Rahi sözü azərbaycan dilində

Rahi

Yazılış

  • Rahi • 62.0690%
  • rahi • 34.4828%
  • RAHİ • 3.4483%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sultan Rahi
Sultan Rahi, Məhəmməd Sultan (24 iyun 1938, Pəncab[d], Britaniya Hindistanı, Ravalpindi, Hindistan və ya Britaniya Hindistanı, Britaniya Hind okeanı əraziləri – 9 yanvar 1996, Qucranvala, Pəncab, Pəncab, Pakistan və ya Pakistan) — aktyor, prodüser, yazıçı.
Vüqar Rahi
Ferrarisini satmış rahib
Liderlik fəsəfəsinin dünya şöhrətli siması və yazıçı Robin Şarmanın şəxsiyyətin inkişafı barədə yazılmış Ferrarisini satmış rahib əsəri müasir dünya ədəbiyyatı incilərindəndir. == Nəşri == “Ferrarisini satmış rahib” əsərinin ilk nüsxəsi 1997-ci ildə Harper Collins Publishers nəşriyyatı tərəfindən çap olunmuşdur. Əsər bütün dünyada oxucular tərəfindən yüksək qiymətləndirilmiş, 2013-cü ilədək bütün dünyada üç milyondan çox nüsxəsi satılmışdır. 70-dən çox dilə tərcümə olunan kitab 50-dən çox ölkədə nəşr olunmuşdur. Əsər Çennai, Kəlkətə kimi böyük Hindistan şəhərlərində ən çox satan özünü inkişaf kitablarından biri olmuşdur. “Ferrarisini satmış rahib” kitabının uğurları müəllifi menecment və şəxsiyyətin inkişafı mövzusunda yazılmış digər bir özünü inkişaf kitabı olan “Qırmızı ferrarisini satan rahibin gizli məktubları” əsərini yazmağa ruhlandırmışdır. == Məzmun == Uğurlu hüquqşünas Culian dəbdəbəli həyata, tropik adada villaya və hətta qırmızı “Ferrari”yə sahib olan az insanlardan biridir. Bütün gününü işdə keçirən, özünü işinə sərf edən Culian məhkəmələrin birində qəfldən infarkt keçirir və bununla da bütün həyatı dəyişir. Sağaldıqdan sonra hər şeyini, hətta sevimli "Ferrari"sini belə satıb Hindistana gedən Culian orada yaşadığı müddətdə müdrik insanlarla tanış olur və müdriklərin ona verdiyi dəyərli məsləhətləri yerinə yetirərək o qədər dəyişir ki, hətta illərdir onu tanıyan dostu Con belə qayıdanda onu tanımır. Əsərin sujet xətti Culian Mentl və Con arasında keçən söhbət, Culianın mənəvi inkişaf zamanı öyrəndiklərini dostlu Conla danışması şəklində davam edir.
Hafiz Rahim
Hafiz Rahim (19 noyabr 1983 - 9 iyul 2020) - Sinqapur peşəkar futbolçusu. == İlk illəri == Hafiz Rəhim 19 noyabr 1983-cü ildə Sinqapurda anadan olub. == Futbol karyerası == 2011-2020 illəri arasında Sinqapur Milli Futbol Komandasında və 2006-2011 illəri arasında Geylang International futbol komandasında oynayıb. == Ölüm == Hafiz Rəhim 9 iyul 2020-ci ildə Sinqapurda baş verən yol qəzası nəticəsində 36 yaşında öldü.
Rahib Hüseynov
Rahib Hüseynov (tam adı: Rahib Məmməd oğlu Hüseynov; 1939, Quba, Quba rayonu, Azərbaycan SSR, SSRİ – 12 fevral 1990, Bakı, Azərbaycan SSR, SSRİ) — Qanlı Yanvar şəhidi. == Həyatı == 1939-cu il 29 noyabr tarixində Quba rayonunda anadan olmuşdur. Ticarətdə işləmişdir. 1985-ci ildə Rahibə qurama «Dövlət əmlakının mənimsənilməsi» ittihamı ilə səkkiz il iş kəsilmiş, 1988-ci ilin aprel ayında Rahib azadlığa buraxılmışdır. Ailəli olmiş, dörd qızı və dörd oğlu yadigar qalmışdır. Böyük qızı Xəyalə 1965-ci ildə, kiçik qızı Mariyə isə 1981-ci ildə anadan olmuşdur. == Qanlı Yanvar faciəsi == Hadisə fevral ayının 12-də təxminən saat 16.30 dəqiqədə Salyan kazarması istiqamətində, «Xəzər» kinoteatrının yaxınlığında olmuşdur. Həmin dövrdə Rahib Bakıya öz pasportunun dalınca gəlmişdir. Hadisə baş verən vaxt mərhumla bir maşında olmuş Rəcəb Əliyevin dedikləri: Quba şəhər qəbiristanlığında dəfn edilmişdir.
