ah-aman sözü azərbaycan dilində

ah-aman

* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur

Yazılış

  • ah-aman • 100.0000%

* Sözün müxtəlif mətnlərdə yazılışı.

Mündəricat

OBASTAN VİKİ
Sohail Aman
Sohail Aman (Urdu: سہیل عمان) - Pakistan Hərbi Hava Qüvvələrinin 21-ci komandanı. 19 mart 2015-ci ildə bu vəzifəni baş aviasiya marşalı Tahir Rafik Buttdan təhvil almışdır. 1980-ci ildə Pakistan HHQ-nin Sarqoda şəhərində yerləşən kollecindən bakalavr dərəcəsi ilə məzun olmuş, 1993-cü ildə Kəraçi Universitetindən, 1998-ci ildə London Kral Kollecindən məzun olmuşdur. O, 2006-cı ildə "müdafiə və strateji elmlər" üzrə Milli Müdafiə Universitetində magistr dərəcəsi ilə təhsilini başa vurmuşdur.
Zinət Aman
Zinət Aman (ing. Zeenat Aman; 19 noyabr 1951, Bombey) — məşhur Hindistan aktrisası , modeli və rəqqasəsi. Zinət Aman 19 noyabr 1951-ci ildə anadan olub. Atası Amanulla Xan müsəlman, anası isə indus olub. 13 yaşında atasını itirməyi Zinətin həyatında ağır izlər qoyub. Zinətın anası ikinci dəfə almanla ailə qurub. Məhz bu evlilik Zinətın həyatını tam dəyişdirib. Ögey atasının mədəni və intellektual olması Zinət üçün bir sıra imkanlar açıb. Unversitetə daxil olan Zinət əla oxuduğuna görə ABŞ-a, Los-Ancelesə oxumağa göndərilib. Burada o fotomodel kimi də fəaliyyət göstərib.
Teodor Aman
Teodor Aman (20 mart 1831[…], Kımpulunq – 19 avqust 1891[…], Buxarest) — rumın rəssamı, çap ustası və professoru.
Ah...! (albom)
Ah...! – Azərbaycan müğənnisi Aygün Kazımovanın studiya albomu. Alboma 11 mahnı daxildir. Albomdakı bütün mahnıların bəstəsi Cavanşir Quliyevə aiddir. Albomdakı İtkin gəlin mahnısı, İtkin gəlin serialının saundtrektidir. Albomdakı Tənha qadın mahnısı Birinci Qarabağ müharibəsində həyat yoldaşlarını itirmiş qadınlara həsr olunmuşdur. Albomdakı Son gecə mahnısı Cənubi Azərbaycanlı şair Piruz Dilənçinin Son görüş adlı şeirinə bəstələnmişdir. Son görüş adlı şeir şairini şəxsi həyatı haqqındadır. Albomdakı Ot kökü üstə bitər adlı mahnı, 1999-cu ildə lentə alınan və ssenarisi Vaqif Səmədoğluna məxsus olan, Yaşıl eynəkli adam-2 filmində səsləndirilmişdir.
Ah, ədalət!
Ah, ədalət! — qısametrajlı televiziya tamaşası rejissor Mirzə Əliyev tərəfindən 1997-ci ildə ekranlaşdırılmışdır. Teletamaşa Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin həyatını əks etdirir. Teletamaşada rolları Nazir Rüstəmov, Azad Şükürov, Məleykə Məmmədova, Əfqan Soltanov, Kazım Abdullayev, Rafiq İbrahimov və Elman Təvəkküloğlu ifa edirlər. Televiziya tamaşası azərbaycanlı şair, yazıçı, dramaturq, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi olan Hüseyn Cavidin (Nazir Rüstəmov) həyatını əks etdirir. Teletamaşada ziyalıların ona qarşı çıxışları, onun yaradıcılığını əsassız tənqid etmələri, digərlərinin isə cidd-cəhdlə