* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 əd. Əvvəlki fikri əsaslandırmaq, yaxud bir şeyi sübut etmək, ifadəni gücləndirmək üçün söylənir, bəzən etiraz, narazılıq, məzəmmət, bəzən də xahiş, təkid bildirir. Niyə belə yubanırsan, axı işə gecikirsən. Axı bu bir həqiqətdir. Axı o təhlükədədir, ona tez kömək etmək lazımdır. – [Ağa Kərim xan:] Zalım oğlu, deyəsən, pulların yerini bilib, axı… N.Vəzirov. [Zeynəb:] Axı, qardaş, mən yorulmuşam. S.S.Axundov. [Verdiyev:] Beş kişinin biriyəm axı, niyə məni tay-tuş içində yerə vurursan! Mir Cəlal. [Xavər:] Əzizim, … bax, bu balaca üçün özünü gözləməlisən, axı sənsiz onun axırı nə olar? M.İbrahimov.
Azərbaycan dilinin izahlı lüğəti / axı2 част. 1. ведь. Axı sən səhərdən acsan ведь ты голодный с самого утра 2. же. Nə üçün axı? почему же, зачем же? nə olub axı? что же случилось?; axı bu nəyə lazımdır? зачем же это нужно?
Azərbaycanca-rusca lüğət / axı1 əd. 1. you know, you see; Axı siz səhv edirsiniz You are wrong, you know; 2. after all; Siz mənə nə üçün inan mırsınız? Axı mən həkiməm! Why don’t you trust me? I’m a doctor, after all! Axı nə olub?! What’s the matter after all?
Azərbaycanca-ingiliscə lüğət / axı1 кӀус. эхир, хир (эвел лагьай фикир тестикьарун, са затӀ субут авун ва я гафунин мана гужлу авун паталди лугьуда; гагь-гагь наразивал, инкарвал, туьнбуьгь, хагьишун къалурда); deyirəm axı за лугьузва хир.
Azərbaycanca-ləzgicə lüğəti / axıI (Balakən) meşəlik və ya kolluq yerləri təmizləyərək düzəldilmiş əkin sahəsi. – Bizim qalxozda altı heqtar yer axıdı II (Ordubad) kirvə. – Uşax sünnət olunanda oni tutan adama axı deyərıx
Azərbaycan dilinin dialektoloji lüğəti.