Raci sözü azərbaycan dilində

Raci

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • Raci • 94.0299%
  • raci • 5.9701%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Raci dili
Raci dili — İranın mərkəzi məntəqələrində danışılan dil idi ki indi fəqət Dilican şəhərinin bəzi məntəqələrinin dillərində bir neçə kəlmə bu dildən qalır.Bu dil Şimal-qərbi İran dillərinə aid olan dildir və indi Dilican şəhərinin əhalisinin çoxu bu dildə danışırlar. Bu dilə ən yaxın dillər Erməni, Bəluc, Gilan və Simnandilləridir.
Raci Şaşmaz
Tayyar Raci Şaşmaz (d. 30 oktyabr 1973, Elazığ, Türkiyə) — Zaza kökənli Türkiyəli prodüser, ssenarist və aktyor. Zaza kökənlidir. Mərmərə Universiteti Radio və Televiziya fakültəsini bitirib. Rejissoru Osman Sınav olan Deli Yürek serialının ssenaristi oldu. 2001-ci ildə ilk filmi olan Deli Yürek: Bumerang Cehenneminin ssenarisini qələmə aldı. Ardından məşhur serial Qurdlar Vadisini yazmağa başladı. 2004-cü ildə öz istehsal şirkəti olan Pana Filmi quraraq, Qurdlar Vadisi serialının ssenaristliyi ilə birlikdə prodüserliyinidə üstləndi. Ekmek Teknesi, Eşref Saati, Qurdlar Vadisi Terror, Qurdlar Vadisi Pusqu serialları ilə yanaşı Muro, Qurdlar Vadisi İraq, Qurdlar Vadisi Qladio, Qurdlar Vadisi Fələstin filmlərinə imzasını atdı.
Əbülhəsən Raci
Əbülhəsən Raci (1831, Təbriz – 1876, Qırmızı dəniz) — şair. Azərbaycanın İrana mütəəlliq qitəsində zühur edən türk şairlərindən məşhuru Hacı Əbülhəsən Racidir. Racinin nüfuzu Araz çayının sol tərəfində sükunət edən Azərbaycan türklərinə dəxi ki, rus təbəələrindən ibarət olsun, keçibdir. Belə ki, Raci nə qədər İran torpağında mərufü məşhurdur, bir o qədər də Zaqafqaziya türkləri arasında onun hörmət və şöhrəti vardır. Bununla belə Raci kimi şairin ki, onun lətif və dilpəsənd qəzəlləri və cigərsuz növhələri böyükdən kiçiyə kimi cümlə əhli-savadın dillərində caridir, tərcümeyi-halına dair lazım olan məlumatı cəm etməkdə aciz qaldıq. Divani-qəzəliyyat, qəsaid və növhəcatına rücu etdik də şairin öz halü şəninə və filcümlə seyr-sülukuna məxsus bir işarə də bulmadıq. Bu isə bir tərəfdən şayani-təəssüf və bir yandan layiqi-heyrət və təəccüb bir haldır ki, kərrat və dəfəat ilə Racinin divani-əşarü kəlamı çapdan çıxıb və hər bir sinif arasında intişar tapıbdır və divan çap etdirən kitabfüruşların və onun təbinə imtiyaz alan sair əşxasın heç birinin fikrinə gəlməyibdir ki, divan sahibi olan şairin tərcümeyi-əhvalına dair divanın, icmalən cüzi məlumat kitabın bir guşəsində dərc edib, oxuyanları onunla aşina eləsin. Bu təəccüb kəlməsi hal bir Racinin haqqında olmayıb, bəlkə ümum İran və Azərbaycan şairlərinin halına şamildir. İndiyə kimi demək olur ki, Şeyx Sədinin "Gülüstan" və "Bustan" kitabları əqəllən yüz dəfə çapdan çıxıbdır, amma bu çapların heç bir nüsxəsinə Sədi kimi müəzzəm və mötəbər, əhli-hikmət şairin haqqında üç kəlmə də söz tapılmaz. Ancaq kitabın axırında çəndan lüzumiyyəti olmayan şeyi qeyd edirlər ki: "Günahsız mərhum filankəsin divanı çox hörmətli məşhədi filanın göstərişi əsasında tamam oldu və ya xeyrül-həqq filan kərbəlayının səyi nəticəsində çap olundu".
Aechmea racinae
Aechmea racinae (lat. Aechmea racinae) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin bromeliyakimilər fəsiləsinin exmeya cinsinə aid bitki növü.
Aladdin’s Magic Carpet Racing
Aladdin’s Magic Carpet Racing — "Nintendo" videooyun kompaniyası tərəfindən 2008-ci ildə yaradılan macəra oyunudur.
Raciv Motvani
Raciv Motvani (ing. Rajeev Motwani) - Google veb axtarış sisteminin yaradıcılarından biri, professor. Raciv Motvani 1962-ci il martın 26-da Hindistanın Yeni Dehli şəhərində anadan olub. Larri Peyc və Sergey Brinlə birlikdə dünyanın ən nəhəng internet axtarış sistemi olan Google veb axtarış sistemini yaradıb. O, 5 iyun 2009-cu ildə hovuzda boğularaq ölüb. Stenford Universitetinin professoru olan Raciv Motvani üzməyi bacarmırmış. Yaxınlarının sözlərinə görə, o üzgüçülük kursuna getməyi planlaşdırırmış. Professor gecə saatlarında hovuza yıxılıb. Xidmətçisi səhər işə gələrkən Kaliforniyadakı evində, bağçadakı hovuzda Motvaninin cəsədini tapıb.
Raciv Qandi
Raciv Ratna Qandi (hind. राजीव गाँधी, 20 avqust 1944[…], Bombey, Britaniya Hindistanı – 21 may 1991[…]) — hind siyasi xadimi, 1984—1989-cu illərdə Hindistanın baş naziri. 20 avqust 1944-cü ildə İndira Qandi və Feroz Qandi ailəsində anadan olmuşdur. Raciv babası Cəvahirləl Nehrunun evində böyüyüb. Hindistanda seçilmiş bir məktəbdə, daha sonra London Universiteti və Kembric Universitetinin Triniti Kollecində təhsil almışdır. 1965-ci ilin yayında Raciv İtaliyadan Sonya Qandi ilə görüşdü. Sonya ilə ingilis dilini öyrəndi və Raciv mühəndis-mexanik ixtisasında təhsil aldı. 1968-ci ilin yanvarında Raciv və Sonya Dehlidə evləndilər. 1970-ci ilin iyun ayında onların oğlu Rahul, 1972-ci ilin yanvarında qızları Priyanka anadan oldu. 1968-1980-ci illərdə Hindistana qayıtdıqdan sonra Hindistan Havayollarında pilot, sonra isə ekipaj komandiri olaraq çalışdı.
Star Wars: Super Bombad Racing
Star Wars: Super Bombad Racing — "Lucas Learning" tərəfindən istehsal edilmiş və "LucasArts" yayımlanmış yarış videooyunu. "Ulduz müharibələri" mövzusunda olan oyunda "Fantom təhlükəsi", "Yeni ümid" və "Cedayın qayıdışı" filmlərinin personajlar var. Oyun "PlayStation 2", "Dreamcast", "Windows" və "Mac OS" platformaları üçün açıqlansa da, yalnız "PlayStation 2" versiyası satışa çıxarılmışdır. Rəy toplayıcısı "Metacritic"ə əsasən, oyun bütün platformalarda "qarışıq və orta" rəylər almışdır "Star Wars: Super Bombad Racing" bir kart yarış oyunudur. Oyunçular müxtəlif "Fantom təhlükəsi" personajlarından birini seçərək filmə əsaslanan müxtəlif cığırlarda yarışırlar. Hər bir cığırın güzgülənmiş variantı mövcuddur. Boba Fett və Dart Vayder kilidi açıla bilən qonaq personajlardır. Yarışlar səkkiz iştirakçı ilə keçirilir və üç dövrədən ibarətdir. Gücləndiricilər hər cığır boyu müxtəlif yerlərdə olur və bunların hər biri oyunçu personajın sürətini artırmaq, ona qalxan və ya hücum silahları vermək kimi müxtəlif müvəqqəti atributlara malikdir. Dörd oyunçuya qədər oyunçu "PlayStation 2" multitap periferiyasından istifadə edərək bölünmüş ekran oyununa qoşula bilər.

