acı sözü azərbaycan dilində

acı

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • acı • 93.2186%
  • Acı • 6.1516%
  • ACI • 0.6299%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Murad Acı
Murad Acı (rus. Мура́д Эскенде́рович Аджи́ев, 1994-cü ildən Murad Acı adını istifadə etdi; 9 dekabr 1944, Moskva – 7 mart 2018, Moskva) — qumuq əsilli türkoloq, publisist, yazıçı, iqtisad elmləri namizədi. Dosent. Altaydan gəlmiş xalqların Böyük köçü konsepsiyasının müəllifidir. Murad Acı 9 dekabr 1944-cü ildə Moskvada anadan olub. O, 1964-cü ildə Moskva Dövlət Universitetinin Coğrafiya Fakültəsinin Şimal Araşdırmaları Bölməsinə daxil olmuş, 1969-cu ildə isə Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib aspiranturaya qəbul olmuşdur. Murad Acı SSRİ Dövlət Plan Komitəsinin Məhsuldar Resursların Öyrənilməsi Şurasına daxil olmuşdur. O, 1973-cü ildə Sənaye və inşaat əsasları ixtisasını seçərək "SSRİ-nin şimal-şərqindəki sənaye inkişafı prosesinin modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Murad Acının elmi məsləhətçisi professor V. F. Burxanov idi. Məzun olduqdan sonra Acıyev SSRİ Əlvan Metalurgiya Nazirliyinin Proqnozlaşdırma şöbəsində işləmiş, həmçinin bir neçə il Sibirdə sosial tikinti proseslərini öyrənmişdir.
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Acı ağgöbələk
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Acı badam
Acı boletus
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Acı südləyən
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda olur. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Acı gölü
Acı gölü— Rusiyada, Dağıstan Respublikasında göl. == Göl haqqında məlumat == Acı gölü Dağıstanın Qayakənd və Dərbənd rayonlarının sərhəddində yerləşir. Ulluçay çayının aşağı axarının şimalında, Xəzər dənizi sahilinə yaxın, ondan 14 km məsafədə yerləşir. Acı gölünün sahəsi 4,8 km², digər mənbələrə görə isə 5,3 və ya 6,7 km² olaraq göstərilir. Gölün ölçüsü 1,5x5 km-dir. Maksimal dərinliyi 2 m-ə çatır, orta dərinliyi 1,5 m-dir. Dəniz səviyyəsindən 23 metr aşağıda yerləşir. Suyun səviyyəsi aşağı düşəndə dənizdən ayrılan laqondur. 2022-ci il martın 26-da Dağıstan Respublikasının başçısı Sergey Məlikov onun xüsusi mühafizə olunan ərazi kimi tanındığını elan edir, çünki onun sakinləri nəsli kəsilməkdə olan heyvan növləri, 30-dan çox qırmızı kitaba alınmış quş və flaminqo növləridir. Göl nadir quş növlərinin, o cümlədən flaminqoların yuva saldığı, köçlərinin dayandığı və qışladığı yerdir.
Acı bağırsaq
Acı bağırsaq (lat. jejunum) — insanlarda və ən yüksək onurğalılarda, o cümlədən məməlilər, sürünənlər və quşlarda nazik bağırsağın ikinci hissəsi. Onun membranı əvvəllər onikibarmaq bağırsağın fermentləri tərəfindən həzm olunmuş qida maddələrinin kiçik molekullarının enterositlər tərəfindən udulması üçün ixtisaslaşmışdır. Acı bağırsağın döngələri qarın boşluğunun yuxarı sol hissəsində yerləşir. Acı bağırsaq və qalça bağırsağın arasındakı bölünmə anatomik olaraq fərqlənmir. Yetkinlərdə qalça bağırsaq adətən 6-7 m (20-23 fut) uzunluğundadır, bunun təxminən beşdə ikisi acı bağırsaqdır. == Tərkibi == Qəbul edilən qidaya məruz qalan acı bağırsağın daxili səthi, qəbul