Ananiya Şirakatsi
Ananiya Şiraklı; Şirakasi (erm. Անանիա Շիրակացի; təq. 610, Qonaqqıran, Bizans imperiyası – təq. 685) — erməni coğrafiyaşünası, filosof, riyaziyyatçı, kartoqraf, tarixçi, astronom və kimyaçı, qədim erməni təbiətşünaslığının banisi.
== Bioqrafiya ==
Şirak vilayətində anadan olmuşdur. Bəzən özünü Şirakavan adlı yerin adı ilə Şiravakansi də adlandırıb. Atasının adı Ovannes idi. Ermənistanda ilkin təhsilini alıb, təhsilini davam etdirmək üçün Bizansa yola düşüb. O, Feodosiopol (Karin) şəhərindən keçərək, IV Ermənistan vilayətinə getmiş və orada riyaziyyatçı Kristosaturdan təhsil almışdır. Hesab edilir ki, o, «bütün elmləri oyrənmədi», bir müddətdən sonra Trabzona üz tütdu, hansı ki orada məşhur alim Tixik onun müəllimi olub, Şirakasinin özünün yazdığı kimi, Tixik erməni yazısının bilicisi» idi.