Rahib Hüseynov (kiçik çavuş)
Rahib İlham oğlu Hüseynov (2 aprel 2000; Beyləqan rayonu, Azərbaycan — 29 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahib Hüseynov 2000-ci il aprelin 2-də Beyləqan rayonunun Birinci Şahsevən kəndində anadan olub. == Hərbi xidməti == Azərbaycan Ordusunun kiçik çavuşu olan Rahib Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Rahib Hüseynov oktyabrın 29-da Füzulinin azad edilməsi zamanı şəhid olub. Füzuli rayonunun Alxanlı kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahib Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Rahib Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.
Rahib Məmmədov
Rahib Məmmədov (əsgər) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. Rahib Məmmədov (atlet) — Azərbaycanlı yüngül atlet.
Rahib Məmmədov (atlet)
Rahib Məmmədov (əsgər)
Rahib Gülmalı oğlu Məmmədov (25 avqust 1967, Mahrızlı, Ağdam rayonu – 2 fevral 1987, Xobi bələdiyyəsi[d], Sameqrelo-Yuxarı Svaneti diyarı) — Azərbaycanlı əsgər, "Qırmızı Ulduz" ordeni laureatı. == Həyatı == Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. O 1984-cu ildə Mahrızlı kənd orta məktəbini bitirdikdən sonra, Ağdam şəhərində yerləşən Kənd Təsəruffatının Elektrikləşdirilməsi və Mexanikləşdirilməsi Texnikumuna daxil olur. Texnikumda bir illik təhsildən sonra, 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılır. Hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xeliçavuri qəsəbəsində yerləşən Hərbi hissədə keçir. == İgidliyi == Rahib Məmmədov 20 yaşında ikən, 1987-ci ildə hərbi xidmət keçdiyi Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, təbii fəlakət zamanı 28 sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olmuşdur. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir. R.Məmmədovun bu şücaəti Azərbaycan və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin timsalına çevrilib. Yerli sakinlər hələ də baş verən fəlakət zamanı azərbaycanlı əsgərin qəhrəmanlığından danışır, onun xatirəsini həmişə əziz tuturlar. R.Məmmədov həlak olan gün kənddə doğulmuş oğlan uşağını qəhrəmanın şərəfinə Rahib (Rahib Çanturiya) adlandırıblar.
Rahib Qarayev
Rahib Qarayev (Rahib Arif oğlu Qarayev; d. 1986) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasının müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, tanınmış heykəltaraş.. == Həyatı == Qarayev Rahib Arif oğlu 8 aprel, 1986-cı il Masallı rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1993-cü ildə Hakim Həsənov adına Qasımlı kənd tam orta məktəbinin 1-ci sinifinə başlamışdır. 2004-cü ildə Masallı rayonunun Yeddioymaq kənd T.M.Bayraməlibəyov adına orta məktəbini bitirmişdir. 2000-2008-ci illərdə Masallı rayonun Qasımlı kəndində İlqar Balayevin emalatxanasında heykəltaraşlıq dərsləri almışdır. Onun bu sahəyə olan marağı hələ uşaqlıq illərindən yaranıb. 2008-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının bakalavr pilləsinə daxil olmuş, 2012-ci ildə bakalavr pilləsini bitirib elə həmin ildə magistratura pilləsinə daxil olmuşdur. 2014-cü ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Heykəltaraşlıq kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2015-ci ildə Azərbaycan Rəssamlar İttifaqının üzvü olmuşdur.