edilən qidalardan qida maddələrinin udulması üçün mövcud olan toxumaların səth sahəsini artıran villi adlanan selikli qişalarla örtülüb. Qida maddələrinin epitelial hüceyrələr vasitəsilə acı bağırsaq və qalça bağırsaq vasitəsilə daşınmasına şəkər fruktozasının passiv daşınması və amin turşularının, kiçik peptidlərin, vitaminlərin və əksər qlükozanın aktiv daşınması daxildir. Acı bağırsaqdakı villi onikibarmaq bağırsaq və ya qalça bağırsaqdan daha uzundur. Acı bağırsaqdakı pH adətən 7 ilə 8 arasındadır (neytral və ya bir qədər qələvi).
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Acı çay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Böyük Acı Göl
Böyük Acı Göl (ərəb. البحيرة المرة الكبرى‎; ), Süveyş kanalının bir hissəsi olan böyük bir duzlu göldür. == Duzluluq == Böyük Acı gölün yerləşdiyi yer əvvəllər quru duz dərəsi idi. Bu, hələ də gölün duzluluğuna təsir edir. Altı günlük müharibədən (1967) başlayaraq Süveyş kanalı səkkiz il bağlandı. Bu müddət ərzində gölün duzluluğu xeyli artıb. == Sarı Donanma == 1967-ci ildə altı günlük müharibə zamanı kanal bağlandı. Misir 1975-ci ilə qədər göldə 15 gəmini qapalı saxladı. Bu gəmilər tezliklə göyərtələrini örtən səhra qumlarına görə "Sarı Donanma" kimi tanındı.
Acı həyat (film, 1962)
Acı həyat — 1962-ci ildə istehsal olunmuş Türkiyə filmi. == Rollarda == Baş rolda Türkan Şoray çəkilmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 560.
Acı həyat (teleserial, 2005)
Acı həyat (türk. Acı Hayat) — rejissor Əbdülqədir Ceyran Edenin etdiyi teleserial. == Film haqqında == Filmdə İstanbulun varoş məhəllələrindən birində yaşayan qaynaqçı Mehmet və manikürçü Nərmindən bəhs edir. Mehmet və manikürçü Nərmin bir-birini çox sevən iki gəncdir. Evlənib yuva qurmaq istədikləri halda pulsuzluq üzündən davamlı çətinlik yaşayırlar. Yoxsulluq üzərinə kabus kimi gəlir. Tale, sanki bu iki sevgilini bir-birindən qoparmaq üçün şəbəkələrini qururlar. Nərmin gün keçdikcə yoxsulluğun onu itələdiyi ümidsizliyə qapılır, Mehmet isə bütün səylərinə baxmayaraq Nərmini xoşbəxt edəcək bir şey edə bilmir. Nərmin xoşbəxt olacağına dair bütün inancını itirməyə başladığı bir vaxtda, cəmiyyət həyatının məşhur adlarından biri olan Bəlqıs Kərvançıoğlu, manikür etdirmək üçün Nərmini dəbdəbəli malikanəsinə çağırır. Bəlqız, bu möhtəşəm malikanədə; əri Səfa, qızı Filiz və məşhur pleyboy olan oğlu Endər ilə yaşayır.
Dərman acıqıjısı
Adi acıqıjı (lat. Nasturtium officinale) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin acıqıjı cinsinə aid bitki növü. == Botaniki təsviri == Hündürlüyü 8-60 sm olan çılpaq, çoxillikbitkidir. Gövdəsi boruvari, şırımlıdır. Enli, saplaqlı yarpaqları lələkvari parçalanmış, 3-7 cüt uzunsov yumurtavari və ya diş-dişli oval formalı hissələridən ibarətdir. Çiçəklərin ləçəkləri 4–6 mm ağdırnaqcıqlıdır, qutucuqdan 2 dəfə uzundur. Meyvə çiçək-saplaqları nazik, uzundur. Buynuzcuq meyvələrinin uzunluğu 10–20 mm, eni 2 mm azacıq köpmüş və əyilmiş silindrik formalıdır. Toxumları xırda, iki cərgədir. May-iyulda çiçəkləyir, iyul-avqustda meyvə verir.
Ensizyarpaq acıpaxla
Ensizyarpaq acıpaxla (lat. Lupinus angustifolius) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Gövdəciksiz acıçiçək
