acı-zəhrimar sözü azərbaycan dilində

acı-zəhrimar

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • acı-zəhrimar • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Acı Qal
Acı Qal (ukraynca , rus. Чистенькое, Аджи-Кал) — Krımın Sevastopol rayonunda bir kənddir. Əhalisinin sayı 4115 nəfərdir (2001-ci il).
Acı ağgöbələk
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı ağəsmə
Acı ağəsmə (lat. Clematis flammula) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin ağəsmə cinsinə aid bitki növü. == Təbii yayılması == Təbiətdə növün arealı Uzaq Şərqi əhatə edir. Kolluqlarda, meşələrdə, çayların sahillərində, daşlı yamaclarda bitir. == Botaniki təsviri == Gövdələri dırmaşan, çoxsaylı, sıx hörük əmələ gətirir. Yarpaqları lələkvari, alt hissələri üç yerə bölünmüş, digərləri bütövdür; hissələri yumurtavari-lansetvari, uzun-ucu biz, kənarları oyuqlu-dişli, yuxarı tərəfi batıq, alt tərəfi qabarıq damarcıqlı, əsasən çılpaq, bəzən bir az tükcüklüdür. Çiçəkləri xırda, uzunsov, çoxçiçəkli çiçək qruplarına yığılmışdır. Kasayarpaqları ağ və ya açıq sarı, uzunluğu 1,5 sm-dək, üst tərəfi tükcüklüdür. Erkəkcik saplaqları çılpaqdır. Meyvələri az batıq, çox və ya az tükcüklüdür.
Acı badam
Acı boletus
Acı ağgöbələk (lat. Caloboletus calopus) — boletaceae fəsiləsinin caloboletus cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür. == Təbii yayılması == == Botaniki təsviri == Meyvə cismi torpaqda inkişaf edir. Papaqcıq 5–15 sm diametrindədir, əvvəl şar formalı, sonradan yasıqvari qabarıqlı, boz və ya oxralı qəhvəyidir. Papaqcığın alt hissəsində yerləşən himenofor sarı, kiçik və bucaqlı məsaməli, toxunduqda yaşılımtıl-mavi rəng alır. Ayaqcıq 3–7 x 2–3 sm, əvvəl kök yumrusuna bənzər, sonradan düz, qırmızımtıl, yuxarısı sarıdır. Ayaqcığın səthində olan torcuq əsasa qədər ağ və ya açıq sarı, yetişdikdə qırmızı, yuxarı hissəsi sarı olur. Ləti sarı, kəsildikdə göyərən, acı dadlıdır.
Acı duz
Acı duz və ya ingilis duzu ((MgSO4·7H2O)) — maqnezium-sulfat kristalhidratının texniki adı. İşlətmə dərmanıdır. Rəngsiz rombşəkilli çərçivələrə malik (а = 1,187 nm, b = 1,200 nm, с = 0,688 nm, z = 4) kristallardan ibarətdir. Sıxlığı 1,68 q/sm³, Moosa görə möhkəmliyi 2-2,5-dir. Suda yaxşı həll olur.
Acı südləyən
Acı südləyən (lat. Euphorbia esula) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü. == Sinonimləri == Esula angustifolia Haw. Esula ararica (Jord.) Fourr. Esula dalechampii Haw. Esula major Garsault [Invalid] Esula pseudocyparissias (Jord.) Fourr. Esula riparia (Jord.) Fourr. Esula salicetorum (Jord.) Fourr. Esula vulgaris Fourr. Euphorbia androsaemifolia Schousb.
Acı yovşan
Acı yovşan (lat. Artemisia absinthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. Alaq bitkisi hesab olunur. Yumşaq torpaqlarda, yaşayış yerlərində, yol kənarlarında, bostanlarda, çöllərdə və bağlarda olur. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kökümsovları çoxşaxəli, qısa, şaquli və oduncaqlıdır. Bütün yerüstü hissələri sarımtıl-gümüşü rəngli olmaqla, sıx tükcüklərlə örtülmüşdür. Yovşanın özünəməxsus kəskin iyi vardır. Gövdəsi çoxsaylı, qabırğalı, yuxarı tərəfdən süpürgəvari-budaqlanan yarpaqlardan ibarətdir. Kökətrafı yarpaqları bitki çiçəkləyən zaman adətən ölüşkəyir.
