sözünün etimologiyası #adlı-sanlı sözünün orfoqrafiyası #adlı-sanlı rusca #adlı-sanlı inglisça #adlı-sanlı fransızca #adlı-sanlı sözünün istifadəsi #sözlük