Gövdəciksiz acıçiçək (lat. Gentiana acaulis) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Hirkan acıyoncası
Securigera cretica — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" — VU D2. Azərbaycanın nadir növüdür. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylı sərilən və ya qalxandır. Yarpaqları birqatlələkvari, 9-11 yarpaqcıqlıdır; yarpaqcıqları pazvari və ya uzunsov-tərs-yumurtavari, üstdən yaşıl, altdan mavi-göyümtüldür. Salxımları 7(5)-9(11) çiçəkli, çətirvaridir. Ksacıq zəngçiçəyi formasında, tacı ağ və ya açıq çəhrayı, aşağı hissədə bənövşəyi rəngdədir. Bayrağın ayası yumurtavari-dəyirmi, qayıqcıq düz bucaq altında əyilmişdir. Paxlaları aralanmış, silindrikdir. Toxumları uzunsov və ya qısa silindrik, pas-sarı rəngdə, 3-3,5 mm uzunluqda, 1 mm enindədir.
Hündür acıyonca
Hündür acıyonca (lat. Coronilla coronata) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü. == Arealı == Mərkəzi Avropadan Türkiyəyə qədər yayılmışdır. == Botaniki xarakteristikası == Hündürlüyü 20-40 sm, gövdəsi düz və ya əyilib qalxan, budaqlanan, çılpaq, göyümtül çoxillik ot bitkisidir. Yalançı zoğları uzunsov, kiçik, uzunluğu 3 mm-ə qədər, aşağıdakılar bitişən, yuxarıdakılar isə sərbəstdir. Yarpaqları tək lələkvaridir, əksinəyumurtaşəkilli və ya oval yarpaqcıqlardan 9-13 ədədi kiçik saplaq üzərində yerləşir, aşağı hissədəki yarpaq cütləri çox vaxt saplağın qaidə hissəsində yerləşir. Çiçəkləri 10-20 ədəd olmaqla çiçək oxunun sonunda qısa çətirlərdə toplanmışdır. Tac sarı rəngdədir; yelkən 10 mm uzunluqdadır, qanadlardan azca qısadır, lakin qayıqcıqdan uzundur. Paxlaları düzdür və enəndir, 1-4 ədəd dördtilli, yastılaşmış, uzunsov-xətvari buğumlardan ibarətdir. May ayında çiçəkləyir, may-iyul aylarında meyvə verir.
Hündürboylu acılıqotu
Hündürboylu acılıqotu (lat. Ephedra procera) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Təbii halda Balkanlarda, Kiçik Asiyada, İranda təsadüf edilir. Azərbaycanda Böyük Qafqazda, Kiçik Qafqazın şimalında, Qobustanda və s. bölgələrdə qayalıq yerlərdə və gilli uçurumlarda təbii şəraitdə rast gəlinir. Hündürlüyü 2 m olan, qollu-budaqlı, boz gövdəli koldur. Şaxələri düz, hamar, dar şırımlı, yaşıl və kifayət qədər nazikdir, diametri 1-1,5 mm-ə çatır. Yarpaqları tam inkişaf etməmişdir, qarşı-qarşıya düzülmüş və zər qərdəciklidir. Tozcuq sünbülcükləri saplaqsız, çox vaxt çaxələr boyu topa-topa düzülmüşdür, kürəşəkillidir, rəngi qırmızı və ya çəhrayı-sarıdır, 4-5 mm uzunluqdadır, şaxələri boyu düzülmüşdür. Xarici çiçəkaltlıqları aşağıdan dəyirmi-oval, yuxarıdan dəyirmi və uzun olub, bitişikdir.
Kirpikli acılıq
Kolvari acıyonca
Hippocrepis emerus (lat. Hippocrepis emerus) — paxlakimilər fəsiləsinin hippocrepis cinsinə aid bitki növü. == Təbii yayılması == Aralıq dənizyanı ölkələrində, İspaniyadan Kiçik Asiyaya qədər olan ərazilərdə və Şərqi Avropada yayılmışdır. == Botaniki təsviri == 0,5-1,5 m hündürlüyündə, yarpağını tökən koldur. Budaqları yaşıl rəngli, tillidir. Yarpaqları təklələkvari, 5-9 ədəd tərs yumurtavari formalı yarpaqcıqdan ibarətdir. Onların uzunluğu 0,6-2,3 sm, eni 0,3-1 sm olub, qısa saplaqlı və ya oturaqdır. Yarpaq altlığı üçkünc, çiçəkləri qızılı-sarı rəngdə, 3-8 ədədi birlikdə qoltuqlarda çətirvari çiçək qrupu təşkil edir. Onlar yarpaqdan 2-3 dəfə iridir. Kasacığı zəngvari, 3-5 mm uzunluqda, ensiz, tərs-yumurtavari, qayıqcıq formalı, oraqvaridir.
