ah sözü azərbaycan dilində

ah

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ah • 38.5333%
  • Ah • 38.1333%
  • AH • 22.8000%
  • aH • 0.5333%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Ah, ədalət!
Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. == Məzmun == Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. == Filmin üzərində işləyənlər == Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə == Rollarda == Nazir Rüstəmov — Hüseyn Cavid Azad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz Cavid Əfqan Soltanov — Cavidin tərəfdarı Kazım Abdullayev — Cavidə qarşı çıxan Rafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan == Film haqqında == Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
AH-1 Kobra
AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edilməkdədir. Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunur. AH-1 uzun müddət ABŞ ordusunun əsas hücum helikopteri olub, lakin sonradan AH-64 Apaçi ilə əvəz olunub. Lakin modernizasiya olunmuş variantları müxtəlif ölkələrin ordularında istifadə olunmaqdadır. Bell AH-1 SuperCobra ikimotorlu versiyası ABŞ dəniz piyadaları korpusunun əsas hücum helikopterlərindən biri olaraq qalmaqdadır. Ordu xidmətindən çıxarılan AH-1 helikopterləri meşə yanğınlarına qarşı mübarizədə istifadə olunmağa yönəldilib. == Lahiyələndirmə == AH-1 helikopterinin layihələndirilməsi dünyada ən çox istehsal olunmuş helikopterlərdən olan UH-1 Iroquois ilə yaxından bağlıdır. UH-1 hava süvarisi nəzəriyyəsini reallaşdırmağa imkan vermişdi, belə ki yeni taktika ABŞ qüvvələrinin geniş ərazidə çox yüksək dərəcədə mobil olmasını tələb edirdi. Əvvəlkindən fərqli olaraq onlar eyni yerdə dayanıb uzun müddətli döyüş aparmır, mövqe qorumaqla məşğul olmurdular.
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. == Hazırlanması == Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
AH-64 Apache
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
AH-64 Apaçi
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
Ah, Vətən (mahnı)
Ah Jae-Hyung
Ah Jae-Hyung (8 yanvar 1965) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Ah Jae-Hyung Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medala sahibi olub.
Ah W Noss
Nensi Ajram "Ah W Noss" (Ərəbcə: آه ونص) albomunu 2004-cü il 12 apreldə çıxartdı. Albomun adının mənası ayrı-ayrılıqda "Hə və yarısı" sözləri olsa da, mahnının bütövlükdə adı "Yəqin ki" deməkdir. Bu albom, 2003-cü ildə çıxmış "Ya Salam" albomunun davamı olan layihə idi. 2003-cü ildə bu albom Nensi Ajramı Ərəb musiqisinin zirvəsinə qaldırmışdı. "Ah W Noss" albomunun mahnıları 2003–2004-cü illərdə yazılıb. Janrı — Ərəb popu. İstehsalçı şirkət — Megastar / Relax-In. Prodüser — Jiji Lamara. Aparıcı sinql "Ah W Noss" bir neçə həftə birinciliyə təsir edərək, əsas musiqi kanallarında efirə verildi. 2004-cü ilin yayında yeni sinqlının əsasında Nensi böyük dünya turuna başladı.
Ah Çibek Arığ