Rahib Quliyev
Rahib Qədimov
Rahib Əliabbas oğlu Qədimov (1920, Bakı — 1988, Bakı) — milyonçu, xeyriyyəçi neft maqnatı Məşədi Kampanın nəvəsi, karikaturaçı rəssam. == Həyatı == Rahib Əliabbas oğlu Qədimov 1920-ci ildə anadan olmuşdur. Balaxanıdakı məktəbdə orta təhsil aldıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. == Fəaliyyəti == Müharibədən sonra Rahib Qədimov uzun müddət respublikanın "Kommunist", "Bakinski raboçi", "Vışka", "Kirpi" və başqa qəzet və jurnallarında müntəzəm olaraq siyasi cəhətdən kəskin, sənətkarlıq nöqteyi nəzərindən yetkin karikaturalarla çıxış etmişdir. O çox cəld işləyən, məhsuldar rəssam kimi ad çıxarmışdı. Qəzetlərdən oxuduğu gündəlik siyasi məlumatlara, səhərisi gün karikaturaları qəzetlərdə çap olunurdu. Eyni zamanda Balaxanı məktəbində də dərs demişdir. Onun "Müstəmləkə sistemin aqibəti", "Sirkə nə qədər tünd olsa, öz qabını çatdadar", "Müharibə aşiqi", "Xam xəyal", "Sözdə və işdə", "Gedər-gəlməz yol" və bir çox başqa karikaturaları sənətkarlıq və aktuallıq baxımından yüksək qiymətləndirilmişdir. O, həm Rəssamlar İttifaqının həm də Jurnalistlər İttifaqının üzvü idi.
Rahib Qərib
Rahib Qərib (tam adı: Qəribov Rahib Mirzəkərim oğlu; 3 may 1967, Dağ Üzü, Yardımlı rayonu) — ANS televiziyasının aparıcısı, hərbi telejurnalist, ehtiyatda olan mayor. == Həyatı == Rahib Qəribov 3 may 1967-ci ildə Yardımlı rayonunun Dağüzü kəndində anadan olub. M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Jurnalist fəaliyyətinə Yardımlı rayonunun "Zirvə" qəzetində başlayıb. 1984-cü ildən fasiləsiz olaraq mətbuat sahəsində çalışır. Sabiq sovet ordusu sıralarında xidməti Daxili Qoşunların Uzaq Şərq və Şərqi Sibir dairəsinin "Dalnevostoçnıy çasovoy" qəzeti redaksiyasında keçib. 1992-ci ildə Azərbaycan Dövlət Televiziyasında səhər proqramının aparıcısı, redaktoru vəzifəsində çalışıb. == Fəaliyyəti == 1993-cü ildən 2010-cu ilə qədər Müdafiə Nazirliyinin sənədli filmlər kino-telestudiyasının baş redaktoru vəzifəsində xidmət keçərək ardıcıl cəbhə bölgələrindən hazırlanan AzTV-də efirə verilən “And” hərbi proqramının müəllifi və aparıcısı olub. Birinci Qarabağ savaşından, onun qəhrəmanlarının döyüş yolundan, ordu quruculuğundan bəhs edən onlarla sənədli filmin müəllifidir. Müharibə veteranı, tanınmış müharibə reportyorudur.
Rahib Zeynalov
Rahib Rəşid oğlu Zeynalov — Azərbaycan alimi, İnnovativ İstehsalat Mərkəzinin direktoru, texnika elmləri doktoru == Ümumi məlumatlar == Rahib Rəşid oğlu Zeynalov 1936-cı ildə Azərbaycan SSR Salyan rayonunda qulluqçu ailəsində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsi (Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər) şöbəsinə daxil olmuş, 1958-ci ildə oranı Mühəndis-mexanik ixtisası üzrə bitirmişdir. O vaxt ki Xalq Təsərrüfatı Şürasının Maşınqayırma İdarəsinin göndərişi ilə SM Kirov adına (Qazıma alətləri) zavodunda əmək fəaliyyətinə başlamışdır. == Təhsili == 1953-1958 - Azərbaycan Politexnik İnstitutu, mühəndis-mexanik 1967-1969 - Azərbaycan Patentşünaslıq İnstitutu - patentşünas 2008-2008 - Milli Neft və Qaz İnstitutu (Moskva şəhəri) - neftqazmədən avadanlığı təhlükəsizliyi üzrə ekspert 2009-2009 - Sertifikasiya, Standartlaşma və Metrologiya Akademiyası - ixtisasın artırılması 2009-2012 - Texniki Tənzimləmə və Metrologiyanın Federal Agentliyi (Moskva şəhəri) - ekspert == Əmək fəaliyyəti == 1958-1965 - SM Kirov adına