Murad Acı
Murad Acı (rus. Мура́д Эскенде́рович Аджи́ев, 1994-cü ildən Murad Acı adını istifadə etdi; 9 dekabr 1944, Moskva – 7 mart 2018, Moskva) — qumuq əsilli türkoloq, publisist, yazıçı, iqtisad elmləri namizədi. Dosent. Altaydan gəlmiş xalqların Böyük köçü konsepsiyasının müəllifidir. Murad Acı 9 dekabr 1944-cü ildə Moskvada anadan olub. O, 1964-cü ildə Moskva Dövlət Universitetinin Coğrafiya Fakültəsinin Şimal Araşdırmaları Bölməsinə daxil olmuş, 1969-cu ildə isə Moskva Dövlət Universitetinin Coğrafiya fakültəsini bitirib aspiranturaya qəbul olmuşdur. Murad Acı SSRİ Dövlət Plan Komitəsinin Məhsuldar Resursların Öyrənilməsi Şurasına daxil olmuşdur. O, 1973-cü ildə Sənaye və inşaat əsasları ixtisasını seçərək "SSRİ-nin şimal-şərqindəki sənaye inkişafı prosesinin modelləşdirilməsi və optimallaşdırılması" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Murad Acının elmi məsləhətçisi professor V. F. Burxanov idi. Məzun olduqdan sonra Acıyev SSRİ Əlvan Metalurgiya Nazirliyinin Proqnozlaşdırma şöbəsində işləmiş, həmçinin bir neçə il Sibirdə sosial tikinti proseslərini öyrənmişdir.
Acı gölü
Acı gölü— Rusiyada, Dağıstan Respublikasında göl. == Göl haqqında məlumat == Acı gölü Dağıstanın Qayakənd və Dərbənd rayonlarının sərhəddində yerləşir. Ulluçay çayının aşağı axarının şimalında, Xəzər dənizi sahilinə yaxın, ondan 14 km məsafədə yerləşir. Acı gölünün sahəsi 4,8 km², digər mənbələrə görə isə 5,3 və ya 6,7 km² olaraq göstərilir. Gölün ölçüsü 1,5x5 km-dir. Maksimal dərinliyi 2 m-ə çatır, orta dərinliyi 1,5 m-dir. Dəniz səviyyəsindən 23 metr aşağıda yerləşir. Suyun səviyyəsi aşağı düşəndə dənizdən ayrılan laqondur. 2022-ci il martın 26-da Dağıstan Respublikasının başçısı Sergey Məlikov onun xüsusi mühafizə olunan ərazi kimi tanındığını elan edir, çünki onun sakinləri nəsli kəsilməkdə olan heyvan növləri, 30-dan çox qırmızı kitaba alınmış quş və flaminqo növləridir. Göl nadir quş növlərinin, o cümlədən flaminqoların yuva saldığı, köçlərinin dayandığı və qışladığı yerdir.
Acı bağırsaq
Acı bağırsaq (lat. jejunum) — insanlarda və ən yüksək onurğalılarda, o cümlədən məməlilər, sürünənlər və quşlarda nazik bağırsağın ikinci hissəsi. Onun membranı əvvəllər onikibarmaq bağırsağın fermentləri tərəfindən həzm olunmuş qida maddələrinin kiçik molekullarının enterositlər tərəfindən udulması üçün ixtisaslaşmışdır. Acı bağırsağın döngələri qarın boşluğunun yuxarı sol hissəsində yerləşir. Acı bağırsaq və qalça bağırsağın arasındakı bölünmə anatomik olaraq fərqlənmir. Yetkinlərdə qalça bağırsaq adətən 6-7 m (20-23 fut) uzunluğundadır, bunun təxminən beşdə ikisi acı bağırsaqdır. == Tərkibi == Qəbul edilən qidaya məruz qalan acı bağırsağın daxili səthi, qəbul edilən qidalardan qida maddələrinin udulması üçün mövcud olan toxumaların səth sahəsini artıran villi adlanan selikli qişalarla örtülüb. Qida maddələrinin epitelial hüceyrələr vasitəsilə acı bağırsaq və qalça bağırsaq vasitəsilə daşınmasına şəkər fruktozasının passiv daşınması və amin turşularının, kiçik peptidlərin, vitaminlərin və əksər qlükozanın aktiv daşınması daxildir. Acı bağırsaqdakı villi onikibarmaq bağırsaq və ya qalça bağırsaqdan daha uzundur. Acı bağırsaqdakı pH adətən 7 ilə 8 arasındadır (neytral və ya bir qədər qələvi).
Acı-qovuqyarpaq xaçgülü
Senecio taraxacifolius (lat. Senecio taraxacifolius) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik, açıq-yaşıl, xırda vəzili-tüklü bitkidir. Kökümsovu qısa, çəpdir. Gövdəsi 20- 50 sm hündürlükdə, düz, yuxarı hissədə qalxanvari-budaqlanandır. Aşağı yarpaqlar saplaqlı, 1-3 kənar hissəli, ürəkvariyumurtavari; orta və yuxarı kök yarpaqları saplaqlı və ya oturaqdır. Səbət 2-6 sayda, qalxanvari çiçəkqrupu, uzun ayaqcıqdadır. Sarğı yarımkürəvari, 12–15 mm uzunluqda; xarici yarpaqcıqlar az saydadır. Dilcikşəkilli çiçəklər narıncı-sarı rənglidir. Toxumcaları 5 mm uzunluqda, 1 mm enində, xətvari, şırımlı, çılpaq; kəkili açıq qəhvəyi rəngli, demək olar ki, toxumca ilə eynidir və ya bir az ondan uzundur.