Ah Çibek Arığ — Xakaslara aid qədim türk dastanı. Dastanın meydana çıxmasının içərisində keçən qəzi qavramlar və ifadələrdən yola çıxaraq Afanasyev mədəniyyəti ilə əlaqələndirilərək e.ə. IV minilliyə qədər getdiyi düşünülməkdədir. == Haqqında == Ah Xan ölkəsində altı başlı ağ qayadan doğulan Ah Çibek Arığ fövqəladə formada atı ilə birlikdə qayadan çıxmışdır. Heybətli görünüşə malik olan qəhrəman ox və yayda məharətli olmuşdur. Ah Xanı öldürüb, ölkəsini yağmalayan Ay Molat ilə qarşı-qarşıya gələn Ah Çibek Arığ düşmənini iki dəfə öldürməsinə baxmayaraq dirildirilərək qarşısına dikilməsindən sonra onunla güləşmiş vı nəhayət onu öldürmüşdür. Müxtəlif ölkələrdə müxtəlif döyüşlərə qatılan Ah Çibek Arığ son olaraq Ay Molatı öldürdükdən sonra onun yerinə yeni hakim qoymuş, nəsihətlər vermiş və yurduna geri dönmüşdür. Edilən müayinələr nəticəsində ümumiyyətlə qəhrəmanlıq dastanlarında fövqəladə doğulma, adı, fiziki xüsusiyyətləri, at, döyüş geyimləri və avadanlıqları, macəraya girən və macəraya girən adətlərin Huban Arığ dastanında da olduğunu söyləmək olar. Məqalədə xüsusi diqqət tələb edən xüsusiyyətlər, dastanda olan və əsrlər boyu mifoloji infrastrukturu sayəsində özlərini qorumağı bacaran, sehrli əşyalara sahib olmaq, yeraltı getmək, forma dəyişmək, hava hadisələrinə müdaxilə etmək, ölüləri diriltmək və xəstəni təmin etmək üçün fövqəladə varlıqların köməyidir. sehr).
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. == Həyatı == Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. == Bəzi çəkildiyi seriallar == Sus və Çal!
Ah, ədalət! (film, 1997)
Bell AH-1Z Viper
Bell AH-1Z Viper, H-1 yüksəltmə proqramı çərçivəsində Birləşmiş Ştatların Dəniz Piyadaları üçün hazırlanmış Bell AH-1 SuperCobranın üzərində qurulmuş Amerika mənşəli cüt mühərrikli hücum helikopteridir. AH-1Z dörd bıçaqlı, rulmansız, kompozit əsas rotor sisteminə, qaldırılmış sürətlər qutusuna və yeni hədəf nişan sisteminə malikdir. İstehsal edən Bell Huey ailəsinin ən son üzvlərindən biri olan AH-1Z, variant məktubunun hərbi fonetik əlifbası tələffüzünə əsaslanaraq “Zulu Cobra” olaraq da adlandırılır. == İnkişaf == === İnkişaf etdirilmiş model === AH-1Z-nin görünüşü əsasən Bell 412-dən dörd bıçaqlı əsas rotor sistemi ilə təchiz olunmuş AH-1S olan Bell 249-a əsaslanır. Bu vertolyot Bellin Cobra II dizaynını 1980-ci ildə Farnborough Airshowda göstərdi. Cobra II, Hellfire döyüş raketləri, yeni hədəfləmə sistemi və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcəkdi. Sonrakı Cobra 2000 təklifinə General Electric T700 mühərrikləri və dörd bıçaqlı rotor daxil edildi. Bu dizayn ABŞ Dəniz Qüvvələrinin diqqətini cəlb etdi, lakin büdcə yetərli olmadı. 1993-cü ildə Bell İngiltərənin yeni hücum helikopteri proqramı üçün AH-1W əsaslı bir versiya təklif etdi. Törəmə CobraVenom müasir bir rəqəmsal kokpit təqdim edirdi və TOW, Hellfire və ya Brimstone raketlərini daşıya bilirdi.
Bell AH-1 SuperCobra
Kobra helikopterləri — Amerika Birləşmiş Ştatlarının istehsalı olan bir hücum helikopteridir. Çox saylı istehsalı və ixracı ilə diqqət cəlb etmişdir. Hələ də, Kobra helikopterlərinin inkişaf etdirilmiş versiyası olan Super Kobralar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Kobra helikopterlərinin ən inkişaf etdirilmiş modeli Super Kobra helikopter (Bell AH-1W) modelinin ABŞ dəniz piyadaları korpusu üçün daha da təkmilləşdirilmiş olan versiyasının üzərində işlərin davam etdirilməsi haqqında müəyyən məlumatlar mövcuddur. Bu modelə də AH-1Z Viper Cobra adı verilmişdir. == Xüsusiyyətləri == Super Kobraların yüksüz ağırlıqları 4670 kiloqram olub yüklü ağırlıqları təxminən 6690 kiloqramdır. 16 metr 26 sm-lik bir uzunluğa malikdirlər. Qanadlarının açıq formada eni təxmini olaraq 13,40 metrdir. Hündürlüyü 5,5 metr civarındadır. Bütün təkmilləşdirilmiş hücum helikopterlərində olduğu kimi bir pilot və bir pilot köməkçisi (silah işlərinə baxır) olmaqla ekipajı iki nəfərdən ibarətdir.
