* azərbaycan dilinin orfoqrafiya lüğətində mövcuddur
* Sözün müxtəlif mətnlərdə yazılışı.
1 is. [fars.] 1. Ceyran. Ətirlərimizin əlası müşkdür ki, ahunun göbəyinin qanından ibarətdir. C.Məmmədquluzadə. Məstan bir qaçan ahuya dönüb, indi kəməndə gəlmir. S.Rəhimov. 2. Şairanə təşbihlərdə: dilbər, gözəl. Aşiqidilxəstəni hərdəm sorar, ahu gəlir. Xətayi. Möcüz budur ki, ahuya ahu şikardır. Heyran xanım. □ Gözləri ahu, gözü ahu – bax ahugözlü. Ey badi-səba, qasidi-müşkinə rəvayih; Ol gözləri ahuyə qıl əhvalımı vazih. S.Ə.Şirvani. Ahu gözlər – iri və gözəl gözlər. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü: qara, ahu gözlərdə odlu yaşlar parlayırdı. Çəmənzəminli. ◊ Ahuyi-xəta, ahuyi-xətən – əsil mənası “Çin ahusu” olub, klassik şeirdə gözələ, dilbərə işarədir. Bənzər ahuyi-xətayə rəvişin filcümlə; Yoxsa tərzi-nigəhi nərgisi-şəhla nə bilir? Q.Zakir. Çin əhlinə göstər gözəlim, çeşmlə zülfün; Fəxr etməsin ahuyi-xətən, müşki-tərim var. Ə.Vahid.
Azərbaycan dilinin izahlı lüğəti / ahu3 f. 1) ceyran; 2) m. dilbər, məhbubə; 3) m. iri, gözəl gözlü.
Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti / ahu2 сущ. 1. газель (копытное подсем. антилоп) 2. поэт. красавица; ahu kimi qaçmaq убегать как газель; ahu kimi baxmaq смотреть как газель; ahu gözlər красивые глаза
Azərbaycanca-rusca lüğət / ahu1 I. i. zool. 1. gazelle; 2. şair. a beauty, a beautiful woman* / girl II. s. like a gazelle, as a gazelle; ahu gözlər beautiful eyes; ahu kimi baxmaq to look as / like a gazelle
Azərbaycanca-ingiliscə lüğət / ahu1 is. zool. 1) gazelle f ; 2) şair. une belle femme ; une beauté ; ~ kimi qaçmaq courir comme une gazelle ; ~ gözlər (gözəl gözlər) des yeux de gazelle
Azərbaycanca-fransızca lüğət / ahu1 [fars.] сущ. 1. жейран; 2. шаир. иер, гуьрчег, гуьзел, дилбер (тешпигьра); ahu gözlər жейрандин хьтин вилер, ири ва иер вилер.
Azərbaycanca-ləzgicə lüğəti / ahu