* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 [ər. əsli qədim yəh.] din. Qəbul olsun, arzun yerinə yetsin, olsun (adətən dua və sənaların axırında söylənir). Əziziyəm, bir amin; Bir dua de, bir amin; Bu gündən məhəbbətim; Artıb sənə birə min. (Bayatı). Camaat da qazıya baxıb səsləndi: – Amin! C.Məmmədquluzadə. □ Amin deyən məc. – öz fikri olmayıb, başqasının dediyini təkrar edən, bəli-bəli deyən, başqasının sözü ilə durub-oturan adam. Amin demək məc. – öz fikri olmayıb, başqasının dediyini təkrar etmək, “bəli-bəli” demək.
Azərbaycan dilinin izahlı lüğəti / amin3 ə. əsli ibr. duaların axırında «Allah, qəbul et» mənasında işlədilir.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / amin1 Mövcud ədəbiyyatda yunan mənşəli hesab olunur (mən də yazılarımın birində bu fikrin təsiri altına düşmüşəm). Alman alimi Fasmer buna etiraz edərək yazır ki, Amin türk sultanının sarayında böyük vəzifəli bir şəxsin adı olub, sözün mənası isə “həqiqi”, “düzgün”deməkdir (burada sultan kəlməsi yerində işlədilməyib, Amin sultanlıqla müqayisədə çox qədim sözdür). Murad Aci daha doğru yazır: Yunanlar hələ xristianlığı qəbul etməmişdən alban türkləri, qıpçaqlar amin kəlməsini işlədirdilər (bax: “Qıpçaq çölünün yovşanı”).
Azərbaycan dilinin etimologiya lüğəti / amin1 част. аминь (в значении: да будет так! – заключительное слово молитв, проповедей и т.п.)
Azərbaycanca-rusca lüğət / amin1 nid. amen!; bir şeyə ~ demək to say* amen to smth.; ~ demək məc. to agree with everybody and everything; to say “Yes”; ~ deyən yes-man; O, amin deyəndir He is a yes-man
Azərbaycanca-ingiliscə lüğət / amin1 nid. din. amen! adv ~ demək 1) dire amen (répondre amen) ; 2) məc. approuver sans réserve
Azərbaycanca-fransızca lüğət / amin1 [ər. əsli qədim yəh.] дин. амин; amin demək пер. амин лугьун, вичин фикир авачиз масада лагьайбур тикрар авун, “эйхь-эйхь” лугьун.
Azərbaycanca-ləzgicə lüğəti / amin