* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [ər.] 1. Əmin-amanlıq, əmniyyət, təhlükəsizlik, qorxusuzluq, dinclik. 2. Möhlət, macal, imkan. □ Aman vermək – macal vermək, imkan vermək, vaxt vermək, rahat buraxmaq. [Molla İbrahim Xəlil:] Gümüş xahiş edənlər bir mərtəbədə çoxdur ki, hətta mənə aman vermirlər ki, iksirin müddəti-təkmilini itmamə yetirəm. M.F.Axundzadə. Qazının qısıla-qısıla gəlməyinə ağa artıq etina etməyib, bir az da irəli gəlməyə aman verir və sonra dönüb bir təpik vurur. Çəmənzəminli. 3. Rəhm, mərhəmət. Düşmənə aman yoxdur. – Ovçuda aman olur; Əlində kaman olur; Oxlama, yar, könlümü; Ox dəysə, yaman olur. (Bayatı). □ Aman vermək – rəhm etmək, mərhəmət etmək, əfv etmək, bağışlamaq. Get, düşmənə aman vermə davada; Batır suda, vur quruda, havada! S.Vurğun. 4. İmdad, yardım, kömək, nicat, mərhəmət diləyi. Aman istəmək. – Amana gələnin boynunu qılınc kəsməz. (Ata. sözü). Yandı bağrım, döndü qana; Bir namə yaz Divarqana; Daha səndən aman olmaz. Aşıq Abbas. 5. Taqət, qüvvət, güc. Dad edib suzəni çəkdim əlindən; Qoymadı canımda aman ayrılıq. (Qoşma). □ Amanı kəsilmək (qırılmaq) – üzülmək, əldən düşmək, yorulmaq, taqətdən düşmək. Amanını kəsmək – yormaq, üzmək, əldən salmaq, taqətdən salmaq. Soyuq əsgərin amanını kəsdi. 6. nida. Can ağrısı, həyəcan, fəryad, iztirab, qorxu və s. hissləri ifadə edir. Aman, başım ağrıyır. Aman, sancıdan öldüm! Aman, qıçım sındı! – Gözlə zülfün bad vurar; Bad əlindən dad vurar; Dərddən aman deyənin; Boynunu cəllad vurar. (Bayatı). Ay sevdiyim, səndən qeyri kimim var; Gəl üstümə, aman, öldüm, dad, öldüm! M.V.Vidadi. Nələr gördün, aman, Vaqif! Nə qansızmış zaman, Vaqif! S.Vurğun. // Heyrət, təəccüb bildirir. Aman, bu sənsən! Aman, bu nədir? 7. nida. Rica, xahiş, yalvarış bildirir (bəzən “amandı”, “amandır” şəklində işlənir). Gecə-gündüz fikrim-zikrim, əzbərim; Üzüldü taqətim, aman, bəri bax! M.P.Vaqif. Ey yığılan canlar, siz olun tanrı; Amandı, qoymayın yar oyanmasın. Q.Zakir. Məni yandırma, amandır; Ürəyim dopdolu qandır. M.Ə.Sabir. // Yenə həmin mənada bəzən “günüdür” sözü ilə bərabər işlənir. Aman günüdür, onu tək qoyma. Aman günüdür, tək getmə. Aman günüdür, özünü gözlə. 8. nida. Narazılıq, şikayət, nifrət bildirir (çox vaxt “əlindən” sözü ilə birlikdə). Aman yaman yoldaş əlindən! – Vaqif deyir: sənin əlindən aman; Mən biçarə nə havalı sevmişəm. M.P.Vaqif. ◊ Aman evi – daldalanacaq yer, pənah gətiriləcək yer. (Qarabağ xanı Pənah xan bu fikirdə oldu ki), … möhkəm bir bina və qala tikilsin. Bir hadisə üz verdiyi zaman ora məskən; tənglik və bolluq vaxtında isə aman evi olsun. A.Bakıxanov. And-aman eləmək – bax and-aman.
Azərbaycan dilinin izahlı lüğəti / aman1 “Əmin-amanlıq” deyirik. Əman (aman) “təhlükəsiz” deməkdir. Ərəb mənşəlidir, əmanət sözü ilə qohumdur. Əmin isə “etibarlı” deməkdir.
Azərbaycan dilinin etimologiya lüğəti / aman6 aman bax 1. kömək; 2. güc; 3. rəhm; 4. imkan 1; 5. əmin-amanlıq
Azərbaycan dilinin sinonimlər lüğəti / aman1 AMAN I is. [ ər. ] Əmin-amanlıq, dinclik; imkan; yardım. Get, düşmənə aman vermə davada; Batır suda, vur quruda, havada! (S.Vurğun). AMAN II nida [ ər. ] Həyəcan, şikayət, qorxu və s. hissləri ifadə edir. Nələr gördün aman, Vaqif! Nə qansızmış zaman, Vaqif! (S.Vurğun).
Azərbaycan dilinin omonimlər lüğəti / aman2 I сущ. 1. возможность. Aman vermək давать возможность 2. милосердие, пощада 3. сила, мощь II межд. 1. ах, ой, ох. Aman, başım ağrıyır ох, голова болит 2. припев в грустных песнях, означающий: “пощади” ◊ amanı kəsilmək обессилеть, устать; amanını kəsmək замучить, доводить, довести до изнеможения; kimin əlindən aman eləmək жаловаться на кого, быть доведённым до крайности кем; aman verməmək не давать пощады; aman istəmək kimdən просить пощады у кого. aman günüdür ради Бога; Боже упаси; aman kimin əlindən не дай Бог с кем. иметь дело; aman üzündən Боже упаси
Azərbaycanca-rusca lüğət / aman1 I. i. quarter, mercy; chance, possibility; ~ vermək to give* a quarter; bir kəsə ~ vermək to give* a quarter / a chance to smb.; ~ verməmək to give* no quarter; ~ istəmək to ask for quarter / mercy, to cry quarter; Aman günüdür! For God’s sake! Aman Allah! Oh, God! My God! II. nid. oh! ah!
Azərbaycanca-ingiliscə lüğət / aman1 is. 1) aman m ; 2) grâce f ; pitié f ; 3) sécurité f ; ~ vermək faire grâce ; accorder une grâce ; ~ istəmək demander l’aman ; solliciter la grâce ; ~ı kəsilmək 1) être à bout de force (taqətdən düşmək) ; être épuisé, -e (gücdən düşmək) ; être accablé, -e ; n’en pouvoir plus ; 2) être obligé, -e de faire qch (forcé, -e de ; réduit, -e à faire qch) ; ~ evi abri m ; Aman Allah! Oh, Mon Dieu!
Azərbaycanca-fransızca lüğət / aman1 [ər.] сущ. аман (1. хатасузвал, динжвал, умунвал; 2. муьгьлет, мажал, имкан; aman vermək аман гун, мажал гун, имкан гун, вахт гун; 3. регьим, мергьямет; aman vermək аман гун, регьим (мергьямет) авун; 4. дад, куьмек; aman istəmək аман кӀан хьун; 5. гуж, къуват, такьат; amanı kəsilmək аман атӀун, галатун такьатдай аватун; amanını kəsmək аман атӀун, галудун, такьатдай авудун; 6. aman межд. аман); ** aman evi панагь гъидай чка (кӀвал), далдалух жедай чка; аманеви.
Azərbaycanca-ləzgicə lüğəti / aman