Euseius ahaioensis
Euseius ahaioensis (lat. Euseius ahaioensis) — heyvanlar aləminin buğumayaqlılar tipinin hörümçəkkimilər sinfinin mesostigmata dəstəsinin phytoseiidae fəsiləsinin euseius cinsinə aid heyvan növü.
I Ahmos
I Ahmos, I Yahmos (təq. e.ə. 1560 – təq. e.ə. 1525) — Misirin qədim dövrünə aid XVIII sülalənin ilk fironu, Ahmos-Nefertarinin əri. Onun fironluğu ilə başlanan Qədim dövr 500 il sürmüşdür. I Ahmos ölkəni hiksosların istilasından qurtarmışdır. I Ahmos Qədim Misirin xilaskarı olaraq tanınır. Hökmranlığı e.ə. 1550–1525-ci illərə təsadüf edir.
Jan-Ed Ahulu
Jan-Ed Ahulu (20 mart 1994-cü ildə anadan olub) — Liqa 1 təmsilçilərindən olan Monako klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Kot-d'İvuar futbolçusudur. == Karyerası == Ahulu öz futbolçu karyerasına Lill klubunda başlamışdır. O, 2012 və 2015-ci il aralığında bu klubda çıxış etmiş, lakin heç bir oyunda meydana çıxmamışdır. Ahulu 7 oyunda ehtiyat skamyasında əyləşmişdir. O, Lill B klubu ilə 49 oyunda iştirak etmiş və 4 qolla yadda qalmışdır. Son mövsümündə Ahulu 20 oyunda iştirak etmiş, lakin klubu isə 2. Fransa Həvəskarlar Liqasına enmişdir. 2015-ci ildə Ahulu Milli Çempionat təmsilçilərindən olan Orleyan klubuna transfer oldu. O, debüt mövsümündə 32 oyunda iştirak etmiş və 2 qolla yadda qalmışdır. Beləliklə Orleyan Liqa 2-yə vəsiqə qazanmışdır.
Kəbudər Ahəng
Kəbudər Ahəng və ya Göyrəng — İranın Həmədan ostanında yerləşən şəhər, Kəbudər Ahəng şəhristanının inzibati mərkəzi. Əhalisi Azərbaycan türklərindən, əslən Qaragözlü oymağının Hacılar tayfasındandır və azərbaycan dilində danışırlar. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən şəhərin əhalisi 19216 nəfər və ya 4940 ailədən ibarət idi.
Kəbudər Ahəng şəhristanı
Kəbudərahəng (Göyrəng) şəhristanı — İranın Həmədan ostanında şəhristanlarından. Paytaxtı Kəbudər Ahəng şəhəridir. == Əhali == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 137,919 nəfər və 32,178 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti Azərbaycanlılardan ibarətdir və Azərbaycan dilində danışırlar. Azərbaycan dilində ki adı "Kəvrəng"dir ki, su axınları deməkdir.
Lomer Ahvlediani
Lomer Birzinoviç Axvlediani (gürc. ლომერ ახვლედიანი; 2 oktyabr 1934, Tiflis – 11 fevral 2022, Tbilisi) — sovet və gürcü kinooperatoru, Gürcüstan SSR Xalq artisti (1984), Şota Rustavelli adına Gürcüstan SSR Dövlət mükafatı (1979) və Lenin mükafatı (1986) laureatı.
Serik Ahmetov
Serik Ahmetov (qaz. Серік Нығметұлы Ахметов; 25 iyun 1958, Temirtau[d], Karaqanda vilayəti) — Qazaxıstanın Baş naziri (2012-2014). 1985-ci ildə 1993-cü ildə Karaganda Metallurgical Plant mühəndis- metallurq bitki texniki kollec bitirib, İdarə Rusiya Elmlər Akademiyasının (Moskva) məzunu O, 24 sentyabr 2012-ci ildən Qazaxıstanın baş nazir olmaq başladı. O, 2 aprel 2014-cü ildə istefa verib, iqtisadiyyat elmləri doktoru. Kərim Məsimov öz yerini aldı.
Sesiliya Ahern
