Şaki sözü azərbaycan dilində

Şaki

Yazılış

  • Şaki • 66.6667%
  • şaki • 33.3333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Günel Şakir
Rejissor. Ssenari müəllifi. Aktrisa. Prodüser. == Həyatı == Günel Şakir qızı Musayeva (Tağıyeva)- 19 avqust 1981-ci ildə Bakıda anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsinin kinorejissorluq ixtisasında təhsil almışdır. Müəllimi xalq artisti, professor Eldar Quliyev olub. 2000-ci ildən "Azad Azərbaycan" İctimai-siyasi radiosu və qəzetinin müxbiri vəzifəsində çalışıb. 2004-cü ildə "Lider" TV-nin "Azərbaycan" redaksiyasında rejissor assistenti və prodüser kimi çalışıb. 2005-2007-ci illərdə "CNF production"da rejissor işləyib.
Kral Şakir
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Kral Şakir (Cizgi Film, 2016)
Kral Şakir — Cartoon Network (Türkiyə) üçün Grafi2000 şirkəti tərəfindən yaradılan televiziya animasiya serialıdır. Cartoon Network (Türkiyə)nin ilk yerli istehsalıdır. Serial premyerası 23 aprel 2016-cı ildə göstərildi və 16 May 2016-cı ildə yayımlanmağa başladı. == Məzmun == Bir şir ailəsinin balaca üzvü olan Şakirin ailəsi və dostları ilə yaşadığı macəralar izah edilir. Şakirin atası şir, anası pişikdir. Bacısı Canan, anası kimi bir pişikdir və tısbağa babası var. Remzinin Necati adlı bir dostu var və fildir. Həmişə onların evindədir, ancaq yemək yeyir və videooyun oynayır. Məktəbdə qapıçıdır və çox bacarıqsızdır. Evi olmayan, zibilxanalarda yaşayan və vafli sevən Tanju adlı bir sahibsiz it var.
Pərvin Şakir
Pərvin Şakir (ing. Parveen Shakir; 24 noyabr 1952, Kəraçi, Sind[d] – 26 dekabr 1994, İslamabad) — şairə, pedaqoq. 24 noyabr 1952-ci ildə Pakistanın Karaçi şəhərində doğulan Pərvin Şakir, orta sinif və son dərəcə tutucu bir ailənin ikinci uşağı olaraq dünyaya gəlir. Məktəb illərində öncələri nəsrdə, sonraları da şeirdə var olan istedadını sübut edərcəsinə, məktəb dərgilərində yazmağa başlar. Şakir, yenə məktəb dərgisi üçün yazdığı "Barsat" (Musson yağmurları) adlı ilk şeirini oxuyan atasının, şeir yazması barəsindəki bütün qarşı çıxışlarına baxmayaraq, bir qohumunun da dəstəyi ilə şeir yaradıcılığına başlayır. Müəlliminin israrı üzərinə, Pakistanın Qurtuluş günü səbəbiylə yazdığı "Subuh-i vətən" adlı şeiri, bu yaradıcılığın ilk ciddi və uğurlu meyvəsi olur. Ali təhsil üçün burs qazanan Şakir, meylini İngilis ədəbiyatına salır və 1969-cu ildə Karaçi universitetindəki özəl təhsil proqramına qatılır. Bu sıralarda, musiqiyə duyduğu ilgi nədəniylə musiqi dərsləri də almağa başlamışdır. Ali təhsilindən sonra, şeir və yazıları müxtəlif qəzet və dərgilərdə nəşr olunmağa davam etmiş və bu durum onun gedərək daha çox şöhrət qazanmasına səbəb olmuşdur. Ünlü bir şair olaraq, özəl yaşamı gedərək skandallara dönüşən Şakir, ailəsinin zoruyla 1976-cı ildə xalasının oğlu ilə evləndirilir.