Qazıma alətləri zavodunda (qıfıl sexində) briqadir, usta köməkçisi - mühəndis-texnoloq, zavodun texniki şöbəsində mühəndis-texnoloq, böyük mühəndis-texnoloq, baş texnoloqun müavini, zavodun texniki nəzarət şöbəsinin eksport üzrə müavini 1965-1969 - zavodun xüsusi konstruktor bürosunda İqtisadi əsaslandırma və buraxılan məhsulun tədqiqi və patent informasiya şöbəsinin rəisi 1969-1970 - texniki hazırlıq üzrə baş mühəndisin müavini 1970 - 1975 - zavodun Texniki Nəzarət şöbəsinin rəisi 1975-1994 - zavodun baş konstruktoru 1994-1998 - Bakı Maşınqayırma zavodunun direktoru 1998-2001 - Azərbaycan Maşınqayırma Texnologiyası İnstitutu, marketinq üzrə direktor 1998-2003 - Azərbaycan Elmlər Akademiyasında Təcrübə sınaq zavodunun baş direktoru 2001-2013 - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki Neftin, qazın geotexnoloji problemləri və Kimya ETİ-da böyük və aparıcı elmi işçi 2015 - İnnovativ İstehsalat Mərkəzinin (MMC) direktoru. == Elmi fəaliyyəti == 1970 - Azərbaycan Politexnik İnstitutunun aspirantı (istehsalatdan ayrılmadan) 1976 - Texnika elmləri namizədi elmi dərəcə 2006 - Dosnet elmi dərəcə 2008-2009 - AR Prezidentinin yanında Ali Attestasiya Komissiyasının Texnika və Yer elmləri üzrə ekspert komissiyasının elmi katibi 2011 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da doktorant 2011-2012 - "Neftin, qazın geotexnoloji problemləri və Kimya" ETİ-da dissertasiya şurasının elmi katibi İmpakt faktor göstəricisi, uyğun olaraq 0,55 və 0,58 olan "Нефтепромысловое дело" və "Оборудование и Технологии" (Москва ВНИИОЭНГ) jurnalının redaksiya heyətinin üzvü 2015 - Texnika elmləri doktoru == Elmi titulları == 1970 - Azərbaycan Politexnik İnstitutunda aspirant (istehsalatdan ayrılmadan) 1976 - Texnika elmləri namizədi 2006 - Dosent elm adı 2009 - Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü 2015 - Rusiya Mühəndislik Akademiyasının həqiqi üzvü 2015 - Böyük Britaniya və ABŞ Attestasiya sistemində standartlaşdırma, metrologiya, texniki tənzimləmə, neftmaşınqayırma və patent ekspertizası ixtisasları üzrə texnika elmləri doktoru 2016 - Beynəlxalq Akademiya Akkreditasiya, Attestasiya Komitəsinin səlahiyyətli nümayəndəsi == Əsas elmi nailiyyətləri == 1994-1997 - Azərbaycan ilk dəfə zavod məhsullarına və onların istehsalına Rusiya Federasiyasının uyğunluq sertifikatı almışdır. 1996 - Azərbaycanda MDB ölkələrində ilk dəfə qazıma borularına qaynaq edilən qıfılların istehsalına Amerika Neft İnstitutunun (API) 7-ci təsnifatı üzrə istehsalını təşkil etmiş və 1996-1997-ci illər üçün 12 milyon ABŞ dolları dəyərində Taqanroq Metallurgiya zavodu ilə müqavilə imzalanmışdır. 2000-2001 - Binəqədi Maşınqayırma zavodu - Törəmə Açıq Səhmdar Cəmiyyəti ilə sonuncunun istehsal etdiyi məhsulları və istehsalı API standartları tələblərinə uyğun sertifikasiyaya hazırlamaq üçün ümumi dəyəri bir milyard 200 milyon manat olan müqavilə bağlamış və müqaviləni vaxtında və yüksək keyfiyyətdə yerinə yetirmişdir. 2001-2002 - Dünya Bankının 5 Xəzəryanı ölkələrin "Neftləçirklənmiş torpaqların təmizlənməsi" mövzusunda qrantın qaliblərindən biri olmuşdur. 2010-2012 - Azərbaycan Respublikasının Prezidentinin yanında "Elmin İnkişaf Fondunun" konkurslarında 3 layihə üzrə iştirakçı olmuşdur. 2008-2012 - Azərbaycan Mühəndislik Akademiyasının təsərrüfat hesablı müqavilələrin realizasiyasında bilavasitə iştirak etmişdir.