Sesiliya Axern(ing. Cecelia Ahern; 30 sentyabr 1981[…], Dublin)-İrlandiyalı yazıçı. Sesiliya Axern Deyvid Keoqan ilə ailə həyatı qurmuşdur. Onlar 9 iyun 2010-cu ildə evləndilər. Onların iki övladı: qızı Robin 2009-cu ilin dekabrında, oğlu isə 2013-cü ilin iyulunda dünyaya gəlmişdir. Yazıçı olmadan əvvəl Sesiliya Axern Jurnalistika fakültəsini bitirmişdir. 21 yaşında o,"P. S. Mən səni sevirəm"ilk romanı ABŞ, İrlandiya, Hindistan və İngiltərənin kitab satışı reytinqində birinci olmuşdur. 2004-cü ilin noyabrında "Göyqurşağı bitən yerdə" ikinci kitabı İrlandiyada və Birləşmiş krallıqda reytinqin üstünə cıxdı. İrlandiyanın ən yaxşısı siyahısında 12 həftə birinici olmuşdur. Onun üçüncü kitabı "Əgər məni indi görə bilsən" 2004-cü ilin noyabrında nəşr olunmuşdur.
Soufyan Ahannax
Soufyan Ahannax (9 sentyabr 1995, Amsterdam, Niderland) — İngiltərə Premyer Liqası təmsilçilərindən olan Brayton & Houv Albion klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Niderland futbolçusudur. 10 avqust 2017-ci ildə Ahannax İngiltərə Premyer Liqası təmsilçilərindən olan Brayton & Houv Albion klubu ilə beş illik müqavilə imzalamışdır. 21 yanvar 2018 tarixində yenilənib O, futbol məşqçisi və Mərakeş millisinin keçmiş futbolçusu olan Alami Ahannaxın kiçik qardaşıdır. Əmisi oğlu Anass Ahannax da peşəkar futbolçudur.
Ahmet Dursun
Ahmet Tarık Tekçe
Ahmet Tarık Tekçe (15 dekabr 1920, Konstantinopol – 4 oktyabr 1964, Karabük) — türk kino aktyoru. == Həyatı == Ahmet Tarık Tekçe 1920-ci il dekabrın 15-də İstanbulda anadan olub. Atası ağır cinayət hakimi Hikmət bəy idi. O, xatirələrində dörd qardaş olduqlarını, 5 yaşında ikən məhəllə məktəbinə başladığını və həmin il məhəllədə vəbaya tutulan 40 uşaqdan yeganə sağ qalanın özü olduğunu söyləyib. Qardaşlarından biri də 350-dən çox filmdə rol aldığı bildirilən aktyor Necip Tekçedir. Memduh Ün, filmlərdə kiçik rollar oynamağa başlamazdan əvvəl futbolçu olan Necip Tekçedən başqa, jurnalist Cemil Tekçenin qardaşı olduğunu bildirir. Qalatasaray Liseyi məzunu olan Tekçe, Mətin Toker ilə sinif yoldaşıdır. Atasının təşəbbüsləri ilə Dənizyollarının Camialtı Atelyesində və Haliç Mayak Əhali İdarəsində çalışmış, sonralar 'Pəndispanya' adı ilə 'Adalar-Paravan' adlı yumoristik qəzet çıxarmışdır. Böyükada əsilli Tekçenin ilk filmi olan 'Tuzak' filminə görə 'Adalar' qəzetini satdığı bildirilir. Tekçe, 1948-ci ildə filmlərə başladı.
Ahmet Yener
Əhməd Yener (türk. Ahmet Yener; 1966, Ankara) — Türkiyə hüquqşünası. Türkiyə Yüksək Seçki Komissiyasının sədri (26 yanvar 2023 – h.h). == Həyatı və karyerası == 13 aprel 1966-cı ildə Beypazarında doğuldu. Ankara İmam Xətib Liseyi və İstanbul Universitetinin Hüquq fakültəsini bitirdi. Ankara hakim namizədi kimi karyerasına başladı. Sırası ilə Baykan, Yığılca, Sivrihisar, Osmaniye ve Kırıkkale hakimi vəzifələrində çalışdı. 22 dekabr 2011-ci ildə Ali Məhkəmənin üzvlüyünə seçildi. O, Ali Məhkəmənin 21-ci Mülki Kollegiyasının üzvüdür. 16 yanvar 2020-ci ildə Yüksək Seçki Komissiyasına üzv seçildi və 24 yanvarda fəaliyyətə başladı.
Ahunui
Ahunui (fr. Ahunui) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Ahunui Sakit Okeanın cənubunda, Tuamotu arxipelaqında yerləşir. Ən yaxın materik Cənubi Amerika təxminən 5600 km məsafədədir. Təxminən 55 km şimal-qərbdə Paraoa adası, 120 km şimal-şərqdə Vairaatea adası yerləşir. Təxminən 6 km diametrli bir üzük formasına malikdir. Geologiya nöqteyi-nəzərindən bu, mərkəzində tamamilə quru ilə əhatə olunmuş böyük bir laqunun olduğu bir atolldur. Bir neçə motudan (şərq hissədə biri böyük, 18-i isə kiçik) ibarətdir. Ahunuinin ərazisi 5,7 km²-dir. Ada kokos palması ilə örtülüdür və çoxlu yuvalayan dəniz quşları var.