Tamara Şakirova
Tamara Şakirova (26 noyabr 1955, Daşkənd – 22 fevral 2012, Daşkənd) — Aktrisa. Tamara Qəniyeva (Şakirova) 26 noyabr 1955-ci ildə Daşkənddə anadan olub. O, 14 yaşında məktəb şagirdi kimi filmlərdə çəkilməyə başlayıb, 1970-ci ildə rejissor Anatoli Kabulovun çəkdiyi "Kor yağış" (1970) filmində tələbə rolunu oynayıb. Bundan sonra o, bir neçə yaddaqalan qadın obrazları (“Xarəzm əfsanəsi”, “Simurq”, “Odlu yollar”) yaratmışdır. 1973-cü ildən "Özbəkfilm" kinostudiyasında aktrisa kimi işləmişdir. 1974-1976-cı illərdə A.Ostrovski adına Daşkənd Teatr və İncəsənət İnstitutunun (indiki Özbəkistan Dövlət İncəsənət İnstitutu) aktyorluq fakültəsini qiyabi bitirmişdir. Onun həyat yoldaşı məşhur sovet və özbək kinorejissoru Nəbi Qəniyevin nəvəsi Otabəy Hotamoviç Qəniyevdir. Onların bu evliliyindən Reyhan (1978-ci il təvəllüdlü; sonralar estrada müğənnisi və aktrisası kimi Özbəkistanda məşhurlaşır) adlı qız və kiçik qızı Nəsibə (Şakirova) (1994-cü ildə Daşkənddə anadan olub, pediatr) dünyaya gəlmişdir. Tamara Şakirova 22 fevral 2012-ci ildə xərçəng xəstəliyindən vəfat edib. Çətirimiz buludlardır (film, 1976) Yeddinci cümə (1980 Özbəkfilm) Alovlu yollar (1977-1984 Özbəkfilm) Üsyançı (1981 Özbəkfilm) Bəyin oğurlanması (film, 1985) Qırmızı qatar (film, 1993) 1983-cü ildə "Leninqradlılar - mənim uşaqlarım" və "Üsyançı" filmlərində "Qadın obrazı roluna görə" Həmzə adına Özbəkistan SSR Dövlət Mükafatı laureatı.
Yaqub Şakirəli
Yaqub Şakirəli — krım tatar yazıçı, və şairi. Yaqub Şakirəli 1890-cı ildə Baxçasarayda xırda tacirin ailəsində anadan olub. İbtidai və orta təhsilini Baxçasarayda alıb. 1905-ci ildə Tərcüman qəzetinin nəşriyyatında mətn yığan kimi işə başlayır. İlk dəfə elə bu qəzetdə öz əsərlərini yayımlamağa başlayır. 1916-cı ildən müəllim kimi fəaliyyət göstərir. Türkiyəyə və Kazana yerli ziyalılarla münasibət qurmaq üçün səfərlər edib. "Oxu yaz" (1915), "Məktəb və milli dil" (1916) kimi əsərləri yaradıb. Yaradıcılığında "Qış", "Dan", "Dəniz ilə yel" şeirləri xüsusən fərqlənir. 1917-ci ildə müəllimlər cəmiyyəti onun "Duyğularım" adlı əsərlər toplusunu Baxçasarayda çap etdirir.
İlham Şakirov
İlham Şakirov (tam adı: İlham Qılmetin oğlu Şakirov, tatar. Илһам Гыйльметдин улы Шакиров; 15 fevral 1935, Yeni Bülək[d], Tatarıstan MSSR, RSFSR, SSRİ – 16 yanvar 2019, Kazan) — tatar əsilli SSRİ və Rusiya müğənnisi və incəsənət xadimi. İlham Qılmetin oğlu Şakirov 15 fevral 1935-ci ildə SSRİ-nin Tatarıstan MSSR-nin Sarman rayonunun Yeni Bülək kəndində anadan olmuşdur. 1954-cü ildə Kazan Musiqi Kollecinə daxil olmuş, bir il sonra isə Kazan Dövlət Musiqi Akademiyasının Vokal Fakültəsinə qəbul edilmişdir. 1960-cı ildə Şakirov Kazan Dövlət Musiqi Akademiyasından məzun olmuşdur. Həmin il Şakirov Qabdulla Tukay adına Tatar Dövlət Filarmoniyasının baş vokalisti olmuşdur. İlham Qılmetin oğlu Şakirov 16 yanvar 2019-cu ildə Rusiyanın Kazan şəhərində vəfat etmişdir.