Rahib Əbiyev
Rahib Əbiyev (Əbiyev Rahib Hidayət oğlu; d. 1966. Həsənli, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ) — texnika elmləri doktoru, professor. Yakın Doğu Universitetinin kompüter mühəndisliyi kafedrasının müdiri. == Həyatı == Əbiyev Rahib Hidayət oğlu 1966-cı il yanvarın 8-də Azərbaycan Respublikasının Cəlilabad rayonunun Həsənli kəndində anadan olub. 1982-ci ildə orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna (AzNKİ, indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU)) daxil olub. 1984-1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. 1989-cu ildə ali məktəbi “Sənaye istehsal proseslərinin avtomatlaşdırılması” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1990-1993-cü illərdə R.Əbiyev AzNKİ-nin avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasında aspiranturada oxuyub, aspiranturanı bitirəndən sonra AzNKİ-nin “İstehsalatı intellektual idarəetmə sistemləri” elmi-tədqiqat laboratoriyasında işə başlayıb. 1997-ci ildə R.Əbiyev namizədlik dissertasiyası müdafiə edib.
Rahib Əliyev
Rahib Seyidağa oğlu Əliyev (12 iyul 1945, Bakı – 28 mart 2024, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır. Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışmışdır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib. == Fəaliyyəti == Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Rahib Əliyev (aktyor)
Rahib Seyidağa oğlu Əliyev (12 iyul 1945, Bakı – 28 mart 2024, Bakı) — Azərbaycan teatr və kino aktyoru, Azərbaycan Respublikasının əməkdar artisti (2006). == Həyatı == Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, çox gənc yaşlarından Sovet hakimiyyəti dövründə fəaliyyət göstərən xalq teatrlarında, eləcə də 1950-ci ilin sonlarından dram dərnəklərində aktyor kimi çıxış etmiş, bir sıra obrazlar yaratmışdır. Aktyor 1965-ci ildə M. Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunmuş və həmin tarixdən etibarən fasiləsiz olaraq bu teatrda çalışmışdır. Rahib Əliyev 18 sentyabr 1968-ci ildən rəsmi olaraq öz aktyorluq karyerasına başlamışdır. 1974-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvü idi. Rahib Əliyev 28 mart 2024-cü ildə vəfat edib. == Fəaliyyəti == Rahib Əliyev Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaratmışdır. Onun yaratdığı Cəbi, Vəzir, Aşıq, Mirzə Salman, Hərbi geyimli, Babaşov, Tülkü, Baba, Dünyagörmüş, İsmayıl, Molla Əsədulla, Molla Xudaverdi, Kərəmli, Bəkir Eniştə, Fərəcov, Aramış Aşotoviç, Vəzir, Ancelo, Qoca, Rəhim kimi obrazlar aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.
Rahib Əliyev (alim)
Rahib Oruc oğlu Əliyev (d. 20 fevral 1937, Lənkəran şəhəri – v. 3 oktyabr 2020, Bakı şəhəri) — Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı üzrə əməkdar mühəndisi (2007), texnika elmləri doktoru, alim, "Azdövsutəslayihə" institutunun 6-cı direktoru. == Həyatı == Rahib Əliyev 1937-ci ilin 20 fevral tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) hidromeliorasiya fakültəsinin "Su elektrik stansiyaları və çay qurğularının hidrotexniki tikintisi" ixtisasına qəbul olunmuş və 1960-cı ildə institutu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1969–1970-ci illərdə Yəmən Ərəb Respublikasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet mütəxəssis qrupunun rəhbəri olmuşdur. 1970–1973-cü illərdə "Azərsutikinti" Baş İdarəsinin Lənkəran şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973–1975-ci illərdə Bakı şəhərində "Azərsutikinti" Baş İdarəsində qrup rəhbəri, "Su tikintisinin təşkili və texnologiyası" trestində 1975-ci ildə şöbə müdiri, 1976–1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır. Respublikamızda mütəxəssis kadrların hazırlanması sahəsində də R.Əliyevin böyük xidmətləri var. Onun rəhbərliyi altında 6 aspirant və dissertant dissertasiya işlərini yazaraq, müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini almışdır.1983–2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Hidrotexniki tikinti" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Rahib Əliyev (mühəndis)