Ahimsa
Ahimsa (sanskr. अहिंसा, pali avihiṃsā) — qədim hind davranış və fəaliyyət prinsipi olub, burada ilk tələb zərər verməmək, zorakılıq etməməkdir. Hinduizm, buddizm və caynizmdə əsas fəzilətdir. Bu söz sanskritcə hiṃs kökündən gəlir - “döymək”; hiṃsa - “zərər vermək”, “məhv etmək”. A prefiksi onun inkarıdır, yəni “zərər verməmək” . Ahimsa, onu yaradan insanlara qarşı deyil, pisliyin özünə (nifrət, əzab) qarşı yönəlmiş, dünyada pisliyin, şərin azalmasına səbəb olan davranış kimi müəyyən edilir. Ahimsa əməl, söz və düşüncə ilə bütün canlılara (insanlara, heyvanlara; caynizmdə bitkilərə də qulluq etmək) zərər verməkdən (öldürməkdən, zorakılıqdan) imtina etməkdən ibarətdir Ahimsa prinsipi e.ə. I minilliyin ortalarından başlayaraq hind dini fikrində xüsusi əhəmiyyət kəsb etmişdir. Bu yeni istiqamətlərin nümayəndələri: Ajivika, sonra caynizm və buddizm, heyvanların kəsilməsi ilə ritual qurbanların vedik praktikasına qarşı çıxmışdırlar. Eramızdan əvvəl III əsrə qədər ahimsa anlayışı hind mədəniyyətində o qədər mərkəzi yer tutur ki, kral Aşoka bütün inancları birləşdirmək cəhdində qayaüstü fərmanlarının ilk ikisini ona həsr etmişdir.
Ahal müqaviləsi
Ahal müqaviləsi ( rus. Ахалский договор) həmçinin Ahal-Xorasan Sərhəd Konvensiyası kimi tanınan Qacarlar ilə Rusiya arasında 21 sentyabr 1881-ci ildə İranın Xarəzmin (əsasən indiki Türkmənistan ərazisi) Rusiya İmperiyası tərəfindən ilhaqını rəsmən tanımasını qeyd etmək üçün imzalanmış müqavilədir.
Ahmedowsky Trio
Ahmedowsky Trio — Azərbaycan caz musiqi qrupu. == Bioqrafiya == 2016-cı ildə Babək Əhmədov (Ahmedowsky) tərəfindən qurulub. Qrupun musiqi üslubu əsasən caz, neo-funk, caz-muğam və ya asid caz kimi təsvir edilir. Qrup Azərbaycandakı Hard Rock Cafe kimi yerli səhnələrdən əlavə, Gürcüstanda One Caucasus Festival, Türkiyədə İstanbul Caz Festivalında və başqa xarici ölkələrdə konsertlərlə çıxış edib. Qrupun ilk albomu "Sketches of Vagif" 20 dəqiqəlik olub Vaqif Mustafazadənin yaradıcılığına həsr edilmişdi. Qrup daha sonra 2018-ci ildə Caspian Broadcasting və 2024-cü ildə Yollar adlı albomlar yayımlayıb.
Ahmet Erbaş
Ahmet Ərbaş (1966, Yozqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub. İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.
Ahmet Önal
Ahmet Önal (1983, Kırıkkale ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırış deputatı. == Həyatı == Ahmet Önal 1983-cü ildə Kırıkkale ilində anadan olub. Kırıkkale Universitetinin Hüquq bölməsini bitirib. Kırıkkale Vəkillər Kollegiyasında çalışıb. Siyasətə Cümhuriyyət Xalq Partiyasında (CHP) qoşulub. 2015–2018-ci illərdə CHP Kırıkkale il şöbəsinin sədri olub. 2018 və 2023-cü illərdə Kırıkkale ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 27-ci və 28-ci çağırışda Milli Müdafiə Komissiyasının üzvü olub. İngiliscə bilir. Evli və 2 uşaq atasıdır.
Ahmet Özyürek