Künclü acıçiçək
Kələkötür acıçiçək
Kələkötür acıçiçək (lat. Gentiana scabra) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Laqodex acıçiçəyi
Ortaboy acılıq
Ortaboylu acılıqotu
Ortaboylu acılıqotu (lat. Ephedra intermedia) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. Orta Asiya, Tyan-Şan, Qafqaz, Cunq-Kaşq və Tibetdə geniş yayılmışdır. İlk dəfə Tarbaqatayda təsvir edilmişdir. 1 m hündürlükdə, sallaq budaqlı, boz qabıqlı, lifli koldur. Şaxəli budaqları yoğun, düz duran, göyümtül-yaşıl rəngdə olub, hamar və ya kələ kötürdür, diametri 2-3 mm-ə çatır. Düyünaraları qısa və ya 5 sm-ə qədər uzanmışdır. Yarpaqları iki-iki düzülmüş, pərdəvarı, üçbucaq formadadır, uzunluğu 2,5-3,5 sm-dir. Hamaşçiçəkdə tozcuq sünbülcükləri sıx topalaşmışdır, saplaqsızdır, oval formadadır, budaq boyu düzülmüşdür, 6-8 çiçəyi vardır. Daxili çiçəkaltlıqları enli və bütövdür; borucuğunun uzunluğu təxminən 4-5 mm-dir və kənarları diləoxşar formadadır.
Pont acıçiçəyi
Qatırquyruğu acılıq
Qatırquyruğuyabənzər acılıqotu
Qatırquyruğuyabənzər acılıqotu (lat. Ephedra equisetina) — bitkilər aləminin qnetokimilər şöbəsinin gnetopsida sinfinin acılıqotukimilər dəstəsinin acılıqotukimilər fəsiləsinin acılıqotu cinsinə aid bitki növü. Qafqaz, Orta Asiya (Qazaxıstan), Balkanlar, Monqolustan və Çində (Tibet) təbii halda yayılmışdır. Naxçıvan MR-də, Qobustanda, Şamaxıda Sitalçay (Axar-Baxar) boyunca orta dağ qurşağında qayalıq yerlərdə bitir. Azərbaycanın nadir btkilərindəndir. LC. Quru daşlı-qayalı yerlərdə rast gəlinir. Təbii halda Azərbaycanda arealı çox geniş deyildir. Hündürlüyü 1,5 m-ə çatan, boz gövdəli, yoğun və sıx budaqlı koldur. Şaxələri düz, sallaq, hamar buğumlu və nazik şırımlı olub, diametri 2 mm-ə qədərdir. Düyün aralarının uzunluğu 2-4 sm-dir.
Qozaburunlu acılıq
Qıvrım acıyonca
Qıvrım acıyonca (lat. Coronilla scorpioides) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıyonca cinsinə aid bitki növü.
Qışlaq-i Acıişmə-i Nurəhməd (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Nurəhməd (fars. قشلاق اجي اشمه نوراحمد‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 34 nəfər yaşayır (10 ailə).
Qışlaq-i Acıişmə-i Papur (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Papur (fars. قشلاق اجي اشمه پاپور‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 13 nəfər yaşayır (4 ailə).
Qışlaq-i Acıişmə-i Əliheydərbəy (Biləsuvar)
Qışlaq-i Acıişmə-i Əliheydərbəy (fars. قشلاق اجي اشمه علي حيدربيگ‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 21 nəfər yaşayır (4 ailə).
Sarı acıpaxla
Sarı acıpaxla (lat. Lupinus luteus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin acıpaxla cinsinə aid bitki növü.
Sarı acıçiçək
Sarı acıçiçək (lat. Gentiana lutea) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.
Soyuq acıçiçək
Soyuq acıçiçək (lat. Gentiana algida) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin acıçiçəkkimilər fəsiləsinin acıçiçək cinsinə aid bitki növü.

