* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. Çox şirin, şirəli, ətirli üzüm növü. Ağ şanı. Qara şanı. – [Səkinə qarı:] Qarpız da almışam, hələ Buzovnadan şanı da gətiriblər. M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / şanı1 Arının ən şirin balı beçə balı adlanır (bu balı cavan arılar hazırlayır). Belə şirin olan şeylərə şanı deyilir. Bakının məşhur üzümü (şanısı) da buradan ad götürüb: “beçə balı kimi şirin” deməkdir. Söz şan kəlməsindən əmələ gəlib, şan isə arının pətəkdə mumdan düzəltdiyi evciklərdir ki, bal onun içində yerləşir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
Azərbaycan dilinin etimologiya lüğəti / şanı1 сущ. шаны (сорт сладкого винограда, растущий в Азербайджане). Ağ şanı белый шаны, qara şanı чёрный шаны
Azərbaycanca-rusca lüğət / şanı