Ahi sözü azərbaycan dilində

Ahi

Yazılış

  • Ahi • 52.9412%
  • AHİ • 23.5294%
  • ahi • 17.6471%
  • aHi • 5.8824%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
AHİK
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. == AHİK-in orqanları == Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
Ahizadə Hüseyn Əfəndi
Ahizadə Hüseyn Əfəndi (1572, Konstantinopol – 8 yanvar 1634) — Osmanlı alimi və edam edilən ilk şeyxülislam. == Həyatı == 1572-ci ildə dünyaya gəlmişdir. Atası Ahizadə Mehmed Əfəndi II Səlim dövrünün qazılarından olmuşdur. İlk təhsilini aldıqdan sonra Xoca Sadəttin Əfəndinin himayəsinə girərək 1589-cu ildə təhsilini başa vurmuşdur. Ardından 1599-cu ildə Sahn-ı Səman, 1601-ci ildə Şahzadəbaşı və Süleymaniyyə, 1603-cü ildə Süleymaniyyə Darülhədis və Hakaniyyə-Vəfa mədrəsələrində müdərrislik etmişdir. Daha sonra qazı olaraq xidmət göstərən Hüseyn Əfəndi 1601–1632-ci illər ərzində bir dəfə Bursa, 3 dəfə İstanbul, 2 dəfə Anadolu və 3 dəfə Rumeli başqazısı olaraq təyin olundu. 1632-ci ildə baş verən sipahi üsyanı nəticəsində şeyxülislam Yəhya Əfəndi vəzifədən uzaqlaşmış və onun yerinə Ahizadə Hüseyn Əfəndi şeyxülislam seçildi.İki il bu vəzifədə qalan Hüseyn Əfəndinin şeyxülislamlığı dövründə IV Murad Bursaya gedərkən xalqın şikayəti ilə heç bir araşdırma aparmadan İznik qazısını edam etdirmişdir. Bu hərəkəti elm sahəsinə vurulan böyük bir zərbə olaraq görən Ahizadə Hüseyn Əfəndi dövrün validə sultanı Kösəm Sultana bir məktub yazaraq üləmaya hörmət göstərilməsini və padşahın düz yola çağırılmasını ona məsləhət gördü. Bunun ardından Kösəm Sultan oğluna bir məktub yazaraq paytaxtda vəziyyətin gərgin olduğunu və dərhal geri qayıtmalı olduğunu bildirdi. Xəbəri alan IV Murad dərhal İstanbula geri döndü və şeyxülislamla İstanbul qazısı olan oğlu Seyid Mehmed Əfəndinin Kipr adasına sürgün edilməsi ilə bağlı fərman yazdı.
Ahimsa
Ahimsa (sanskr. अहिंसा, pali avihiṃsā) — qədim hind davranış və fəaliyyət prinsipi olub, burada ilk tələb zərər verməmək, zorakılıq etməməkdir. Hinduizm, buddizm və caynizmdə əsas fəzilətdir. Bu söz sanskritcə hiṃs kökündən gəlir - “döymək”; hiṃsa - “zərər vermək”, “məhv etmək”. A prefiksi onun inkarıdır, yəni “zərər verməmək” . Ahimsa, onu yaradan insanlara qarşı deyil, pisliyin özünə (nifrət, əzab) qarşı yönəlmiş, dünyada pisliyin, şərin azalmasına səbəb olan davranış kimi müəyyən edilir. Ahimsa əməl, söz və düşüncə ilə bütün canlılara (insanlara, heyvanlara; caynizmdə bitkilərə də qulluq etmək) zərər verməkdən (öldürməkdən, zorakılıqdan) imtina etməkdən ibarətdir Ahimsa prinsipi e.ə. I minilliyin ortalarından başlayaraq hind dini fikrində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yeni istiqamətlərin nümayəndələri: Ajivika, sonra caynizm və buddizm, heyvanların kəsilməsi ilə ritual qurbanların vedik praktikasına qarşı çıxmışdırlar. Eramızdan əvvəl III əsrə qədər ahimsa anlayışı hind mədəniyyətində o qədər mərkəzi yer tutur ki, kral Aşoka bütün inancları birləşdirmək cəhdində qayaüstü fərmanlarının ilk ikisini ona həsr etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.09 dəfə / 1 mln.
2011 ••••• 0.09
2012 ••••••••• 0.17
2017 •••••••••••••••• 0.33
2019 •••••••••••••••••••• 0.42
2020 ••••••••••••• 0.27

"ahi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ahi nədir? #ahi sözünün mənası #ahi nə deməkdir? #ahi sözünün izahı #ahi sözünün yazılışı #ahi necə yazılır? #ahi sözünün düzgün yazılışı #ahi leksik mənası #ahi sözünün sinonimi #ahi sözünün yaxın mənalı sözlər #ahi sözünün əks mənası #ahi sözünün etimologiyası #ahi sözünün orfoqrafiyası #ahi rusca #ahi inglisça #ahi fransızca #ahi sözünün istifadəsi #sözlük