Şakir (Arxangel)
Şakir (başq. Шакир, rus. Шакировка) — Başqırdıstan Respublikasının Arxangel rayonunda yerləşən kənd. Kənd Krasnokurt kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Arxangel): 35 km, ən yaxın dəmiryol stansiyasından (Priural stansiyası): 36 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (80 %) üstünlük təşkil edir.
Şakir Abuşov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
Şakir Abışov
Şakir Zəkəriyyə oğlu Abuşov (20 mart 1950, Qızılağac, Masallı rayonu) — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). 1950-ci ilin mart ayında Masallı rayonunun Qızılağac kəndində anadan olub. 1979-cu ildə Azərbaycan Dövlət Universitetini və Bakı Sosial-İdarəetmə və Politologiya İnstitutunu bitirib. İlk əmək fəaliyyətinə Masallı rayonunun "Kalinin" adına sovxozunda mühasib kimi başlayıb. Hərbi xidməti başa vurduqdan sonra Sumqayıta gəlmiş, Səthi Aktiv Maddələr zavodunda aparatçı işləyib. Sonralar zavod birlik komsomol komitələrinin katibi, Sumqayıt şəhər partiya komitəsində təlimatçı, şöbə müdirinin müavini, şöbə müdiri, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 1991-ci ildən 1993-cü ilədək Sumqayıt şəhər Xalq Deputatları Sovetinin sədri olub. Şakir Abuşov 7 ilə yaxın Sumqayıt Şəhər İcra Hakimiyyətinə rəhbərlik edib. O, vəzifəsindən 28 iyun 2000-ci ildə azad edilib.
Şakir Atakişiyev
Şakir Ağakişiyev
Şakir Cəmilli
Şakir Hüseynov
Artim Şakiri
Artim Şakiri (mak. Артим Шаќири; 23 sentyabr 1973, Struqa[d]) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş Şimali Makedoniya futbolçusu. Məşqçi. Şimali Makedoniya milli futbol komandasının keçmiş üzvü və kapitanı. == Futbolçu karyerası == === Klub karyerası === Artim Şakiri 23 sentyabr 1973-cü ildə Struqa yaxınlığındakı Livada kəndində alban ailəsində anadan olmuşdur. Livadanın "Dinamo" komandasının yetirməsidir. Peşəkar karyerasını 1991-ci ildə Struqa şəhərini təmsil edən "Karaorman" klubunda başlayıb. 1992/93 mövsümündə bu komandanın heyətində birinci diviziondan yüksək liqaya vəsiqə qazanıb. Yüksək liqada öz oyunu ilə diqqət çəkməyi bacaran futbolçunu mövsümün sonunda ölkənin aparıcı klubu olan "Vardar" heyətinə qatıb. Vardarın heyətində ölkə çempionatının qızıl (1994/95), gümüş (2000/01) və bürünc (1995/96) mükafatçısı, Makedoniya Kubokunun isə ikiqat (1994/95, 1998/99) qalibi olmuşdur.
Şakir Abbasov
Şakir Gülşad oğlu Abbasov — rəsmi dövlət qeydiyyatında olmayan Milli Qeyrət Partiyasının sədri, Azərbaycan Xalq Cəbhəsi Partiyası sədrinin sabiq müşaviri, Füzuli Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Şakir Abbasov 20 oktyabr 2012-ci ildə həbs edilmiş, 27 oktyabr 2012-ci ildə sərbəst buraxılmışdır. Şakir Abbasov 20 iyul 1992-ci il tarixində Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 62 nömrəli fərmanı ilə Füzuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur. O, 23 dekabe 1992-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 374 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Şakir Abbasov Azərbaycan Xalq Cəbhəsi üzvü olmuşdur. O, daha sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü və partiya sədrinin müşaviri olmuşdur. Şakir Abbasov 19 oktyabr 2014-cü il tarixində partiyadan istefa vermişdir. Şakir Abbasov 27 noyabr 2014-cü il tarixində Müsavat Partiyasına üzv olmuşdur. O, Müsavat Partiyası Məclisinin üzvü, 4 iyul 2015-ci ildə isə Məclisin Qarabağ Komissiyasının sədri seçilmişdir. Şakir Abbasov 2021-ci ildə sabiq prezidentliyə namizəd Əşrəf Mehdiyevin sədrlik etdiyi, 2010-cu ildə fəaliyyətini dayandırmış və rəsmi dövlət qeydiyyatı olmamış Qeyrət Partiyasını Milli Qeyrət Partiyası adı ilə bərpa etdiyini elan etmişdir.