Rahib Oruc oğlu Əliyev (d. 20 fevral 1937, Lənkəran şəhəri – v. 3 oktyabr 2020, Bakı şəhəri) — Azərbaycan Respublikasının meliorasiya və su təsərrüfatı üzrə əməkdar mühəndisi (2007), texnika elmləri doktoru, alim, "Azdövsutəslayihə" institutunun 6-cı direktoru. == Həyatı == Rahib Əliyev 1937-ci ilin 20 fevral tarixində Lənkəran şəhərində anadan olmuşdur. 1955-ci ildə Lənkəran şəhər 3 saylı orta məktəbi bitirmişdir. 1955-ci ildə Azərbaycan Politexnik İnstitutunun (indiki AzTU) hidromeliorasiya fakültəsinin "Su elektrik stansiyaları və çay qurğularının hidrotexniki tikintisi" ixtisasına qəbul olunmuş və 1960-cı ildə institutu bitirərək mühəndis-hidrotexnik ixtisasına yiyələnmişdir. 1969–1970-ci illərdə Yəmən Ərəb Respublikasının Xodeyda şəhərində su təsərrüfatı sahəsində tikinti işlərini aparan sovet mütəxəssis qrupunun rəhbəri olmuşdur. 1970–1973-cü illərdə "Azərsutikinti" Baş İdarəsinin Lənkəran şəhərində yerləşən 2 saylı trestinin müdiri, 1973–1975-ci illərdə Bakı şəhərində "Azərsutikinti" Baş İdarəsində qrup rəhbəri, "Su tikintisinin təşkili və texnologiyası" trestində 1975-ci ildə şöbə müdiri, 1976–1983-cü illərdə isə trestin müdiri vəzifəsində çalışmışdır. Respublikamızda mütəxəssis kadrların hazırlanması sahəsində də R.Əliyevin böyük xidmətləri var. Onun rəhbərliyi altında 6 aspirant və dissertant dissertasiya işlərini yazaraq, müxtəlif elmi şuralarda müvəffəqiyyətlə müdafiə etmiş və elmlər namizədi alimlik dərəcəsini almışdır.1983–2000-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində "Hidrotexniki tikinti" ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri olmuşdur.
Rahid Cəfərov
Rahid Namik oğlu Cəfərov (11 fevral 2002; Dələli, Cəlilabad rayonu, Azərbaycan — 5 oktyabr 2020; Talış, Tərtər rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahid Cəfərov 11 fevral 2002-ci ildə Cəlilabad rayonunun Dələli kəndində anadan olub. Subay idi. == Hərbi xidməti == Azərbaycan Ordusunun əsgəri olan Rahid Cəfərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Talışın və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Rahid Cəfərov 5 oktyabr 2020-ci ildə Tərtər rayonunun Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahid Cəfərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Rahid Cəfərov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Rahid Cəfərov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Rahid Rəhmanov
Rahid Ramiz oğlu Rəhmanov (21 noyabr 1936, Bakı – 2 iyun 2022) – Azərbaycan neftçi-geoloqu, vulkanoloq, geologiya-mineralogiya elmləri doktoru (1983), böyük elmi işçi (1970), Azərbaycan Respublikasının əməkdar neft və qaz sənayesi işçisi (1991). == Həyat yolu == 1936-cı il noyabrın 21-də Bakı şəhərində neftçi ailəsində anadan olub. 1954-cü ildə Bakı şəhəri 7 saylı orta məktəbi bitirib. 1954–1959 – Azərbaycan Sənaye İnstitutunun (sonralar Azərbaycan Neft və Kimya İnstitutu və indiki Azərbaycan Dövlət Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinin tələbəsi olub. 1959 – Azərbaycan Neft və Kimya İnstitutunun "Neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı" ixtisası üzrə bitirərək "Dağ mühəndisi-geoloqu" ixtisası verilmişdir. 1959–1961 – Azərbaycan Elmi-Tədqiqat Neftçıxarma İnstitutunda (sonralar Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutu) regional geologiya qrupunda kollektor, Regional geologiya laboratoriyasının texniki və mühəndisi olmuşdur. 1962–1964 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun əyani aspirantı. 1964 – "Neft və qaz yataqlarının geologiyası, axtarışı və kəşfiyyatı" ixtisası üzrə geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi almaq üçün "Küryanı düzənliyinin palçıq vulkanları və onların qaz-neftliliklə əlaqəsi" mövzusunda dissertasiya müdafiə etmişdir. 1964–1972 – Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunun Regional geologiya laboratoriyasının böyük mühəndisi, Riyazi geologiya laboratoriyasında kiçik və böyük elmi işçi. 1972–1986 – Azərbaycan Elmlər Akademiyasının Geologiya İnstitutunun "Palçıq vulkanizmi bölməsinin "Palçıq vulkanlarının geologiyası" laboratoriyasının böyük elmi işçisi.