acı sözünün leksik mənası və izahı

  • 1 sif. 1. Dili-ağzı yandırıcı, kinə, xardal və s. dadında olan (şirin ziddi). Acı dərman. Acı badam. Acı dad. Acı istiot. Acı turp. Acı soğan. Acı çay (dişləmə çay, içinə qənd salınmamış çay). 2. məc. Fəlakətli, məşəqqətli, əziyyətli, kədərlə dolu. Acı həyat. Acı tale. Acı günlər. // is. məc. (çox vaxt cəm şəklində). Fəlakət, əziyyət, məşəqqət, təzyiq. İndi Gülpəri, ona [İdrisə] çox məşəqqətli keçmiş uşaqlıq həyatının bütün acılarını unutdurdu. M.Hüseyn. □ Acı çəkmək – müsibət çəkmək, fəlakət keçirmək. 3. is. məc. Ağrı, azar, yorğunluq hissi. Can acısı. – Molla Bağırın fələqqəsinin çubuqlarının acısını, deyəsən, indi bu saat yenə ayaqlarımda hiss edirəm. C.Məmmədquluzadə. // Müvəffəqiyyətsizlik, uğursuzluq, fəlakət, peşmanlıq nəticəsində doğan acılıq hissi. [Ulduzun] duyduğu acını yuyub aparmaq üçün heç bir göz yaşı kifayət deyildi. Ə.Məmmədxanlı. 4. məc. Xoşa gəlməyən, qəlbə toxunan, ağır, pis, qaba, kobud. Acı söz. Acı danışıq. Acı xatirələr. – Şol şəkər dildən rəvamıdır, şəha; Bən mühibbə sən acı söz söyləmək? Nəsimi. [Səfdərqulu:] Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə. N.Vəzirov. Ayrım qızı … naxır sahiblərinin acı töhmətini eşitməmək, həm də Kərim babaya acı dərs vermək qəsdi ilə yumrubaşlı iri çomağı götürüb özünü naxıra yetirmişdi. A.Şaiq. □ Acı danışmaq – bax acılamaq. 5. məc. İbrətli, nəticəsi pis olan, təəssüf ediləcək. Keçən ilin acı təcrübəsindən hələ də lazımi nəticə çıxarmamışlar. 6. Bəzi sözlərin qabağında, onların ifadə etdikləri şeyin təsirini, dərəcəsini, qüvvəsini şiddətləndirir. Şərbətli acı firqətin nuş edərəm şəkər kimi. Nəsimi. Əsəndə dövranın acı ruzgarı; Saralıb solursan bir gözəl kimi. S.Vurğun. Acı xəzri qurutmuş torpağını, daşını. R.Rza. Heybət əlini Şamonun əlindən üzərək, ata acı bir qamçı çəkdi. S.Rəhimov. Gəlin bayaq acı bir fəryad çəkib özündən getdi. Mir Cəlal. ◊ Acı göz yaşları – dərdin, kədərin şiddətini ifadə edir. Acı gülüş – dərin bir kədərlə birləşmiş gülüş, ağlarkən gülmə. Acısını almaq (çıxarmaq) – 1) heyfini almaq, intiqamını almaq; 2) acılığını azaltmaq (götürmək).

    Azərbaycan dilinin izahlı lüğəti / acı

acı sözünün etimologiyası

  • 1 Acıq kəlməsi ilə eyni kökə malikdir. Acı “turş” demək olub (indi məna bir qədər dəyişib), acıq isə “hirs” anlamında işlədilir. Bu da “turş” anlamı ilə əlaqədardır. Təsadüfi deyil ki, acıqlı adam üz-gözünü turşudur.  

    Azərbaycan dilinin etimologiya lüğəti / acı

acı sözünün sinonimləri (yaxın mənalı sözlər)

acı sözünün omonimləri (çox mənalı sözlər)

  • 1 ACI I sif. Qəlbə toxunan; ağır; sancan; fəlakətli. Mümkün deyil ki, kişi səni görə, sənə acı söz deməyə (N.Vəzirov). ACI II f. Ürəyi yanmaq, yazığı gəlmək. Əgər acısan da bu hala bəzən; Təəssüf etmirəm, Etibar bala (B.Azəroğlu).

