Şaxi Zinda
Şaxi Zinda (özb. Shohizinda; fars. شاه زنده - "yaşayan şah") ― Özbəkistanın Səmərqənd şəhərinin şimal-şərqində nekropol.
== Tarix ==
Şaxi Zinda kompleksinə 11-15-ci və 19-cu əsrlərə aid məqbərələr və dini tikililər daxildir. Şaxi Zinda ("yaşayan kral" deməkdir) adı Məhəmməd peyğəmbərin əmisi oğlu Qutam ibn Abbasın burada dəfn edilməsi ilə bağlı əfsanə ilə əlaqələndirilir. O, VII əsrdə, ərəb istilası dövründə Səmərqəndə İslamı təbliğ etmək üçün gəlmişdi. Məşhur əfsanələrdə inancına görə onun başının kəsildiyi, amma ölmədiyi, başını götürüb indi də yaşadığı dərin quyuya (Cənnət bağı) girdiyi söylənilir.
Şaxi Zinda kompleksi səkkiz əsr (11-19-cu əsrlər) boyu formalaşmışdır və hazırda iyirmidən çox tikilini ehtiva edir.
Kompleks üç tikili qrupundan ibarətdir: yerli dildə çartak adlandırılan dörd tağlı günbəz keçidlərlə birləşdirilmiş alt, orta və yuxarı. Buradakı ən qədim tikililər 11-12-ci əsrlərə aiddir.