Rahid Sadıxov
Rahid Sadıxov (13 fevral 2001, Saratov – 28 sentyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Rahid Sadıxov 13 fevral 2001-ci il ildə Rusiya Federasiyasının Saratov şəhərində anadan olub. Daha sonra ailəsi ilə birlikdə Azərbaycana, Sumqayıt şəhərinin Saray qəsəbəsinə köçüb. 2007–2016-cı illərdə Saray qəsəbəsinin M. Ələkbərov adına 1 nömrəli tam orta məktəbində təhsil alıb. Təhsilini 9-cu sinifə kimi bu məktəbdə davam etdirib. Daha sonra Maştağa qəsəbəsində yerləşən Cümə Məscidinin mədrəsəsinə daxil olub və iki il dini dərslər alıb. Orta ümumi təhsilinin son 6 ayını Cəlilabad rayonunda tamamlayıb. == Hərbi xidməti == 2019-cu il aprel ayının 1-də Masallı Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Daha sonra Goranboy rayonu və Tərtər rayonlarında hərbi xidmətdə olub. 28 sentyabr 2020-ci il tarixində Suqovusan və Talış kəndi ətrafında gedən döyüşlərdə şəhid olub.
Rahid Ulusel
Rahid Ulusel — Azərbaycan filosofu, kulturoloqu, ədəbiyyatşünası, tənqidçisi, esseisti, fəlsəfə elmləri doktoru, professor. == Həyatı və fəaliyyəti == Rahid Ulusel (Ulusel – onun müəllif təxəllüsüdür) 1954-cü ilin 13 avqustunda Azərbaycan Respublikasının Masallı rayonunun Kəlbəhüseynli (keçmiş adı: Qaladibi) kəndində doğulmuşdur. 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1975-2001-ci illərdə müəllim, İcra Hakimiyyəti başçısının müavini, baş redaktor vəzifələrində çalışmışdır. 1986-cı ildə Azərbaycan Milli Elmlər Akademiyasında namizədlik, 2007-ci ildə Bakı Dövlət Universitetində doktorluq dissertasiyaları müdafiə etmişdir. 1990-cı ildə “Humanitariya metasistemi” konsepsiyasına görə keçmiş SSRİ Təhsil Nazirliyinin medalına layiq görülmüşdür. 2002-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının baş elmi işçisi və Azərbaycanda Atatürk Mərkəzinin elmi əməkdaşıdır. 2005-2007-ci illərdə Qərb Universitetində fəlsəfə və kulturologiya üzrə mühazirələr aparmışdır. 2005-ci ildə “Qlobalistika və Sivilizasiologiya” Elmi Araşdırmalar İctimai Birliyini təsis etmişdir. Prezidenti olduğu bu təşkilat 2011-ci ildə Azərbaycanda və bütün Cənubi Qafqazda ilk elmi qurum olaraq Fəlsəfə Cəmiyyətlərinin Beynəlxalq Federasiyasına üzv qəbul edilmişdir.
Rahid Ələkbərli
Rahid Zahid oğlu Ələkbərli (22 fevral 1977) — Azərbaycanlı rabitəçi-mühəndisi. Naxçıvan Muxtar Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, nazir səlahiyyətlərini icra edən (2023-cü ildən), rabitə və yeni texnologiyalar naziri (sentyabr–oktyabr 2023), "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş informasiya direktoru (2022–2023); Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının idarə heyətinin sədri (2022); Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müşaviri (2021–2022); ARNRYTN-in Dövlət Radiotezliklər İdarəsinin rəisi (2018–2021); ARNRYTN yanında İnternetin İnkişafı üzrə Koordinasiya Şurasının üzvü; Azərbaycan İnternet Cəmiyyətinin (ISOC Azərbaycan) üzvü, ISOC İngiltərə üzvü, ISOC Yaponiya üzvü. == Təhsili == 1994–1998-ci illərdə Azərbaycan Texniki Universitetində Radioelektron vasitələrinin konstruksiyası və texnologiyası ixtisası üzrə bakalavr ali təhsili alıb. 1998–2000-ci illərdə isə həmin ixtisas üzrə magistr təhsili alıb və fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 2000–2002-ci illərdə Fotoelektronika İnstitutunda, 2002–2003-cü illərdə isə Fizika İnstitutunda elmi tədqiqat mühəndisi kimi "Fiziki proseslərin avtomatlaşdırılması" ixtisası üzrə aspirantura təhsili alıb. 2003-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda müxtəlif mövzularda elmi araşdırmalarını davam etdirir. 2017–2020-ci illərdə Birləşmiş Krallığın Liverpul şəhərində yerləşən Liverpul Universitetində "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə magistratura təhsili alıb. 2020-ci ildə bu universitetdə "Developing A Data-Driven Radio Frequency Administration for Spectrum-Sharing, Strategic Utilization and Sharing-Readiness in Azerbaijan as a Case Example" adlı elmi iş müdafiə edərək informasiya texnologiyaları üzrə magistr pilləsini yüksək nəticələrlə bitirib. 2021–2023-cü illərdə Amerika Birləşmiş Ştatlarının Volden Universitetində "Xəzər hövzəsi nəqliyyat qovşaqlarında Big Data İdarəçiliyi ilə korporativ idarəşilik arasında uyğunluğun tənzimlənməsi" mövzusunda "İnformasiya sistemlərinin idarə edilməsi" ixtisası üzrə Fəlsəfə magistri elmi dərəcəsi qazanıb. Hazırda Volden Universitetində Big Data və kibertəhlükəsizlik idarəçiliyi üzrə çərçivə prinsiplərinin hazırlanması istiqamətində elmi-tədqiqat fəaliyyəti ilə məşğuldur.