Ahmet Özyürek (1964, Sivas ili) — siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Özyürek 1964-cü ildə Sivas ilinin Kangal ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini İstanbulda alıb. Beynəlxalq Vizyon Universiteti Hüquq Bölməsindən məzun olub. Sivasspor İdman Klubunda rəhbər vəzifələrdə çalışıb. Sivaslılar Dərnəyi, Sivaslılar Vəqfi və Kangallılar Dərnəyinin üzvü olub, vəzifələrdə təmsil olunub. Xaricdə ictimai və özəl sahələrdə inşaat layihələrinin rəhbəri olub. Uzun illərdir MHP üzvüdür. 2002-2018-ci illərdə MHP İstanbul il şöbəsinin sədr müavini olub. 2018 və 2021-ci illərdə MHP İdarə Heyətinin üzvü seçilib.
Ahmet Ərbaş
Ahmet Ərbaş (1966, Yozqat ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. == Həyatı == Ahmet Ərbaş 1966-cı ildə Yozqat ilinin Yergöy ilçəsində anadan olub. 1992-ci ildə Ankara Universiteti Dil, Tarix və Coğrafiya Bölməsindən məzun olub. Karpaz Universiteti Sosial Elmlər İnstitutunda və Kastamonu Universiteti Sosial Elmlər İnstitutunda magistr dərəcəsi alıb. Dövlət Arxivləri Baş İdarəsində mütəxəssis, TBMM-də məsləhətçi, Nəqliyyat Nazirliyində müşavir, Səhiyyə Nazirliyində isə baş müşavir vəzifələrində çalışıb. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq Kütahya ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 28-ci çağırışda TBMM Daxili İşlər Komissiyasının sədr müavini vəzifəsində təmsil olunub. İngiliscə, fransızca və qırğızca bilir. Subaydır.
Anda (Ahalsıx bələdiyyəsi)
Anda — Tiflis quberniyasının Axalsix qəzasında (indi Axalsix rayonunda) kənd.. == Toponimkası == Şimali Qafqazda Anttübə (Anttəpə) təpə adı ilə mənaca eynidir. Qədim türk dillərində anta, anda, andi "izləmək", "keşik çəkmək" sözündəndir. Anta, anda dedikdə qaraulxana (qaroul - monqol sözüdür) nəzərdə tutulur. Qaraul keçmişdə antalar (andalar) müəyyən bir ölkənin, əyalətin, elin (tayfanın) məskunlaşdığı ərazinin sərhədlərində gecələr keşikçilərin durduğu təpə yerlər idi. Keşikçi məntəqələri adlarındandır.
Avetis Aharonyan
Avetis Ağaronyan (erm. Աւետիս Ահարոնեան; 4 yanvar 1866, İğdır, İrəvan quberniyası, Rusiya imperiyası – 20 mart 1948, Marsel) — Erməni siyasətçisi, yazıçısı, ictimai xadimi və inqilabçısı. Erməni milli hərəkatının üzvlərindən biri olmuşdur. == Həyatı və fəaliyyəti == Ağaronyan 1866-cı ildə Rusiya imperiyasının Sürməli qəzasında anadan olub. Böyüdükcə doğulduğu yerin Araz çayı və Sürməli yaxınlığında yerləşən Ağrı dağı kimi təbii xüsusiyyətlərindən təsirlənmişdir. Anası Zərdar oxuyub-yazmaq bilirdi və övladına yazıb-oxumağı öyrətməklə onu oxutdurmağı bacarırdı. İbtidai təhsilini kənd məktəbində başa vurduqdan sonra Eçmiədzindəki Gevorkyan Seminariyasını bitirmişdir. Ağaronyan bir neçə il müəllim işləyib, sonra İsveçrənin Lozanna Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. Bu dövrdə o, o zaman "Troşaq" (Bayraq) qəzetinin baş redaktoru olan Xristofor Mikaelyanla tanış olur. Daha sonra 1900-cü ildən hüquq fakültəsində çalışan Telemak Tutuncyan de Vartavan ilə dostlaşır və müstəqil Ermənistan yaratmaq üçün səylərini birləşdirməyə qərar verirlər.
Yediot ahronot
"Yediot ahronot" (ivr. ‏ידיעות אחרונות‏‎, Son xəbərlər) — ivrit dilində nəşr olunan İsrailin gündəlik qəzeti. 2000-ci ildə "Yediot Ahronot Qrup" "Ynet" informasiya və xəbər portalını işə salmışdır. Burada digər şeylərlə yanaşı, "Yediot ahronot" qəzetindən bəzi məqalələr dərc olunur. "Ynet" portalının ingilis və ərəb dillərində orijinal versiyaları da var.