Şövzəb Mövla Şakir
Şövzəb Mövla Şakir (ərəb. شوذب مولی شاکر‎) — Kərbəla döyüşündə şəhid olan Hüseyn ibn Əli səhabələrindən biri. Şövzəb bəzi mənbələrdə Şakir ibn Abdullah əl-Həmdani əl-Şakirinin xidmətçisi kimi bəhs edilmiş, digərləri isə onu Əbis ibn Əbu Şəbib əş-Şakirinin qulu kimi qeyd etmişlər. O, hədis hafizi idi və Əli ibn Əbu Talibdən hədislər nəql edirdi. O, Əbis ibn Əbu Şəbib əş-Şakiri ilə birlikdə Müslüm ibn Əqilin Kufədən məktubunu Məkkədə Hüseynə çatdırdılar və onu Məkkədən Kərbəlaya müşayiət etdilər. Əbis ibn Əbu Şəbib əş-Şakiri qohumu olan Şövzəbin yanına gəlib dedi: “Qəlbinin arzusu nədir?” Cavab verdi: “Mən nə istəyirəm? Rəsulullahın nəvəsini müdafiə edərək, şəhid olana qədər sizinlə bərabər döyüşmək istəyirəm”. Əbis cavab verdi: "Səndən başqa heç nə gözlənilmirdi. Əgər bu gün səndən daha əziz birisi olsaydı, mən getməzdən əvvəl onu döyüş meydanına göndərərdim." Hənzələ ibn Əsəd əş-Şibamidən sonra Aşura günü günortadan sonra şəhid oldu.
Əbis ibn Əbu Şəbib əş-Şakiri
Əbis ibn Əbu Şəbib əl-Şakiri (ərəb. عابس بن ابي شبيب الشاکري‎) — Siffeyn döyüşündə yaralanmış və Kərbəla şəhidlərindən biri. Əbis böyük Bəni-Həmdan qəbiləsinin Bəni-Şakir qolundan idi. Qəbiləsinin adamları döyüşdə cəsur idilər və buna görə də ərəblər onları “Sabahın cavanları” mənasını verən Fətayan əs-Sabah adlandırırdılar. Atası Şəbib, Həbib, Şibt və ya Leys kimi qeyd edilmişdir. Əbis öz qəbiləsinin yaxşı xüsusiyyətlərinə görə mükəmməl şəxs idi. O, şiə əyanlarından və onların başçılarından idi. Əbis Əhli-beyt aşiqlərindən və onu müstəsna olaraq sevən Əli ibn Əbu Talibin tərəfdarlarından idi. Əbis Siffeyn döyüşündə Əli ibn Əbu Talibə qoşulmuş və Siffeyn döyüşündə alnından yaralanmış, izi əbədi olaraq alnında qalmışdır. Müslim ibn Əqil Kufəyə daxil olduqdan sonra Muxtar ibn Əbu Ubeydin evinə getdi.
Laura Şakirjanova
Laura Qalimjanovna Şakirjanova (tatar. Луара Галимҗан кызы Шакирҗанова, və yaxud Zöhrə Şakirjan (tatar. Зөһрә Шакирҗан; 9 iyun 1950) — Sovet və rus tatar teatr xadimi, aktrisa, rejissor. Tatarıstan Respublikasının xalq artisti (2010), Tatarıstan Respublikasının əməkdar artisti (1996). Q.Kamal adına Tatar Akademik Teatrı Muzeyinin rəhbəri (1984—hazırda). == Həyatı == Laura Qalimjanovna Şakirjanova 9 iyun 1950-ci ildə Tatarıstan Muxtar Sovet Sosialist Respublikası Ətnə rayonunun Qüllə-Kimi kəndində anadan olub. Atası və anası müəllim olub. Atası Qalimjan fizika və riyaziyyatdan, anası alman dili, tatar dili və ədəbiyyatdan dərs deyirdi. Ailənin dörd övladı var idi. Valideynlər onlara çayların adını vermişdilər.