onun tərəfini tutmaları, Cavidin haqsız yerə həbsi, həbsdə Mişkinaz (Məleykə Məmmədova) xanımla son görüşü, uzun illər sonra Cavidin nəşinin Azərbaycana gətirilməsi lirik şəkildə tərənnüm olunur. Əsər müəllifi: Nafilə Abuzərli Rejissor: Mirzə Əliyev Operator: Abbasağa İmanov Rəssam: Rəfael Əlizadə Nazir Rüstəmov — Hüseyn Cavid Azad Şükürov — Cavidin tərəfdarı Məleykə Məmmədova — Mişkinaz Cavid Əfqan Soltanov — Cavidin tərəfdarı Kazım Abdullayev — Cavidə qarşı çıxan Rafiq İbrahimov — Cavidə qarşı çıxan Elman Təvəkküloğlu — Cavidə qarşı çıxan Televiziya tamaşası Nafilə Abuzərlinin "Cavid" poeması əsasında ekranlaşdırılıb.
Aman kəndi (Qoşaçay)
Aman kəndi (fars. امن كندي‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 23 nəfər yaşayır (4 ailə).
Darul Aman sarayı
Darul Aman sarayı - Əfqanıstanın paytaxtı Kabilin mərkəzindən 16 km uzaqlıqda yerləşən və Avropa tərzində tikilmiş saray. Darul Aman sarayı 1920-ci illərdə kral Əmanullah Xan tərəfindən Əfqanıstanı müasirləşdirmək üçün tikdirilmişdi. Saray yeni paytaxt layihəsinin bir parçası idi. Neoklassik memarlığında inşa edilmiş saray ölkədə çıxan bir çox islamiyyət çevrilişləri üzündən əhəmiyyət qazanmamışdır. Saray ilk dəfə 1969-cu ildə hücuma məruz qalmış, 1970-1980 illəri arasında təmir edilib Əfqanıstan Müdafiə Nazirliyinə təhvil verilmişdir. 1978-ci ildə sosialist inqilabında yenidən zərər görən saray 1990-cı illərdə antikommunist hadisələr zamanı xaraba edilmiş, SSRİ Əfqanıstandan çəkilənə qədər top atəşinə tutulmuşdur 2005-ci ildə Əfqan Məclisi sarayın bərpası üçün qərar versə də, layihənin başlanacağı 2010-cu il iyununda heç bir iş görülməmişdi. 15 aprel 2012-ci ildə isə Talibanın hücumlarına məruz qalmışdır. Sarayın yaxınlığında Əmanullah Xan üçün tikdirilmiş Tacbeq sarayı da yerləşir.
AH-1 Kobra
AH-1 Kobra Vertolyotu (AH-1 Cobra)- Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, hərbi döyüş vertolyotu. Tədricən AH-64 Apaçi vertolyotu ilə əvəz edilməkdədir. Bell Textron Helicopter şirkəti tərəfindən istehsal olunur. AH-1 uzun müddət ABŞ ordusunun əsas hücum helikopteri olub, lakin sonradan AH-64 Apaçi ilə əvəz olunub. Lakin modernizasiya olunmuş variantları müxtəlif ölkələrin ordularında istifadə olunmaqdadır. Bell AH-1 SuperCobra ikimotorlu versiyası ABŞ dəniz piyadaları korpusunun əsas hücum helikopterlərindən biri olaraq qalmaqdadır. Ordu xidmətindən çıxarılan AH-1 helikopterləri meşə yanğınlarına qarşı mübarizədə istifadə olunmağa yönəldilib. AH-1 helikopterinin layihələndirilməsi dünyada ən çox istehsal olunmuş helikopterlərdən olan UH-1 Iroquois ilə yaxından bağlıdır. UH-1 hava süvarisi nəzəriyyəsini reallaşdırmağa imkan vermişdi, belə ki yeni taktika ABŞ qüvvələrinin geniş ərazidə çox yüksək dərəcədə mobil olmasını tələb edirdi. Əvvəlkindən fərqli olaraq onlar eyni yerdə dayanıb uzun müddətli döyüş aparmır, mövqe qorumaqla məşğul olmurdular.