    Azərbaycan dilinin omonimlər lüğəti / acı

acı sözünün rus dilinə tərcüməsi

  • 1 1. горький; 2. перен. резкий, язвительный; 3. перен. боль, горе;

    Azərbaycanca-rusca lüğət / acı
  • 2 I прил. 1. горький: 1) имеющий горький вкус. Acı dərman горькое лекарство, acı həblər горькие таблетки, acı ot горькая трава 2) тяжёлый, бедственный. Acı həyat горькая жизнь, acı dəqiqələr горькие минуты, acı xəbərlər горькие вести, acı xatirələr горькие воспоминания 2. едкий. Acı tüstü едкий дым 3. резкий. Acı cavab резкий ответ, acı tənqid резкая критика 4. язвительный. Acı gülüş язвительный смех 5. тягостный. Acı təəssürat тягостное впечатление II нареч. 1. горько, неприятно на вкус, с привкусом горечи 2. тяжело, печально III сущ. 1. горькое. Acının dadını bilməmiş, şirinin qədrini bilməzsən не отведав горького, не узнаешь сладкого 2. перен. боль 3. горечь. Məğlubiyyatin acısını dadmaq познать горечь поражения; acı çay чай вприкуску ◊ acı çəkmək переживать, пережить горе, беду; acı dillər злые языки; acı göz yaşları горькие слёзы; acı gülüş смех сквозь слёзы; acı sözlər горькие слова; acı söz demək сказать что-л. неприятное, обидное, преподнести пилюлю кому; dili acı острый на язык, язвительный, злой; acısını almaq (çıxarmaq) отомстить кому-л.; gözünün acısını almaq вздремнуть; acı danışmaq грубо говорить, acı həqiqət горькая правда

    Azərbaycanca-rusca lüğət / acı

acı sözünün inglis dilinə tərcüməsi

  • 1 I. i. bitter taste; bitter stuff; məc. bitterness; gözünün acısını almaq (bir azca yatmaq) d.d. to take* a nap, to sleep* a bit II. s. (həm müst., həm də məc.) bitter; acı dad bitter taste; acı külək / soyuq bitter wind / cold; acı xatirələr bitter memories; acı tale bitter fate; acı göz yaşları bitter tears; acı həqiqət the bitter truth; acı dil wicked / spiteful tongue III. z. bitterly; acı danışmaq to speak* bit terly

    Azərbaycanca-ingiliscə lüğət / acı

acı sözünün fransız dilinə tərcüməsi

  • 1 sif. am||er, -ère ; incisi//f,-ve (zəhərli) ; fielleu//x, -se (məc.) ; mordant, -e ; acre (tüstü haqq.) ◊ ~ təcrübə amère expérience f ; expérience decevante ; ~ istehza causticité f ; ~ həqiqət amère vérité f ; ~ gülüş rire m sardonique (rire sardonien) ; ~ tale triste sort m

    Azərbaycanca-fransızca lüğət / acı

acı sözünün ləzgi dilinə tərcüməsi

  • 1 прил. 1. туькьуьл; acı dad туькьуьл дад; 2. пер. залан, мишекъат, азабрив ацӀай (мес. йисар); 3. пер. тӀал, азар, юргъунвилин гьисс; 4. пер. туькьуьл, пис, залан, хкӀадай, рикӀ тӀардай (мес. гаф); 5. acı-acı нареч. а) хъел кваз, хкӀадай тегьерда; б) тӀува къведайвал, рикӀ ккуз-ккуз; acı-acı ağlamaq рикӀ ккуз-ккуз шехьун.

    Azərbaycanca-ləzgicə lüğəti / acı

acı sözünün türk dilinə tərcüməsi

"acı" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#acı nədir? #acı sözünün mənası #acı nə deməkdir? #acı sözünün izahı #acı sözünün yazılışı #acı necə yazılır? #acı sözünün düzgün yazılışı #acı leksik mənası #acı sözünün sinonimi #acı sözünün yaxın mənalı sözlər #acı sözünün əks mənası #acı sözünün etimologiyası #acı sözünün orfoqrafiyası #acı rusca #acı inglisça #acı fransızca #acı sözünün istifadəsi #sözlük