* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. coğr. Hər tərəfi su ilə əhatə olunmuş quru; cəzirə. Pirallahı adası. Kuril adaları. Yarımadalar və adalar Avropanın bütün sahəsinin üçdə bir hissəsini tutur. // Təşbih, bənzətmə mənasında. Ürəyim dəryadır, könlüm bir ada; Dərdim oldu günügündən ziyada. Aşıq Kərəm. Təpələrin döşlərində qurulmuş alaçıqlar bu yaşıllıq dənizi içərisində bir adanı xatırladır… Ə.Sadiq.
Azərbaycan dilinin izahlı lüğəti / ada2 hər tərəfdən su ilə əhatələnən (okean, dəniz, göl və ya çay) quru sahəsi. Materikdən ölçülərinin kiçik olması ilə fərqlənir. A. tək-tək və qrup-arxipelaq şəkilində olur. A. ya üç qrupa (materik, materikdən okeana keçid və okean), yaxud 2 qrupa (materik və okean) ayrılır. Çay və göl adaları arasında gətirmə materiallardan təşkil olunmuş akkumulyativ və erozion adalar ayrılır. oстров island
Geomorfoloji̇ termi̇nləri̇n i̇zahli lüğəti̇ / ada1 Bu sözün sinonimi ara kəlməsidir (Adalar dənizi ilə yanaşı, Aralıq dənizi də işlədilir). Zənn edirəm ki, hər iki söz eyni olub, sonra mənalarında müəyyən fərq yaranıb. Həm ada, həm də ara tarixən “hər tərəfi su olan yer” anlamını əks etdirib. Qədimdə bu sözün yerinə, otruğ işlədilib. İndiki orta kəlməsi otra kimi olub. Görünür, otra, otruğ (ada) və ada eyni sözdən törəmədir.
Azərbaycan dilinin etimologiya lüğəti / ada1 ADA (hər tərəfdən su ilə əhatə olunmuş quru sahə) [Geoloq:] Mənə elə gəlir ki, quruda qazılan bəzi quyularm neft yataqları bu adaya qədər uzanır (M.Hüseyn); CƏZİRƏ (köhn.) Çin bəhrində bir cəzirə var idi; Ziyadə basəfa ələfsar idi (Q.Zakir).
Azərbaycan dilinin sinonimlər lüğəti / ada2 I сущ. остров. Çilov adası остров Жилой, kimsəsiz ada необитаемый остров II прил. островной. Ada ölkəsi островная страна, ada əhalisi островные жители, ada dayazlığı островная отмель, ada faunası островная фауна; ada sakini островитянин, островитянка
Azərbaycanca-rusca lüğət / ada1 is. coğr. 1) île f ; îlot m (kiçik ada, adacıq) ; 2) adj îlien,-ne ; insulaire: gözəllik ~sı l’île de Beauté (la Corse) ; ~ sakini îlien m, -ienne f
Azərbaycanca-fransızca lüğət / ada