AH-64 Apache
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
AH-64 Apaçi
AH-64 Apaçi helikopteri (AH-64 Apache) — Amerika Birləşmiş Ştatları tərəfindən istehsal edilən, 2 nəfər ekipaja malik, zirehli hərbi döyüş vertolyotu. Amerika ordusunun əsas helikopteridir. AH-1 Kobra vertolyotunun xələfi hesab edilir. Bell şirkəti tərəfindən istehsal olunmuşdur. İlk uçuşunu 1979-cu ildə edib, 1984-cü ildən etibarən orduda istifadə olunur. Orduya qəbul olunandan sonra bir çox əməliyyatlarda istifadə olunub. Başlıca modelləri AH-64A və AH-64D Longbow hesab olunur. Helikopterin istehsal olunmasında əsas məqsəd ABŞ ordusunda olan AH-1 Kobra helikopterlərini əvəz etməsidir. İlk prototip olan YAH-64 ilk uçuşunu 30 sentyabr 1975-ci ildə həyata keçirmişdir. Helikopter 1986-cı ilin aprelində ABŞ ordusunda xidmətə başlamışdır.
Ah, Vətən (mahnı)
Ah Jae-Hyung
Ah Jae-Hyung (8 yanvar 1965) — Cənubi Koreyanı təmsil edən stolüstü tennisçi. Ah Jae-Hyung Cənubi Koreyanı 1988-ci ildə Seul şəhərində baş tutan XXIV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə bürünc medala sahibi olub.
Ah W Noss
Nensi Ajram "Ah W Noss" (Ərəbcə: آه ونص) albomunu 2004-cü il 12 apreldə çıxartdı. Albomun adının mənası ayrı-ayrılıqda "Hə və yarısı" sözləri olsa da, mahnının bütövlükdə adı "Yəqin ki" deməkdir. Bu albom, 2003-cü ildə çıxmış "Ya Salam" albomunun davamı olan layihə idi. 2003-cü ildə bu albom Nensi Ajramı Ərəb musiqisinin zirvəsinə qaldırmışdı. "Ah W Noss" albomunun mahnıları 2003–2004-cü illərdə yazılıb. Janrı — Ərəb popu. İstehsalçı şirkət — Megastar / Relax-In. Prodüser — Jiji Lamara. Aparıcı sinql "Ah W Noss" bir neçə həftə birinciliyə təsir edərək, əsas musiqi kanallarında efirə verildi. 2004-cü ilin yayında yeni sinqlının əsasında Nensi böyük dünya turuna başladı.
Ah Çibek Arığ
Ah Çibek Arığ — Xakaslara aid qədim türk dastanı. Dastanın meydana çıxmasının içərisində keçən qəzi qavramlar və ifadələrdən yola çıxaraq Afanasyev mədəniyyəti ilə əlaqələndirilərək e.ə. IV minilliyə qədər getdiyi düşünülməkdədir. Ah Xan ölkəsində altı başlı ağ qayadan doğulan Ah Çibek Arığ fövqəladə formada atı ilə birlikdə qayadan çıxmışdır. Heybətli görünüşə malik olan qəhrəman ox və yayda məharətli olmuşdur. Ah Xanı öldürüb, ölkəsini yağmalayan Ay Molat ilə qarşı-qarşıya gələn Ah Çibek Arığ düşmənini iki dəfə öldürməsinə baxmayaraq dirildirilərək qarşısına dikilməsindən sonra onunla güləşmiş vı nəhayət onu öldürmüşdür. Müxtəlif ölkələrdə müxtəlif döyüşlərə qatılan Ah Çibek Arığ son olaraq Ay Molatı öldürdükdən sonra onun yerinə yeni hakim qoymuş, nəsihətlər vermiş və yurduna geri dönmüşdür. Edilən müayinələr nəticəsində ümumiyyətlə