ah sözünün leksik mənası və izahı

  • 1 1. nida. Ağrı, həyəcan, həsrət və s. hissləri ifadə edir. Ah, başım ağrıyır. – Ah, zalım! Ah, kim, oldum yolunda can fəda. M.Ə.Sabir. Bir zaman, ah ki, bir tair idim azadə; Əcəba, kim məni saldı bu xərababadə? M.Hadi. [Səfər bəy:] Ah! Yaman yorulmuşam, səhər sübhdən gəzirəm, heç bir zad tapa bilmədim. B.Talıblı. // İs. mənasında. Fəryad, fəğan. Rəsulam, ahıma dağlar dayanmaz; Dərdim çoxdur mənim kimsələr bilməz. “Aşıq Qərib”. Bu ahdan sonra deyəsən onun [Məsum kişinin] sinəsi şumlanmış zəmi kimi boşaldı. Mir Cəlal. // Təəssüf, kədər, peşmanlıq, ümidsizlik, məyusluq ifadə edir. Ah, bilsəydim, heç gəlməzdim! Ah, onu bir daha görməyəcəyəm! – [Bahadır:] Ah, insanı bir-birindən ayıran “Uçurum dərələr!”. Mən sizi məhv etmək istərkən, siz məni məhv etdiniz. N.Nərimanov. [Sədəf:] Ah, bu beş il, indi o günlər mənə bir yuxu kimi gəlir. İ.Əfəndiyev. // Təəccüb, heyrət, sevinc, həmçinin gözlənilməz bir şey qarşısında doğan hissləri ifadə edir. Ah, nə gözəl mənzərədir! Ah, nə yaxşı gəldin! □ Ah çəkmək – kədər, qüssə, təəssüf, həsrət, heyrət, həyəcan ifadəsi olaraq “ah” demək. Ala gözlüm, səndən ayrı düşəli; Ah çəkməkdən bağrım qana dönübdür. Aşıq Ələsgər. Qoca tarzən Cavadın arvadı müztərib halda tez-tez qapını açıb, küçəyə baxırdı və ah çəkərək otağa qayıdırdı. Ə.Haqverdiyev. Sona xala … dərdini mənə söylədi. Axırda bir ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qadınları görəydi. S.S.Axundov. Ah etmək (eləmək) – həsrət çəkmək, təəssüflənmək, qəmlənmək, ah çəkmək. Əğyar əlindən ah edərəm hər nəfəs, vəli; Cövri həmişə aşiqi-miskinə yar edər. Nəsimi. Ah eylədigim sərvi xuramanın üçündür. Füzuli. Ah eylədigim nəşəyiqəlyanın üçündür. M.Ə.Sabir. 2. is. Fəryad, fəğan. Çərxə çıxardı ahımı, canımı yandırdı qəmin. Nəsimi. Dağıdır hər ləhzə rəxti-eyşimi ahim yeli. Füzuli. Əflakə kəmənd atdım sənsiz; Hər ah ki, çəkdim aşiqanə. Heyran xanım. Yandırır atəşi-ahilə gülü gülzarı; Çəkməyin Seyyidi, yar olmasa, gülzarə tərəf. S.Ə.Şirvani. □ Ahı göyə (göylərə) çıxmaq (ucalmaq) – fəryad etmək, son dərəcə kədərlənmək, qüssələnmək, qəmlənmək, inləmək. Gah göstərdi qədin, göylərə çıxdı ahım; Gah göstərdi gözün, eylədi bimar məni. S.Ə.Şirvani. Möhnət çəmənindən gül dərə-dərə; Ucalır şairin ahı göylərə. S.Vurğun. 3. is. köhn. Bəddua, qarğış. Atanın duası əsər eylər, ananın ahı. (Ata. sözü).