Tezlik illər üzrə

Sözün tezliyi - sözün mətnlərdə hansı tezliklə rast gəlinmə göstəricisidir. Bu rəgəm 1 000 000 söz arasında sözün neçə dəfə meydana gəlməsini göstərir.

Ümumi • 0.42 dəfə / 1 mln.
2006 •••••• 0.45
2007 ••••••••••• 0.85
2008 •••• 0.24
2009 ••••••• 0.48
2010 ••••••••• 0.64
2011 •••••••• 0.60
2012 ••• 0.17
2013 •••• 0.29
2014 •••••••••••••••••••• 1.54
2016 ••••••• 0.52
2018 •••••• 0.45
2019 •• 0.14
2020 •••••• 0.40

raci sözünün rus dilinə tərcüməsi

raci sözü azərbaycan dilinin lüğətlərində

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

ə. rica edən, xahiş edən.

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

Azərbaycan kişi adlarının izahlı lüğəti

rica edən, xahiş edən.

Azərbaycan kişi adlarının izahlı lüğəti

"raci" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#raci nədir? #raci sözünün mənası #raci nə deməkdir? #raci sözünün izahı #raci sözünün yazılışı #raci necə yazılır? #raci sözünün düzgün yazılışı #raci leksik mənası #raci sözünün sinonimi #raci sözünün yaxın mənalı sözlər #raci sözünün əks mənası #raci sözünün etimologiyası #raci sözünün orfoqrafiyası #raci rusca #raci inglisça #raci fransızca #raci sözünün istifadəsi #sözlük