Lena Şakirjan
Lena Qalimjanovna Şakirjan (tatar. Лена Галимҗан кызы Шакирҗан; 4 iyun 1945 – 16 yanvar 2017, Kazan) — Sovet və rus, tatar şairəsi, publisist, ədəbiyyatşünas. Tatarıstan Respublikasının xalq şairi (2016), Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının Qabdulla Tukay adına Dövlət Mükafatı laureatı (2011). 1945-ci ildə tatar müəllim ailəsində anadan olub. 1967-ci ildə Kazan Pedaqoji İnstitutunu bitirib, bir müddət məktəbdə müəllim işləyib. Sonra TASSR Mahnı və Rəqs Ansamblında müğənni olub. TASSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində jurnalist-tərcüməçi işləyib. Uşaqlıqdan şeir yazıb, 1982-ci ildə ilk kitabını çap etdirib. 1984-cü ildə SSRİ Yazıçılar İttifaqına üzv olub.
Şakir
Şakir — kişi adı. Aşıq Şakir — məşhur el aşığı Şakir Ulubəyli — yazıçı, politoloq. Şakir Salahov — Azərbaycanın Milli Qəhrəmanı. Şakir Abışov — Sumqayıt şəhəri İcra hakimiyyətinin başçısı (1993–2000). Şakir Cəmilli — Azərbaycan Silahlı Qüvvələrinin giziri Şakir Hüseynov — Qarabağ müharibəsi şəhidi.
Fatma Şakir Məmik
Fatma Şakir Məmik (1903, Akviran[d], Karabük ili – 9 fevral 1991) — türk həkim, filantrop və siyasətçi, Türkiyə Böyük Millət Məclisinin ilk 18 qadın millət vəkilindən (deputat) biri. O həm də Türkiyənin ilk qadın tibb elmləri doktorlarından biridir. Məmik Türkiyənin 5-ci, 6-cı və 7-ci parlamentlərində Ədirnə seçki dairəsinin millət vəkili kimi fəaliyyət göstərib. == Şəxsi həyatı və təhsili == Fatma Şakir 1903-cü ildə Osmanlı imperiyasının Safranbolu bölgəsinin Akviran kəndində çörəkçi və un taciri Şakir və həyat yoldaşı Cəmilənin ailəsində anadan olub. O ilk təhsilini Safranboluda almış, 8 yaşında ikən atası ilə İstanbula köçərək buradakı Bəyazid qız məktəbində və Bezmialəm Validə Sultan məktəbində oxumuşdur. Məmik 1923-cü ildə İstanbul darülfünununun Tibb fakültəsinə daxil olub və 1929-cu ildə buranı fakültə birinciliyi ilə bitirib. Məmik fransız dilini bilirdi və o heç vax evlənməmişdir. Fatma Şakir Məmik 9 fevral 1991-ci ildə vəfat etmişdir. == Karyerası == === Həkim === Fatma Şakir 1932-ci il yanvarın 31-dən oktyabrın 6-dək Heybəliada Vərəm Sanatoriyasında, 9 oktyabr 1932-ci il və 1 iyun 1933-cü il tarixləri arasında isə Qureba xəstəxanasında asistent həkim kimi işləyib. O, 1934-cü ildə Qureva xəstaxənasında imtahandan keçərək daxili xəstəliklər üzrə mütəxəssis həkim olmuş və 1934-cü ilin dekabrında həmin xəstəxanaya klinika müdiri təyin edilmişdir.