    Azərbaycan dilinin izahlı lüğəti / ah
  • 2 Authentication Header Autentifikasiya başlığı

    İnformasiya təhlükəsizliyi terminlərinin izahlı lüğəti / ah

ah sözünün antonimləri (əks mənalı sözlər)

  • 1 AH – VAY Ah, mən onun səadəti üçün nələr etməzdim (M.S.Ordubadi); Vay, yad kişinin səsi gəlir, vay, indicə qapıdan içəri girəcəkdir... (M.F.Axundzadə).

    Azərbaycan dilinin antonimlər lüğəti / ah

ah sözünün rus dilinə tərcüməsi

  • 1 1. межд. ах!, ох!, эх!, увы!; 2. вздох, стон;

    Azərbaycanca-rusca lüğət / ah
  • 2 I межд. 1. ах (восклицание, выражающее испуг, удивление, радость, сожаление, разочарование, возмущение и т.п.). Ah, yaman qorxutdun məni ах, как ты меня напугал; ah, nə yaxşı gəldin ах, как хорошо, что ты пришёл; ah, yadımdan çıxdı, sizi xəbərdar edəm ах, я забыл вас предупредить 2. ох (выражает восхищение, удивление, горе, печаль, боль и т.п.). Ah, nə yaman yoruldum ох, как я устал 3. эх (употребляется для выражения восторга, удивления, упрёка, досады). Ah, daha gücüm qalmayıb эх, сил у меня больше нет 4. ух, уф (выражают усталость, облегчение и т.п.). Ah, bu işlər məni lap əldən salıbdır ух, замотали меня эти дела; ah, nə yaman istidir уф, как жарко 5. увы (выражает сожаление по поводу чего-л.). Ah, heç ümidim yoxdur увы, надежды нет II в знач. сущ. ах (вздох, стон, вопль) ◊ ahı tutmaq kimi быть проклинаемым кем-то; ah çəkmək, ah etmək (eləmək) охать, охнуть, ахать, ахнуть, вздыхать, вздохнуть. Dərindən ah çəkmək глубоко вздохнуть

    Azərbaycanca-rusca lüğət / ah

ah sözünün inglis dilinə tərcüməsi

ah sözünün fransız dilinə tərcüməsi

ah sözünün ləzgi dilinə tərcüməsi

  • 1 1. межд. агь (тӀал, тажубвал, дертлувал, пашманвал, умудсузвал, хвешивал ва мс. гьиссер къалурдай гаф); пагь; ah çəkmək агь чӀугун, агь аладарун, “агь” лугьун; ah etmək (eləmək) агь авун, гъамлу хьун, агь чӀугун, гьасрет чӀугун; 2. сущ. агь, агь-вай, суза; 3. сущ. куьгьн. агь, къаргъиш, лянет.

    Azərbaycanca-ləzgicə lüğəti / ah

ah sözü azərbaycan dilinin lüğətlərində

Azərbaycan dilinin dialektoloji lüğəti.

(Meğri) qətrə, ən kiçik damla. – Şişex’ paçaxlıyannan əmceyinnən ah da çıxmır

Azərbaycan dilinin dialektoloji lüğəti.

"ah" sözü ilə başlayan sözlər

Oxşar sözlər

#ah nədir? #ah sözünün mənası #ah nə deməkdir? #ah sözünün izahı #ah sözünün yazılışı #ah necə yazılır? #ah sözünün düzgün yazılışı #ah leksik mənası #ah sözünün sinonimi #ah sözünün yaxın mənalı sözlər #ah sözünün əks mənası #ah sözünün etimologiyası #ah sözünün orfoqrafiyası #ah rusca #ah inglisça #ah fransızca #ah sözünün istifadəsi #sözlük