Acı çay körpüsü
Acıçay körpüsü Təbriz şəhərinin şimal-qərb bölgəsində yerləşən və Acıçayın üzərində olan tarixi körpüdür. == Haqqında == Bu körpü Təbrizi Cənubi Azərbaycanın şimal-qərb regionları, Türkiyə və Rusiya ilə birləşdirmək üçün istifadə edilmişdir. Bu körpü tarixi İpək yolunun şərq və qərb hissələrini birləşdirən əsas element olmuşdur. Körpü 16 aşırımdan ibarətdir. Uzunluğu 105 metr, eni isə 5 metrdir. Körpü dəfələrlə müxtəlif şəxslər tərəfindən restavrasiya olunduğuna görə vahid memarlıq üslubu yoxdur. 16 aşırımdan 3-ü yarım dairəvi formada olsa da, yerdə qalan aşırımlar ziq-zaq formasındadır. == Restavrasiyalar == Tarixin müəyyən dövrlərində körpü dəfələrlə restavrasiya olunmuş və ya dağılmışdır. Körpü həm təbii fəlakətlərə görə, həm də müharibələr zamanı dağılmışdır. Körpünün sonuncu restavrasiyası Abbas Mirzənin hakimiyyəti illərində baş vermişdir.
Böyük Acı Göl
Böyük Acı Göl (ərəb. البحيرة المرة الكبرى‎; ), Süveyş kanalının bir hissəsi olan böyük bir duzlu göldür. == Duzluluq == Böyük Acı gölün yerləşdiyi yer əvvəllər quru duz dərəsi idi. Bu, hələ də gölün duzluluğuna təsir edir. Altı günlük müharibədən (1967) başlayaraq Süveyş kanalı səkkiz il bağlandı. Bu müddət ərzində gölün duzluluğu xeyli artıb. == Sarı Donanma == 1967-ci ildə altı günlük müharibə zamanı kanal bağlandı. Misir 1975-ci ilə qədər göldə 15 gəmini qapalı saxladı. Bu gəmilər tezliklə göyərtələrini örtən səhra qumlarına görə "Sarı Donanma" kimi tanındı.
Acı həyat (film, 1962)
Acı həyat — 1962-ci ildə istehsal olunmuş Türkiyə filmi. == Rollarda == Baş rolda Türkan Şoray çəkilmişdir. == Mənbə == Azərbaycan Sovet Ensiklopediyası. X cild. Bakı, 1987, səh. 560.
Acı həyat (teleserial, 2005)
Acı həyat (türk. Acı Hayat) — rejissor Əbdülqədir Ceyran Edenin etdiyi teleserial. == Film haqqında == Filmdə İstanbulun varoş məhəllələrindən birində yaşayan qaynaqçı Mehmet və manikürçü Nərmindən bəhs edir. Mehmet və manikürçü Nərmin bir-birini çox sevən iki gəncdir. Evlənib yuva qurmaq istədikləri halda pulsuzluq üzündən davamlı çətinlik yaşayırlar. Yoxsulluq üzərinə kabus kimi gəlir. Tale, sanki bu iki sevgilini bir-birindən qoparmaq üçün şəbəkələrini qururlar. Nərmin gün keçdikcə yoxsulluğun onu itələdiyi ümidsizliyə qapılır, Mehmet isə bütün səylərinə baxmayaraq Nərmini xoşbəxt edəcək bir şey edə bilmir. Nərmin xoşbəxt olacağına dair bütün inancını itirməyə başladığı bir vaxtda, cəmiyyət həyatının məşhur adlarından biri olan Bəlqıs Kərvançıoğlu, manikür etdirmək üçün Nərmini dəbdəbəli malikanəsinə çağırır. Bəlqız, bu möhtəşəm malikanədə; əri Səfa, qızı Filiz və məşhur pleyboy olan oğlu Endər ilə yaşayır.

Oxşar sözlər

#acı-zəhrimar nədir? #acı-zəhrimar sözünün mənası #acı-zəhrimar nə deməkdir? #acı-zəhrimar sözünün izahı #acı-zəhrimar sözünün yazılışı #acı-zəhrimar necə yazılır? #acı-zəhrimar sözünün düzgün yazılışı #acı-zəhrimar leksik mənası #acı-zəhrimar sözünün sinonimi #acı-zəhrimar sözünün yaxın mənalı sözlər #acı-zəhrimar sözünün əks mənası #acı-zəhrimar sözünün etimologiyası #acı-zəhrimar sözünün orfoqrafiyası #acı-zəhrimar rusca #acı-zəhrimar inglisça #acı-zəhrimar fransızca #acı-zəhrimar sözünün istifadəsi #sözlük