Şakir Zümrə
Şakir Zümrə (d. 1885, Varna - ö. 16 iyun 1966) Türkiyə Respublikasının ilk sənayeçisi, İstiqlaliyyət müharibəsi dövründə Türkiyənin ilk şəxsi "aviasiya bombası" fabrikinin yaradıcısı və hüquqşünas. İlk türk aviasiya bombası sənayesinin yaradıcısı Şakir Zümrədir. İbtidai təhsilini Varnada başa vurduqdan sonra Cenevrəyə getmişdir. Orta təhsilini başa vurduqdan sonra 1908-ci ildə Cenevrədə hüquq fakültəsini bitirmişdir. Birinci Dünya müharibəsi illərində o Varnadan seçilən türk millət vəkili olaraq Bolqarıstan parlamentindəki 17 türk nümayəndəsindən biri kimi parlamentə daxil olmuşdur. O, marşal Fevzi Çaxmaqın yaxın qohumudur. Elə həmin illərdə Sofiyada polkovnik-leytenant hərbi rütbəsi ilə Türkiyə Hərbi Attaşesi vəzifəsini icra edən Mustafa Kamalla tanış olmuş və onunla yaxın dostluq münasibətləri yaratmışdır. İstiqlaliyyət müharibəsini dəstəkləmək üçün xaricdən Anadoluya silah və sursat göndərməklə yanaşı, Türkiyəyə müharibə sənayesində istifadə oluna biləcək usta və texniki işçilərin tapılmasında da köməklik göstərmişdir.
Bahəddin Şakir
Bahəddin Şakir (türk. Bahaddin Şakir; 1874, Konstantinopol – 17 aprel 1922, Berlin) — Türkiyə həkimi, türk millətçisi siyasətçisi və erməni soyqırımının memarlarından biri. Hökumətdə nazir və ya millət vəkili olmamasına baxmayaraq, "İttihat və Tərəqqi" Mərkəzi Komitəsində güclü nüfuz sahibi idi və partiyanı dəstəkləyən "Şura-yı Ümmət" jurnalının müdiri idi. O, "İttihat və Tərəqqi"də "Həkimlər Qrupu"nun üç mühüm adından biri idi (digər ikisi Doktor Nazım və Doktor Rüsuhi Dikmən olmuşdur). O, "İttihat və Tərəqqi"nin pantürkist və turançı qanadının bir hissəsi idi. Şakir Birinci Dünya müharibəsi zamanı "Təşkilati Məxsusə"nin liderliyində idi. O, əmin müharibənin sonunda "İttihat və Tərəqqi"nin digər üzvləri ilə birlikdə əvvəlcə yerli Osmanlı hərbi tribunalı, sonra isə Britaniya hökuməti tərəfindən həbs edilmişdir. Şakir bəşəriyyətə qarşı cinayətlərə görə hərbi mühakimə olunana qədər Maltaya sürgün edilmiş və daha sonra Britaniya tərəfindən türk millətçi qüvvələrinin saxladığı girovlarla mübadilə edilmişdir. 17 aprel 1922-ci ildə Berlində Camal Əzmi ilə birlikdə sui-qəsd nəticəsində öldürülmüşdür. == Erkən həyatı == Bahəddin Şakir Osmanlı imperiyasının Sliven şəhərində (indiki Bolqarıstanın bir hissəsi) anadan olmuşdur.
Şakir Seyidov
Şakir Seyidov (31 dekabr 2000, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Sabah" klubunda yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == Seyidov 24 noyabr 2018-ci ildə Azərbaycan Premyer Liqasında "Sabah" ın "Qarabağ"la oyununda debüt edib. 29 iyun 2022-ci ildə Seyidov 2022–23 mövsümü üçün icarə əsasında "Turan Tovuz"a keçib. 25 avqust 2023-cü ildə Seyidov 2023/24 mövsümü üçün icarə əsasında "Kəpəz"ə keçib.

şaki sözünün leksik mənası və izahı

"şaki" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#şaki nədir? #şaki sözünün mənası #şaki nə deməkdir? #şaki sözünün izahı #şaki sözünün yazılışı #şaki necə yazılır? #şaki sözünün düzgün yazılışı #şaki leksik mənası #şaki sözünün sinonimi #şaki sözünün yaxın mənalı sözlər #şaki sözünün əks mənası #şaki sözünün etimologiyası #şaki sözünün orfoqrafiyası #şaki rusca #şaki inglisça #şaki fransızca #şaki sözünün istifadəsi #sözlük