* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Bədənin hər hansı bir yerində, əsasən qarın boşluğunda, böyürdə baş verən kəskin ağrı. Sancısı keçmək. Sancısı güclənmək. – Sancıdan özümü toxdadıb, bir az da getdim. Çəmənzəminli. Teybə böyrünün sancısından udqunub susdu. M.Hüseyn. □ Sancı tutmaq – qarın boşluğunda, yaxud böyrəyində birdən kəskin ağrı başlamaq.
Azərbaycan dilinin izahlı lüğəti / sancı2 SANCI (kəskin ağrı) O günün axşamı xəstə Eyvazın; Qəfil ürəyinin sancısı tutdu (B.Vahabzadə); AĞRI Elə güc gəldi ki, ona ağrılar; Günüzkü dərdini tamam unutdu (B.Vahabzadə); SIZI (yüngül ağrı) Bütün vücudumda bir qınqlıq, bir sızı hiss edirəm (A.Şaiq); SIZILTI (yüngülvari ağrı) İsfəndiyar bədəninin sızıltısını azaltmaq üçün böyrü üstə uzandı (M.Hüseyn); ZOQQULTU (bərk ağrı) [Beyin] gicgahlarından qalxan zoqqultu ona əziyyət verirdi (Ə.Vəliyev).
Azərbaycan dilinin sinonimlər lüğəti / sancı2 сущ. 1. колика, колики (резкие колющие боли, резь в боку, животе). мед. qaraciyər sancısı печёночные колики, böyrək sancısı почечные колики, öd sancısı жёлчные колики, əsl sancı истинные колики, yalan sancı ложные колики 2. схватки (судорожные болезненные сокращения мышц живота, матки). Doğum sancısı родовые схватки, zahılıq sancısı послеродовые схватки; sancı tutmaq см. sancılanmaq ◊ sancısı tutmaq беспокоиться, забеспокоиться
Azərbaycanca-rusca lüğət / sancı1 сущ. санжу, тӀал; sancı tutmaq санжуди кьун, тӀал гьатун, кӀевиз тӀа хьун (мес. руфун, дуркӀунар).
Azərbaycanca-ləzgicə lüğəti / sancı