qəhrəmanlıq dastanlarında fövqəladə doğulma, adı, fiziki xüsusiyyətləri, at, döyüş geyimləri və avadanlıqları, macəraya girən və macəraya girən adətlərin Huban Arığ dastanında da olduğunu söyləmək olar. Məqalədə xüsusi diqqət tələb edən xüsusiyyətlər, dastanda olan və əsrlər boyu mifoloji infrastrukturu sayəsində özlərini qorumağı bacaran, sehrli əşyalara sahib olmaq, yeraltı getmək, forma dəyişmək, hava hadisələrinə müdaxilə etmək, ölüləri diriltmək və xəstəni təmin etmək üçün fövqəladə varlıqların köməyidir. sehr).
Co Bo-Ah
Co Bo-Ah (kor. 조보아; 22 avqust 1991, Tecon) — Cənubi Koreyalı aktrisa, model və radio aparıcısıdır. Karyerası 2011-ci ildə başlanıb. "Sus və Çal!", "Sevgi hərarəti" koreya teleseriallarında çəkilmişdir. Co Bo-Ah Cənubi Koreyanın Tecon şəhərində anadan olmuşdur. Sonqyonqvan Universitetini bitirmişdir. Sus və Çal!
Aman, ayrılıq (film, 1989)
Aman, ayrılıq qısametrajlı sənədli filmi rejissor Tofiq Mütəllimov tərəfindən 1989-cu ildə çəkilmişdir. Film "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən bəhs edir. Film Cənubi Azərbaycanda doğulub böyümüş məşhur müğənni Yaqub Zurufçunun Azərbaycan Respublikasına səfərindən, Bakıda və Lənkəranda konsertlər verməsindən, tamaşaçılarla görüşlərindən bəhs edir. Ssenari müəllifi: Azər Əbilov Rejissor: Tofiq Mütəllimov Operator: Nizami Abbas, Rəfael Salamzadə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Sent-Aman-Monron (rayon)
Sent-Aman-Monron (fr. Saint-Amand-Montrond) — Fransanın Mərkəz - Luara vadisi regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Şer (departament). Suprefektura — Sent-Aman-Monron. Rayon əhalisi 2006-cı ildə 67 468 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 25 nəf / km². Rayon sahəsi — 2670 km².
Sent-Aman-de-Kot
Sent-Aman-de-Kot (fr. Saint-Amans-des-Cots, oks. Sant Amanç) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sent-Aman-de-Kot kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12209. Kommuna təxminən Parisdən 470 km cənubda, Tuluza şəhərindən 155 km şimal-şərqdə, Rodezdən isə 39 km şimalda yerləşir. 2008-ci ildə əhalinin sayı 773 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 411 nəfər (15-64 yaş) arasında 308 nəfər iqtisadi fəal, 103 hərəkətsiz (fəaliyyət göstərici 74.9%, 1999-cu ildə 64.3%) idi.
Ah, ədalət! (film, 1997)
Bell AH-1Z Viper
Bell AH-1Z Viper, H-1 yüksəltmə proqramı çərçivəsində Birləşmiş Ştatların Dəniz Piyadaları üçün hazırlanmış Bell AH-1 SuperCobranın üzərində qurulmuş Amerika mənşəli cüt mühərrikli hücum helikopteridir. AH-1Z dörd bıçaqlı, rulmansız, kompozit əsas rotor sisteminə, qaldırılmış sürətlər qutusuna və yeni hədəf nişan sisteminə malikdir. İstehsal edən Bell Huey ailəsinin ən son üzvlərindən biri olan AH-1Z, variant məktubunun hərbi fonetik