Rahid Əmirquliyev
Rahid Əmirquliyev (1 sentyabr 1989, Bakı) — Futbol üzrə Azərbaycan milli komandasının və Səbail FK-nın sabiq futbolçusu və kapitanı. 2022-ci ildən Azərbaycan Premyer Liqasında ən çox oyun keçirən futbolçudur. 2023-cü ilin iyununda futbolçu karyerasını başa vurub. == Həyatı == 1 sentyabr 1989-cu ildə Azərbaycan SSR-nın Qusar şəhərində anadan olub. == Karyerası == Rahid Əmirquliyev 5 dekabr 2015-ci ildə Qarabağ ilə 2.5 illik müqavilə imzalamışdır. == Milli komanda == === Milli komanda oyunları === == Uğurları == Azərbaycan Premyer Liqası Azərbaycan Kuboku Azərbaycan Super-Kuboku Birlik Kuboku Bir Bank kuboku == Statistika == == İstinadlar == == Xarici keçidlər == Rahid Əmirquliyev: "Özünə hörmət qoyan futbolçu heç vaxt belə hərəkət etməz" - MÜSAHİBƏ "Rahid Əmirquliyev: "Futbola gələndə düşünməzdim ki, nə vaxtsa rekordçu olacağam" - MÜSAHİBƏ". 2023-01-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
Rahil Hüseynov
Rahil Məmmədov
Rahil Sərvər oğlu Məmmədov (24 noyabr 1995, Bakı) — Azərbaycan futbolçusu, Polşanın LKS Lodz klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi. == Karyerası == === Klub === Rahil Məmmədov 22 dekabr 2017-ci ildə "Səbail" FK ilə müqavilə imzalamışdır. O, 2 iyun 2018-ci ildə "Qarabağ"la 3 illik müqavilə imzalamışdır. Rahil Məmmədov 9 fevral 2022-ci ildə 2021–22 mövsümünün qalan hissəsi üçün icarə əsasında "Zirə"yə keçmişdir. Rahil Məmmədov 2024-cü ilin yanvar ayında qarşılıqlı razılaşma ilə Qarabağ klubundan ayrılıb və Polşanın LKS Lodz klubu ilə 1,5 illik müqavilə imzalayıb. === Beynəlxalq === Rahil Məmmədov 27 mart 2018-ci ildə Azərbaycan milli futbol komandasının Şimali Makedoniya ilə oyununda millinin heyətində debüt etmişdir.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.07 dəfə / 1 mln.
2011 •••••••••••••••••••• 0.43
2012 ••••• 0.09
2013 •••••••••••••• 0.29

rahi sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

RAHİ1 f. bir dəfə, bir yol. RAHİ2 f. yolçu, yolla gedən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

"rahi" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#rahi nədir? #rahi sözünün mənası #rahi nə deməkdir? #rahi sözünün izahı #rahi sözünün yazılışı #rahi necə yazılır? #rahi sözünün düzgün yazılışı #rahi leksik mənası #rahi sözünün sinonimi #rahi sözünün yaxın mənalı sözlər #rahi sözünün əks mənası #rahi sözünün etimologiyası #rahi sözünün orfoqrafiyası #rahi rusca #rahi inglisça #rahi fransızca #rahi sözünün istifadəsi #sözlük