əlifbası tələffüzünə əsaslanaraq “Zulu Cobra” olaraq da adlandırılır. AH-1Z-nin görünüşü əsasən Bell 412-dən dörd bıçaqlı əsas rotor sistemi ilə təchiz olunmuş AH-1S olan Bell 249-a əsaslanır. Bu vertolyot Bellin Cobra II dizaynını 1980-ci ildə Farnborough Airshowda göstərdi. Cobra II, Hellfire döyüş raketləri, yeni hədəfləmə sistemi və təkmilləşdirilmiş mühərriklərlə təchiz ediləcəkdi. Sonrakı Cobra 2000 təklifinə General Electric T700 mühərrikləri və dörd bıçaqlı rotor daxil edildi. Bu dizayn ABŞ Dəniz Qüvvələrinin diqqətini cəlb etdi, lakin büdcə yetərli olmadı. 1993-cü ildə Bell İngiltərənin yeni hücum helikopteri proqramı üçün AH-1W əsaslı bir versiya təklif etdi. Törəmə CobraVenom müasir bir rəqəmsal kokpit təqdim edirdi və TOW, Hellfire və ya Brimstone raketlərini daşıya bilirdi.
Bell AH-1 SuperCobra
Kobra helikopterləri — Amerika Birləşmiş Ştatlarının istehsalı olan bir hücum helikopteridir. Çox saylı istehsalı və ixracı ilə diqqət cəlb etmişdir. Hələ də, Kobra helikopterlərinin inkişaf etdirilmiş versiyası olan Super Kobralar bəzi ölkələrin silahlı qüvvələri tərəfindən istifadə olunur. Kobra helikopterlərinin ən inkişaf etdirilmiş modeli Super Kobra helikopter (Bell AH-1W) modelinin ABŞ dəniz piyadaları korpusu üçün daha da təkmilləşdirilmiş olan versiyasının üzərində işlərin davam etdirilməsi haqqında müəyyən məlumatlar mövcuddur. Bu modelə də AH-1Z Viper Cobra adı verilmişdir. Super Kobraların yüksüz ağırlıqları 4670 kiloqram olub yüklü ağırlıqları təxminən 6690 kiloqramdır. 16 metr 26 sm-lik bir uzunluğa malikdirlər. Qanadlarının açıq formada eni təxmini olaraq 13,40 metrdir. Hündürlüyü 5,5 metr civarındadır. Bütün təkmilləşdirilmiş hücum helikopterlərində olduğu kimi bir pilot və bir pilot köməkçisi (silah işlərinə baxır) olmaqla ekipajı iki nəfərdən ibarətdir.
Sent-Aman-de-Kot (kanton)
Sent-Aman-de-Kot (fr. Rignac) — Fransada kanton , region — Cənub-Pireneylər, departament — Averon. Rodez dairəsinə daxildir. Kantonun INSEE kodu — 1230. Sent-Aman-de-Kot kantonuna cəmi 6 kommuna daxildir, onlardan ən əsası Sent-Aman-de-Kot kommunasıdır. 2006-cı ildə əhalinin sayı 2 228 nəfər təşkil edirdi.

ah-aman sözünün leksik mənası və izahı

ah-aman sözünün rus dilinə tərcüməsi

ah-aman sözünün inglis dilinə tərcüməsi

ah-aman sözünün fransız dilinə tərcüməsi

Oxşar sözlər

#ah-aman nədir? #ah-aman sözünün mənası #ah-aman nə deməkdir? #ah-aman sözünün izahı #ah-aman sözünün yazılışı #ah-aman necə yazılır? #ah-aman sözünün düzgün yazılışı #ah-aman leksik mənası #ah-aman sözünün sinonimi #ah-aman sözünün yaxın mənalı sözlər #ah-aman sözünün əks mənası #ah-aman sözünün etimologiyası #ah-aman sözünün orfoqrafiyası #ah-aman rusca #ah-aman inglisça #ah-aman fransızca #ah-aman sözünün istifadəsi #sözlük